17 Biz necə işləyirik / 29 Əməyin təhlükəsizliyi və sağlamlıq / 35



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix07.04.2018
ölçüsü0,97 Mb.
#36499
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

14

  BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010

Ümumi neft debiti (gündə barel neft ekvivalenti)

Neft debiti (gündə barel)

Qaz debiti (gündə barel neft ekvivalenti)

20 000


40 000

60 000


80 000

Avstraliya (a)

65 972

Avstraliya (b)



61 747

Meksika körfəzi (a)

52 683

Avstraliya (c)



47 937

Trinidad (a)

38 412

Meksika körfəzi (b)



38 126

Meksika körfəzi (c)

35 225

Avstraliya (d)



35 197

Avstraliya (e)

35 004

Qərbi Azəri (a)

33 729


Avstraliya (f)

33 469


Avstraliya (g)

32 209


Trinidad (b)

31 675


İndoneziya (a)

31 207


İndoneziya (b)

30 674


Trinidad (c)

30 509


Şahdəniz

30 378


İndoneziya (c)

30 285


Mərkəzi Azəri (a)

30 237


Qərbi Azəri (b)

30 126


İndoneziya (d)

29 808


Şərqi Azəri

29 793


Mərkəzi Azəri (b)

28 997


Mərkəzi Azəri (c)

28 529


Mərkəzi Azəri (d)

28 370


BP-nin 25 ən məhsuldar karbohidrogen hasilatı quyusu, 2010

a

a

Avstraliyadakı yataqların əməliyyatçısı tərəfdaşlardır (qalanlarının əməliyyatçısı BP-dir).



Geoloji-kəşfiyyat işləri

7 oktyabr 2010-cu ildə BP və Azərbaycan 

Dövlət Neft Şirkəti (ARDNŞ) arasında Xəzər 

dənizinin Azərbaycan sektorundakı Şəfəq-

Asiman strukturunun birgə kəşfiyyatı və 

işlənməsi üçün yeni bir hasilatın pay bölgüsü 

sazişi (HPBS) imzalandı. Bu HPBS-yə əsasən 

BP şirkəti əməliyyatçı olmaqla müqavilədə 

50% paya, ARDNŞ isə qalan 50% paya 

malikdir.

Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 

kilometr (78 mil) cənub-şərqdə yerləşir və 

təxminən 1 100 kvadrat kilometr ərazini əhatə 

edir. Bu dəniz blokunda indiyədək heç bir 

geoloji-kəşfiyyat işi aparılmayıb. Suyun dərinliyi 

650-800 metr arasındadır. Rezervuarın dərinliyi 

təxminən 7 000 metrdir.

İl ərzində Alov, Araz və Şərq müqavilə 

sahələrində texniki qiymətləndirmə işləri 

davam etdirildi. Alov üzrə tərəfdaşlar müvafiq 

Xəzəryanı dövlətlər dənizin bölüşdürülməsi 

üzrə razılığa gəlməyincə Alov kontrakt 

sahəsində iş aparmağı planlaşdırmırlar.

Əməkdaşlarımız Dərinsulu 

Günəşli platformasında

BP-nin Azərbaycanda fəaliyyəti




BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2010 

15

Kompleks Təchizat və Ticarət

BP AGT öz payına düşən xam nefti BP-nin 

dünyada ən böyük enerji satıcılarından biri olan 

Londondakı Kompleks Təchizat və Ticarət 

qrupu vasitəsilə bazara çıxarır. 

BTC – Bakı-Tbilisi-Ceyhan; CQBK – Cənubi Qafqaz boru kəməri; ŞİBK – Şimal ixrac boru kəməri.



KSVP – kompressor və suyun vurulması platforması.

BTC, CQBK, ŞİBK, dəmir yolu

a

Səngəçal terminalı 



Şahdəniz (ŞD)

Mərhələ 1

Dərinsulu

Günəşli (DərSG)

Çıraq

Qərbi 


Azəri

Mərkəzi 


Azəri/KSVP

b

Şərqi



Azəri

Hazırda

BTC, CQBK, ŞİBK, dəmir yolu

Səngəçal terminalı 

DərSG


Çıraq

Çıraq


neft layihəsi

Qərbi 


Azəri

Mərkəzi 


Azəri /KSVP

Şərqi


Azəri

ŞD Mərhələ 1

ŞD Mərhələ 2

Gələcəkdə

Kollektora işıq sürəti ilə nəzarət

Kollektor strukturunun hansı layının hansı 

həcmdə və növdə maye hasil etməsini yaxşı 

başa düşmək neft hasilatını maksimuma 

çatdırmaq üçün olduqca mühüm əhəmiyyət 

kəsb edir. AÇG yatağında əsas çətinlik bu 

məlumatı hasilatda baha başa gələn 

dayandırmalar və quyuya müdaxilələr olmadan 

əldə etməkdir.

Paylanmış temperatur sensoru (PTS) bu 

çətinliyin öhdəsindən gələ biləcək 

texnologiyadır. PTS quyu tamamlanmasının 

uzunluğu boyunca kiçik diametrli nəzarət 

xətlərinin bərkidilməsini tələb edir. Bundan sonra 

“tük nazikliyində” optik lif nəzarət xəttinə 

yeridilir. Lif boyu aşağıya göndərilmiş pulsasiya 

edən lazer işığının əks olunmuş şüalarını təhlil 

etməklə lif boyunca temperatur göstəricilərini 

təyin etmək olur. Hasilat quyularında 

termodinamik xüsusiyyətləri bilərək, 

temperaturun statik şərtlərdən sapmalarını 

müşahidə etməklə, quyu lüləsi mayelərini (neft, 

qaz, su) və onların kollektor layları boyunca axıb 

gəlmə şəklini müəyyən etmək olur.

Xəzərdə açıq quyu lüləsinin 

tamamlanmasında qum axınının qarşısını almaq 

üçün istifadə etdiyimiz PTS optik lif texnologiyası 

BP-nin dəstəyi ilə ilk dəfə “Schlumberger” 

şirkəti tərəfindən işlənib hazırlanmışdır. Bu 

texnologiya 2005-ci ildə AÇG yatağında tətbiq 

edildi. O vaxtdan bəri istifadə metodları və 

avadanlığın konstruksiyasında edilmiş 

təkmilləşdirmələr nəticəsində sənayedə ilk belə 

quraşdırma da daxil olmaqla AÇG quyularında 17 

uğurlu quraşdırma aparılmışdır.

Tamamlama mühəndisliyi üzrə menecer 

Brayn Edment deyir:“Gözlənilir ki, AÇG yatağının 

istismar dövrü ərzində PTS-dən istifadə neft 

hasilatının əhəmiyyətli dərəcədə artması ilə 

nəticələnəcək. Bundan başqa, lazımi 

məlumatları qazma qurğuları və quyuya 

müdaxilələr olmadan əldə etmək imkanı 

verdiyinə görə, PTS texnologiyası insanlar və 

qurğularla bağlı riskləri aradan qaldırır.”



Azərbaycanda BP-nin istehsal etdiyi 

sürtgü yağları

BP-nin Azərbaycandakı bütün layihələri üçün 

BP və “Castrol” markalı sürtgü yağlarını 

“Petrochem” qrupu təchiz edır. 2010-cu ildə 

təxminən 1,75 milyon litr sürtgü yağı BP və 

onun Azərbaycandakı podratçılarına 

çatdırılmışdır. Azərbaycanın neft yataqlarında 

xidmət göstərən əksər podratçılar “BP/

Castrol” sürtgü yağları ilə təchiz edilir.

BP-nin Azərbaycanda fəaliyyəti




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə