№18 (961) 4-10 may 2017-ci il



Yüklə 489,25 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix16.11.2017
ölçüsü489,25 Kb.
#10562
1   2   3   4   5   6   7   8

3

 4-10 may 2017-ci il

...Və bu gözlərə nəzər saldıqca, 

düşüncələrimdə qor kimi közərən 

cümlələr də yol götürüb gedir...

� � � � �

Hə, əzizlərim!..

Bu  dünyada,  bəlkə  də,  hər  şey 

adicə  bir  heyrətdən  başlanır  və 

sonra Böyük Heyrətə çevrilir. 

İndiki  dünyamızın  özü  elə  bir 

heyrət hissinin nəticəsi deyilmi?!

HEYRƏT - təbiətin sirləri haqqın-

da  saysız-hesabsız  maraqlarının 

ardınca düşən insanın misilsiz ix-

tiralarına, kəşflərinə doğru aparan 

yoldur,  zəngin  mədəniyyətlərin, 

böyük  sivilizasiyaların  başlanğıc 

nöqtəsidir. 

HEYRƏT  -  insanın  öyrənmək 

istəyidir, bilmək ehtiyacıdır, şüu-

run, düşüncənin ətraf aləmlə ilk 

tanışlıq anıdır.

Ulu  öndər  Heydər  Əliyevin  -  öz 

ömürlüyü  ilə  böyük  bir  tarix 

yaratmış  bu  dahi  şəxsiyyətin 

uşaqlıq  dövrünün  fotosu  yenə 

gözlərim  qarşısındadır.  Onun 

çöhrəsindəki  ifadə  fotoaparata 

baxan  körpələrin  heyrətinə  bən-

zəmir əsla, o, fotoobyektivə yox, 

bütünlüklə dünyaya baxır.

Baxın, O, bu təlatümlü, qarmaqa-

rışıq  dünyaya  öz  heyrətini  necə 

də gizlədə bilmirdi... 

� � � � �

Bu  şəklin  çəkildiyi  həmin  an  qo-

caman  tarixin  hansı  vədəsidir, 

görəsən?! 

Düşüncələrimə güc verib, xatırla-

mağa çalışıram. 

Amma  zamanın  nə  dəxli  var  ki, 

əsas olan bu heyrətin varlığıdır...

...Əsr o qədər də yaxşı başlanma-

yıb, dünya hələ də Birinci Dünya 

müharibəsinin  sarsıntıları  içində-

dir.  Üstəlik,  yeni  təlatümlər  bitib 

tükənmir  və  bu  təlatümlərin  ən 

sərt  rüzgarları  keçmiş  imperiya-

nın ucqarlarında əsir. 

Bolşeviklər  çar  Nikolayı  yenicə 

taxtdan  salıblar,  inqilabın  dağıt-

dıqlarını yenidən qurub-yaratmaq 

hələ uzun çəkəcək. İctimai düşün-

cə yerlə-yeksandır. Adamların bu 

gündən sabaha ümidi yoxdur. 

Vəziyyət o həddə çatıb ki, keçmiş 

çar  imperiyasının  Azərbaycan-

dan  uzaq  ayrı-ayrı  əyalətlərində 

adamlar aclıqdan ölməməyin əla-

cındadır.

Silahlı  erməni  daşnaklarının  bir 

neçə  il  əvvəlki  fürsətdən  yararla-

nıb  Azərbaycanın  müxtəlif  böl-

gələrində  soyqırıma  məruz  qoy-

duqları,  min  bir  sitəm  etdikləri 

Azərbaycan  ailələrinin  yaraları 

qaysaq bağlamayıb... 



Hələ  qabaqda  repressiya  dalğa-

sı  var,  bu  dalğanın Azərbaycanın 

ictimai fikir tarixinə vuracağı dəh-

şətli  zərbələr  var,  hələ  qabaqda 

İkinci  Dünya  müharibəsinin  mü-

dhiş  acıları  var,  bu  müharibənin 

Azərbaycan  ailələrinə  yaşadacağı 

faciələr,  aclıq,  məhrumiyyət,  min 

bir əziyyətlər var... 

Heydər Əliyevin uşaqlıq şəklindən 

heyrətlə baxdığı dünyanın qurşun 

kimi ağır havasına dövrün sərt tu-

fanları qarışıb, param-parça olmuş 

insan taleləri uçuşur bu havada, za-

man öz ağırlığı ilə ömürləri, ümid-

ləri, xoşbəxtlikləri əzib keçir...

Və Heydər Əliyev belə bir dünya-

ya heyrətlə baxır, baxırdı...



Bəlkə həyatının ilk böyük sualla-

rıdır onu heyrətləndirən, kim bi-

lir, bəlkə o vaxt bu şəkli çəkmiş 

üçayaq  fotoaparatın  alovundan 

gələcəyə düşən işıqdır, bu balaca 

işıqda  gözlərinə  görünən  böyük 

missiyadır?!..

Tarixi missiyalar da elə bir anlıq 

heyrətdən başlamırmı?!

...Və Heydər Əliyevin düşüncələ-

rimi  ovsunlayan  o  uşaqlıq  foto-

sunun  sirri  yavaş-yavaş  açılır, 

deyəsən... 

O,  bu  dünyada  nələr  gördü  və 

nələri görəcəkdi?!

O, nəyə və niyə heyrət edirdi, özü 

nələrlə heyrətləndirəcəkdi?!

Bu tarixi yaradan fotoqraf kimmiş-

sə, özü də bilmədən, o çöhrədəki 

HEYRƏTDƏ böyük bir xalqın ta-

rixini dəyişəcək aydın, işıqlı yolun 

şəklini çəkirmiş...  

� � � � �

Bu  yol  dünyaya  heyrətli  baxış-

larla  başlanmışdı,  böyüyüb  yaşa 

dolduqca  Tanrının  Heydər  Əli-

yevin  həyatına  və  onun  şəxsində 

Azərbaycan  tarixinin  böyük  bir 

dönəminə  verdiyi  heyrətamiz  ni-

zamlarla, bəzən kəskin dönüşlərlə 

davam etdi. 



TALE  ona  yüksək  rəssamlıq  is-

tedadı  bəxş  etmişdi,  üstəlik,  orta 

təhsilinin  son  pillələrinə  doğru 

gələcək  peşə-sənət  yolunu  müəy-

yən  etməyə  başlayanda  böyük 

qardaşı artıq Azərbaycanın yenicə 

tanınmağa başlayan gənc rəssam-

larından idi. Əgər bu marağın ar-

dınca  getsəydi,  şəksiz  ki,  Heydər 

Əliyev  də  zəmanəsinin  adlı-sanlı 

rəssamlarından olardı. 

TANRI  yüksək  sənət  talantını  da 

ondan  əsirgəməmişdi,  yeniyetmə 

ikən Naxçıvandakı dram dərnəyi-

nin fəal üzvü kimi teatr səhnəsin-

dəki  uğurlarına  təəccübü  gizlədə 

bilmirdilər.

Onu  Naxçıvan  Pedaqoji  Texniku-

munun  tələbəsi  edən  HƏYAT 

Heydər Əliyevin taleyində bu sa-

həyə  doğru  bir  yol  müəyyənləş-

dirmişdi.  O  zəka,  o  məsuliyyət, 

məşğul olduğu işə o sevgi ilə Hey-

dər  Əliyev  çox  uğurlu  bir  müəl-

lim, yaxud görkəmli bir Azərbay-

can alimi olacaqdı. 

Azərbaycan  Sənaye  İnstitutunda  yi­

yə lənməyə  başladığı  memarlıq  sənə­

ti  də  dövrün  ən  yüksək  perspektivli 

sənətlərindən sayılırdı. Əgər həyatını 

memar kimi davam etdirsəydi, Azər­

baycanın ötən əsrdə yetirdiyi ən məş­

hur  memarların  ilk  sırasında,  yəqin 

ki, Heydər Əliyevin də adı gələcəkdi, 

Azərbaycanın  çağdaş  memarlıq  ta­

rixinin zirvəsində qərar tutan əsərlər 

cərgəsində Heydər Əliyevin ucaltdığı 

binalar da görünəcəkdi. 

Amma yenə HEYRƏT!..



TALE,  bu  dəfə  də,  onun  həyat 

yollarında  öz  təshihlərini  edərək, 

Heydər  Əliyevi  yolların  ən  çəti-

ninə  səmtləndirdi.  O,  gənc  çekist 

kimi  xüsusi  xidmət  orqanlarında 

fəaliyyətə başladı, kiçik bir vəzifə 

ilə daxil olduğu bu sistemdə təd-

ricən  irəlilədi,  çiynindəki  paqon-

larda  ulduzların  sayı  artdı  və  bu 

ulduzların parıltısı da böyüdü. 



Bu yolda Heydər Əliyevin uğur-

ları qədər qarşısına çıxan əngəllər 

də  çox  oldu,  onun  peşəkarlıqdan 

doğan  imkanlarını,  əzmkarlığını, 

məqsədyönlülüyünü,  liderlik  xü-

susiyyətlərini  gözü  götürməyən-

lər tapıldı. 

Amma qəribədir ki, bu məqamların 

hər birində sanki hansısa fövqəl bir 

qüvvə Heydər Əliyevi qorudu, onu 

üzləşdiyi  bütün  sınaqlardan  daha 

da güclü çıxardı, tarixin çox az hal-

larda  yetirdiyi  bu  işıqlı  şəxsiyyəti 

Azərbaycan  dövlətinin,  xalqının 

gələcəyi üçün mühafizə etdi. 

Bütün bunların özü də bir insanın 

ömürlüyündəki  HEYRƏT  dolu 

anlar deyilmi?!

� � � � �

Əgər  böyük  şəxsiyyətlərdən  və 

onların  yerinə  yetirdikləri  missi-

yalardan  bəhs  ediriksə,  gərək  ra-

zılaşaq  ki,  tarixdə  bu  insanların 

yerinə  başqasını  qoymaq  müm-

künsüzdür. 

Çünki  şəxsiyyətləri  yetirən,  on-

ların  missiyalarını  müəyyənləş-

dirən zamandır, mühitdir, insan-

lardan  fərqli  olaraq  bu  amilləri 

dəyişmək, başqası ilə əvəz etmək-

sə, hətta xəyali də olsa, alınmaz... 

HEYDƏR  ƏLİYEV  öz  zəmanəsi-

nin yetişdirdiyi böyük dövlət adamı 

idi. 

Heydər  Əliyev  fenomeninin  yaranma­

sından  ötrü,  Azərbaycanın  milli  döv­

lətçilik tarixində onun dövrü kimi xatırla­

nan intibah mərhələsinin başlanmasından 

ötrü bir neçə vacib istiqamət heyrətamiz 

şəkildə üst­üstə düşürdü. 

Sovet  dövründə  Heydər  Əliyevə 

qədər Azərbaycana rəhbərlik etmiş 

azərbaycanlı rəhbərlərdən heç biri-

nin siyasi taleyində zaman, şəxsiy-

yət  və  missiyanın  bu  qədər  uzlaş-

masını, ahəngini görə bilməzsən.

Ötən  əsrin  60­cı  illərində  müharibə­

dən  yenicə  çıxmış  SSRİ­nin  mühüm 

regionlarından biri kimi Azərbaycanı, 

bu  respublikanın  axsayan  iqtisadiy­

yatını dirçəltmək lazım gəlirdi. Azər­

baycan  yeni  bir  yolun  başlanğıcında 

idi. İkinci istiqaməti seçib irəli apar-

maq xalqına, milli dəyərlərinə sevgi-

dən savayı, yüksək liderlik qabiliy-

yəti,  qətiyyət,  əzmkarlıq,  güzəştsiz 

idarəçilik istedadı və eyni zamanda, 

ziyalılıq, müdriklik tələb edirdi.  

Bütün bunlardan əlavə, dünyada və 

keçmiş  sovetlər  məkanında  müəy-

yən  dəyişikliklər,  nisbətən  yum-

şalmalar da baş verməli idi ki, milli 

məsələlərin  inkişafından,  cəmiyyət-

də  haqq-ədalətin  öz  yerini  tutması 

üçün atdığın səs-küylü addımlardan 

dolayı üzərinə yönələn təzyiq və təh-

didlərdən də özünü qoruya biləsən. 

Belə bir məqamda məhz HEYDƏR 

ƏLİYEV  öz  şəxsiyyəti,  ideoloji 

baxışları,  işə  münasibəti,  qətiy-

yəti,  peşəkarlığı  ilə  bütün  zəruri 

istiqamətləri  zərgər  dəqiqliyi  ilə 

tamamlayan ümummilli lider ob-

razı kimi tarix səhnəsinə çıxdı. 

� � � � �



Bundan sonrasında isə yenə HEY-

RƏT başlanır...

Ölkənin  geridə  qalmış  sosial­iqtisadi 

həyatını  qısa  zamanda  nizama  sal­

maq, bütün fəaliyyət sahələrinə dəmir 

intizam  gətirmək,  cəmiyyətdə  haqq­ə­

daləti  bərqərar  etmək,  insanlarda  sa­

baha inam yaradıb bu inamın gücü ilə 

Azərbaycanı  bütün  ittifaq  məkanında 

qabaqcıllar cərgəsinə yetirməkdən ötrü 

Heydər  Əliyevin  heyrətamiz  liderlik 

bacarığına sahib olmaq lazım idi. 

Ötən  əsrin  50-ci  illərinin  ortaları-

na qədər gərgin psixoloji sarsıntı-

lar  yaşamış,  repressiya  xofundan 

illərlə özünə qapanıb öz içinə çə-

kilmiş  cəmiyyətdə  milli  şüurun 

oyanışına nail olmağı, ana dilimizi 

dirçəltməyi, bu xalqın əsrlər boyu 

yetişdirdiyi  tarixi  şəxsiyyətlərə, 

vətən  tarixinə,  ədəbiyyatına,  mə-

dəniyyətinə, elminə, milli-mənəvi 

dəyərlərinə  sahib  çıxmağı,  xalqın 

azadlıq  ruhunun  daşıyıcısı  olan 

ziyalıları  repressiya  maşınından 

qorumağı,  onların  fəaliyyətini  is-

tiqamətləndirməyi  ancaq  Heydər 



Əliyev bacarardı. 

Mərkəzin  min  bir  maneələrinə 

baxmayaraq,  Azərbaycanın  in-

kişafı  ilə  bağlı  böyük  proqram-

ların  qəbul  etdirilməsi,  ölkənin 

gələcəyi  üçün  milli  kadr  poten-

sialının  formalaşdırılması,  mə-

dəniyyət  diplomatiyasının  gücü 

ilə  Azərbaycanın  dünyada  tanı-

dılması, cəmiyyətin tədricən, ad-

dım-addım  müstəqil  həyata  ha-

zırlanması və indiyə qədər bütün 

bu  sadaladıqlarımın  bir-birinə 

paralel,  bir-biri  ilə  həmahəng 

həyata keçirilməsi kimi çətin bir 

missiyanın  mərkəzində  də  Hey-

dər  Əliyevdən  savayı  başqa  bir 

LİDERİ təsəvvür edə bilmirsən. 

Moskvada  çalışmağa  başlayarkən,  hə­

min  illərdə  xarici  mətbuatın  da  yaz­

dığı kimi, Heydər Əliyevin şəxsində 

Kremldə  parlayan  türk  ulduzu  tarixi 

heyrətləndirmişdi. 

Keçmiş  imperiyanın  ucqar  bir  şə-

hə rində,  sadə  əməkçi  ailəsində 

dünyaya  gəlmiş  insanın,  üstəlik 

Azər baycan  türkünün,  İslam  üm-

mətinin köməksiz, dəstəksiz, yalnız 

zəkasının  gücü  ilə  addım-addım 

irəliləyərək  SSRİ  boyda  uc suz-

bucaqsız nəhəng imperiyanın əsas 

rəhbərlərindən olması nümu nəsini 

türk və İslam dünyası tarixində ye-

ganə  olaraq,  yəqin  ki,  ancaq  Hey-

dər Əliyev yarada bilərdi. 

� � � � �



Ötən əsrin 70­ci illərində Azərbaycanın 

taleyi  digər  şəxslərin  əlində  olardısa, 

baş  verəcəkləri  təsəvvürünə  gətirməyə 

çalışırsan. 1987­ci ildə dünya ermənilə­

rinin əli ilə və keçmiş ittifaq rəhbərliyi­

nin,  xüsusilə  də  Qorbaçov  kimilərinin 

qısqanclığı  ucbatından  vəzifəsindən 

uzaqlaşdırılandan,  respublikaya  təsir 

imkanları  məhdudlaşdırılandan  sonra 

Azərbaycanın  başına  gətirilən  fəlakət­

lər, Dağlıq Qarabağ düyünü daş kimi 

adamın ürəyindən asılır.

Müstəqilliyin  ilk  illərində  üzləş-

diyimiz  faciələr,  çətinliklər,  ya-

şadığımız ictimai sarsıntılar gəlir 

adamın gözünün önünə. 

Real  vətəndaş  müharibəsi,  par-

çalanma  təhlükəsi  ilə  üz-üzə  qal-

mış, ucqarlarında düşmənlə savaş, 

mərkəzində isə hakimiyyət uğrun-

da  dartışmalar  gedən  kövrək  bir 



Vətənin yaşadıqları düşür yadına.    

İndiki  dünyamızın  mü səlman  ölkələ­

rində çağdaş səlib yürüşləri nin törət­

diyi  fəlakətləri  izlədikcə,  dünyaları 

əllərindən  alınmış  körpələrin  gözlə­

rindəki  kədərinə,  anaların  göz  yaşla­

rına,  bombalardan  canını  qurtarmaq 

is tə yərkən, dənizlərdə qərq olan zavallı 

müha cirlərin mü sibətinə şa hid olduq ca 

taleyin 1993­cü ildə Azərbayca nı Hey-

dər Əliyevin əli ilə nə qədər böyük fə­

lakətdən hifz etdiyinə əmin olursan. 

Və yenə heyrətlənirsən!..

Birdən o həlledici məqamda Hey-

dər Əliyev olmasaydı?..

Bəs, onda Azərbaycan indiki gün-

lərinə gəlib çıxa biləcəkdimi?!

Bəs,  bütün  ömrü  boyu  sovet  siste­

mində  çalışmış  dövlət  xadiminin  si­

yasi  hakimiyyətə  qayıdışından  sonra 

müstəqil  dövlətin  gələcəyini,  inkişaf 

istiqamətlərini  bu  qədər  aydınlıqla 

təsəvvür  edə  bilməsi,  cəmiyyətdə  de­

mokratik dəyərlərin bərqərar olmasın­

dan  ötrü  apardığı  islahatlar,  həyata 

keçirdiyi  hüquqi  dövlət  quruculuğu 

prosesləri,  azad  bazar  iqtisadiyyatı 

yolunda  qısa  müddətə  ölkəyə  qazan­

dırdığı böyük nailiyyətlər?!

İndi  Siz  deyin,  bunların  hərəsi 

bir HEYRƏT nümunəsi deyilmi?!

***

Heydər  Əliyev  dünyanın  bütün 

kamil  insanları  kimi  ömrü  boyu 

zora, silaha deyil, ağla, zəkaya bel 

bağlamağı  təlqin  edirdi,  kamalın 

zor  üzərində  üstünlüyünü  dövlət 

rəhbəri  kimi  şəxsi  nümunəsində 

bütün  dünyaya  sərgiləyirdi,  döv-

lətə  silah  çəkənlərin  üstünə  hə-

mişə ağlı, müdrikliyi ilə gedirdi və 

hər dəfəsində də qələbə qazanırdı. 

Lider üçün gərək olan bütün xüsusiy­

yətlərin onun şəxsiyyətində bir­birini 

uğurla tamamlamasının özü də Tan­

rının bir möcüzəsi idi... 

Uca  və  şux  qamət,  yaraşıqlı  sima, 

sağlam bədən və ruh, mahir natiq-

lik  qabiliyyəti,  dərin  zəka,  əhatəli 

biliklər, öyrənmək həvəsi, məqsəd-

yönlülük,  kübar  davranışlar,  yük-

sək  zövq.  Bunların  hansısa  biri 

olmasaydı,  Heydər  Əliyevin  tarix-

dəki obrazı natamam qalardı bəlkə, 

amma bu xüsusiyyətlərin hər biri bu 

böyük dövlət adamının şəxsiyyətin-

də bir-birini incəliklə tamamlayırdı. 

Bir də uzaqgörənlik!..

HEYDƏR  ƏLİYEV  XXI  əsrin  or­

talarına doğru dünyada hansı külək­

lərin  əsəcəyini,  yer  üzünün  hansı 

gərginliklərlə  üz­üzə  qalacağını  ay­

dın bəsirəti ilə irəlicədən görürdü və 

bilirdi  ki,  belə  laübalı  bir  dünyada 

Azərbaycanı  ancaq  onun  siyasi  xət­

tinə sadiq qalan, qurucu Atanın yetiri 

olan qətiyyətli lider qoruyaraq inkişaf 

etdirə bilər. 

2003-cü ildə ulu öndərin Azərbay-

can  Respublikasının  Prezidenti 

cənab  İLHAM  ƏLİYEVİ  nəzərdə 

tu taraq  söylədiyi  “MƏN  ONA 

ÖZÜM  QƏDƏR  İNANIRAM!..” 

əminliyi  ATANIN  öz  ÖVLADI-

NA  olan  inamı  ilə  bərabər,  həm 

də  Azərbaycanın  bugünkü  qüd-

rətli günləri ilə bağlı aydın təsəv-

vürlərdən irəli gələn bir xatircəm-

lik idi... 

Heydər  Əliyev  xoşbəxt ATA  idi  - 

çünki  bu  gün  öz  xoş  əməlləri  ilə 

onun  inamını  doğruldan,  üzünü 

ağ  edən  saleh  övladları  var,  arzu-

larındakı  Azərbaycanı  qurub  ya-

radan, Vətəni tarixinin ən qüdrətli 

çağlarına  yetirən,  Heydər  Əliyev 

missiyasını  yaşadan  və  davam  et-

dirən Prezident İlham Əliyev var!..

...Və  bu  məfkurəni  indi  layiqin-

cə  yaşadan,  ailə  ocağının  qoşa 

qanad  kimi  cəfakeş  qoruyucusu 

Mehriban xanım Əliyevanın mil-

yonlar  tərəfindən  sevilməsi,  qə-

bul olunması ulu öndərin cənnət-

məkan RUHUNA, həm də əbədi 

rahatlıq bəxş edir...

Heydər Əliyev uğurlu dövlət ada-

mı idi - bir liderin öz xalqının milli 

dövlətçilik  tarixində  görə  biləcəyi 

bütün nəcib işləri yerinə yetirmiş-

di çünki. Öz missiyası ilə tarixin ən 

yüksək ucalıqlarına yüksəlmişdi. 



Heydər  Əliyev  qalib  şəxsiyyət 

idi - bütün sınaqlardan mətinlik-

lə  çıxmışdı,  həyatının  ən  böyük 

ideallarını gerçəkləşdirə bilmişdi, 

onu yetirən XALQI öz milli hədəf-

lərinə çatdırmışdı. 

...Və yəqin ki, bu da bir Tanrı qis-

məti idi...

***

İllər öncə bir yaz günü Naxçıvana 

ziyarətim  zamanı  şəhərin  mərkə-

zindəki  Heydər  Əliyev  Muzeyin-

də  diqqətimi  çəkən  bir  şəkil  də 

düşüncələrimi 

ovsunlamışdı... 

Adi bir şəkildən daha çox insanın 

alın yazısına işarə, qismət dediyi-

miz sirrin hansısa formada şifrələ-

nib qabaqcadan əyan olması faktı 

kimi  gözlərimə  köçürmüşdüm  o 

şəkli də... 

Seyrinə  və  sehrinə  daldığım  eks-

ponat  böyük  rəssamlıq  istedadına 

malik Heydər Əliyev o vaxtın pe-

ro-qələmi  ilə  yeniyetmə  bir  qızın 

rəsmini çəkib və altında da öz dəst- 

xətti  ilə  beləcə  yazıb:  “Zərifənin 

şəkli 12 yaşında çəkilib. 1942-ci il 

aprelin 27-də, axşam saat 9.30-da”.

Əvvəl təəccüblənmişdim, axı Hey-

dər Əliyev gələcək ömür-gün yol-

daşı Zərifə xanım Əliyeva ilə illər 

sonra  rastlaşıb  peyman  bağlaya-

caqdı,  o  zaman  bu  rəsm  1942-ci 

ildə necə çəkilə bilərdi?! 

Yenə HEYRƏT məni bürümüşdü... 

Həmin rəsmi çəkərkən Heydər Əli-

yev 12 yaşlı qızdan adını soruşur, 

qız özünü Zarya kimi təqdim edir, 

belə məqamlara həssaslıq göstərən 

(bir telegörüntüdə çay süfrəsi arxa-

sında ulu öndərin “kəklikotu” sö-

zünün  “kəkotu”  kimi  tələffüzünə 

iradını  xatırlayıram)  Heydər  Əli-

yev təhrif olunmuş adla təqdimata 

etirazını bildirir və rəsmin altında 

da  öz  əlləri  ilə  məhz  belə  yazır: 

“Zərifənin şəkli...”

HEYRƏTDƏN  necə  donmaya-

san?!. 

Tanrım,  ilk  baxışdan  adi  görünən 

ömür faktı ilə, bəlkə, öz sevimli bən-

dənə yazdığın Yazını, günlərin birin-

də  qarşısına  çıxaracağın  ömür-gün 

qismətinin  adını  əvvəlcədən  əyan 

edirmişsən və öz qismətini Ona öz 

əlləri ilə yazdırırmışsan...



Heydər Əliyevin o dövrdən dünya-

ya  heyrətlə  baxan  gözləri  də  bəlkə 

Azərbaycanın bu baxışlarla o tarixə 

düşən xoş bir yazısı imiş, kim bilir... 

 İmamverdi İSMAYILOV, 



Milli Məclisin deputatı, 

əməkdar jurnalist

Azərbaycanın özü qədər ƏBƏDİ

...Və bu şəkil qarşısında ayaq saxladığım həmin o an!..

...Aman Allah, bu nə şəkildir, bu nə baxışlardır?!

Uzun zaman xəyala dalıram... 

Foto qəhrəmanımın dünyaya heyrətlə baxan gözlərinin ifa-

də gücündən sehirlənirəm...

...Bu  -  həyatın  bir  anı,  həm  də  bir  anın  əbədiyyətidir  və 

ağ-qara  rəng  çalarlarından  Vaxtın,  Əbədiyyətin  özü  sənə 

baxır... 

Qəlbimdəki sözlər bitib tükənmir və adi kəlmələrlə təsviri 

mümkünsüz əbədiyyət anı qarşısında sözün gücsüzlüyünü 

də... boynuma alıram...

...Hə, əzizlərim...

...Bir  də,  bir  də  baxışlarınızı 

qaldırıb  bu  şəklə  baxın,  gələ-

cək  dühanın  sabaha  heyrətlə 

baxdığı bu şəklə bir də diqqət 

yetirin...

O,  bu  dünyaya  gəldi  və  bu 

dünyaya HEYRƏTLƏNDİ...

O,  bu  dünyaya  gəldi  və  bu 

dünyanı  HEYRƏTLƏNDİR-

Dİ...


Bəlkə  bu  heyrətli  baxışlar  sa-

bahkı günlərə bir ismarıc idi?..

Bəlkə bizim bu heyrətdən baş-

lanan  Ulu  Tarix  qarşısında 

gördüklərimiz, eşitdiklərimiz, 

bildiklərimiz  və  düşündüklə-

rimizdir?.. 

...Hər şey, hər şey, həqiqətən də, 

düşündürücü  və  heyrətləndiri-

cidir!..



Yüklə 489,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə