17 yanvar 2017-ci il, çərşənbə axşamı 6



Yüklə 86,06 Kb.

tarix04.11.2017
ölçüsü86,06 Kb.


17 yanvar 2017-ci il, çərşənbə axşamı

6

 

ˆ

Bu gün ölkəmizdə həyata keçirilən  modernləşmə 



siyasətinin əsas hədəfi hər bir sahədə vətəndaşın 

maraqlarına xidmət edən mükəmməl sistemin qurulmasıdır. 

Həmin sistemin  ən vacib  elementlərindən biri “elektron 

hökumət” xidmətləridir.

İctimai tələbatın yüksək olduğu 

xidmətlərin elektron formada təşkili 

üzrə fəaliyyətə Azərbaycan Prezi-

dentinin “Elektron Azərbaycan” 

Dövlət Proqramının qəbul edilməsi 

barədə sərəncamı ilə başlanılıb. 

Elektron xidmətlərdən istifadənin  

genişləndirilməsi məqsədilə 

ölkəmizdə "bir pəncərə" prinsipi üzrə 

vahid xidmət məkanı olan "Elekt-

ron hökumət" portalı formalaşdırı-

lıb. “Elektron hökumət” İKT-dən 

istifadə etməklə dövlət təşkilatları 

ilə vətəndaşlar arasında operativ, 

maneəsiz idarəetmə formasıdır. Başqa 

sözlə desək, bu onlayn xidmətlər 

bürokratiyanı tamamilə aradan qaldır-

maq imkanları yaradır. 

İnformasiya  cəmiyyəti  quru-

culuğu yolunda inamla  irəliləyən 

Azərbaycan hökuməti bu cür 

idarəetmənin inkişafında çox maraqlı-

dır.  Bunu ölkə Prezidentinin  fərmanı 

ilə təsdiq edilmiş “Azərbaycan 

Respublikasında informasiya 

cəmiyyətinin inkişafına dair 2014-

2020-ci illər üçün  Milli Strategiya” 

və  dövlət  proqramları da  təsdiq 

edir. Onların  həyata keçirilməsi 

nəticəsində yaradılmış bu yeni me-

xanizm həm hökumət, həm vətəndaş, 

həm də biznes sektoru üçün olduqca  

faydalıdır.

 “2014-2016-cı illərdə dövlət 

orqanlarında elektron xidmətlərin 

genişləndirilməsi və “elektron 

hökumət”in inkişafına dair Dövlət 

Proqramı”nın yekun ilidir. Proqramın 

məqsədi “elektron hökumət”in forma-

laşdırılması və elektron xidmətlərin 

təkmilləşdirilməsi istiqamətində 

ölkədə bu sahədə aparılmış işlərin 

davam etdirilməsi, məqsədyönlü ad-

dımların atılması ilə müasir informa-

siya cəmiyyətinin tələblərinin təmin 

edilməsi idi. Dövlət Proqramında 

qarşıya qoyulmuş məqsədlərə nail 

olmaq üçün bir sıra məsələlərin həlli 

nəzərdə tutulurdu – sahə üzrə norma-

tiv hüquqi bazanın təkmilləşdirilməsi, 

dövlət orqanlarının zəruri infor-

masiya sistemləri və ehtiyatlarının 

müəyyənləşdirilmiş tələb və stan-

dartlara uyğun qaydada yaradılma-

sı, inteqrasiyası, təhlükəsizliyinin 

təmin edilməsi və mövcud infor-

masiya sistemləri və ehtiyatlarının 

təkmilləşdirilməsi, dövlət orqanla-

rının informasiya sistemləri və ehti-

yatları arasında məlumat mübadiləsi 

prosesinin təkmilləşdirilməsi (vahid 

informasiya fəzasının yaradılması).  

Eyni zamanda, modern və çe-

vik idarəetmənin təmin edilməsi

dövlət orqanlarının fəaliyyətinin 

səmərəliliyinin artırılması, şəffaflığın 

təmin edilməsi və bürokratiyanın 

aradan qaldırılması ilə “hökumət-

vətəndaş” münasibətlərində yeni 

müstəviyə keçidin təmin edilməsi, 

vətəndaş məmnunluğunun artırıl-

ması,  əhaliyə elektron xidmətlərin 

göstərilməsinin keyfiyyətinin 

və əlçatan olmasının artırılması, 

əhatə dairəsinin genişləndirilməsi 

məsələləri də  proqramın  qarşıya  

qoyduğu  vəzifələrdən idi. 

Məlumat üçün  bildirək ki, bu 

günədək dövlət qurumları tərəfindən 

üç yüzdən çox elektron xidmət "elekt-

ron hökumət" portalına inteqrasiya 

olunub. Təbii ki, onlayn xidmətdən 

yararlanan vətəndaşların sayı hər gün 

artmaqdadır.

Azərbaycan sivil ölkədir 

və dövlətimiz insanların hər bir 

sahədə yüksək səviyyəli xidmət 

göstərildiyi bir cəmiyyətin qurulma-

sı üçün tədbirlər həyata keçirir. Bu 

istiqamətdə atılan addımlar zaman-

zaman öz bəhrəsini verməkdədir. 

Ən ucqar bir regiondakı şəxs evində 

oturaraq internet üzərindən dövlət 

qurumlarının xidmətindən istifadə 

edir. Bu, qarşıya  qoyulmuş hədəflərə 

doğru atılmış ən mühüm addımdır.

Artıq  ölkəmizdə   "elektron 

hökumət” sistemi  formalaşmaq-

dadır. Bu sistem İKT-nin tətbiqi ilə 

dövlət qurumları arasında qarşılıqlı 

fəaliyyəti, idarəçilik keyfiyyətlərinin 

artırılmasını təmin etmək üçün vahid 

dövlət kompüter sistemini, hakim 

və qanunverici orqanların internet 

resurslarını, korporativ tipli dövlət 

idarəetmə sistemini, dövlət informasi-

ya sistemlərini və s. özünə komponent 

kimi daxil etmişdir. Onun  vasitəsilə 

vətəndaşların informasiya əldə etməsi 

üçün resurslardan bərabər qaydada 

istifadə  edilməsi, elektron qaydada 

dövlət sifarişlərinin təminatı, nəzarət 

və maliyyə funksiyalarının məsafədən 

həyata keçirilməsi, idarəetmə 

qərarlarının qəbulunda operativliyin 

və effektivliyin artırılması, korrup-

siyaya qarşı  mübarizə və s. kimi 

məsələlər öz həllini tapmaqdadır. 

Hazırda hökumət bütün hüquqi və 

fiziki şəxslər, sadə vətəndaşlar üçün 

onlayn sənəd mübadiləsi formasında 

e-xidmətlərin göstərilməsini həyata 

keçirməkdədir.

Ölkəmizdə elektron hökumət, 

elektron dövlət, onun ayrı-ayrı 

komponentləri olan elektron par-

lament, elektron məhkəmə, elekt-

ron vergi və sair – bunlar hamısı 

ümumilikdə bir məzmun kimi 

“elektron Azərbaycan”ı gündəmə 

gətirir. Elektron dövlətin yaradılması 

təbiidir ki, qısa müddətin işi deyil. 

Bu, informasiya cəmiyyətinin forma-

laşması prosesinin bir təzahürüdür. 

Bu proses get-gedə dərinləşir, yeni 

texnologiyalar ortaya çıxır, informa-

siya resurslarının sayı da, həcmi də 

artır. İnsanlar informasiya texnolo-

giyalarına yaxından bələd olur, onun 

imkanlarından istifadə edirlər. Mobil 

telefon texnologiyaları kimi artıq 

onlar özlərini bu texnologiyalardan 

kənarda hiss etmirlər. Yəni,  bu o 

deməkdir ki, bütün sosial təbəqələr 

artıq bu texnologiyalardan istifadə 

etməklə hakimiyyət orqanları ilə inte-

raktiv münasibət qurmağa başlayıblar.

Dövlət orqanları tərəfindən  əhali 

ilə bilavasitə təmasda həyata keçirilən 

xidmətlərin, o cümlədən fərdi 

sahibkarların və yerli investisiyalı 

məhdud məsuliyyətli cəmiyyətlərin 

qeydiyyatı, daşınmaz əmlaka dair 

çıxarışların və arayışların verilməsi,  

məcburi dövlət sosial sığortası üzrə 

hesabatların və sığortaolunanlar 

barədə məlumatların təqdim olun-

ması, ünvanlı sosial yardım və 

pensiya təyinatı üçün ərizələrin, 

telefon çəkilişi və internetə qoşulmaq 

üçün müraciətlərin qəbulu və sair 

kimi xidmətlərin  elektron formada 

göstərilməsi təmin edilmişdir. Bu 

say gündən-günə artır. Bir sıra dövlət 

orqanlarında göstərilən xidmətlərə 

görə nəzərdə tutulan rüsumların və 

digər ödənişlərin real vaxt rejimində 

elektron formada ödənilməsinə şərait 

yaradılmışdır.

“ASAN xidmət” mərkəzlərinin 

yaradılması  bu sahədə ən uğurlu 

nailiyyətlərdəndir. Bu  mərkəzlər 

Azərbaycan Respublikasının Prezi-

denti yanında Vətəndaşlara Xidmət 

və Sosial İnnovasiyalar üzrə Dövlət 

Agentliyinin tabeliyində Azərbaycan 

Respublikası Prezidentinin 2012-ci il 

13 iyul tarixli  fərmanına əsasən yara-

dılmışdır. “ASAN xidmət” mərkəzləri 

dövlət orqanları tərəfindən göstərilən 

xidmətlərin vahid və əlaqələndirilmiş 

formada həyata keçirilməsini təmin 

edən qurumlardır.  Bu xidmətin 

fəaliyyət dairəsi artmaqda davam edir.

“Elektron hökumət” şlüzü 

dövlət orqanlarında mövcud olan 

informasiya sistemlərindən səmərəli 

istifadəni təşkil etməyə, onlar ara-

sında təhlükəsiz əlaqələrin yaradıl-

ması, sorğuların verilməsi, cavab-

landırılması və elektron xidmətlərin 

göstərilməsi zamanı informasiya 

sistemlərində mövcud olan sənədlərin 

vətəndaşlardan istənilməməsinə 

imkan verir.

"Elektron hökumət"  portalı dün-

ya azərbaycanlılarının vahid infor-

masiya məkanına çevrilir. Bu  portal 

nəinki respublikamızda, hətta xarici 

ölkələrdən olan istifadəçilər üçün də 

böyük maraq doğurub. Hazırda por-

talın istifadəçi auditoriyası yüksələn 

xətlə daha da genişlənməkdədir. Dün-

yanın bütün ölkələrindən, o cümlədən 

ABŞ, Rusiya, İngiltərə, Türkiyə, 

Almaniya, Rumıniya, Ukrayna, 

Danimarka və s. ölkələrdə yaşayan 

istifadəçilərin portala müraciət etməsi 

bizə bu işin  əhəmiyyətindən xəbər 

verir.

İnformasiya cəmiyyəti yaradıl-



ması yolunda  “elektron hökumət”in  

daha da təkmilləşdirilməsi vacib  

məsələdir və hazırda  bu sahədə  qa-

zanılan nailiyyətlərin daha da inkişaf 

etdirilməsi  vacibdir.

Ancaq onu da  bildirmək lazımdır 

ki, “elektron hökumət”in yaradıl-

ması yolunda  hələ də müəyyən 

problemlər  qalmaqdadır. Ekspertlərin 

fikrinə görə,  bu sahədə ölkəmizin 

əsas problemi bəzi məmurların 

məqsədli şəkildə elektron xidmətlərə 

keçidə maraq göstərməməsi, hətta bu 

prosesə əngəl törətməsi, bilərəkdən 

və ya bilməyərəkdən prosesi 

gecikdirməsidir. Əhali arasında elekt-

ron xidmətlər barədə maarifləndirmə 

hələ də zəif aparılır.  Bunun üçün  

xüsusi maarifləndirmə proqramları 

hazırlanmalıdır. Bülletenlər  nəşr 

olunub  kütləvi şəkildə yayılmalı, 

televiziya və radio vasitəsilə  xüsusi 

verilişlər hazırlanmalıdır. Kadr hazır-

lığına  xüsusi diqqət yetirilməsi vacib 

məsələdir. Artıq bu sahədə müəyyən 

irəliləyiş hiss olunmaqdadır.

Bu gün Azərbaycan hökumətinin 

elektronlaşması üçün hər cür  im-

kan  var. Elektron xidmətlər təklif 

etmək üçün portal hazırdır, maliyyə 

var, ixtisaslaşmış kadr hazırlamaq 

imkanları da. O, cümlədən “elektron 

hökumət”in işini tənzimləyən qanun-

lar da qəbul edilib.

"Elektron hökumət”in  inkişaf 

etdirilməsi ilə bağlı  dövlət proq-

ramının  reallaşması bu yaxınlarda  

Prezident İlham Əliyevin  fərmanı 

ilə təsdiq olunmuş milli iqtisadiyyat 

və iqtisadiyyatın əsas sektorları üzrə 

strateji yol xəritələrində  nəzərdə tutu-

lan telekommunikasiya  və informasi-

ya texnologiyaları sahəsinin  gələcək  

inkişafına  əsaslı təminat yaradır. 



M.MÜKƏRRƏMOĞLU, 

“Xalq qəzeti”

Dövlət Proqramı 



elektron hökumət”

in 

inkişafına mühüm stimul yaradıb

Vətənpərvərlik nümunəsi

 

ˆ

Ötən gün 20 Yanvar faciəsinin növbəti 



ildönümü münasibətilə daha bir yazı qələmə almalı 

idim. Həmin məqsədlə Prezident Kitabxanasının 

“Təcavüz. Bakı. 20 Yanvar 1990”elektron 

resurslarına bir  daha nəzər saldım. 

Faciəyə aparan yol və 

hadisələrin xronologiyası 

barədə çoxsaylı faktlarla tanış 

olarkən, beynimdə belə bir 

sual yarandı: Ürəyində Vətən 

sevgisi, milli dövlətçiliyimizə 

sədaqət olan gənclərimiz 

nələrə qadirmiş, ilahi?  Orada 

göstərilirdi ki, ümumxalq 

məramı ilə döyünən ürəyin sa-

hibi  olan gənclər  od yağdıran 

tankların qarşısına yalın əllə 

çıxır, şəhid olur və sağ qalan 

soydaşları, əzizləri azadlığın, 

müstəqilliyin sevincini yaşa-

yırlar. Tarix boyu üzləşdiyimiz 

bütün  çətin  günlərdə  qeyrətli 

gənclərimiz belə addımlar 

atıblar. 

… Ötən il aprelin 

əvvəlində işğalçı ölkənin 

qəsbkar ordusu təmas xəttində 

və dövlət sərhədlərimiz boyun-

ca atəşkəsi pozmaqla növbəti 

təxribat törətmiş və ciddi hərbi 

qarşıdurmaya səbəb olmuş-

du. Cəbhədən Azərbaycan 

əsgərinin uğurlarını göstərən 

çoxsaylı xəbərlər alırdıq. 

Təbii ki, əsgərin bir nömrəli 

vəzifəsi ölkənin ərazi bütöv-

lüyünün bərpası üçün verilən 

əmri yerinə yetirməkdir. 

Ancaq kütləvi informasiya 

vasitələrinin yaydığı xəbərlər 

arasında “Bütün xalqımız Milli 

Ordumuzun yanındadır!”, 

“Ordu Vətənimizin, mülki 

əhali isə Azərbaycan əsgərinin 

dayağına çevrilib!” – kimi 

fikirləri də eşidirdik. 

Aprelin 3-də  “Azad 

Azərbaycan” Televiziyası-

nın xəbərlər buraxılışında 

belə bir informasiya eşitdik: 

“Ötən gün Tərtər rayonu-

na öz şəxsi avtomobilləri 

ilə yardım aparan Gəncə 

sakinləri ermənilərin  ağır 

artilleriya atəşlərinə  tuş gəlib. 

ATV-nin Qarabağ bürosunun 

məlumatına görə, şəhərin 

Sadılı yaşayış massivində 

yaşayan 26 yaşlı Fərman 

Əsədli və onun qohumu Sadiq 

Əliyev ermənilərin cəbhədə 

fəallaşdığını  eşidərək,  mülki 

vətəndaşlara ərzaq, eləcə də su 

aparmaq üçün cəbhəyə yolla-

nıblar. Hər iki şəxs ermənilərin 

atdığı mərminin avtomobi-

lin yaxınlığında partlaması 

nəticəsində yaralanıb. Yaralılar 

özləri Tərtər Rayon Mərkəzi 

Xəstəxanasına gəlsələr də, 

Fərman Əsədli xəstəxanada 

dünyasını dəyişib. O, Sa-

mux rayonunun Sərkar kənd 

qəbiristanlığında torpağa tapşı-

rılıb. Yaxınları yaralanan  Sa-

diq Əliyevin isə vəziyyətinin 

ağır olduğunu deyirlər”.

… Bir neçə gün əvvəl  

şəhid Fərman Əsədlinin atası, 

ehtiyatda olan polkovnik-ley-

tenant, ömrünün 25 ilini hərbi 

xidmətdə keçirən komissar 

Elçin Əsədov  redaksiyamı-

za gəlmişdi. Oğlu Fərman 

kimi  cəsarətli, fədakar 

gənclərimizlə qürur duydu-

ğunu söyləyən şəhid atası  

maraqlı bir fakta toxundu:   

“Hər ikisi dövlət qulluğunda 

işləyən, maddi sıxıntısı olma-

yan oğlumun  və kürəkənimin 

düşmənin quduzlaşdığını 

eşidərək, heç bir çağırış 

gözləmədən döyüş bölgəsinə 

getməsi onların ürəklərindəki 

təpərə, təmənnasız Vətən 

sevgisinə bariz sübutdur. 

Təbii ki, hərbçi olaraq döyüş 

meydanında şəhid olmaq 

ölümlərin ən şərəflisidir.  

Fərman isə mülki geyimdə 

getdiyi döyüş zonasında şəhid 

olub. Fikrimcə, könüllü olaraq 

rahat həyatdan imtina edib 

qan- qadanın içinə atılmaq, 

Vətən darda olanda dadına 

çatmaq istəyilə ora getmək də 

bir başqa cəsarətdir və hünər 

istəyir”.

Elçin müəllim şəhid 

olmuş oğlu Fərman Əsədli 

haqqında kütləvi informasiya 

vasitələrində verilmiş qəzet-

jurnal məqalələrinə, eləcə 

də elektron KİV-də gedən 

məlumatlara görə bütün 

həmkarlarımıza minnətdarlıq 

etdi və redaksiyamıza bir neçə 

sənəd verdi. O sənədlərin 

hamısı bu gün bizim üçün fakt 

kimi dəyərlidir. Torpaqlarımız 

düşmən tapdağından tamamilə 

azad ediləndən sonra isə 

həmin sənədlər artıq  fakt yox, 

dəyərlı tarix səhifələri olacaq. 

Şəhid atasının redaksiyamıza 

verdiyi sənədlərdəki  bəzi 

məqamlara nəzər salaq.

Müdafiə Nazirliyinin 

Gəncədəki  “N” saylı hərbi 

hissəsinin komandiri, polkov-

nik Qiyas Abbasovun şəhid 

Fərman Əsədlinin atasına 

göndərdiyi “Təşəkkürnamə”də 

“dörd günlük” aprel döyüşləri 

zamanı ölkəmizdə yaranmış  

ictimai-siyasi vəziyyət ən incə 

məqamlarına qədər xarakterizə 

edildikdən sonra yazılır:  

“Sizin oğlunuz Əsədli Fərman 

Elçin oğlu və qızınızın həyat 

yoldaşı  Əliyev Sadiq Natiq 

oğlu cəbhə xəttindən kifayət 

qədər uzaq məsafədə yerləşən 

Gəncə şəhərində yaşamalarına 

baxmayaraq, öz həmyaşıdları, 

yaşadığı cəmiyyət və gənclər 

üçün nümunəvi davranış 

sərgiləyərək, gənc ailələri, 

körpə övladları olmasına 

baxmayaraq, Vətən uğrunda, 

Azərbaycanın ərazi bütöv-

lüyü və suverenliyi uğrunda 

könüllü surətdə döyüş zona-

sına getmiş, mülki əhaliyə və 

hərbçilərimizə maddi-mənəvi 

və psixoloji dəstək verməklə, 

vətəndaşlıq borcunu yerinə 

yetirmişlər… Sizin Vətən 

torpağının müqəddəsliyi, 

bu Vətən uğrunda hər bir 

kəsin canından keçməyə 

hazır olması barədə tərbiyəvi 

söhbətlərinizin nəticəsidir ki, 

oğlunuz Fərman şəhidlik kimi 

yüksək bir zirvəyə ucalmış-

dır”.

Tərtərdəki Heydər Əliyev 



prospektində yaşayan, “N” 

saylı hərbi hissənin zabiti, 

kapitan Mübariz Rəhimovun  

Gəncə şəhəri, Kəpəz Rayon 

İcra Hakimiyyətinə göndərdiyi 

məktubda isə göstərilir ki, 

əvvəllər  tanımadığı Fərmanla 

Sadiq Gəncədən çıxarkən 

qarşılarına qoyduqları  

vəzifəni yerinə yetirdikdən 

sonra, atəş açılan ərazidən 

geri qayıdarkən, məhz  onu 

getməli olduğu məntəqəyə 

aparmaq  üçün özlərinin idarə 

etdiyi avtomobilə çağırmış, 

birlikdə həmin ünvana getmiş 

və birlikdə atəşə tutulmuşdu-

lar:   “Yolda, söhbət əsnasında 

məlum oldu ki, onlar səhər 

saat 10-dan etibarən ( biz saat 

19-da görüşmüşdük)  Tərtər 

istiqamətindəki döyüşlərdə 

iştirak edən əsgərlərə  müxtəlif 

növ ərzaq, su və siqaret aparıb-

lar. Eləcə də  texniki nasazlıq 

üzündən düşmən atəşi altında 

qalan bir avtomobilin dərhal 

işə salınmasında sürücüyə 

kömək edərək insan itkisinin 

qarşısının alınmasında iştirak 

ediblər… Düşmən atəşinə 

məruz qaldıqdan təxminən  

4-5 dəqiqə sonra – avtomo-

bili Sadiq idarə edirdi – biz 

Tərtər xəstəxanasına çatdıq… 

Cərrahi əməliyyatdan bir saat 

sonra mənə məlum oldu ki, 

Fərman xəstəxanaya çatanadək 

məruz qaldığı qanaxmadan 

dünyasını dəyişib”.

Samux rayonu, Sərkar 

kəndi ağsaqqallarının adın-

dan yazılan müraciətdə 

isə  (Fərman Gəncədə ya-

şasa da, bu kənddə doğulub 

böyümüşdü)  vətənpərvərlik 

nümunəsi göstərərək şəhidlik 

zirvəsinə ucalmış Fərman 

Əsədlinin hünərini işıqlan-

dıran  kütləvi informasiya 

vasitələrinə   minnətdarlıq 

ifadə olunur. Biz isə adıçəkilən 

informasiya vasitələrindəki 

həmkarlarımızın hamısının 

adından bildirdik ki, Vətən 

uğrunda şəhid olmuş hər 

kəs hamımızın fəxri, qürur 

mənbəyimizdir. Allah rəhmət 

eləsin!

İttifaq  MİRZƏBƏYLİ,  

“Xalq qəzeti”

Ötən ilin kino mənzərəsi

 

ˆ

2016-cı il milli kino tariximiz üçün əlamətdar  



hadisələrlə yadda  qaldı. Yaradılan  yeni  filmlər, beynəlxalq 

kinofestivallarda  qazanılan uğurlar, maraqlı kino tədbirləri 

mədəni  həyatımızı xeyli  zənginləşdirdi. C.Cabbarlı adına 

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 4 yeni 

bədii film ekranlara çıxarıldı.   İlin ilk film təqdimatı mart 

ayına təsadüf etdi. Rejissor İlqar Safatın “Azərbaycanfilm” 

kinostudiyasında dövlət sifarişi ilə çəkdiyi, müasir gənclərin 

həyatından bəhs edən “İçərişəhər” bədii filmi tamaşaçılara 

təqdim olundu.

Mədəniyyət və Turizm Nazirliyinin 

sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası 

və Rusiyanın “Vayt Media” kino şirkəti 

tərəfindən istehsal olunmuş “Qırmızı bağ” 

bədii filmi də ötən  il ekran həyatı yaşadı. 

Filmin ssenari müəllifi və rejissoru Mirbala 

Səlimlidir. Xalq yazıçısı Çingiz Abdullaye-

vin “Quba kapriççiosu” romanının motivləri 

əsasında ekranlaşdırılmış, psixoloji detektiv 

janrında olan “Xeyirlə Şərin rəqsi” filmi-

nin quruluşçu rejissoru Yavər Rzayevdir.  

Bu günlərdə isə Mədəniyyət və Turizm 

Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” 

kinostudiyasında lentə alınmış “Həddən 

artıq uyğunluq” bədii filmi Nizami Kino 

Mərkəzində  təqdim olundu. Romantik 

komediya janrında olan filmin (rejissoru 

Ülviyyə Könüldür) çəkilişləri ABŞ-da  və 

Azərbaycanda aparılıb.

Ötən il ərzində “Azərbaycanfilm” kinos-

tudiyası, “Salnamə”, “Yaddaş”, “Dublyaj” 

studiyalarında çəkilmiş 30-a qədər sənədli 

filmdə Azərbaycanın 

tarix və mədəniyyətinə xüsusi yer veri-

lib.  Mədəniyyət və Turizm Nazirliyi, “BP 

Azərbaycan” şirkəti, “Azərbaycanfilm” 

kinostudiyası və “Studio Tor 1 Filmproduk-

tion” (Almaniya) studiyasının birgə layihəsi 

olaraq ərsəyə gələn “Sarılar – Qarabağ 

atının izi ilə” sənədli filmi Qarabağ proble-

mini əks etdirir. Milli qəhrəmanlar Elman 

Hüseynov, Füzuli Rüstəmov və Əliyar 

Əliyevə həsr olunmuş "Xocalının zamini", 

"İlk əsgər" və "Pəhləvan komandir" sənədli 

filmləri isə Vətən uğrunda canından keçən 

igid oğulların ömür və döyüş yollarını tama-

şaçıya çatdırır. 

Ötən il təqdimatı keçirilən “Polkov-

nik”, “Hüseyn xan Naxçıvanski. Qayıdış”, 

“Mənim tanıdığım Vaqif”, “Balet, öm-

rüm mənim” və s. sənədli filmlər də kino 

salnaməmizin maraqlı nümunələridir.

Son illərdə ekranlara vəsiqə alan 

filmlərimiz xarici ölkələrdə beynəlxalq 

festivallarda müxtəlif mükafatlara layiq 

görülmüşdür. Rejissor Elçin Musaoğlunun 

“Nabat” bədii filmi ötən il 14-cü Dəkkə 

Beynəlxalq Film Festivalında (Banqladeş) 

nümayiş olunub. Amil Məmiyevin “Qara 

bağ” və Fariz Əhmədovun “Mayak” qısa-

metrajlı bədii filmləri Çində keçirilən Asiya 

Beynəlxalq Qısametrajlı Filmlər Festivalın-

da mükafat qazanıb.

“Azərbaycanfilm” kinostudiyası 

tərəfindən Kann kinofestivalına “Qırmızı 

bağ”, “İçərişəhər”, “Yarımçıq xatirələr”, 

“Şəhər motivləri”, “Keçmişdən məktublar”, 

“Həddən artıq uyğunluq” və “Xeyirlə Şərin 

rəqsi” bədii filmləri təqdim olunub. “Dərs” 

bədii filmi 34-cü Münxen kinofestivalının 

uşaq filmləri bölümündə nümayiş etdirilib. 

“Dərs” həmçinin Rusiyanın Anapa şəhərində 

keçirilən 25-ci “Kinoşok” beynəlxalq film 

festivalında “Ən yaxşı film” nominasiyasın-

da qalib olub. 

Yazıçı Qurban Səidin dünya bestselleri 

olan eyniadlı romanı əsasında çəkilmiş “Əli 

və Nino” bədii filminin Bakı premyerası 

da əsl kino hadisəsinə çevrildi. Beynəlxalq 

heyətin iştirakı ilə ekranlaşdırılan filmin 

icraçı prodüseri Heydər Əliyev Fondunun 

vitse-prezidenti Leyla Əliyeva, prodüseri 

Kris Tikyer, rejissoru Asif Kapadia, ssenari 

müəllifi isə Kristofer Hemptondur. Ekran 

əsərinin, eyni zamanda, ABŞ-ın Nyu-York 

və Los-Anceles şəhərlərində də təqdimat 

mərasimləri keçirildi. Bundan əlavə, bir 

çox filmlərimiz Bolqarıstan, Qırğızıstan, 

Türkiyə, Hindistan, Misir, Gürcüstan və s. 

ölkələrdə festivallarda uğur qazanıb. Ötən 

il həm də ölkəmizdə türk filmləri həftəsi, 

Rusiya kinosu günləri, Tacikistan və Mek-

sikada Azərbaycan kinosu günləri təşkil 

edilmişdir. 

Ötən il dövlət başçısının sərəncamı ilə 

bir qrup kino xadiminə fəxri adlar verildi. 

Azərbaycan Respublikası Kinematoqrafçı-

lar İttifaqının Milli Kino Mükafatı bu dəfə 

kinorejissor, Xalq artisti Eldar Quliyevə 

təqdim olundu.

Mədəniyyət və Turizm Nazirliyinin 

təşkilati dəstəyi ilə ölkəmizdə ilk dəfə 

keçirilən Buktreyler festivalı, eləcə də III 

Bakı Beynəlxalq Turizm Filmləri Festivalı 

da maraqlı anlarla yaddaşlara yazıldı.



M.MÜKƏRRƏMOĞLU,  “Xalq qəzeti”

İqtisadiyyatda işləyənlərin 

orta aylıq əmək haqqı  

494 manata bərabərdir

 

ˆ

2016-cı il dekabrın 1-i vəziyyətinə ölkə 



iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 

1514,4 min nəfər olmuş, onlardan 889,5 min nəfəri 

iqtisadiyyatın dövlət sektorunda, 624,9 min nəfəri 

isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Dövlət Statistika 

Komitəsindən aldığımız 

məlumatda deyilir ki, muzdla 

işləyənlərin 22,2 faizi təhsil, 

19,2 faizi ticarət, nəqliyyat 

vasitələrinin təmiri, 13 fai-

zi sənaye, 8,8 faizi əhaliyə 

səhiyyə və sosial xidmətlərin 

göstərilməsi, 7,1 faizi dövlət 

idarəetməsi və müdafiə, sosial 

təminat, 6 faizi tikinti, 4,6 faizi 

nəqliyyat və anbar təsərrüfatı, 

3,6 faizi peşə, elmi və tex-

niki fəaliyyət, 3,1 faizi kənd 

təsərrüfatı, meşə təsərrüfatı və 

balıqçılıq, 1,7 faizi maliyyə və 

sığorta fəaliyyəti, 10,7 faizi isə 

iqtisadiyyatın digər sahələrində 

məşğul olmuşlar.

2016-cı ilin yanvar-noyabr 

aylarında ölkə iqtisadiyyatında 

muzdla çalışan işçilərin orta aylıq 

nominal əmək haqqı əvvəlki ilin 

müvafiq dövrünə nisbətən 7,0 

faiz artaraq 494,3 manat olmuş-

dur. İqtisadiyyatın mədənçıxarma 

sənayesi, maliyyə və sığorta 

fəaliyyəti, peşə, elmi və texniki 

fəaliyyət, tikinti, eləcə də infor-

masiya və rabitə sahələrində orta 

aylıq nominal əmək haqqı daha 



yüksək olmuşdur.

Samirə ƏLİYEVA, 

“Xalq qəzeti”



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə