170 sual-cavab tərtib edən: Məhəmməd Azəri Entesharate Faiz Kitabın adı: Sual-cavab



Yüklə 1,02 Mb.
səhifə4/18
tarix01.07.2018
ölçüsü1,02 Mb.
#52803
1   2   3   4   5   6   7   8   9   ...   18

Sual 28: Çoxluq həmişə haqlıdırmı?

Cavab: Bəzən eşidirik: əgər spirtli içki pisdirsə, nə üçün dünyada böyük əksəriyyət ondan istifadə edir?

«Maidə» surəsinin 100-cü ayəsində Allah-təala buyurur: «Ya peyğəmbər, de ki, murdar şeyin çoxluğu səni heyrətə gətirsə belə, murdarla pak bir ola bilməz».

Bəşər tarixi boyu mübahisəsiz qəbul olunan məsələlərdən biri də, kəmiyyət və keyfiyyət anlayışlarının bir-birindən asılı olmamasıdır. Bununla belə, cahil insanlar öz batil fikirini sübuta yetirmək üçün çoxluğu dəlil gətirir. Bu nadan dəstənin fikirincə, əgər çoxluq spirtli içki içərsə, demək spirtli içkilər pis deyil və sən də içə bilərsən; əgər əksəriyyət faizlə pul götürüb, faizlə pul verirsə, demək sələm pis deyil və sən də sələmçi ola bilərsən və s. Hansı ki, çoxluğun rəyinə tabe olub, həqiqətdən yan keçmək münafiqlərə məxsus sifətdir.

Kor-koranə çoxluğa tabeçilik, batilə haqq donu geyindirir həqiqət unudulur. Bəşəriyyətin bədbəxtçiliklərinin əsas səbəblərindən biri , məhz bu düşüncə tərzidir. «Ənam» surəsinin 116- ayəsində oxuyuruq: «Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar ancaq yalan danışarlar».
Sual 29: İnsanları haqqa dəvət edib, batildən çəkindirmək vacibdirmi?

Cavab: «Maidə» surəsinin 105-ci ayəsində oxuyuruq: «Ey iman gətirənlər, nəfsinizi qoruyun. Siz doğru yolda olsanız, yoldan azanlar sizə heç bir zərər yetirməzlər».

İslamda hər bir müsəlmana vacib buyurulmuş on əməl sırasında əmr be məruf (doğru yola əmr) və nəhy əz münkər (azğınlıqı qadağan etmə) də vardır. Lakin bəziləri yanılaraq, yuxarıda zikr edilmiş ayədən belə nəticə çıxarırlar ki, hərə öz həyat tərzini müəyyən etməli və yolundan azanlara mane olmamalıdır.



Rəvayət olunur ki, həzrət Peyğəmbərin (s) onun yaxınlarının iştirak etdiyi bir məclisdə «əmr be məruf» «nəhy əz münkər» mövzusunda söhbət gedirdi. Gənc müsəlmanlardan biri söhbətə qarışaraq, yuxarıdakı ayəni misal gətirərək, «doğru yola çağırışa hacət qalırmı»,-deyə sual verir. Həzrət Peyğəmbər (s) buyurdu: «Doğru yola əmr edin bu yoldan azanların qarşısını alın. Amma elə bir zaman gəlsə ki, insanlar dünyanı üstün tutsalar, paxıllıq nəfs onlara hakim olsa, hər kəs yalnız öz fikirini bəyənsə, bu cahillərdən uzaqlaşıb, özünüzlə məşğul olun»1.

Demək, uyğun ayədəki göstəriş, yalnız müəyyən dövrə aiddir. Din, vətən, millət sevgisini anlayan insan bilir ki, ətrafdakı insanlara laqeyidlik cəmiyyəti uçuruma sürükləyir.


Sual 30: Müsəmma əcəl nədir?

Cavab: «Ənam» surəsinin 2-ci ayəsində buyurulur: «Odur sizi palçıqdan yaradan, sonra isə əcəli müəyyən edən. Allahın yanında Müsəmmaməlum bir əcəl vardır».

Ayədən məlum olur ki, insan üçün iki əcəl, iki ölüm vardır: müsəmma ‒ məlum əcəl və sadəcə əcəl. Başqa ayələrdən, eləcə də Əhli-beyt (ə) hədislərindən faydalanan təfsirçilər bu qənaətdədirlər ki, müsəmma əcəl təbii ölüm, əcəl isə qeyri-təbii ölümdür.

Öz təbii etibarı ilə bir çox mövcudlar uzun müddət yaşaya biləcəyi halda, müəyyən bir səbəb üzündən qəfil ölümlə rastlaşırlar. Beləcə, qəfil ölüm təbii ölümü qabaqlayır. İnsan da belədir. Əgər ona verilmiş ömrü qısaldacaq maneələr ortaya çıxmasa, təbii ölümədək yaşaya bilər. Məsələn, bir neft lampasının iyirmi saatlıq nefti varsa, əgər bir maneə olmasa, o bu iyirmi saatı yanmağında davam edəcək. Onun iyirmi saatdan sonra sönməsi təbii ölümün bir misalıdır. Amma qəfil əsən bir külək bu lampanı bircə saatdan sonra da söndürə bilər.

Qeyri-təbii ölümün vaxtını qohum-əqrabanı tez-tez yoxlamaqla gecikdirmək olar. Amma təbii ölümün vaxtını dəyişmək qeyri-mümkündür. Qurani-kərimdə buyurulur: «Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda, bircə saat belə yubanar, tezləşər»2.
Sual 31: Peyğəmbərliyə üçün mələk seçilmədi?

Cavab: Həzrət Peyğəmbər (s) və onun gətirdiyi ayinlərə müxalif olanlar, öz çirkin məqsədlərinə çatmaq üçün min bir bəhanə gətirir, bütün vasitələrə əl atırdılar. Bu bəhanələrdən biri də, peyğəmbər olaraq mələk yox, insanın seçilməsindən doğan narazılıq idi. Hansı ki, həzrət Məhəmmədin (s) peyğəmbərliyinə kifayət qədər dəlil var idi. İkinci bir tərəfdən, belə bir etiraz təkcə həzrət Məhəmmədə (s) qarşı yox, bütün peyğəmbərlərə qarşı yönəlmişdi və olduqca yersiz görünürdü.

Bəs Qurani-kərimdə bu barədə nə deyilir? «Ənam» surəsinin 8-ci ayəsində Allah-təala buyurur: «Əgər biz elə bir mələk göndərsəydik, bitmiş olar iman gətirməyənlərə bir an belə möhlət verilməzdi».

Maraqlıdır, nə üçün möhlət verilməzdi? Cavab çox sadədir: Allah-təala insanı əzaba düçar etməzdən əvvəl, ona xəbərdarlıq edir. Xəbərdarlıq həm söz, həm də gözlə ola bilər. Məsələn, bir insana «ovcumda qızıl olduğuna inanmasan, səni cəzalandıracağam» deyirsən. Bu sözlə xəbərdarlıqdır. Gözlə xəbərdarlıq odur ki, ovcundakı qızılın bir tərəfini o şəxsə göstərəsən. Sözlə xəbərdarlığa məhəl qoymayan insana düşünmək üçün möhlət vermək olar. Amma gözü ilə gördükdən sonra inanmayan şəxsə möhlət vermək üçün heç bir əsas yoxdur. Peyğəmbər olaraq mələk göndərilməsi, qeybin aşkarlanması və gözlə görünən son xəbərdarlıqdır. Allah-təala isə, insanı əql mülkü ilə mükafatlandıraraq, onu üstün etmişdir. Heyvanlar da gördüyünü hiss edir, duyur. İman isə, zahir gözü ilə gördüyünə yox, bəsirət gözü ilə gördüyünə inanmaqdır. Növbəti ayədə oxuyuruq: «Əgər biz onu mələk etsəydik, yenə insan qiyafəsində göndərər onları bir daha şübhəyə salardıq».
Sual 32: İlk müsəlman kimdir?

Cavab: Qurani-kərimin «Ənam» surəsinin 163- ayəsində buyurulur: «(Ya Məhəmməd, de ki) onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur mən ilk müsəlmanam».

Ayədən açıq-aşkar məlum olur ki, ilk müsəlman həzrət Məhəmməddir (s). Amma «Yunis» surəsinin 72-ci ayəsində Nuh peyğəmbərin, «Bəqərə» surəsinin 128-ci ayəsində İbrahim peyğəmbərin, «Yusif» surəsinin 101-ci ayəsində isə, Yusif peyğəmbərin müsəlmanlığı haqqında məlumat verilir.

Bəzi təfsirçilərin fikirincə, hələ ruhlar aləmində Allah-təalanın dəvətinə ilk müsbət cavab verən insan, həzrət Məhəmməd (s) olduğu üçün ilk müsəlman da o hesab edilməlidir.

Amma başqa bir fikir də mövcuddur. «Müsəlman» sözünün lüğəti mənası «təslim olan» deməkdir. Bu baxımdan Adəm peyğəmbərdən başlayaraq, Allah əmrinə bütün təslim olanlar müsəlmandırlar.

«Müsəlman» sözünün ikinci mənası, İslam dinini qəbul edən şəxslərə şamil olunur və bu baxımdan ilk müsəlman həzrət Məhəmməd (s) olmuşdur.
Sual 33: Adəm (ə) günahkardırmı?

Cavab: Yəhudilərin məsihilərin müqəddəs kitablarına əsasən, Adəm (ə) çox ağır günaha yol vermişdir. Lakin İslam mənbələrində Adəmin günaha yol verdiyi qətiyyətlə inkar olunur.

Bilirik ki, Adəm ilahi peyğəmbərlərdəndir. Quran ayələrinə əsasən, ilahi peyğəmbərlər günah edə bilməz. Bəzilərinin günah adlandırdığı müəyyən əməllər isə, mütləq günah deyil, «tərki-əvla»dır. «Əvlanın» lüğəti mənası, «ən üstün» deməkdir. «Tərki-əvla» ən üstün, ən yaxşı əməlin tərk edilməsidir. Məsələn, çox varlı bir adam kasıb qonşusuna böyük köməklər göstərə biləcəyi halda, cüzi bir yardım göstərir. Bu varlığın haqqında elə ittihamlar irəli sürülür ki, guya həmin şəxs günaha yol verib. Əslində isə, heç bir günah baş verməyib. Sadəcə, yaxşı bir işi tərk edib.

İlahi dərgaha yaxın insanların əməlləri, onların məqamına görə ölçülür. Adi bir insan üçün günaha hesab olunmayan əməl, övliyalar üçün qüsur sayıla bilər. Ona görə də, tərki-əvlaya yol vermiş peyğəmbərlər, dərhal cəzalandırılırlar.

Adəmin qadağan olunmuş ağaca toxunması günah yox , tərki-əvladır. Bu əmələ görə, adi bir adam heç vaxt cəzalandırılmazdı. Adəm peyğəmbərin cəzalandırılmasının səbəbi, onun yüksək məqamı idi. Allah-təala «bu ağaca yaxınlaşmayın, yoxsa özünüzə zülm edənlərdən olarsınız» buyuraraq, sadəcə, Adəmə xəbərdarlıq etmişdir.


Sual 34: Musa (ə) üçün tövbə etdi?

Cavab: Musa peyğəmbər Bəni-İsrail tayfasının inadkarlığı qarşısında bir çox çətinliklərlə üz-üzə lirdi. «Nisa» surəsinin 153- ayəsində Allah-təala buyurur: «(Ya Məhəmməd) kitab əhli sənin onlara göydən bir kitab endirməyini istəyirlər. Halbuki, onlar Musadan bundan daha böyüyünü istəmiş «bizə Allahı aşkar göstər» demişdilər».

Bəni-İsrailin bu axmaq istəyi qarşısında Musanın Allah-təalaya müraciət etməkdən başqa yolu qalmamışdı. Beləcə, Musa Bəni-İsrailin nümayəndəsi olaraq «Ey Rəbbim, özünü mənə göstər», dedi. Musanın istəyi qarşısında, Allah-təala buyurdu: «Sən məni əsla görə bilməzsən. Lakin dağa bax. Əgər o yerində dura bilsə, sən məni görə bilərsən».

Quranda belə buyurulur ki, Allah-təala dağa təcəlli etdi və dağ parça-parça oldu. Musa huşunu itirdi. Ayılandan sonra isə bu yersiz istəyə görə tövbə etdi.

Musa (ə) Bəni-İsrailin istəyini yerinə yetirdiyi halda, nə üçün özü tövbə etməli idi? Təfsirçilərin fikirincə, Musa Bəni-İsrailin nümayəndəsi olaraq onların tərəfindən tövbə edirdi.


Sual 35: üçün dünya bir anda yaradılmadı?

Cavab: «Əraf» surəsinin 54- ayəsində buyurulur: «Həqiqətən, Allah-təala göyləri yeri altı gündə xəlq etdi». Maraqlıdır ki, görəsən, misilsiz əzəmət sahibi olan Rəbbimiz üçün dünyanı bir anda yaratmadı?

Təfsirçilər bu fikirdədirlər ki, hər hansı bir işin bir anda həyata keçməməsi, həmin işin hikməti haqqında düşünməyə imkan verir. Məsələn, insanın ana bətnində doqquz ay müddətində mərhələ-mərhələ formalaşması, yaradanın əzəmətini daha da aşkar göstərir.

Allah-təala yeri və göyləri bizim ölçülərlə hər biri neçə milyon il davam etmiş altı dövürdə yaratmışdır. Quranda buyurulan altı gün, bizim iyirmi dörd saatlıq günümüzdən tamam fərqlənir. Bu altı günün hikmətlə dolu olan hər anı, ilahi elmin əzəmətindən danışır.

Bəs bu altı gündə hansı hadisələr baş verdi?

İlk gün, toplu qaz formasında olan dünya öz oxu ətrafında fırlanaraq parçalandı və planetlər yarandı; İkinci gün, planetlərdən bəzisi közərmiş, bəzisi isə donmuş halda dayanıqlı vəziyyətə keçdi. Üçüncü gün, günəş sistemi yaranmaqla, yer günəşdən ayrıldı. Dördüncü gün, yer soyudu və həyat üçün şərait yarandı. Beşinci gün, otlar və ağaclar yaradıldı. Altıncı gün heyvanlar və insan yer üzündə zahir oldu.

Sual 36: Əsa əjdahaya çevrilə bilərmi?

Cavab: «Əraf» surəsinin 107-ci ayəsində oxuyuruq: «Musa əsasını atdı o, dərhal aşkar görünən əjdahaya çevrildi».

Musanın əsasının əjdahaya çevrilməsi hadisəsini iki baxımdan izah etmək olar: Əvvəla, qeyd edək ki, bütün peyğəmbərlər möcüzə ilə gəldikləri kimi, Musa (ə) da möcüzə ilə gəlmişdi və bu möcüzələrdən biri də, əsa idi. Bu hadisənin adi insanlara təəccüblü görünməsi, möcüzənin mahiyyətini təşkil edir. Əgər bir hadisə təəccüb doğurmursa, onu möcüzə hesab etmək olmaz. Musa öz peyğəmbərliyini möcüzə ilə sübuta yetirməli idi. Bütün materiya qanunlarının tabe olduğu Allahın iradəsi ilə bu möcüzə baş tutdu.

İkincisi, unutmaq olmaz ki, təbiət aləmindəki bütün heyvanlar da, digər canlılar kimi torpaqdan yaranmışdır. Əgər həm əjdaha, həm də əsanın düzəldildiyi ağac torpaqdan yaranmışdırsa, onların bir-birinə çevrilməsində elmlə uzlaşmayan heç bir şey yoxdur. Təəccüb doğuran isə, keçid prosesidir. Əgər bir damla nütfə doqquz ay deyil, bir anda insana çevrilsəydi, bu da təəccüblü olardı. Əslində, əsadan əjdaha yaranmasına nisbətən nütfədən insanın yaranması, daha da dərin bir prosesdir. Birinci hadisəni daha ecazkar göstərən prosesin mərhələ-mərhələ yox, bir anda həyata keçməsidir.
Sual 37: «Mənzələt» hədisində deyilir?

Cavab: Həzrət Peyğəmbərin (ə) buyuruqları arasında adıyla tanınan məşhur hədislərdən biri də, «Mənzələt» hədisidir. Bu hədis həm şiə, həm də sünnət əhli alimləri tərəfindən nəql olunmuşdur. Ən məşhur sünni mənbələri «Səhihi-Buxari», «Səhihi-Müslim»də adı çəkilən hədislə rastlaşırıq.

Hədisdə buyurulur: «Peyğəmbər (s) Təbuka yola düşərkən, Əlini (ə) öz yerində qoydu. Əli (ə) ərz etdi: «Məni uşaqlar qadınlar arasında qoyursan?». Həzrət peyğəmbər buyurdu: «Razı deyilsənmi ki, Harun Musa üçün necə idisə, sən mənim üçün elə olasan?!»1.

Hədislərdə qeyd olunur ki, bir gün Müaviyə Sədə dedi: «Nə üçün Əliyə lənət oxumursan?». Səd dedi: «Həzrət peyğəmbərin Əli (ə) haqqında buyurduğu üç şey yadıma düşür və lənət deyə bilmirəm». Sonra Səd uyğun mənzələt hədisində həzrət Peyğəmbərin (s) buyurduğu cümləni və daha başqa iki kəlamı zikr edir.

Başqa bir rəvayətdə nəql olunur ki, Ömər ibni Xəttab bir kişinin Əliyə (ə) lənət oxuduğunu görür. Kişiyə deyir: «Zənnimcə, sən münafiqsən. Çünki həzrət Peyğəmbər (s) Əlinin haqqında belə buyurub: «Harun Musa üçün hansı məqamdaydısa, Əli də mənim üçün həmin məqamdadır»2.


Sual 38: İnsan heyvana çevrilə bilərmi?

Cavab: «Əraf» surəsinin 166- ayəsində buyurulur: «Qadağan olunmuş işə saymazyana münasibət bəslədikləri vaxt, onlara əmr etdik: «Zəlil meymunlara dönün!».

Müxtəlif ayələrdən məlum olur ki, yolunu azmış tüğyançı tayfaları Allah-təala müxtəlif cür cəzalandırır. Yuxarıdakı ayə, bir qrup azğın insanın cəza olaraq heyvana döndərildiyini xəbər verir. Burada insanın ruhən, yoxsa cismən heyvanlaşmasından söhbət gedir. Elmi nöqteyi-nəzərdən insanın cismən heyvana dönməsi qeyri-mümkündür. Həyat şəraitinin dəyişməsi təsiri altında, orqanizmdə yeni bioloji əlamətlər yarana bilər. Mutasiya adlanan bu dəyişmə, orqanizmi qismən dəyişə bilər. Demək, insanın heyvana çevrilməsi, yalnız möcüzə yolu ilə mümkündür.

Amma təfsirçilərin kiçik bir hissəsi bu fikirdədirlər ki, uyğun ayədə söhbət ruhən heyvanlaşmadan gedir. Onlarla razılaşmayan əksər təfsirçilər, belə bir hadisənin təkamül qanununa zidd olduğunu aşkar edirlər. Onlar bildirirlər ki, təkamül qanunu, təkamül prosesini keçən orqanizmə aiddir. Hansı ki, həyatda istisnalar vardır. Məsələn, yaşıdları inkişafda olan bir yeniyetmə, hansısa bir xəstəlik ucbatından cılızlaşa bilər.

Rəvayətlərdən aydın olur ki, həmin heyvana döndərilmiş insanlar, yalnız bir neçə gün yaşaya bildilər. Əgər nəzərə alsaq ki, təkamül prosesinə uyğun gəlməyən bütün hadisələr davamsız olur (məsələn, iki başlı insan və heyvanlar çox az yaşayır), demək qəzəbə düçar olmuş həmin insanlar cismən meymuna döndərilmişlər.


Sual 39: Zərr aləmi nədir?

Cavab: Müxtəlif İslam mənbələrində zərr aləmi haqqında məlumat verən kifayət qədər rəvayət vardır. Lakin biz yalnız bir Quran ayəsi ətrafında danışacağıq. «Əraf» surəsinin 172-ci ayəsində buyurulur: «Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən övladlarını çıxarıb, onları özlərinə şahid tutaraq, soruşmuşdu: «Mən sizin Rəbbiniz deyilməmmi?».

«Övladlar» kimi tərcümə olunmuş «zürriyyət» kəlməsinin «zərr» kökündən alındığı bildirilir. Ayədə haqqında danışılan hadisə harada baş verir? Mötəbər hədislərə əsaslanan əksər İslam təfsirçiləri, bu hadisənin zərr aləmində baş verdiyini yazırlar.

Rəvayətə görə, Adəm xəlq edilən zaman onun son nəfərədək bütün övladları belindən zərrələr şəklində xarici oldu. Əql və şüura malik olan bu zərrələrin eşitmə və danışma gücü var idi. Onlar «mən sizin Rəbbiniz deyiləmmi» sualına «bəli, Rəbbimizsən»,-deyə cavab verdilər. Bu sorğu-sualda məqsəd nə idi? Ayələrdən aydın olur ki, bu sorğu-sualla Allah-təala öz xəbərdarlığını sona yetirirdi. Başqa sözlə, belə bir xəbərdarlıqdan sonra qiyamət günü kimsə «biz bundan xəbərsiz idik» deyə bilməyəcəkdi.

Uyğun ayə insanda Allaha etiqadın fitri olduğunu bir daha təsdiq edir.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə