17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   2   3   4   5   6   7   8   9   ...   35

10

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010

2010-cu ildə Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) 

neft yatağında və Şahdəniz (ŞD) qaz yatağında 

hasilat davam etdirildi. İyul ayının 21-də Bakı-

Tbilisi-Ceyhan boru kəmərinin ən yüksək 

ötürücülük qabiliyyəti gündə 1,057 milyon barelə 

çatdı. Biz “Devon Energy” şirkətinin AÇG 

yatağındakı payının alınmasını başa çatdırdıq və 

Şəfəq-Asiman strukturunun birgə kəşfiyyatı və 

işlənməsi üçün Azərbaycan Respublikası Dövlət 

Neft Şirkəti (ARDNŞ) ilə yeni hasilatın pay 

bölgüsü sazişi imzaladıq. ŞD yatağının 

tammiqyaslı işlənməsi layihəsinin bir hissəsi kimi 

Azərbaycan və Türkiyə hökumətləri Anlaşma 

Memorandumu (AM) imzaladılar. 



Azəri -Çıraq-Dərinsulu Günəşli 

BP, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin 

(ABƏŞ) adından AÇG yatağının əməliyyatçısıdır. 

AÇG Xəzər hövzəsinin Azərbaycan sektorunda 

ən iri neft yatağıdır və Bakıdan təxminən 100 km 

şərqdə yerləşir. AÇG-də hasilat 1997-ci ilin noyabr 

ayında yatağın Çıraq hissəsindən başlanmışdır və 

indi bura yatağın Mərkəzi, Qərbi və Şərqi Azəri

həmçinin Dərinsulu Günəşli (DərSG) hissələri də 

daxildir. 

Əməliyyatlarımız 

Biz Azəri-Çıraq-Günəşli neft yatağı və Şahdəniz 

qaz yatağı da daxil olmaqla Azərbaycanın dənizdə əsas karbohidrogen 

yataqlarının operatoruyuq. Quruda dünyanın ən böyük inteqrasiya edilmiş 

neft və qaz emalı terminallarından birini, həmçinin onu region və dünya 

bazarları ilə birləşdirən boru kəmərlərini idarə edirik.



Azəri-Çıraq-Dərinsulu Günəşli hasilatı

(mmbbl – milyon barel; mmte – milyon ton)

Çıraq 

Mərkəzi Azəri



Qərbi Azəri

Şərqi Azəri  

Dərinsulu Günəşli

Cəmi


Noyabr 1997

Fevral 2005

Dekabr 2005 

Noyabr 2006

Aprel 2008

38,7


5,2

69,6


9,4

98,0


13,2

49,6


6,7

42,5


5,7

298,4


40,2

2009-cu


ildə hasil 

edilmiş neft 



34,0

4,6

74,9

10,1

90,6

12,2

51,4

6,9

49,5

6,7

300,4

40,6

2010-cu ildə 

hasil edilmiş 

neft

Hasilatın başlanma 

tarixi

mmbbl


mmte

mmbbl


mmte

mmbbl


mmte

mmbbl


mmte

mmbbl


mmte

mmbbl


mmte

Ölçü


vahidi

546,4


73,8

432,4


58,4

362,8


49,0

191,8


25,9

109,7


14,8

1643,1


222,0

Hasilat başlanandan 

2010-cu ilin 

sonunadək neft 

hasilatı

Mərkəzi Azəri platforması



BP ortaqlarının dünyanın müxtəlif 

yerlərində maye karbohidrogen 

hasilatındakı xalis payı, 2010

a

 

(%)


2010-cu ildə biz AÇG kompleksindən orta 

hesabla gündə 823 100 barel (ildə 300,4 milyon 

barel və ya 40,6 milyon ton) neft hasil etdik. 

Bundan başqa, ARDNŞ-yə gündə təxminən 

9,4 milyon kub metr (təxminən 332 milyon 

standart kub fut) səmt qazı çatdırılıb ki, bu da 

2010-cu il üçün ilkin planlaşdırılmış həcmdən 

79% çoxdur.

2010-cu ilin mart ayında Çıraq neft layihəsi 

(ÇNL) üçün dəyəri 6 milyard dollar məbləğində 

olan işlənmə planına sanksiya verildi. Bu plana 

mövcud DərSG və Çıraq platformaları arasındakı 

yataq infrastrukturunda olan boşluğu doldurmaq 

üçün nəzərdə tutulan yeni bir dəniz qurğusunun 

inşası daxildir. Gözlənilir ki, ÇNL nəticəsində AÇG 

yatağından neft hasilatının həcmi cəmi 360 

milyon barelədək artacaqdır. İl ərzində biz ÇNL 

üzrə qazmaöncəsi əməliyyatlara İstiqlal qazma 

qurğusunda ilkin qazma quyularının qazılması ilə 

başladıq, sonra isə Dədə Qorqud qazma qurğusu 

ilə davam etdirdik. 

2010-cu ildə AÇG üzrə əməliyyat xərcləri cəmi 

426 milyon, əsaslı xərclər isə 1,648 milyard dollar 

oldu.


Gələcək perspektivlər

AÇG yatağında çıxarıla bilən ehtiyatların həcminin 

təxminən beş milyarddan artıq barel neft olduğu 

hesab edilir. Bu ehtiyatların çıxarılması 

rezervuarların idarə edilməsində mürəkkəb 

metodların tətbiq edilməsini, seysmik 

məlumatların mürəkkəb analizinin aparılmasını, 

yüksək funksional qazma və tamamlama 

texnologiyalarından istifadəni tələb edəcək.

a

 Xam neft, təbii qaz və kondensat da daxil 



olmaqla günə 1 229 min barel. 

b

 “Digər”ə Kanada, Cənubi Amerika, Afrika, 



Asiya (Azərbaycan istisna olmaqla) və Avstraliya 

daxildir.

ABŞ

Böyük Britaniya və Avropanın qalan hissəsi 



Azərbaycan

Digər


b

49%

29%

8%

14%

BP-nin Azərbaycanda fəaliyyəti




BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

11

Şahdəniz hasilatı

(bscm – milyard standart kub metr; bscf – milyard standart kub fut; mboed – günə min barel neft ekvivalenti)

ŞD qazı


ŞD

kondensatı

Hasilatın başlanma 

tarixi


Hasilata 24 

noyabr 2006-cı 

ildə başlanmışdır

Birinci qaz 15 

dekabr 2006-cı 

ildə çatdırılmışdır

Ölçü vahidi

bscm  


 

    bscf 

mboed

 

 



mmbbl  

mmte


23,5

823,8


   ---

49,8


6,2

Hasilat 


başlanandan 

2010-cu ilin 

sonunadək qaz/

kondensat hasilatı

6,2

218,0


103,0

13,1


1,7

2009-cu 


ildə hasil 

edilmiş qaz/

kondensat

6,9

243,4

115,0

14,7

1,9

2010-cu 

ildə hasil 

edilmiş qaz/

kondensat

Şahdəniz platforması



BP ortaqlarının dünyanın müxtəlif 

yerlərində təbii qaz hasilatındakı  

xalis payı, 2010

a

(%)


Şahdəniz

Şahdəniz (ŞD) qaz yatağı 1999-cu ildə kəşf 

edilmişdir. Onun uzunluğu 22 km, rezervuarının 

qalınlığı 1 000 metrdən artıqdır. Yataq sahildən 

dənizə doğru 70 kilometrlik bir məsafədə, suyun 

dərinliyi 50-600 metr arasında dəyişdiyi bir 

ərazidə yerləşir. Geoloji baxımdan mürəkkəb olan 

Şahdəniz yatağı çox yüksək təzyiqə malikdir və 

onun çoxsaylı rezervuar “horizontları” vardır.

2010-cu ildə ŞD yatağından təxminən 6,9 

milyard kub metr (243,4 milyard kub futdan çox) 

qaz (2009-cu illə müqayisədə 11% artım) və 

təxminən 14,7 milyon barel (təxminən 1,9 milyon 

ton) kondensat (2009-cu illə müqayisədə 13% 

artım) hasil edildi.

2006-cı ilin sonlarında ŞD-də hasilata 

başlanandan 2010-cu ilin sonunadək təxminən 

49,7 milyon barel (təxminən 6,3 milyon ton) 

kondensat dünya bazarlarına ixrac edilib.

2010-cu ilin dekabr ayında ARDNŞ və ŞD 

tərəfdaşları arasında ŞD HPBS-nin beş il 

müddətinə uzadılması haqqında saziş imzalandı. 

Saziş müddətinin 2036-cı ilədək uzadılması 

layihənin ŞD yatağın tammiqyaslı işlənməsi (ŞD 

YTMİ) kimi tanınan ikinci mərhələsini əhatə edir. 

Bunun nəticəsində ŞD Mərhələ 1 layihəsindən 

hazırda hasil olunan illik 8 milyard kub metr 

qazdan əlavə 16 milyard kub metr qazın hasil 

ediləcəyi gözlənilir. 

ŞD YTMİ üzrə mühəndis-layihə tədqiqatları 

2010-cu ildə davam etdirildi. ŞD rezervuarını daha 

yaxşı öyrənmək üçün dənizdə qiymətləndirmə 

fəaliyyətləri həyata keçirildi. Bu fəaliyyətlərin bir 

hissəsi kimi, İstiqlal qazma qurğusundan SDX-6 

qiymətləndirmə quyusu qazılır. 

Həmin il ŞD YTMİ layihəsi Azərbaycan və 

Türkiyə hökumətlərinin imzaladığı Anlaşma 

Memorandumu  ilə dəstəkləndi. Bu Anlaşma 

Memorandumu  Azərbaycan qazının Türkiyəyə 

satışını və Türkiyə ərazisindən keçməklə qazın 

Avropa bazarlarına nəql edilməsi üçün tranzit 

şərtlərini tənzimləyəcək bir əsas olacaq.

2010-cu ildə ŞD üzrə əməliyyat xərcləri 171,2 

milyon, əsaslı xərclər isə 380,7 milyon dollar 

olmuşdur.

Gələcək perspektivlər

Gələn bir neçə il ərzində platformadan qazılan 

yeni quyular istismara verildikcə, ŞD yatağından 

qaz hasilatının artacağı gözlənilir. Mərhələ 1 

işlənməsindən maksimum hasilatın sabit 

səviyyəsinin ildə təxminən 9 milyard kub metr 

qaz və gündə təxminən 50 000 barel kondensat 

olacağı gözlənilir.

a

 Gündə 7 332 milyon kub fut (birgə müəssisələr 



istisna olmaqla). 

b

 “Digər”ə Kanada, Cənubi Amerika, Afrika, 



Asiya (Azərbaycan istisna olmaqla) və Avstraliya 

daxildir.

ABŞ

Böyük Britaniya və Avropanın qalan hissəsi 



Azərbaycan

Digər


b

61%

2%

7%

30%

BP-nin Azərbaycanda fəaliyyəti




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə