e) müqavilə imzalandığı an
161.
Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə bilavasitə
ayrı qayda göstərilməyibsə, bu təklif:
a) akseptə dəvət sayılır
b) müqavilə bağlamağa dəvət sayılır
c) ) ofertaya dəvət sayılır
d) oferta sayılır
e) aksept sayılır
162.
3 illik iddia müddəti hansı hallara şamil olunur?
a) ümumi iddia müddətinə
b) ) müqavilə tələbləri üzrə iddia müddətinə
c) daşınmaz əmlakla bağlı iddia müddətinə
d) daşınar əmlakla bbağlı iddia müddətinə
e) heç bir halda
163.
10 illik iddia müddəti hansı hallara şamil olunur?
a) ) ümumi iddia müddətinə
b) müqavilə tələbləri üzrə iddia müddətinə
c) daşınmaz əmlakla bağlı iddia müddətinə
d) daşınar əmlakla bağlı iddia müddətinə
e) heç bir halda
164.
6 illik iddia müddəti hansı hallarda şamil olunur?
a) ümumi iddia müddəri üzrə
b) müqavilə tələbləri üzrə iddia müddətində
c) ) daşınmaz əmlakla bağlı iddi müddətində
d) daşınar əmlakla bağlı iddia müddətində
e) heç bir halda
165.
Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına
alınmasına qədər əmələ gəlmiş,hüquqi şəxsin yaradılması ilə bağlı olan
öhdəliklər üzrə məsuliyyət daşıyırlarmı?
a) hüquqi şəxsi dövlət qeydiyyatından keçirməyə vəkil edilmiş təsisçi
məsuliyyət daşıyır;
b) subsidiar məsuliyyət daşıyırlar;
c) ) birgə məsuliyyət daşıyırlar;
d) məsuliyyət daşımırlar;
e) hüquq varisliyi üzrə yaradılan hüquqi şəxs məsuliyyət daşıyır.
166.
Hüquqi şəxsin hüquq qabiliyyətinə nə vaxt xitam verilir?
a) kreditorlara bildiriş göndərildiyi andan;
b) hüquqi şəxsin hüquqlarının məhdudlaşdırıldığı andan;
c) hüquqi şəxsin təsisçiləri ləğvetmə komissiyasını yaratdıqları andan;
d) ) hüquqi şəxsin ləğvi başa çatdığı andan;
e) hüquqi şəxsin ləğvetmə komissiyası yaratmaq barədə qərar qəbul etdiyi
andan.
167.
Hansı sənəd hüquqi şəxsin təsis sənədidir?
a) hüquqi şəxsin dövlət qeydiyyatına alınmağı üçün ödənilən dövlət rüsumu
haqqında sənəd;
b) lisenziya alınması barədə dövlət orqanının verdiyi sənəd;
c) hüquqi şəxsin təsisçiləri arasında bağlanmış müqavilə;
d) hüquqi şəxsin təsisçilərinin yığıncağının protokolu;
e) ) hüquqi şəxsin təsisçilərinin təsdiq etdiyi nizamnamə.
168.
Hansı bölmə hüquqi şəxsin nümayəndəliyi sayılır?
a) hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən,hüquqi şəxsin mənafelərini
təmsil edən və hüquqi şəxsin funksiyalarının yaalnız bir hissəsini həyata keçirən
ayrıca bölmə
b) hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin yalnız
mənafelərini təmsil edən ayrıca bölmə;
c) ) hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin
mənafelərini təmsil və müdafiə edən ayrıca bölmə;
d) hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin yalnız
mənafelərini müdafiə edən ayrıca bölmə;
e) hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının
hamısını həyata keçirən ayrıca bölmə.
169.
Hansı bölmə hüquqi şəxsin filialı sayılır ?
a) hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən,hüquqi şəxsin mənafelərini
təmsil edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata keçirən
ayrıca bölmə;
b) hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən ,hüquqi mənafelərini təmsil
edən və onun funksiyalarının yalnız bir hissəsini,o cümlədən nümayəndəlik
fuksiyalarını həyata keçirən ayrıca bölmə;
c) hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən, hüquqi şəxsin mənafelərini
müdafiə edən və hüquqi şəxsin funksiyalarının yalnız bir hissəsini həyata
keçirən ayrıca bölmə;
d) ) hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının
hamısını və ya bir hissəsini,o cümlədən nümayəndəlik funksiyalarını həyata
keçirən ayrıca bölmə;
e) hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və nümayəndəlik funksiyaları
istisna olmaqla,onun funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən
ayrıca bölmə.
170.
Təsərrüfat ortaqlıqları cəmiyyətlərə və əksinə cəmiyyətlər ortaqlıqlara
çevrilə bilərmi?
a) təsərrüfat ortaqlıqları cəmiyyətlərə çevrilə bilməz;
b) cəmiyyətlər təsərrüfat ortaqlıqlarına çevrilə bilməz;
c) yalnız təsərrüfat ortaqlıqları təsərrüfat cəmiyyətlərinə çevrilə bilər;
d) yalnız təsərrüfat cəmiyyətləri təsərrüfat ortaqlığına çevrilə bilər;
e) ) təsərrüfat ortaqlıqları təsərrüfat cəmiyyətlərinə, təsərrüfat cəmiyyətləri
təsərrüfat ortaqlığına çevrilə bilər.
171.
Tam ortaqlığın fəaliyyəti hansı qaydada idarə olunur?
a) bütün iştirakçıların ümumi razılığı ilə;
b) iştirakçıların səs çoxluğu ilə;
c) ixtisaslı səs çoxluğu ilə;
d) ortaqlığın idarəetmə orqanının qərarı ilə;
e) ) nizamnamədə qərarın iştirakçıların səs çoxluğu ilə qəbul olunduğu hallar
istisna olmaqla bütün iştirakçıların ümumi razılığı ilə.
172.
Tam ortaqlıq iştirakçısının neçə səsi ola bilər?
a) hər iştirakçının bir səsi var;
b) ortaqlığın işlərinin aparılması tapşırılmış iştirakçıların iki səsi vardır;
c) iştirakçıların səslərinin miqdarı onların nizamnamə kapitalındakı payları ilə
müəyyən olunur;
d) ) nizamnamədə səslərin sayını müəyyənləşdirməyin başqa qaydası yoxdursa,
tam ortaqlığın hər iştirakçısının bir səsi var;
e) ortaqlığın işlərinin aparılması tapşırılmış iştirakçının üç səsi vardır.
173.
Tam ortaqlığın iştirakçısı başqa iştirakçıların qərarı ilə ortaqlıqdan
çıxarıla bilərmi?
a) ortaqlığın iştirakçısı yalnız özü ortaqlığın iştirakçılığından çıxa bilər;
b) ortaqlığın iştirakçılarının yekdil qərarı ilə və bunun üçün ciddi əsaslar
olduqda;
c) ) ortaqlığın iştirakçılarının yekdil qərarı ilə - iştirakçı öz vəzifələrini
kobudcasına pozduqda və ya onun işləri ağılla aparmağa qadir olmadığı aşkara
çıxdıqda o məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər;
d) iştirakçı yalnız öz vəzifələrini kobud surətdə pozduqda ortaqlıq
iştirakçılarının yekdil qərarı ilə məhkəmə qaydasında ortaqlıqdan çıxarıla bilər;
e) iştirakçı yalnız onun işləri ağılla aparmağa qadir olmadığı aşkara çıxdıqda
ortaqlıq iştirakçılarının yekdil qərarı ilə məhkəmə qaydasında ortaqlıqdan
çıxarıla bilər.
174.
İştirakçı tam ortaqlıqdan çıxmasını hansı müddətdə bildirməlidir?
a) faktik çıxmasına geci bir il qalmış;
b) faktik çıxmasına ən geci iki ay qalmış;
Dostları ilə paylaş: |