17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə31/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   27   28   29   30   31   32   33   34   35

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

49

Bacarıqlar müvəffəqiyyətə çevrilir

Usta yanında şagirdlik proqramında iştirak 

etməyin müsbət nəticələri özünü iştirakçıların 

sonrakı uğurlarında çox yaxşı göstərir.

Ruhidə Şahmərdanova 2007-ci ildə BP və 

onun tərəfdaşlarının dəstək verdiyi “Gələcək 

İcmalar” proqramı çərçivəsində “Ümid” SİD 

tərəfindən təklif edilən bərbərlik üzrə altı-aylıq 

usta yanında şagirdlik kursunun məzunlarından 

biridir. Bu proqram vasitəsilə Ruhidə dəyərli 

bacarıqlar əldə etdi və öz biznesinə başlamaq 

üçün qrant aldı. Sonra o, effektiv bir biznes 

planı tərtib etdi və irəli gedərək öz biznesini 

qurdu – Hacıqabul şəhərində “Fidan” gözəllik 

salonunu açdı. 

Bu müvəffəqiyyət Ruhidəni tam qane 

etmədi, öz bacarıqlarını başqalarına da 

aşılamaq istədi. Belə ki, o, BP və onun 

tərəfdaşlarının dəstəyi ilə “ÜMİD” SİD-in 

həyata keçirdiyi davam etməkdə olan usta 

yanında şagirdlik təlim proqramına qoşuldu. 

Lakin bu dəfə o, gənc şagirdlərin müəllimi 

oldu. O belə deyir: “Mən sənətin bütün 

sirlərini şagirdlərimə açmaq üçün əlimdən 

gələni edirəm. İstəyirəm ki, onlar elə peşəkar 

olsunlar ki, gələcəkdə başqa birisini öyrədə 

bilsinlər”. Ruhidənin öz işinə vurğunluğu iki 

təzə usta köməkçisi – Bənövşə Süleymanova 

və Ayşən İbrahimovanı özünə cəlb etdi və 

onlar bu yaxınlarda “Fidan” gözəllik salonunda 

kurs keçməyə başladılar. 



Gənclərin inkişafına dəstək

Biz Azərbaycanda gənclərin bacarıq və 

vərdişlərini yaxşılaşdırmağı nəzərdə tutan bir sıra 

təşəbbüsləri də maliyyələşdirdik:

• 

“Ümid” SİD tərəfindən həyata keçirilən və  



  2010-cu ilin noyabr ayından başlayaraq   

  2012-ci ilin iyununa qədər davam edəcək bir  

  layihə. Məqsəd davamlı bazar yanaşmaları  

  vasitəsilə icma iş adamlarının və gənclərin  

  bacarıq və gəlirlərini artırmaqdan ibarətdir.  

  Buna nail olmaq üçün biz birləşdirilmiş büdcə  

  metodundan istifadə edərək icma layihələri  

  həyata keçirməyi, təhlükəsiz və yeni    

  texnologiyaların tətbiqi ilə icma iş adamlarının  

  imkanlarını genişləndirməyi və gəncləri  

  inkişafın hərəkətverici qüvvəsi kimi fəaliyyət  

  göstərməyə təşviq etməyi planlaşdırırıq.  

  Layihənin büdcəsi 500 000 dollardır.

• 

Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata  



  keçirilən birillik gənclərin inkişafı layihəsi.  

  Məqsəd gənclərə biznesə başlamaq və  

  mikro-iqtisadi layihələr həyata keçirmək  

  təcrübəsi aşılamaqla onların iqtisadi və   

  sahibkarlıq imkanlarını artırmaqdan ibarətdir.  

  Beş rayonda on hədəf icmanın gənclərini  

  əhatə edən beş gənclər fondu yaradıldı. Hər  

  bir fondun öz icmalarında digər gənclərə  

  bacarıqların yaradılması və biznes təlimləri  

  keçən yeddi üzvü var idi. Hər rayonda iki və ya  

  üç ən yaxşı biznes planı və ya mikro-iqtisadi  

  layihənin həyata keçirilməsi üçün fondlar  

  vasitəsilə maliyyə köməyi göstərildi. 2010-cu  

  ildə bütövlükdə bu layihədən 100 gənc   

  faydalandı. Layihənin büdcəsi 138 551 dollar  

  idi ki, bunun 129 445 dolları 2010-cu ildə  

 xərcləndi.

• 

Gənclərin məşğulluğu və iqtisadi imkanların  



  genişləndirilməsi üzrə “Ümid”in həyata  

  keçirdiyi üçillik təşəbbüs. Bu layihədə əsas  

  diqqət Bakı Dəhlizindəki icmalara yönəlmişdi  

  və layihənin məqsədi gənclərə peşə və  

  sahibkarlıq vərdişləri aşılamaq, onlara iş  

  tapmaqda və ya öz bizneslərinə başlamaqda  

  kömək etmək idi. Bu layihə 2010-cu ilin avqust  

  ayında başa çatdı. Bütövlükdə 214 gənc  

  kursları qurtardı. Bundan sonra onların 145  

  nəfəri işə götürüldü, 45 nəfəri isə Sıçrayışlı  

  Başlanğıc üçün İqtisadi Layihə qrantlarının  

  köməyi ilə öz bizneslərini qurmağa nail oldu.  

  Layihənin büdcəsi 439 090 dollar idi ki, bunun  

  66 404 dolları 2010-cu ildə xərcləndi. 

• 

2010-cu ilin dekabrında gənclərin sahibkarlıq  



  bacarıqları əldə etməsinə yönəlmiş dördüncü  

  bir layihə başladı. Layihə 2012-ci ilin iyun  

  ayınadək davam edəcək. Azərbaycan İcma  

  İnkişafı Tədqiqat, Təlim və Resurs Mərkəzi  

  tərəfindən həyata keçirilən bu layihə 

bacarıqların inkişaf etdirilməsi üzrə təlim kursları 

təklif edir. Bu layihədən təxminən 600 nəfər 

gəncin faydalanacağı gözlənilir. Bu təşəbbüsün 

həyata keçirilməsinə cəmi 98 845 dollar 

ayrılmışdır.



Əməkdaşların cəlb edilməsi proqramı

Əməkdaşların cəlb edilməsi proqramı (ƏCP) 

əməkdaşlarımızı təşviq edir ki, onlar öz vaxt və 

istedadlarını könüllü olaraq icmalara sərf etsin, 

belə ki, şirkət təşəbbüsə vaxtın dəyəri qədər 

dəstək verir. 2010-cu ildə 30-a yaxın əməkdaş 

müxtəlif təhsil layihələri vasitəsi ilə ƏCP-də iştirak 

edərək öz vaxtlarından 1 721 saat töhfə verdilər 

ki, bunun dəyər ekvivalenti 34 420 dollarıdır.

2009-cu ilin noyabr ayından 2010-cu ilin dekabr 

ayınadək yerli QHT – “Sağlam həyat” təşkilatı 

ƏCP-nin topladığı vəsaitdən istifadə etməklə 

dəyəri 70 120 dollar olan 11 ƏCP layihəsini həyata 

keçirdi. Buraya BP-nin verdiyi 34 420 dollar, 

layihəni həyata keçirən QHT-nin 16 890 dollar 

payı və BP Azərbaycan əməkdaşlarının 18 893 

dolları məbləğində bəxşişi daxil idi. Həyata 

keçirilən təşəbbüslər arasında aşağıdakı layihələr 

də var idi:

• 

Meqa kitabxana layihəsinin 2-ci mərhələsi.  



  Dəyəri 5 000 dollar olan bu layihə Neft    

  Akademiyasında və digər təhsil  

 

  müəssisələrində neft və qaz ixtisasları üzrə  



  təhsil alan 1 500 tələbəyə kömək etmək üçün  

  nəzərdə tutulmuşdu. Mühəndis-geoloq və  

  digər neft-qaz ixtisaslarına dair kitablar onlayn  

  alındı və Azərbaycan Dillər Universitetinin  

  İnformasiya Resurs Mərkəzinə verildi. 

• 

BP-nin kitabxana təşəbbüsü. Bu təşəbbüs  



  əvvəlcədən seçilmiş altı məktəbin ikisində  

  – Hacıqabuldakı 5 nömrəli və Yevlaxdakı 8  

  nömrəli orta məktəbdə kitabxanalarının təmiri  

  və/yaxud bərpası və yeni kitab rəflərinin   

  quraşdırılması işlərini əhatə edirdi. 18 891  

  dollarlıq büdcəsinin üçdə iki hissəsi BP AGT  

  əməkdaşlarının bəxşişləri hesabına  

 

  maliyyələşən bu iki layihədən təxminən 80  



  müəllim və 1 565 şagird faydalandı.

Azərbaycan, Gürcüstan və Türkiyədə sosial xərclər, 2010

(min dollar)

Yalnız BP 

BP və tərəfdaşları

Yalnız BP

(%) 


Azərbaycan 

Gürcüstan

Türkiyə

4 776 


5 824

3 718


2 341

1 369


938

49%


23%

30%


Cəmi

13 718


4 648

34%


Cəmiyyət


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə