170 sual-cavab tərtib edən: Məhəmməd Azəri Entesharate Faiz Kitabın adı: Sual-cavab



Yüklə 1,02 Mb.
səhifə3/18
tarix01.07.2018
ölçüsü1,02 Mb.
#52803
1   2   3   4   5   6   7   8   9   ...   18

Sual 17: üçün duamız qəbul olmur?

Cavab: Bütün çətinliklər qarşısında duadan yetərincə güc almağın mümkünlüyünə kifayət qədər dəlillər vardır. Bəs üçün bəzən dualarımız qəbul olmur? Həzrəti Əli (ə) duanın qəbul olmasının səbəblərini belə bəyan edir: «Dualarınız ona görə qəbul olmur ki, qəlbiniz səkkiz halda xəyanət etmişdir: Allah-təalanı tanıdınız, amma onun haqqını yerinə yetirmədiniz; Göndərdiyi Peyğəmbərə (s) iman gətirdiniz, sonra onun buyurduqlarına müxalif oldunuz; Quran oxudunuz, amma ona əməl etmədiniz; Dediniz Allahın əzabından qorxuruq, amma əzaba düçar edəcək işlər gördünüz; Dediniz Allahın mükafatına çatmaq istəyirik, amma əməlləriniz sizi bu mükafatlardan uzaq saldı; Allahın nemətlərindən yeyir, amma şükr etmirsiniz; Əmr olundu ki, şeytanla düşmən olun. Dildə «düşmənik» dediniz, amma əməldə onunla müxalif olmadınız; Başqalarında eyib axtarıb, öz eyiblərinizə göz yumdunuz»1.
Sual 18: Salman Farsi İslama necə gəldi?

Cavab: Həzrəti Məhəmməd (s) «Salman bizdəndir» buyurmaqla, Onun hansı iman mərtəbəsində olduğunu ən sadə şəkildə ifadə etmişdir. Bəs İranda doğulub boya-başa çatmış Səlman necə oldu ki, Peyğəmbərin (s) ən yaxın adamlarından birinə çevrildi?

Hələ gənc ikən, Salman yaşadığı şəhərin hakiminin oğlu ilə dostluq edirdi. Bir gün öz dostu ilə səhraya ova çıxan Salman, İncil oxuyan rahiblə rastlaşdı. Rahib gənclərə İncil haqqında danışıb, Allaha itaətə, günahdan uzaqlığa çağıran təsirli kəlamlar oxudu. Rahib onlara dedi ki, doğru dində olmayanların kəsdikləri heyvanların əti haramdır. Nəhayət, onlar sağollaşıb ayrıldılar. Amma gənclər tez-tez səhraya gedib, rahibin söylədiyi ilahi kəlamlardan feyz aparardılar.

Bir gün hakimin oğlu süfrəyə oturmaqdan imtina edib, süfrədəki yeməklərin haram olduğunu bildirdi. Hakim vəziyyətin nə yerdə olduğunu öyrənib, rahibi öz əyalətindən çıxardı. Salmanla hakimin oğlu rahiblə getmək qərarına gəlsələr də, dostunun yubandığını görən Salman, yola düşdü.

İlk əvvəl rahiblə birgə Mosulda məskunlaşan Salman, bir müddət sonra öz müəllimi ilə birlikdə Beytül-müqəddəsə yola düşdü.

Bir gün Salmanı qəmli görən müəllim onun pərişanlığının səbəbini soruşanda, o, belə dedi: «Bütün yaxşılıqlar keçmiş nəsillərə qismət olub, peyğəmbərlərlə birgə yaşayıblar». Müəllimi ona təsəlli verib, son peyğəmbərin zühurunun hələ qarşıda olduğunu bildirdi.

Beytül-müqəddəsdən Mosula qayıdarkən, gözlənilməz hadisələr səbəbindən müəllimini itirən Salman bir ərəbə əsir düşdü. Ərəb Salmanı Mədinəyə gətirib, qul kimi satdı.

Bir gün Salman Mədinəyə gəlmiş bir şəxsin, özünü peyğəmbər kimi təqdim etdiyini eşitdi. Yubanmadan bu şəxsin olduğu yeri soraqlayan Salman, nəhayət, onu bir məclisdə tapdı. Salmanın son peyğəmbərin nişanələri haqqında kifayət qədər məlumatlı idi. Ətrafında xeyli insan toplanmış şəxsə yaxınlaşıb, bu əlamətləri yoxlamağa fürsət axtardı. Həmin şəxs qəlbi imanla dolu Salman ürəyini oxuyurmuş kimi, onu yaxına çağırdı və libasını çiynindən qaldırıb, ona nə isə göstərdi. Peyğəmbərlik möhrünü öz gözləri ilə görən Salmanda bir zərrə də şəkk qalmadı ki, qarşısındakı şəxs son peyğəmbərdir.
Sual 19: Zina etməyə icazə varmı?

Cavab: Ayə hədislərdə zinanın böyük günahlardan olduğuna kifayət qədər dəlil vardır. Ümumiyyətlə, bəşər tarixi boyu bu əməl ən çirkin əməllərdən hesab olunmuşdur.

«Əl-minar» təfsirində belə bir rəvayət nəql olunur: «Böyük bir məclisdə cavan bir oğlan ayağa qalxıb, həzrət Məhəmmədə (s) belə bir sual verdi: «Mənə icazə verərsənmi zina edim?». Məclisdən onun bu sualına etiraz səsləri ucaldı. Amma həzrət Peyğəmbər (s) mülayimliklə onu yaxına çağırıb, qarşısında əyləşdirdi və məhəbbətlə soruşdu: «Əgər bir şəxs sənin anan və ya bacınla zina etmək istəsə, razı olarsanmı?». Gənc «razı olmaram» dedi. Həzrət sözünü belə sona yetirdi: «Bil ki, xalq da onun qızları ilə zina edilməsinə razı deyildir».


Sual 20: Yalançı peyğəmbəri necə tanımalı?

Cavab: Peyğəmbərlik bir qrup pak insana əta olunmuş böyük ilahi məqamdır. Peyğəmbərlər bəşəriyyətin doğru yola hidayəti üçün göndərilmiş elçilərdir.

Əgər bir şəxs tibb elmindən anlayışı olmadığı halda həkimlik iddiasına düşüb bir neçə insanın həyatına son qoyursa, yalançı peyğəmbər bütün bəşəriyyəti dünya və axirət əzabına sürükləyir. On dörd əsr əvvəl həzrət Məhəmmədin (s) risaləti ilə peyğəmbərlik missiyası başa çatsa da, yalançı peyğəmbərlər bu gün də yağışdan sonra göbələk kimi baş qaldırmaqdadırlar. Bəs onları necə tanımalı və necə ifşa etməli?



Unutmayaq ki, zamansa öz peyğəmbərliyini elan etmiş Musa, İsa, Məhəmməd (s) sair peyğəmbərləri cəmiyyət sualla qarşılamışdır. Onlardan peyğəmbərliklərinin sübutuna dəlillər istənilmişdir. Musa öz möcüzəli əsası, İsa ölüləri diriltməsi, Həzrəti Məhəmməd (s) Quranın ecazı şəqqül-qəmər kimi hadisələrlə bütün şübhələri aradan qaldırmışlar. «İsra» surəsinin 88-ci ayəsində buyurulur: «De ki, bütün insanlar cinlər cəm olaraq bütün qüvvələrini işə salsalar belə, Quran mislində bir kitab gətirə bilməzlər». Gəlin, peyğəmbərlik fikirinə düşənlərdən möcüzə istəyək!
Sual 21: İnsan üçün ölümdən qorxur?

Cavab: Əksər insanların ölümdən qorxduğu sirr deyildir. Ayə hədislərdən məlum olur ki, bu qorxunun iki əsas səbəbi vardır:

1. İnsanların böyük bir hissəsi ölümü yoxluq və son kimi anlayır. Bu anlaşılmaz yoxluq hissi, insan düşüncəsini təlatümə gətirir. Bir gün yaşadığı həyata son qoyulacağını düşünən insan, ölüm adı gələndə müdhiş bir qorxuya qərq olur.

2. İkinci qrup insanlar, ölümdən sonrakı həyatın varlığına inansalar da, yol verdikləri cinayət günahlar ucbatından ölümdən, əməllərin hesab anından qorxuya düşürlər. Bu qəbil insanlar, məhz cəza gününün sıxıntısından xoflanaraq, ölümdən qaçmağa çalışırlar. «Bəqərə» surəsinin 95-ci ayəsində oxuyuruq: «Onlar öz əməllərini bildiklərinə görə, ölümü əsla istəməzlər».

Amma peyğəmbərlərə və ilahi kitablara iman gətirib, ölümdən sonrakı həyata inananlar, ibadət edib xeyir işlərə çalışanlar, ölümü dünya çətinliklərindən qurtuluş kimi qəbul edərlər.

Din və vətən uğrunda canından keçən insanlar, əbədi həyatın varlığına inanmış, böyük amallar yolunda canlarını əsirgəməmişlər.
Sual 22: Harut Marut kimdir?

Cavab: Babil məmləkətində olmuş bu iki mələk haqqında saysız-hesabsız əfsanələr uydurulmuşdur. Hətta təfsirçilərdən də bəziləri, uyğun gəlməyən fikirlər söyləmişlər. Onlar Harut və Marutun yerə enməsi səbəbi barədə belə deyirlər: «Allah onları yerə endirdi bilsinlər ki, onlar da insanların yerinə olsaydılar, günaha yol verərdilər. Onlar da yerə endikdən sonra böyük günahlara başladılar».

Qurani-kərimdə buyurulur: «Şeytanlar sehri Babildə Harut Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək, kafir oldular. Halbuki, o iki mələk «biz imtahanıq, sən gəl kafir olma» deməmiş, kimsəni öyrətmirdi»1.

«Məcməül-bəyan»da bu ayənin təfsirində oxuyuruq: «Babil ölkəsində sehr və cadu öz zirvəsinə çatmışdı. Bu, xalqı çox narahat edirdi. Allah-təala insan surətində iki mələk göndərdi ki, xalqa sehr və cadunun təsirsizləşdirilməsi yollarını öyrətsinlər.

Mələklər məcbur oldular ki, sehr-caduya qarşı mübarizə aparacaq insanlara onun yollarını da öyrətsinlər. Həmin adamlardan bir dəstəsi öyrəndiklərindən sui-istifadə edərək, sehrbazlara qoşuldular. Hansı ki, mələklər onlara xəbərdarlıq etmişdilər ki, bu biliklərdən pis məqsədlə istifadə etmək küfrdür».


Sual 23: Nübüvvət, risalət imamət bir-birindən ilə fərqlənir?

Cavab: Allah tərəfindən əmr almış üç təbəqə mövcuddur: nəbilər, rəsullar imamlar.

Nübüvvət məqamına çatmış şəxs (nəbi), Allahdan vəhy qəbul edir və vəhy göstərişlərinə ehtiyacı olanları məlumatlandırır.

Risalət məqamındakı şəxs isə təbliğ edir, ilahi hökmləri cəmiyyətdə yayır və düşüncələrdə inqilab etmək üçün çalışır.

İmamət məqamına seçilən şəxs isə ilahi hökmlər əsasında hökumət təşkil edərək, xalqa rəhbərlik edir. Əgər hökumət təşkil etməyə qüvvəsi çatmasa, imkan daxilində ilahi buyruqların yerinə yetirilməsinə səy göstərir.

İslam Peyğəmbəri (s) də daxil olmaqla, əksər peyğəmbərlər hər üç məqama malik olmuşlar: həm vəhy almış, həm bu vəhyi təbliğ etmiş, həm də ilahi hökmlərin icrası üçün çalışmışlar. İmam həm mənəvi rəhbər, həm təlimçi, həm də hakimdir.

Bütün imtahanlardan çıxmış İbrahim peyğəmbər (ə) imamlıq məqamı ilə mükafatlandırılır. İmam, öz şəfəqləri ilə təbiət aləmini canlandıran günəşə bənzəyir.

Qeyd edək ki, nübüvvət və risalət məqamlı bəzi peyğəmbərlərin imamət məqamı olmamışdır.
Sual 24: Allahı zikr etmək deməkdir?

Cavab: «Zikr» ərəbcədən tərcümədə «yada salmaq» deməkdir. Allah-təala Qur´anda buyurur: «Məni yada salın ki, mən sizi yada salım»1.

Sözsüz ki, Allahı yada salmaq, təkcə dilə aid deyildir. Dil qəlbin tərcüməçisidir. Allahın zikri dedikdə, insanın Onu bütün varlığı ilə yada salması nəzərdə tutulur. Bu elə bir zikrdir ki, insanı günahdan uzaqlaşdırır, onu itaətə sövq edir.



Həzrət Peyğəmbər (s) buyurur: «Bu ümmətdə üç işi tam yerinə yetirməyə qüvvə çatmır: var-dövlətdə din qardaşı ilə bərabərlik, ədalətli mühakimə ilə xalqın hüququna riayət, Allahın ardıcıl zikri. Zikr «sübhanallah», «əlhəmdu lillah», «la ilahə illəllah», «əllahu əkbər» deyil. Zikr odur ki, qarşıya haram çıxdıqda ,Allahı yada salıb, bu işdən uzaq olasan»1.

Amma unutmaq olmaz ki, öz misilsiz əzəmətinə baxmayaraq, Allah-təala «Məni yada salın ki, mən də sizi yada salım» buyurur. İnsanın bu məhdud və kiçik dünyada Allahı xatırlaması, onun hüdudsuz və əbədi axirət aləmində Allah tərəfindən xatırlanması ilə nəticələnir.


Sual 25: Ühüd döyüşündə müsəlmanlar üçün məğlub oldular?

Cavab: İslam tarixindən məlumdur ki, Bədr döyüşündə müsəlmanlara məğlub olan Qüreyş tayfasından 70 nəfər öldürüldü. Əbu Süfyan qəzəbləri soyumasın, deyə qadınları ağlamağa belə qoymadı. Qüreyş «intiqam» deyə fəryad çəkirdi.

Həzrət Peyğəmbərin (s) əmisi Abbasdan Qüreyşin növbəti dəfə Mədinəyə hücumu barədə məktub aldı. Peyğəmbər (s) Mədinə əhlini toplayıb, onlarla məsləhətləşmə apardı. Müsəlmanlardan bir qrupu düşmən qoşununun gücünü nəzərə alaraq, şəhərdən çölə çıxmamağı, Qüreyşlə Mədinənin dar küçələrində döyüşməyi təklif etdilər. Amma Səd ibni Məaz da daxil olmaqla, döyüşgən cavanlar bunu özlərinə sığışdırmayıb, Mədinədən çıxmağı israrla təkid etdilər. Həzrət Peyğəmbər (s) Mədinədən çıxmağa meyilli olmasa da, çoxluğun təklifini qəbul etdi.

Döyüş başladı və müsəlmanlar bir güclü həmlə ilə düşmən qoşununu geri oturtdular. Qüreyşin tam məğlub olduğunu zənn edən müsəlmanlar, yanılmışdılar. Müsəlmanların arxayınlaşmasından istifadə edən düşmən, əks hücuma keçərək, Ühüd döyüşündə qələbə qazandı.

Bu döyüşdə müsəlmanların məğlubiyyətinin dörd əsas səbəbi vardır:

1. İslamı təzə qəbul edənlərdən bir hissəsi Allahın qeybi yardımlarından arxayınlaşaraq, lazımı döyüş hazırlığı görməmişdilər.

2. Həzrət Peyğəmbərin (s), oxatanların səngərdə qalmasına dair verdiyi əmrə itaətsizlik göstərildi.

3. Müsəlmanlardan bir hissəsi düşməni təqib etmək əvəzinə, silahı yerə qoyub, qənimət ardınca qaçdı.

4. Əvvəlki Bədr döyüşündəki qələbədən arxayınlaşan müsəlmanlar, Ühüd döyüşündə düşmənin gücünü düzgün qiymətləndirməmişdilər.


Sual 26: Günah olan məclisdə oturmaq olarmı?

Cavab: Ənam surəsinin 68-ci ayəsində buyurulur: «Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə oturma». Uyğun əmrə itaət etməyənlərə xəbərdarlıq olunur: «Belə məclislərdə iştirak etsəniz, siz onların tayı olacaq, onların aqibəti ilə rastlaşacaqsınız»1.

Ayə və hədislərdən aşağıdakı nəticələr çıxır:

1. Günah məclisində iştirak, günahda iştirak kimidir;

2. Belə məclisdə iştirak edən şəxs, ya günahın qarşısını almalı, ya da həmin məclisi tərk etməlidir;

3. Belə məclislərdə sakit oturanın cəzası, günahkarların cəzası qədərdir;

4. Günaha yol verilməyən məclislərdə kafirlərlə oturmaq olar;

5. Günahkarlarla mehriban münasibət nifaq nişanəsidir. Çünki həqiqi müsəlman, ilahi hədlərin pozulduğu mühitdə rahat dayana bilməz.
Sual 27: Təvəssül nədir?

Cavab: «Təvəssül» ərəbcədən tərcümədə «müəyyən vasitə ilə məqsədə yaxınlaşmaq istəyi» mənasını verir. «Maidə» surəsinin 35-ci ayəsində buyurulur: «Ey iman gətirənlər, Allahdan qorxun. Ona yaxınlaşmaq üçün vasitə axtarın» («vəbtəğu iləyhil-vəsilə»).

Uyğun ayədəki «vəsilə» sözünün mənası çox genişdir. İnsanı Allaha yaxınlaşdıran bütün şeylər ‒ Allaha və Onun Rəsuluna (s) iman, cihad, namaz, zəkat, oruc, həcc, sədəqə və sair xeyir işlər bu yaxınlıq üçün vəsilədir.

Qeyd etdik ki, təvəssül vasitə axtarmaqdır. Peyğəmbərlərin, imamların, saleh bəndələrin şəfaəti də təvəssülə aiddir. Hətta Allahı peyğəmbərlər, imamlar və salehlərin məqamına and vermək, bu geniş mənaya daxildir.

Peyğəmbər imamlara təvəssül, yəni onlar vasitəsi ilə Allaha yaxınlaşmaq o demək deyildir ki, insan insana ibadət edir, şirkə düçar olur. Yuxarıda qeyd olunduğu kimi, təvəssül nəinki Qurana zidd deyil, hətta ayələrlə təsdiqlənir. «Nisa» surəsinin 64- ayəsində oxuyuruq: «(Ya peyğəmbər) Onlar özlərinə zülm etdikləri zaman, dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər peyğəmbər onlar üçün əfv istəsəydi, əlbətdə, Allahın tövbələri qəbul edən mərhəmətli olduğunu bilərdilər».


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə