17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   27   28   29   30   31   32   33   34   35

50

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010

Mədəni irsin qorunub saxlanması 

Biz Azərbaycanın 

mədəni irsini qorumaq üçün ABŞ-da yerləşən Smitsonian İnstitutu və 

Azərbaycan Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlıq edirik

BTC/CQBK-nin (Bakı-Tbilisi-Ceyhan/Cənubi 

Qafqaz qaz boru kəməri) mədəni irs proqramı 

2008-ci ildə Azərbaycanda və Gürcüstanda 

həyata keçirilməyə başladı. Onun əsas tərkib 

hissələri potensialın yaradılması və ictimaiyyətin 

məlumatlandırılması işlərindən ibarətdir. BP və 

onun tərəfdaşları bu proqrama 1 078 000 dollar 

məbləğində vəsait ayırıb. 2010-cu ildə bu 

məbləğin 395 300 dolları xərcləndi. 

İl ərzində Vaşinqton şəhərində yerləşən 

Smitsonian İnstitutu (Sİ) bu proqram və BTC/

CQBK marşrutu boyunca aşkar edilən maddi 

mədəniyyət nümunələri barədə bir neçə dildə 

“Boru kəmərləri dəhlizində keçmiş və gələcək 

irs” adlı bir kitab nəşr etdirdi.

2010-cu ilin aprel ayında BTC/CQBK-nin 

mədəni irs proqramından bəhs edən  

www.agt.si.edu veb-saytı istifadəyə verildi. 

Xəzər Enerji Mərkəzi öz arxeoloji sərgisinin 

nümayişini davam etdirdi (Təhsil təşəbbüsləri 

bölməsinə baxın). 

Aprel ayında Sİ həm də BTC/CQBK-nin 

arxeoloji proqramında iştirak etmiş Azərbaycan 

və Gürcüstan arxeoloqları/alimləri üçün 

maddi-mədəniyyət nümunələrinin 

qiymətləndirilməsi, toplanması və qorunub 

saxlanılması üzrə ikigünlük seminar keçirdi. 

Seminarı Sİ, Arizona Universiteti və Berlin Milli 

Muzeyinin beynəlxalq ekspertləri apardı. 

Qobustan Dövlət Tarix-İncəsənət Qoruğunun, 

Azərbaycan Arxeologiya və Etnoqrafiya 

İnstitutunun və Gürcüstan Milli Muzeyinin 

40-dan artıq təmsilçisi bu seminarda iştirak etdi.

Bundan başqa, il ərzində azərbaycanlı 

xeyriyyəçi və neft sənayeçisi Hacı Zeynalabdin 

Tağıyevə həsr edilmiş foto-albomun nəşrinə 

sponsorluq etdik. Bu albom (ingilis və 

Azərbaycan dillərində) xeyriyyəçilik, milli sərvəti 

təhsil və mədəniyyətin inkişaf etdirilməsinə sərf 

etmək ideyalarını təbliğ edir. 

Gələcəyin təməli qoyulur

Günel Abdullayeva 2010-cu ildə BP-nin 

Azərbaycanda maliyyə dəstəyi ilə Qafqaz 

Universitetinin kimya mühəndisliyi fakültəsi 

açıldıqda ora qəbul edilən səkkiz tələbədən 

biridir. Universitetə qəbul imtahanında o, 

ölkədə ən yüksək (700) bal toplamağa nail 

oldu.


Yeni proqrama daxil olan Günel 

Azərbaycanda həm də beynəlxalq səviyyədə 

qəbul edilmiş kurikulum və yeni təsis edilmiş 

kimya laboratoriyasından faydalanan ilk 

tələbələrdən biri oldu. 2011-ci ildə tam işlək 

vəziyyətdə olacaq laboratoriyanı dolaşan 

Güneli onun müasirliyi və avadanlıqları 

heyrətləndirdi.

Qafqaz Universitetində bu ali təhsil 

təsisatının açılmasına dəstək verməklə, BP 

Azərbaycanda yerli tələbələrin ölkəni tərk 

etmədən beynəlxalq səviyyədə təhsil alması 

üçün yeni imkanlar yaratmağa ümid edir. 

BP-nin Azərbaycanda təhsil bölməsinin 

rəhbəri Ceyhun Kərəmov deyir: “Yüksək 

potensiallı azərbaycanlı tələbələrin kimya 

mühəndisliyi ixtisasını seçməsindən çox 

məmnunuq və bizim maliyyə dəstəyimiz 

onlara təhsillə bağlı qarşılarına qoyduqları 

məqsədlərə çatmaqda kömək edəcəkdir. 

İnanırıq ki, bu fakültə Azərbaycanın kimya 

mühəndisliyi sahəsini inkişaf etdirərək 

beynəlxalq səviyyəyə çatdırmaq işində 

hərəkətverici qüvvə olmaq potensialına malik 

mütəxəssislər yetirəcəkdir.”

1

2

1

  Bakı-Tbilisi-Ceyhan boru 

kəmərinin çəkilməsi zamanı 

aşkar edilmiş qədim maddi 

mədəniyyət nümunələri

2

  Zeynalabdin Tağıyev barəsində 

kitabın təqdimatı

Cəmiyyət



BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

51

Təhsil təşəbbüsləri 



Təhsil təşəbbüslərinə dəstək vermək 

Azərbaycanda davamlı biznes qurmaq istiqamətində səylərimizin 

ayrılmaz hissəsidir

Bizim 2010-cu ildə mühüm bir təşəbbüsümüz 

Qafqaz Universitetində kimya mühəndisliyi 

fakültəsinin yaradılmasına verdiyimiz dəstək 

oldu. Biz həmçinin Azərbaycanda Layihələrin 

İdarə edilməsi Kollecinin açılması üçün razılaşma 

imzaladıq və bir çox təqaüd proqramlarına 

dəstəyimizi davam etdirdik.  



Qafqaz Universiteti layihəsi

Biz Qafqaz Universitetində kimya mühəndisliyi, 

neft-qaz mühəndisliyi və maşınqayırma kimi sahələr 

üzrə beynəlxalq səviyyəli bakalavr proqramlarının 

qurulmasına dəstək veririk. 2010-cu ildə universitetin 

kimya mühəndisliyi fakültəsi açıldı və fakültəyə ilk 29 

tələbə qəbul edildi. 2011-ci ildə açılacaq kimya 

mühəndisliyi laboratoriyası ilə əlaqədar hazırlıq 

işlərinə başlandı. 

Bu ilk addımların uğurundan asılı olaraq, layihə 

gələcəkdə Qafqaz universitetində neft-qaz 

mühəndisliyi və maşınqayırma fakültələrinin 

açılmasını nəzərdə tutur. Bu layihənin həyata 

keçirilməsi üçün BP bir milyon dollar ayırmışdır.



Azərbaycanda Layihələrin İdarə 

edilməsi Kolleci 

2010-cu ilin noyabr ayında BP və onun 

tərəfdaşları Azərbaycanda Layihələrin İdarə 

edilməsi Kolleci açmaq üçün “ESI International” 

şirkəti ilə müqavilə imzaladı. “ESI International” 

layihələrin idarə edilməsi və biznes analizi üzrə 

təlimləndirmə sahəsində aparıcı şirkətlərdən 

biridir. BP bu təşəbbüsə 2013-cü ilədək dəstək 

verəcək. Bu məqsədlə bir milyon dollar 

ayrılmışdır. Kollec Xəzər Universitetinin nəzdində 

fəaliyyət göstərəcək və proqrama qəbul hər 

kəsə açıq olacaqdır. 



Məktəbəqədər təhsilə dəstək

Bu layihə dövlət uşaq bağçalarında 

məktəbəqədər təhsilin keyfiyyətini 

yaxşılaşdırmaq və Azərbaycanda belə 

bağçalardan istifadə imkanlarını genişləndirmək 

üçün nəzərdə tutulmuşdur. Təhsildə İnnovasiya 

Mərkəzi layihənin həyata keçirilməsinə 2010-cu 

ilin dekabr ayında başladı. Layihə Şəmkir, Tovuz 

və Samux rayonlarının beş icmasını əhatə edir 

və bir il davam edəcək. Layihənin büdcəsi 

103 475 dollardır.

BP-nin tələbə təqaüd proqramı

Azərbaycanda BP tərəfindən maliyyələşdirilən 

BP-nin tələbə təqaüd proqramı 2007-ci ildə 

başlanıb. Proqram Dövlət Neft Akademiyasında 

neft mühəndisi və yerşünaslıq ixtisasları üzrə 

təhsil alan tələbələrin təhsilinə dəstək verir. 

2011-ci ilin əvvəlinə 180 nəfər birinci və ikinci 

kurs tələbəsi, o cümlədən 2010-cu ildə 57 

tələbə BP-nin tələbə təqaüdünü alıb. 2010-cu 

ildə ən yüksək balla akademiyaya qəbul olmuş 

30 tələbə BP-dən hədiyyə kompüterlər aldı. Biz 

həmçinin 27 nəfər ikinci kurs tələbəsinin ingilis 

dili kurslarında təhsil almasına sponsorluq etdik. 

Qalan tələbələrə isə maddi köməklik göstərildi. 



BP-nin tələbələr üçün geologiya 

üzrə yay praktikası kursu

2010-cu ilin yayında BP Azərbaycanda tələbələr 

və aspirantların sedimentologiya və struktur 

geologiya üzrə yay çöl-səhra təcrübəsinə 

sponsorluq etdi. Biliklərin 

qiymətləndirilməsindən sonra ərizə vermiş 80 

nəfər arasından 27 tələbə seçildi. Kurs 

Azərbaycan Milli Elmlər Akademiyasının və 

Miçiqan Universitetinin nümayəndələri 

tərəfindən keçirildi. 

 

BP-nin yerşünaslıq və mühəndislik 

üzrə silsilə mühazirələri

Biz yerli geoloq və mühəndislərə öz bilik və 

bacarıqlarını artırmağa kömək etmək məqsədi 

ilə yerşünaslıq və mühəndislik üzrə silsilə 

mühazirələrin oxunmasına sponsorluğu davam 

etdirdik. Kurslar hər ay Dövlət Neft 

Akademiyasında keçirildi. Azərbaycandan və 

digər ölkələrdən olan ekspertlər diqqəti 

geologiya, geofizika və mühəndislik sahələri 

üzərində cəmlədi. Yerli universitetlərin bir çox 

tələbəsi və elm adamları bu mühazirələrdə 

iştirak etdi. 



Cənubi Xəzər hövzəsinin 

modelləşdirilməsi mərkəzi

BP 2008-ci ildə Milli Elmlər Akademiyasının 

Geologiya İnstitutunda Cənubi Xəzər hövzəsinin 

modelləşdirilməsi mərkəzi açdı. Mərkəz müasir 

geoloji modelləşdirmə avadanlıqları ilə təchiz 

edilib və mürəkkəb cənubi Xəzər hövzəsinin 

səthaltı modelləşdirilməsinə kömək edir. Buraya 

geologiya, geofizika, geokimya və biostratiqrafiya 

kimi müxtəlif elm sahələri cəlb olunur.

Mərkəzdə BP öz təcrübəsini neft və qaz 

sənayesi mütəxəssisləri ilə bölüşür, həmçinin bir 

institut elmi işçisinin Parisdə və bir neçə nəfərin 

Milli Elmlər Akademiyasının Geologiya 

İnstitutunda təcrübə keçməsinə sponsorluq edir. 

Ərazidə əsas kollektor vahidlərinin və ayıran 

təbəqələrin

a

 paylanmasını daha yaxşı başa 



düşmək məqsədi ilə 2010-cu ildə bəzi sahilyanı-

quru keçid zonası strukturlarının üçölçülü geoloji 

modeli hazırlandı. 

BP-nin maliyyələşdirdiyi biznes 

jurnalistikası üzrə təlim proqramı

On ildən də çox davam edən və BP tərəfindən 

maliyyələşdirilən biznes jurnalistləri üçün ingilis 

dili kursunda indiyədək təxminən 200 nəfər yerli 

jurnalist iştirak etmişdir. 2006-cı ildə biz biznes 

jurnalistikası üzrə təlim proqramına başlamaqla 

bu təşəbbüsün uğurlarını artırmaq qərarına 

gəldik.


2010-cu il ərzində bu proqramda əvvəlki dil 

təlimi mərhələsi iştirakçıları arasından seçilmiş 

altı nəfər qabaqcıl azərbaycanlı jurnalist iştirak 

etdi. Onlar çap, radio və onlayn kütləvi 

informasiya vasitələrinin təmsilçiləri idi. Bu altı 

nəfərə təhqiqatçı jurnalistika və sosial media 

vasitələrindən istifadə üzrə təlim keçildi. Onları 

həmçinin bir təlimatçı kimi öz bilik və 

bacarıqlarını başqalarına vermək üçün 

təlimləndirdilər. Qrup 2010-cu ildə Tompson 

Fondunda təlim keçmək üçün iki dəfə Böyük 

Britaniyaya səfər etdi. 



Azərbaycanda neft və qaz ixtisasları 

üzrə təqaüd proqramı

 

BP və onun tərəfdaşlarının maliyyələşdirdiyi bu 



proqram azərbaycanlı tələbələrə Türkiyə və 

Azərbaycan universitetlərində mühəndislik və 

yerşünaslıq elmləri üzrə bakalavr və magistr 

pilləsi üzrə təhsili almağa imkan yaradır. 2010-cu 

ildə beş nəfər magistr və 74 nəfər bakalavr 

təhsili alan tələbəyə köməklik göstərildi. Bu 

proqram çərçivəsində 26 tələbə 2010-cu ildə 

universitet təhsilini başa vurdu. 2010-cu ildə 

verdiyimiz təqaüdlərin dəyəri 300 000 dollardan 

çox idi. 



Xəzər Enerji Mərkəzi

2010-cu ildə mərkəzə cəmi 4 395 nəfər, o 

cümlədən 1 983 yaşlı və 2 412 məktəbli baş 

çəkdi. 2009-cu ildə bu rəqəmlər müvafiq olaraq 

2 769 yaşlı və 2 443 uşaq olmuşdur. Qonaqları 

terminalda həyata keçirilən bəzi texniki 

proseslərlə tanış etmək və əməliyyat sahələrinə 

səfərləri optimallaşdırmaq məqsədi ilə mərkəz 

“Səngəçal terminalına səyahət” adlı filmi 

nümayiş etdirməyə başladı.

Orta məktəb müəllimlərinin xahişi ilə mərkəz 

gənclər üçün yeni “kosmos” sərgisi və 

“obyektlər necə uçur” adlı bir elmi tamaşa 

hazırladı. Tezliklə bu tamaşa mərkəzin gənclər 

arasında ən sevilən elmi tədbir oldu. O, fizika 

qanunlarını izah edir, təyyarələrin və raketlərin 

necə uçmasını göstərir.

Neft və qazın kollektorda tutulub saxlanmasını mümkün edən əsas 



məhsuldar qatlar və onların üstünü örtən laylar.

Cəmiyyət



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə