17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə35/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   27   28   29   30   31   32   33   34   35

54

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010

Bu hesabat BP qrupunun auditorları olan “Ernst & Young” şirkəti 

tərəfindən yoxlanılmışdır. Yoxlama prosesinin əsas məqsədi hesabatın 

mətnində BP-nin davamlı inkişafla bağlı fəaliyyətinə dair məlumatların, 

açıqlamaların və faktların dəlillərə əsaslandığını təsdiq etməkdən 

ibarətdir. Müstəqil üçüncü tərəfin hesabatın məzmununa zəmanət 

verməsi bu prosesin əsasında dayanır. “Ernst & Young”ın gördüyü 

işlərin əhatə dairəsi və nəticələri aşağıda verilib. 

Müstəqil şirkətin BP rəhbərliyinə əminlik barədə 

təminat bəyanatı  

2010-cu il üçün BP Azərbaycan Davamlı inkişaf haqqında hesabat 

(‘Hesabat’) bu biznes bölümü daxilində məlumatların toplanması və 

təqdim edilməsinə görə məsuliyyət daşıyan BP Azərbaycan rəhbərliyi 

tərəfindən hazırlanmışdır. Bizim məsuliyyətimiz, aşağıda göstərildiyi 

kimi, BP rəhbərliyinin təlimatlarına uyğun olaraq Hesabatda verilmiş 

məlumat, fakt və işıqlandırılmış məsələlərin əhatə dairəsi barədə 

məhdud əminlik öhdəliyini yerinə yetirməkdən ibarətdir. 

Bu işlərin yerinə yetirilməsində biz yalnız “BP p.l.c.”nin rəhbərliyi 

qarşısında onlarla razılaşdırılmış səlahiyyətlər çərçivəsində cavabdehik. 

Buna görə də, hər hansı digər bir məqsədə görə və ya hər hansı digər 

şəxs və ya təşkilat qarşısında heç bir məsuliyyət daşımırıq. Hər hansı 

üçüncü tərəfin Hesabata nə dərəcədə etibar etməsinin məsuliyyəti 

tamamilə onun öz üzərinə düşür.



Gəldiyimiz nəticələr gördüyümüz hansı işlərə əsaslanır  

Əminlik üzrə götürdüyümüz öhdəlik Beynəlxalq Mühasiblər 

Federasiyasının Beynəlxalq Standartlarına (ISAE3000)

a

 uyğun olaraq 



planlaşdırılmış və həyata keçirilmişdir.

Hesabat aşağıdakı meyarlara görə qiymətləndirilmişdir: 

• Hesabatın 2010-cu ildə media nümayəndələri tərəfindən BP-nin    

  Azərbaycandakı fəaliyyətləri ilə əlaqədar qaldırdığı davamlı inkişafa   

  dair əsas məsələlər, BP Azərbaycanın mühüm davamlı inkişaf  

 

  problemləri ilə bağlı özünün keçirdiyi yoxlama və seçilmiş daxili  



 

  sənədləri əhatə edib-etməməsi.

• Hesabatda verilmiş davamlı inkişaf haqqında məlumatların BP-nin    

  müvafiq rəhbərləri tərəfindən verilən izah və dəlillərə uyğun gəlib-   

 gəlməməsi. 

• Hesabatda verilmiş davamlı inkişaf haqqında məlumatların müvafiq   

  biznes bölümü səviyyəsində qeydə alınmış məlumatlara uyğun  

 

 gəlib-gəlməmsi.



Nəticələrə gəlmək üçün biz xülasəsi aşağıda sadalanan 

işləri həyata keçirmişik

1.   Maraqlı tərəflərlə görüşlər və risklərin qiymətləndirilməsi cədvəli də 

daxil olmaqla, Azərbaycanda BP-nin 2010-cu ildə davamlı inkişafla 

bağlı fəaliyyətinə dair şirkətdənkənar kütləvi informasiya 

vasitələrinin hesabatları və şirkətdaxili sənədlər dəstini nəzərdən 

keçirmişik.

2.   Hesabatda əksini tapmalı əsas məsələlərin müəyyənləşdirilməsi 

üçün Azərbaycanda BP-nin nəzərdə tutduğu prosesin Hesabat 

hazırlanan zaman tətbiq olunub-olunmadığını yoxlamışıq. 

3.   Hesabatda davamlı inkişaf üzrə verilmiş icra göstəriciləri və 

bəyanatlar haqqında məlumat və ya izahatları diqqətlə nəzərdən 

keçirmişik. Davamlı inkişaf üzrə Hesabatda əksini tapmış 

göstəriciləri dəstəkləyən sənədləri yoxlayarkən ölkə və ya sahə 

səviyyəsində məlumatların toplanması, müqayisə edilməsi və 

onların necə əldə edilməsi proseslərini yoxlamamışıq. 



Əminlik səviyyəsi

Dəlil toplama proseduralarımız məhdud əminlik səviyyəsi əldə etmək 

və nəticələri əsaslandırmaq üçün nəzərdə tutulmuşdur. Həyata 

keçirilmiş dəlil toplama proseduralarının səviyyəsi məqbul əminlik 

öhdəliyinin yerinə yetirilməsinə (məsələn, maliyyə auditi) verilən 

tələblərlə müqayisədə aşağıdır və buna görə də, nisbətən aşağı 

səviyyəli əminlik təmin edilmişdir.

Gəldiyimiz nəticələr

Hesabatla bağlı apardığımız yoxlama əsasında və işimiz üçün müəyyən 

edilmiş səlahiyyətlər dairəsində aşağıdakı nəticələrə gəlmişik. Bu 

nəticələr yuxarıdakı ‘Gəldiyimiz nəticələr gördüyümüz hansı işlərə 

əsaslanır?’ bölməsi ilə birlikdə oxunmalıdır.

1. Əsas məsələlər Hesabatda əhatə olunubmu?

Mətbuatda və ya Azərbaycanda BP-nin öz əhəmiyyət dərəcəsinin 

qiymətləndirilməsi prosesinin nəticəsi kimi qaldırılmış və bu 

Hesabata daxil edilməmiş davamlı inkişafla əlaqədar Azərbaycanda 

BP-yə aid hər hansı bir əsas məsələ bizə məlum deyil.

2. Hesabatda Azərbaycanda BP-nin davamlı inkişaf üzrə icra göstəriciləri  

  dəlil-sübut və ya izahatlarla təsdiqlənirmi? 

Hesabatda BP rəhbərliyi tərəfindən Azərbaycanda BP-nin davamlı 

inkişaf üzrə həyata keçirdiyi fəaliyyətlərlə bağlı təqdim edilmiş təsdiq 

və məlumatlarda hər hansı bir qeyri-düzgün bəyanatın olması bizə 

məlum deyil.

Müstəqil əminlik bəyanatı

Auditlər İstisna olmaqla Əminlik Öhdəlikləri və ya Tarixi Maliyyə Məlumatları 



üzrə Yoxlamalar üçün Beynəlxalq Mühasiblər Federasiyasının 

Beynəlxalq Standartı (İSAE3000).

Ernst & Young LLP, London 

15 iyul 2010-cu il



Müstəqilliyimiz 

“BP p.l.c.”nin auditorları kimi “Ernst & Young”dan Audit Təcrübələri 

Şurasının (“Auditing Practices Board”) Auditorlar üçün etik 

standartlarında müəyyənləşdirilmiş tələblərə riayət etmək tələb 

olunur. “Ernst & Young” şirkətinin müstəqil strategiyaları firmalar, 

tərəfdaşlar və peşəkar işçilərə tətbiq olunur. Bu strategiyalar 

sifarişçilərimizə münasibətdə müstəqilliyə xələl gətirən və ya gətirə 

biləcəyi ehtimal olunan hər hansı maliyyə maraqlarını qadağan edir.

Hər il işçi və tərəfdaşlardan şirkətin siyasətlərinə riayət etdiklərini 

təsdiq etmək tələb olunur. Biz hər il müstəqilliyimizə və 

obyektivliyimizə xələl gətirə biləcək hər hansı hadisənin, qadağan 

edilmiş xidmətlər də daxil olmaqla, baş verib-vermədiyini BP-yə 

bildiririk. 2010-cu ildə heç bir belə hadisə və ya xidmət olmamışdır.



BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

55

Hesabatın hazırlanması prosesi, rəy və təkliflər



 

Bu hesabatı nəşr etməkdə məqsədimiz 2010-cu il ərzində 

Azərbaycanda gördüyümüz işlər barədə şəffaf hesabat vermək və 

əvvəlki hesabatlarla əlaqədar alınmış rəylərə cavab verməkdir

Bu, BP-nin Azərbaycanda nəşr etdiyi sayca səkkizinci Davamlı inkişaf 

haqqında hesabatdır (DİH). Hesabat 2010-cu il ərzində bizim 

Azərbaycanda həyata keçirdiyimiz fəaliyyətləri təsvir edir. Məlumatların 

düzgünlüyünə kənar zəmanət BP qrupunun auditorları olan “Ernst & 

Young” şirkəti tərəfindən verilmişdir. Onların vəzifəsi bu hesabatda 

verilmiş rəqəmlərin və açıqlamaların düzgünlüyünü və sənədlərə 

əsaslandığını və 2010-cu ildə bizim Azərbaycandakı fəaliyyətlərimizlə 

bağlı əsas məsələlərin hesabatda tarazlaşdırılmış təqdimatını təmin 

etməkdən ibarət olmuşdur.

Rəylər

2009-cu il BP Azərbaycanda DİH həm şirkət daxilində, həm də 

şirkətdən kənarda həm çap, həm də elektron variantlarda geniş şəkildə 

yayıldı. Bütün maraqlı tərəflərə hesabatın bir nüsxəsi göndərildi və 

onlardan öz rəy və təkliflərini verməsi xahiş olundu. Biz həmçinin BP 

əməkdaşları, kütləvi-informasiya vasitələrinin nümayəndələri, tələbələr, 

peşəkarlar və təhsil proqramlarının məzunları da daxil olmaqla 200 

nəfərdən artıq adam üçün birbaşa rəy sorğusu ilə əlaqədar yığıncaqlar 

təşkil etdik. 

Ümumiyyətlə rəylər müsbət oldu. Elmi işçilərdən biri 2009-cu il 

hesabatını korporativ davamlılıq, sosial məsuliyyət və şəffaflıq 

haqqında hesabat vermənin ən yaxşı nümunələrindən biri kimi 

qiymətləndirdi.

Əməkdaşlar 

 BP-nin Azərbaycandakı əlaqələr və şirkətxarici işlər, 

təhlükəsizlik, icazə və tənzimləyici işlər qruplarını təmsil edən 

əməkdaşlar “keks ye, öyrən” toplantılarında iştirak etdilər. Görüş 

zamanı onlar bir sıra təkliflər irəli sürdülər, eləcə də xahiş etdilər ki, BP 

və Azərbaycan hökuməti, xüsusilə Fövqəladə Hallar Nazirliyi (FHN) 

arasında əməkdaşlıq və birgə fəaliyyətlər, BP təqaüdləri ilə bağlı xərclər 

barədə müfəssəl məlumat verilsin.

Tələbələr

 Amerika Məzunlar Cəmiyyətinin, Qafqaz Universitetinin, 

Dövlət Neft Akademiyasının, İqtisadiyyat Universitetinin və Bakı Dövlət 

Universitetinin tələbələri rəy sorğusu yığıncaqlarında iştirak etdilər. 

Əvvəlki illərdə olduğu kimi, bu iştirakçılar ən çox işə götürülmə və BP 

təqaüdləri ilə bağlı xərclərə aid məsələlərlə maraqlandılar. Onlar 

həmçinin BP-nin Xəzər regionunda yeni texnologiyalardan istifadə 

etməsi, şirkətdə komanda ruhunun yaradılması və DİH prosesinə cəlb 

edilmə ilə bağlı daha çox məlumat verilməsini təklif etdilər. 

Kütləvi-informasiya vasitələri 

 Media mənsublarının rəyləri də 

əsasən müsbət oldu və 2009-cu il hesabatı əvvəlki ildə olduğu kimi 

əhatəli və informativ hesab edildi. Hesabatın məzmununun 

yaxşılaşdırılması, xüsusilə beş illik icra göstəriciləri cədvəlinin hasilat 

haqqında məlumatlarında qazla bağlı rəqəmlərin göstərilməsi kimi bəzi 



Bizim cavabımız

 

Aldığımız rəylərə cavab olaraq biz bu hesabata bir sıra yeni mövzular 



üzrə məlumatlar daxil etmişik. Onlara Azərbaycanda BP və FHN 

tərəfindən birgə həyata keçirilən tədbir, şirkətdə kollektivin yaradılması 

işləri, Xəzərdə istifadə edilən yenilikçi texnologiyalar barədə konkret 

misal, təqaüdlərlə bağlı xərclər və Çıraq neft layihəsi haqqında məlumat 

daxildir.

Biz Azərbaycan hökumətinə ödədiyimiz vergilər, yerli müəssisələr 

vasitəsilə xərclənən vəsaitlər, gəlirlərin şəffaflığını yaxşılaşdırmaq 

səylərimiz, işə götürmə təcrübəmiz, əməyin təhlükəsizliyi və ətraf 

mühitin qorunması ilə bağlı icra göstəricilərimiz üzrə məlumatları 

açıqlamaqda davam etdik.

Etik və məxfiliklə bağlı səbəblərə görə, həmçinin BP qrupunun 

siyasətinə uyğun olaraq, biz ayrı-ayrı işçilərimizə və ya podratçılarımıza 

ödənilən əmək haqlarının məbləği və kommersiya baxımından həssas 

məlumatları açıqlamamışıq. BP qrupunun bütün dünyada gəlirləri və 

xərcləri üzrə ümumi məlumatı şirkətin 2010-cu il üçün illik hesabatında 

oxumaq olar. 

Əgər bu hesabatla bağlı rəy və təklifləriniz olarsa, lütfən, bizimlə bu 

hesabatın axırıncı səhifəsində verilmiş ünvan və telefonlar vasitəsi ilə 

əlaqə saxlayın. 

BP davamlı inkişaf haqqında necə hesabat verir

bp.com/sustainability



BP qrupunun gəlir və xərcləri üzrə ümumi hesabat

bp.com/annualreview

təkliflər edildi. 2010-cu il hesabatı ilə əlaqədar təkliflərə Azərbaycan 

dilinə tərcümənin daha da yaxşılaşdırılması, əməliyyatların 

başlamasının əvvəlindən sosial xərclərə dair rəqəmlərin verilməsi və 

Çıraq neft layihəsi barədə daha çox məlumatın verilməsi daxil idi.

Vətəndaş cəmiyyəti 

 Vətəndaş cəmiyyətindən alınan rəylər yenə də 

az oldu və Azərbaycanda işləyən xarici vətəndaşların sayı haqqında 

verilən statistik göstəricilərin daha ətraflı verilməsi ilə bağlı bir xahişlə 

məhdudlaşdı.

Ayla Əzizova 

Şəffaflıq və ictimaiyyətə hesabatların verilməsi qrupunun 

rəhbəri. 2011-ci ilin may ayından Ayla Azəri-Çıraq-Günəşli 

üzrə birgə müəssisənin maliyyə analitiki vəzifəsində işləyir.



56

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010



... Xəzər Enerji Mərkəzinə necə getmək olar?

Xəzər Enerji Mərkəzi (XEM) Bakının mərkəzindən 55 km məsafədə, 

Salyan şosesinin yaxınlığındakı Səngəçal neft və qaz terminalında yerləşir. 

Səfərlər pulsuzdur və bazar ertəsindən şənbəyədək saat 10:00 və 16:00 

arasında həyata keçirilir. 

XEM-ə bütün səfərlər əvvəlcədən təşkil olunur. Dəvət olunmuş 

qonaqlar avtobus xidməti ilə təmin olunur. Məktəblilərin səfərləri onların 

valideynləri və ya müəllimləri tərəfindən müşayiət olunur. Yaşlılar səfərdən 

qabaq adlarını və şəxsiyyət vəsiqələrinin nömrələrini təqdim etməlidirlər. 

Telefonlar: (+994 12) 444 80 47 / 444 80 45

Faks: (+994 12) 444 80 55, Email: cec@bp.com 

www.cec.az 

Necə…


... İcma proqramı qrantı üçün necə müraciət etmək olar?

İcma proqramı qrantları ilə bağlı suallar üçün bizimlə növbəti ünvanla əlaqə 

saxlaya bilərsiniz:

cdi@bp.com

... Necə müqavilə bağlamaq olar?

Biznes E-mərkəzinə, bizim inkişaf layihələrimiz və tədarük sistemimizin 

necə işlədiyi barədə məlumatların yerləşdirildiyi veb-portalımıza daxil olun:

www.ecbaku.com

... Problemli məsələləri necə qaldırmaq olar?

24 saat fəaliyyət göstərən “OpenTalk”un telefon nömrələrindən istifadə edin:

Azərbaycan (+994 12) 497 98 88 

Beynəlxalq xətt (+1 704) 540 22 42

Faks: (+1 704) 556 07 32 

Məktub: BP OpenTalk, 13950 Ballantyne Corporate Place, PMB 3767,    

  Charlotte, NC28277, USS

Onlayn forma: www.opentalkweb.com

“OpenTalk” haqqında əlavə suallar BP Azərbaycana ünvanlana bilər

... İş üçün necə müraciət etmək olar?

Texniki mütəxəssislərin işə götürülməsi proqramı, məzun və təcrübəçilərin 

işə götürülməsi proqramı və BP-də digər boş iş yerləri haqqında məlumat 

almaq üçün, lütfən, www.bp.com/caspian/careers ünvanına baş çəkin.

Qeyd: Məzun və təcrübəçilərin işə götürülməsi kampaniyası adətən fevral 

ayında başlanır və bu barədə yerli mediada elan verilir.



... Şikayət, narahatlıq doğuran məsələlər və sorğuları necə 

göndərmək olar?

Öz şikayətlərinizi / sizi narahat edən məsələləri və ya digər məlumatlarla 

bağlı sorğularınızı, zəhmət olmazsa, icmalarla əlaqə üzrə məsul şəxslərə 

çatdırın: 

Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir

Telefonlar: (+994 55) 225 02 51/225 02 45 

Ucar, Ağdaş, Yevlax, Goranboy

Telefonlar: (+994 55) 225 02 57/225 02 54

Samux, Şəmkir, Tovuz, Ağstafa

Telefonlar: (+994 55) 250 58 31/225 02 60

İctimai informasiya mərkəzlərinin nömrələri:

Kürdəmir (+994 145) 5 05 45

Yevlax (+994 166) 6 58 84

Gəncə (+994 22) 57 38 90



www.bp.com/caspian/contactus 

Təhlükəsizliklə əlaqədar şikayət və narahatlıqlarla bağlı, lütfən, 114 

nömrəsinə zəng edin.



Əlavə məlumatlar 

Bizimlə əlaqə saxlayın

Araz Yusubov

Şəffaflıq və ictimaiyyətə hesabatların verilməsi 

qrupunun rəhbəri

Tamam Bayatlı

Xarici əlaqələr üzrə menecer

BP AGT Regionu, Hyatt tauer 3,

2-ci mərtəbə, İzmir küçəsi 1033,

Bakı, Azərbaycan

 

Onlayn rejimdə qeyd və təkliflər bu ünvandan 



göndərilə bilər:

www.bp.com/caspian/azsr

Öz qeyd və təkliflərinizi təqdim etmək

və ya suallar vermək üçün əlaqələr 

və şirkətxarici işlər şöbəsinə 

(+994 12) 497 90 00 nömrəli 

telefonla zəng vurun



www.bp.com/caspian 

Bu sayt Xəzər regionunda müxtəlif 

enerji layihələri haqqında əsas məlumat 

mənbəyidir. Buraya layihələrin təfərrüatları, 

xəbərlər, ətraf mühit və sosial sahəyə təsirin 

qiymətləndirilməsi, layihələri tənzimləyən 

hüquqi sazişlər, kredit təşkilatlarının 

hesabatları, vətəndaş cəmiyyətinin 

monitorinq hesabatları və bizim onlara 

cavablarımız, Azərbaycanda BP-nin Davamlı 

inkişaf haqqında əvvəlki hesabatları və 

digər sənədlər daxildir. Sayt çoxdillidir və 

müntəzəm şəkildə yenilənir. 

www.bp.com

Bu saytda BP qrupunun strategiya 

və dəyərlərinin təfərrüatları haqqında 

məlumatlar, onun Xəzər və Qafqaz 

regionunda, eləcə də digər yerlərdə fəaliyyət 

və əməliyyatları haqqında hesabatlar, 

həmçinin qrupun Davamlı inkişaf haqqında 

xülasələri yerləşdirilib.



www.ecbaku.com

Bu saytda tərəfdaşlarımızla birlikdə 

Azərbaycanda dəstək verdiyimiz inkişaf 

layihələri haqqında ən son xəbərlər, BP və 

digər beynəlxalq və yerli şirkətlərlə işləməyin 

yolları barədə faydalı məlumatlar yerləşdirilib.



Minnətdarlıqlar 

Dizayn

 Maxmedia MMC



Çap

 

Max Offset nəşriyyat evi 



Foto-şəkillər

 

Styuart Konvey, Çingiz Səmədzadə, 



Şahin Abasəliyev

Kağız 

Davamlı inkişaf haqqında hesabat yenidən emal olunmuş kağız 

üzərində çap olunub. Bu kağıza müstəqil yoxlama tərəfindən 

Meşə işləri üzrə İdarəçilər Şurasının (FSC) qaydalarına uyğun 



şəhadətnamə verilib.


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə