17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   2   3   4   5   6   7   8   9   10   ...   35

12

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010



Səngəçal terminalı

Səngəçal terminalı Xəzərdən çıxarılan 

karbohidrogenləri ixracdan əvvəl texnoloji 

emaldan keçirən mərkəzi terminaldır. O, Xəzər 

hövzəsində BP tərəfindən işlədilən bütün 

mövcud dəniz yataqlarından hasil edilən 

məhsulu emal etmək üçün nəzərdə 

tutulmuşdur və daha da genişləndirilə bilər. 

Terminala neft və qazı texnoloji emal edən 

qurğular, Bakı-Tbilisi-Ceyhan (BTC) boru 

kəmərinin birinci nasos stansiyası, Cənubi 

Qafqaz boru kəməri (CQBK) kompressor 

stansiyası və digər qurğular daxildir. 

2010-cu ildə terminal 324,4 milyon barel neft 

ixrac etdi. Bunun 285,6 milyon bareli BTC ilə, 

29,6 milyon bareli Qərb ixrac boru kəməri 

(QİBK) marşrutu ilə, 9,3 milyon bareli isə dəmir 

yolu ilə ixrac edilmişdir. 

2010-cu ildə terminaldan qaz ixracı orta 

hesabla gündə təxminən 18,7 milyon standart 

kub metr (təxminən 659 milyon standart kub 

fut) oldu. Qaz CQBK və terminalın qaz emalı 

qurğularını Azəriqazın milli şəbəkə sisteminə 

birləşdirən ARDNŞ qaz boru kəməri vasitəsilə 

ixrac edildi. 

Terminalın karbohidrogen emalı sistemləri 

gün ərzində 1,2 milyon barel nefti və 25,5 

milyon kub metr Şahdəniz (ŞD) qazını (gündə 

cəmi təxminən 39,5 milyon kub metr qaz) emal 

etmək gücünə malikdir.

Səngəçal terminalı – əsas faktlar

• Sahəsi: 542 hektar

• Yerləşdiyi ərazi: Bakıdan 55 km

 cənubda, Qaradağ rayonu 

• Emal gücü: gün ərzində 1,2

milyon bareldən (162 000 ton) 

çox neft və 0,04 milyard

kub metr qaz

(Şahdəniz daxil olmaqla) 

•  Tutumu: 3,2 milyon barel

(450 000 ton)

• Operatoru: BP AGT

2011-ci il üçün perspektivlər

2011-ci il üçün bizim prioritetlərimiz terminalda 

əməliyyatların təhlükəsiz, etibarlı, səmərəli 

aparılması və hüquqi baxımdan qaydalara 

uyğunluğunun saxlanılmasından ibarətdir. 

Planlaşdırdığımız işlərə Azəri-Çıraq-Dərinsulu 

Günəşli (AÇG) məşəldə yandırma sistemi 

layihəsinin başa çatdırılması, ŞD-nin istifadə 

edilmiş istiliyin regenerasiyası qurğusunun 

istismara verilməsi, terminalda istifadə olunan 

“Rolls-Royce” turbinlərinin idarəetmə sisteminin 

təkmilləşdirilməsinin yekunlaşdırılması və ŞD 

məşəl qazının bərpası layihəsinin birinci 

mərhələsinə başlanması daxildir.

30 düym, üçüncü tərəf ixrac nefti

Üçüncü tərəf 

ŞD Mərhhələ 2

Alov


Şəfəq-Asiman

4 düym, 


mono-etilen qlikol

12 düym,


kondensat

ŞD Mərhələ 1



Səngəçal

terminalı

26 düym,


qaz

30 düym, Azəridən gələn neft

Hasil edilmiş lay suyu

üçün boru kəməri 

28 düym, AÇG-dən gələn qaz

30 düym, Azəri

yatağından gələn neft

24 düym,


Çıraqdan

gələn neft

Çıraq

neft layihəsi



ARDNŞ-nin

əməliyyatçısı olduğu

Şimal ixrac boru kəməri

Üçüncü tərəf

kondensat ixracatı,

8 düym boru kəməri

Qərb ixrac marşrutu

BTC


Quruda

Dənizdə

16 düym, üçüncü tərəf ixrac nefti

Azərbaycana

gedən aşağı

təzyiqli qaz

Azərbaycana

gedən yüksək

təzyiqli ŞD qazı

Azərbaycana

gedən AÇG qazı

CQBK

Mövcud


Potensial

Səngəçal terminalı: BP-nin Xəzərdə əməliyyatçısı olduğu bütün yataqlar üçün strateji mərkəz

Səngəçal terminalında 

xam neft tankeri

BP-nin Azərbaycanda fəaliyyəti




BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

13

Qərb ixrac boru kəməri 

Bu boru kəməri nefti Xəzər hövzəsindən 

Səngəçal terminalı vasitəsilə Gürcüstanın Qara 

dəniz sahilindəki Supsa terminalına nəql edir. 

1997-ci ildən sonra BP və onun tərəfdaşları 

QİBK-ni əsaslı şəkildə təmir etmişlər.

2008-ci ildə xəttin ayrı-ayrı hissələrinin təmiri 

başa çatdırılmışdır.

2010-cu ildə Səngəçal terminalından QİBK 

vasitəsilə təxminən 29,6 milyon barel neft nəql 

edilmişdir. 



Bakı-Tbilisi-Ceyhan boru kəməri

Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən 

keçən BTC boru kəməri vasitəsilə AÇG-dən hasil 

edilən neft və ŞD-dən hasil edilən kondensat nəql 

edilir. Uzunluğu 1 768 km olan bu boru kəməri 

Xəzər dənizi sahilindəki Səngəçal terminalını 

Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan dəniz 

terminalı ilə birləşdirir.



BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionunda maraqları

a

Qara dəniz

Xəzər dənizi 

Aralıq

dənizi

Gürcüstan

Türkiyə

Suriya

İraq

İran

Azərbaycan

Türkmənistan

Alov


geoloji-kəşfiyyat

Şəfəq-Asiman

geoloji-kəşfiyyat

CQBK


Neft kəmərləri

Qaz kəmərləri 

Əməliyyatçısı “BOTAŞ”

olan boru kəməri

BTC

boru kəməri



Tbilisi

Supsa


Ərzurum

ŞD qaz işlənməsi

Səngəçal

terminalı

AÇG neft hasilatı

və işlənməsi

QİBK

Ceyhan


Bakı

a

 



Azərbaycanda BTC/CQBK boru kəmərləri 13 rayonun ərazisindən keçir: Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa.

BTC boru kəməri bu vaxta qədər ən 

yüksək ötürücülük gücünə – 1,057 milyon 

barelə 21 iyul 2010-cu ildə nail oldu ki, bu da 

AÇG hasilatının il ərzində bir neçə dəfə nail 

olduğu gündəlik hasilat səviyyəsini (gündə 

900 000 barel neft ekvivalentindən çox) əks 

etdirir. 2010-cu ildə BTC vasitəsilə cəmi 

təxminən 286 milyon barel (təxminən 38 

milyon ton) neft ixrac edildi. BTC xəttinə 

2010-cu ilin sonunda BTC

• Ötürmə qabiliyyəti: gündə 1,2

milyon barel

• Orta məhsuldarlığı: gündə

təxminən 782 min barel

 

çəkilmiş əsaslı məsrəflər 34 milyon dollardan 



çox oldu.

İyul ayında nəqletmə sazişinin 

imzalanmasından sonra Türkmənistan xam 

neftinin də bu boru kəməri ilə nəql 

olunmasına başlandı.

BTC xəttinin 2006-cı ilin ortasında 

açılışından 2010-cu ilin sonuna qədər olan 

vaxt ərzində Ceyhanda 1 387 tanker 

yüklənmiş və 1,088 milyard bareldən (146 

milyon ton) çox xam neft boru kəməri ilə nəql 

edilərək dünya bazarlarına yola salınmışdır.

Cənubi Qafqaz qaz boru kəməri

Uzunluğu 690 km olan bu boru kəməri 2006-cı 

ilin sonlarından bəri istismar olunur və Səngəçal 

terminalından qazı  Gürcüstan/Türkiyə 

sərhədinə çatdırır. CQBK-nin texniki operatoru 

kimi BP, qurğuların tikintisi və istismarına görə 

məsuliyyət daşıyır. CQBK-nın inzibati 

idarəetmə və biznesin inkişafı üzrə məsuliyyət 

daşıyan operatoru “Statoil” şirkətidir. 2010-cu 

ildə CQBK-nin orta ötürmə qabiliyyəti gündə 

təxminən 14 milyon kub metr (təxminən 490 

milyon kub fut) qaz və ya gündə təxminən 

87 000 barel neft ekvivalenti olmuşdur. 

Çəkilmiş əsaslı xərclərin ümumi məbləği 

10 milyon dollar olub.

2010-cu ilin sonunda CQBK

• Ötürmə qabiliyyəti: gündə

22 milyon kub metr

• Orta məhsuldarlığı: gündə

14 milyon kub metr

BP-nin Azərbaycanda fəaliyyəti



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə