1722 Beynəlxalq hüquq



Yüklə 476,9 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix31.08.2018
ölçüsü476,9 Kb.
#65862
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

c)  beynəlxalq hüququn prinsipləri beynəlxalq hüququn formal cəhətdən təsbit edilmiş, ictimai 

təcrübənin nəticəsi kimi yaranan, bilavasitə dövlətin rəhbər davranış qaydalarıdır 

d)  beynəlxalq hüququn prinsipləri beynəlxalq hüququn formal cəhətdən təsbit edilmiş, müvafiq 

davranış qaydalarının nəticəsi kimi tanınan, zəruri qaydalardır  

e)  müvafiq davranış qaydalarının nəticəsi kimi tanınan, zəruri qaydalardır  

152Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipinin məzmunu dövlətlərin hansı hüquq və 

öhdəliklərində öz ifadəsini tapır?  

a)  dövlətlər öz mübahisələrini, onların xarakterindən və mənşəyindən asılı olaraq həll etməlidirlər; 

dövlətlər öz mübahisələrini həll edərkən dinc vasitələrdən hər hansı birini seçmək hüququna 

malikdirlər 



b)  dövlətlər öz mübahisələrini, onların xarakterindən və mənşəyindən asılı olmayaraq, yalnız 

dinc vasitələrlə həll etməlidirlər; dövlətlər öz mübahisələrini həll edərkən dinc vasitələrdən 

hər hansı birini seçmək hüququna malikdirlər; dövlətlər öz aralaında olan mübahisəni həll 

olunmaq üçün hər hansı III tərəfə təqdim etməyə məcbur oluna bilməzlər 

c)  dövlətlər öz mübahisələrini, onların xarakterindən və mənşəyindən asılı olaraq həll etməlidirlər; 

dövlətlər öz mübahisələrini həll edərkən dinc vasitələrdən hər hansı birini seçmək hüququna 

malikdirlər; dövlətlər öz aralarında olan mübahisəni həll olunmaq üçün hər hansı III tərəfə təqdim 

etməyə məcbur oluna bilməzlər 

d)  dövlətlər öz mübahisələrini həll edərkən beynəlxalq təşkilatların iştirakını təmin etməyə 

borcludurlar; dövlətlər öz aralarında olan mübahisəni həll olunmaq üçün hər hansı III tərəfə 

təqdim etməyə məcbur oluna bilməzlər 

e)  dövlətlər öz mübahisələrini, onların xarakterindən və mənşəyindən asılı olaraq həll etməlidirlər 

153 Dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa dair beynəlxalq hüququn prinsipləri 

haqqında Bəyannamə nə vaxtı və hansı beynəlxalq təşkilat tərəfindən qəbul edilmişdir?  

a)  24 oktyabr 1969-cu il, BMT Baş Məclisi 



b)  24 oktyabr 1970-ci il, BMT Baş Məclisi 

c)  24 oktyabr 1971-ci il, ATƏT 

d)  24 oktyabr 1972-ci il, ATƏT 

e)  24 oktyabr 1970-ci il, ATƏT 

154 Xalqın öz daxili işlərini kənardan müdaxilə olmadan həll etmək hüququ, bilavasitə onların hansı 

hüquqlarının tanınmasını nəzərdə tutur?  



a)  öz ictimai və dövlət quruluşunu müəyyən etmək; mədəniyyət kimi bütün daxili məsələləri 

həll etmək 

b)  öz ictimai və dövlət quruluşunun müəyyən edilməsi; öz təbii sərvətləri üzərində azad sahiblik 

etmək və öz ölkəsinin iqtisadi həyatına rəhbərlik etmək; mədəniyyət, din və sair kimi bütün daxili 

məsələləri həll etmək  




c)  dövlət quruluşunu müəyyən etmək; öz ölkəsinin iqtisadi həyatına rəhbərlik etmək; dini və sair 

kimi bütün daxili məsələləri həll etmək 

d)  öz ictimai quruluşunu müəyyən etmək; öz təbii sərvətləri üzərində azad sahiblik etmək  

e)  öz ictimai və dövlət quruluşunu müəyyən etmək  

155 Sadalananlardan hansılar beynəlxalq mübahisənin tam əlamətləridir?  

a)  iki tərəfin – beynəlxalq hüquq subyektlərinin olması; mübahisənin dövlətin daxili səlahiyyət 

dairəsində olmaması; tərəflərin öz aralarında beynəlxalq təşkilatların təsdiqi ilə mübahisənin 

yaranması faktının etiraf edilməsi 



b)  iki və daha artıq tərəfin tərəfin – beynəlxalq hüquq subyektlərinin olması; mübahisənin 

dövlətin daxili səlahiyyət dairəsində olmaması; müharibə edən tərəflərin qarşılıqlı 

iddialarının olması; tərəflərin öz aralarında mübahisənin yaranması faktının etiraf 

edilməsi; mübahisənin yaranması anının müəyyən edilməsi 

c)  bir neçə tərəfin – beynəlxalq hüquq subyektlərinin olması; mübahisənin dövlətin daxili səlahiyyət 

dairəsində olması; mübahisənin yaranması anının müəyyən edilməsinin qeyri-mümkünlüyü 

d)  müharibə edən tərəflərin qarşılıqlı iddialarının olması; tərəflərin öz aralarında mübahisənin 

yaranması faktının etiraf edilməsi; mübahisənin yaranması anının müəyyən edilməsi 

e)  iki tərəfin – beynəlxalq hüquq subyektlərinin olması; mübahisənin dövlətin daxili səlahiyyət 

dairəsində olmaması 

156. Suveren bərabərlik prinsipinin əsas ictimai vəzifəsi nədən ibarətdir?  

a)  BMT-nin daimi üzv dövlətlərinin, iştirakçı üzv dövlətləri üzərində üstünlüklərinin zəruri olmasına 

əngəlləməkdir 



b)  böyük və kiçikliyindən, iqtisadi, siyasi və mədəni inkişaf dərəcəsindən və s. faktorlardan 

asılı olmayaraq bütün dövlətlərin beynəlxalq münasibətlərdə hüquqi cəhətdən bərabər 

iştirakını təmin etməkdir 

c)  inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan və üçüncü ölkələrin üzərində, əlverişli rejim tətbiq 

etməklə, sonuncuların inkişaf səviyyəsini qaldırmaqdır 

d)  inkişaf səviyyəsindən asılı olaraq, beynəlxalq təşkilatlarda bir dövlətin digər dövlətə görə 

hüquqlarının təmin edilməsidir 

e)  dövlətlər üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan ümumtanınmış normalardır; ən yüksək 

qüvvəyə malik olan imperativ normalardır 

157 Beynəlxalq hüququn əsas prinsipləri bütövlükdə beynəlxalq birlik tərəfindən tanınır və qəbul edilir və 

… Nöqtələrin yerinə doğru olanı qeyd edin  

a)  beynəlxalq birlik tərəfindən də ləğv edilə bilməz 



b)  yalnız beynəlxalq birliyin özü tərəfindən ləğv edilə bilər 

c)  dövlətlər üçün heç bir hüquqi nəticə doğurmur 

d)  dövlətlər üçün bəzi hüquqi nəticələr doğura bilər 



e)  dövlətlər üçün bəzən hüquqi nəticələr doğurması mümkündür 

158. Doğru müddəanı göstərin  

a)  beynəlxalq hüququn prinsipləri yalnız adət hüququ vasitəsi ilə formalaşır  

b)  beynəlxalq hüququn prinsipləri adət və müqavilə yolu ilə formalaşır 

c)  beynəlxalq hüququn prinsipləri yalnız beynəlxalq müqavilələr vasitəsilə ilə formalaşır 

d)  beynəlxalq hüququn prinsipləri öz təbiəti etibarı ilə müstəqil formalaşır 

e)  beynəlxalq hüququn prinsiplərinin formalaşmasının heç bir üsulu mövcud deyil 

159 Dövlətlərin suverenliyi prinsipinin mahiyyəti nədir? 

a)  BMT-nin bütün üzvləri güc tətbiqindən çəkinməlidir 

b)  Heç bir dövlət digər dövlətin daxili yuridiksiyasında olan işə qarışmamalıdır  

c)  Dövlətlərin sərhədi toxunulmazdır 

d)  Beynəlxalq mübahisələr dinc yolla həll edilməlidir 

e)  Hər bir dövlət öz siyasi və iqtisadi sistemini sərbəst və maneəsiz olaraq özü müəyyən edir 

160Səhv fikri müəyyənləşdirin  

a)  Bütün dövlətlər hüquqi cəhətdən bərabərdir 

b)  Heç bir dövlət digər dövlətin daxili yuridiksiyasında olan işə qarışmamalıdır  

c)  Beynəlxalq təşkilatlarda hər bi dövlət bir səsə malikdir 

d)  Başqa dövlətdə baş vermiş silahlı münaqişəyə müdaxilə yolveriləndir  

e)  Bütün dövlətlər hüquqi cəhətdən bərabərdir 

161 Səhv fikri tapın  

a)  Bütün dövlətlər əsas insan hüquq və azadlıqlarına hörmət etməlidir 

b)  Dövlətlərin sərbəst olaraq bir-biri ilə əməkdaşlıq hüququ var 

c)  Beynəlxalq öhdəlikləri yerinə yetirmək müqavilələrə riayət etmək mənasında anlaşılır 



d)  Humanitar müqavilə hüquqa ziddir 

e)  Xalqlar sərbəst şəkildə öz müqəddəratını həll edə bilər 

162Səhv fikri tapın  

a)  Özünümüəyyənetmə demokratik idarəetmə hüququ deməkdir 

b)  Öhdəlikləri vicdanla yerinə yetirmək müqavilələri yerinə yetirməkdir 

c)  Dövlətin razılığı olmadan onun sərhədləri dəyişdirilə bilməz 

d)  Silahlı təcavüz yolverilməzdir 



Yüklə 476,9 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə