17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   2   3   4   5   6   7   8   9   ...   35

4

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010



Gələcəyi necə görürük

Biz Azərbaycanın neft və qaz ehtiyatlarının işlənməsində dəyərli, etibarlı və uzunmüddətli bir 

tərəfdaş olmağa çalışırıq. Biz Xəzər regionunda mövcudluğumuzu davamlı olaraq saxlamaqla 

dünya səviyyəli əməliyyatlar və layihələr həyata keçirmək barədə öhdəliyimizə sadiqik.

Bu öhdəliyin əsasında həmişə təhlükəsiz işləmək, ətraf mühiti qorumaq və insan haqlarına 

hörmətlə yanaşmaq kimi məsuliyyətlər dayanır. İnanırıq ki, məqsədlərimiz işçi qüvvəsinin 

bacarıqlarının genişləndirilməsi, yerli ehtiyatların yaradılması və yerli potensialın inkişaf 

etdirilməsi ilə həyata keçiriləcəkdir.

 

Dəyərlərimiz

BP dəyərləri bizim iş metodlarımızın əsasını təşkil edir. Onlar bizə BP-nin bir hissəsi olmağın nə 

demək olduğunu təyin etməkdə kömək edir. Bizim dəyərlər gördüyümüz hər işdə bizə rəhbərlik 

etmək üçündür. Biz inandıqlarımızın, davranışlarımızın və bir şirkət kimi nə üçün çalışmağımızın 

qarşılıqlı şəkildə başa düşülməsi üçün səy göstəririk. Bizim təcrübəmiz, xüsusilə də, uzun vədəli 

düşünməyin, qruplar arasında əməkdaşlığın, həmçinin səhvlərdən nəticə çıxarmaq və 

başqalarını dinləmək üçün kifayət qədər təvazökar olmağın vacibliyini vurğulayır.

Bu hədəfləri nəzərə alaraq, 2010-cu ildə bizim BP dəyərlərini necə ifadə etməyimiz və bizim 

rəhbərlik strukturunun mahiyyəti bütün qrup üzrə yenidən nəzərdən keçirilməyə başladı. 

Məqsəd dəyərlərimizin bizim gələcək üçün arzularımızı dəstəklədiyinə, aydın şəkildə bizim 

davranış kodeksinə uyğunluğuna və onların hər gün gördüyümüz işlərdə məsuliyyətli davranışa 

çevrilməsinə əmin olmaqdır. 



İdarəetmə strukturumuz

2010-cu ilin sonunda BP Azərbaycan-Gürcüstan-Türkiyə (BP AGT) regionunun rəhbərlik 

strukturu 14 qrupdan ibarət idi: əməliyyatlar; midstrim; quyular; resurslar; işlənmələr; geoloji-

kəşfiyyat; əməyin təhlükəsizliyi və əməliyyat riskləri; kadrlar şöbəsi; əlaqələr, şirkətxarici işlər və 

təhlükəsizlik; Şahdəniz yatağının tammiqyaslı işlənməsi; maliyyə; tədarük və təchizat sisteminin 

idarə edilməsi; hüquq; və Türkiyə üzrə vitse-prezident. Bu qrupların on birinə vitse-prezidentlər, 

birinə baş maliyyə müşaviri, birinə tədarük və təchizat üzrə məsul şəxs və birinə  BP AGT 

prezidentinə hesabat verən baş müşavirin köməkçisi rəhbərlik edirdi.



Biznes strategiyamız 

Bizim Azərbaycandakı strategiyamız BP qrupunun strategiyasını əks etdirir. Biz diqqətimizi 

əməliyyatlarımızın təhlükəsiz, etibarlı və qaydalara müvafiq olmasına yönəltməklə, həmçinin 

təhlükəsizliyi və əməliyyat risklərinin idarə edilməsini bütün fəaliyyətlərimizin mərkəzində 

saxlamaqla davamlı olaraq icra göstəricilərimizi təkmilləşdirməyə səy göstəririk. Belə bir 

yanaşma bizim riskləri necə idarə etdiyimizi, necə fəaliyyət göstərməyimizi, hökumətlərlə və 

podratçılarla necə tərəfdaşlıq etdiyimizi və əməyi necə qiymətləndirdiyimizi bir araya gətirir.

Qarşılıqlı fayda və inam fəaliyyətlərimizin sərbəst şəkildə həyata keçirilməsinin mərkəzində 

dayanır. BP-nin əsas prioritetlərindən biri əməyin təhlükəsizliyi, bacarıqların yaradılması, 

texnologiya və əlaqələr kimi əsas sahələrə sərmayə qoymaqla səhmdarlar üçün uzun vədədə 

dəyər artımına nail olmaqdır.

Biz yeni imkanlar yaratmaq, geoloji-kəşfiyyat işlərində uğur qazanmaq, fəaliyyət göstərdiyimiz 

ölkə hökumətləri və digər əsas maraqlı tərəflərlə əlaqələrimizi yaxşılaşdırmaqla öz 

rəqabətədavamlı mövqeyimizi daha da möhkəmləndirməyə çalışırıq. Biz yerli işçi qüvvəsinin 

bacarıqlarının genişləndirilməsinə, həmçinin əməliyyatlarımızın insanlara və icmalara heç bir 

ziyan vurmamasının təmin edilməsinə inanırıq. Gələcəyi düşünərkən, biz öz diqqətimizi 

təhlükəsizlik göstəricilərinin davamlı şəkildə yaxşılaşdırılmasına, həcmlər qədər dəyərlərə və 

kəmiyyətdən daha çox keyfiyyətə yönəldirik.

Strategiyamız

BP-nin Azərbaycanda fəaliyyəti

Mərkəzi Azəri platforması, 

gecə görünüşü




BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

5

 



BP Azərbaycan – ilk baxışda 

Strukturumuz, təşkilatımız, 

obyektlərimiz və tariximiz

Hüquqi struktur

BP Azərbaycanda bir sıra hüquqi şəxslər qismində fəaliyyət göstərir və bu da onun ölkədə və 

regionda 1992-ci ildən bəri keçdiyi təkamülü əks etdirir. Əsas hüquqi şəxs BP Eksploreyşn 

(Kaspian Si) Ltd. (“BP Exploration (Caspian Sea) Ltd.”) şirkətidir.



BP Azərbaycan, Gürcüstan və Türkiyədə 

BP Azərbaycanda bir neçə hasilatın pay bölgüsü sazişi (HPBS) və Azərbaycan hökuməti ilə 

bağlanmış tranzit əraziyə malik ölkə hökuməti sazişi (TƏMÖHS) əsasında fəaliyyət göstərir. 

Gürcüstan və Türkiyədə o, ixrac boru kəmərləri və terminallarını əhatə edən TƏMÖHS-lər 

əsasında fəaliyyət göstərir.

Biznes strukturu

2010-cu ilin sonunda 11 vitse-prezident, bir baş maliyyə müşaviri, bir tədarük və təchizat üzrə 

məsul şəxs və bir baş hüquq müşaviri köməkçisi BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu 

üzrə prezidentinə hesabat verirdi.



Qeydiyyatdan keçirilmiş ünvan

Azərbaycanda qeydiyyatdan keçirildiyi ünvan: Neftçilər prospekti 2 (Bayıl), Villa Petrolea, Bakı 

şəhəri, Azərbaycan, AZ1003. Telefon: (+994 12) 497 90 00; Faks: (+994 12) 497 96 02.

Əməkdaşlar

2010-cu ilin sonunda Azərbaycanda BP tərəfindən daimi işə götürülmüş Azərbaycan 

vətəndaşlarının sayı 2 159 nəfər idi.

Dənizdəki hasilat yataqları

Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG)

a

 Xəzər dənizinin Azərbaycan sektorunda ən böyük neft 



yatağıdır, Şahdəniz (ŞD) çox böyük dəniz qaz və kondensat yatağıdır.

Dənizdəki istismarda olan obyektləri (2010-cu ilin sonu)

Çıraq platforması; Mərkəzi Azəri platforması; Qərbi Azəri platforması; Şərqi Azəri platforması; 

Şahdəniz platforması; Dərinsulu Günəşli platforması.

Nəqletmə və ötürmə qabiliyyəti (2010-cu ilin sonu)

Nəqletmə: Səngəçal terminalı – Bakı şəhərinin cənubunda yerləşən neft və qazın texnoloji emalı 

terminalı. Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri – Səngəçal terminalını Türkiyənin Ceyhan dəniz 

terminalı ilə birləşdirən 1 768 km uzunluğunda (443 km Azərbaycanda) boru kəməri. Cənubi Qafqaz 

qaz boru kəməri (CQBK) – Səngəçal terminalı ilə Gürcüstan-Türkiyə sərhədi arasında 690 km 

uzunluğunda qaz boru kəməri. Qərb ixrac boru kəməri (QİBK) – Səngəçal terminalını Gürcüstanın 

Qara dəniz sahilindəki Supsa limanı ilə birləşdirən 830 km uzunluğunda boru kəməri.

2010-cu ilin sonunda ötürmə qabiliyyəti: BTC – gündə 1,2 milyon barel; CQBK – gündə 22 

milyon standart kub metr (mmscm); QİBK – gündə 106 min barel. Səngəçal terminalı – gündə 

1,2 milyon bareldən (162 000 ton) artıq neft və 35,4 milyon kub metr (25,5-i Şahdənizdən və 

9,9-u qazma, hasilat, kompressor və texnoloji təchizat platformasından) qaz emal edə bilir. 

Rezervuarların xam neft tutumu 3 milyon bareldir (405 000 ton).



Geoloji-kəşfiyyat işləri

Araz-Alov-Şərq – sərhəd zonasında yerləşən kəşfiyyat ərazisi; Şəfəq-Asiman kəşfiyyat ərazisi.



Əsaslı xərclər

Həyata keçirilməsinə başlanandan bəri AÇG, BTC, ŞD Mərhələ 1 və CQBK layihələri üçün 

təxminən 31,6 milyard dollar.

Neft və kondensat hasilatı

AÇG 1997-2010-cu illər: cəmi 1 643 milyon bareldən artıq və 2010-cu ildə 300,4 milyon barel; ŞD-dən 

kondensat hasilatı: cəmi təxminən 49,7 milyon barel və 2010-cu ildə təxminən 14,7 milyon barel.

Qaz hasilatı

ŞD 2006-2010-cu illər: cəmi 23,5 milyard standart kub metrdən (bscm) artıq və 2010-cu ildə 6,9 bscm.

Dayazsulu Günəşli Azərbaycan 



Respublikası Dövlət Neft Şirkəti 

(ARDNŞ) tərəfindən işlənilir.

BP-nin Azərbaycanda fəaliyyəti



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə