№18 (961) 4-10 may 2017-ci il



Yüklə 489,25 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix16.11.2017
ölçüsü489,25 Kb.
#10562
1   2   3   4   5   6   7   8

4

4-10 may 2017-ci il

Xalqımızın  ümummilli  lideri 

Heydər Əliyevin anadan olması-

nın 94-cü ildönümünə həsr olun-

muş  vergi  xidməti  əməkdaşları 

arasında  ənənəvi  şahmat  turni-

rinə yekun vurulub.

Aprel  ayının  8-də  start  verilmiş 

yarışlar  Olimpiya  sistemi  üzrə 

keçirilib, yarışlarda vergi orqan-

larının  bütün  strukturlarının 

əməkdaşları  iştirak  edib.  Ver-

gilər  Nazirliyi  Aparatının  rəh-

bəri Ağasəməd Əfəndiyev turnir 

iştirakçılarına  minnətdarlığını 

bildirərək, yarışın maraqlı rəqa-

bət  şəraitində  keçdiyini  qeyd 

edib.  Onun  sözlərinə  görə,  Ver-

gilər Nazirliyinin təşkilatçılığı ilə 

keçirilən bu turnir Azərbaycanda 

şahmatın indiki səviyyəyə çatma-

sında müstəsna xidmətləri olmuş 

ulu  öndərimiz  Heydər  Əliyevin 

əziz xatirəsinə həsr edilib. Prezi-

dent İlham Əliyevin də şahmatın 

inkişafına böyük diqqət yetirdiyi-

ni nəzərə çatdıran natiq şahmatın 

maddi-texniki  bazasının  güclən-

dirilməsi, şahmatçılara göstərilən 

dövlət  qayğısı  və  şahmatçıları-

mızın  beynəlxalq  yarışlarda  qa-

zandıqları  nailiyyətlərin  sayının 

günü-gündən  çoxalması  barədə 

danışıb.

A.Əfəndiyev  Şəmkirdə  bey-

nəlxalq qrossmeyster Vüqar Hə-

şimovun  xatirəsinə  həsr  edilən 

ənənəvi  beynəlxalq  turnir  - 

“Shamkir Chess 2017” supertur-

nirinin keçirildiyini diqqətə çat-

dırıb. Qeyd olunub ki, “Shamkir 

Chess 2017” turniri dünyada şah-

matsevərlər  tərəfindən  maraqla 

izlənilir  və  artıq  dördüncü  ildir 

ki,  təşkil  edilir.  Bu  beynəlxalq 

turnirdə  dünyanın  ən  yüksək 

reytinqli qrossmeysterləri iştirak 

edir.  Azərbaycan  şahmatçıları 

bu turnirdə də uğurlu çıxış edir-

lər.  Turnirin  ölkə  rəhbərliyinin 

də diqqətində olduğunu bildirən 

natiq artıq Şəmkirdə Vüqar Hə-

şimov  Şahmat  Akademiyasının 

fəaliyyətə başladığını və 200-dək 

gəncin burada şahmatın sirlərini 

öyrəndiyini qeyd edib. Sonra qa-

liblərə diplomlar təqdim edilib.

Turnirin  qalibi  Vergilər  Nazir-

liyinin  11  saylı  Ərazi  Vergilər 

Departamentinin əməkdaşı Toğ-

rul  Qasımov  olub.  Vergilər  Na-

zirliyinin  4  saylı  Ərazi  Vergilər 

İdarəsinin  əməkdaşı  Şəhriyar 

Məmmədov  2-ci,  Çağrı  Mərkə-

zi  Departamentinin  əməkdaşı 

Mahmud İbrahimov isə 3-cü yeri 

tutub.


Ümummilli lider Heydər Əliyevin 

anadan olmasının 94-cü ildönümünə 

həsr olunmuş şahmat turniri başa çatdı

«Yaşıl dəhliz» və partnyor 

vergi ödəyiciləri

Vergi  ödəyiciləri  ilə  vergi  orqanları 

arasında  partnyorluq  münasibətləri-

nin daha da inkişaf etdirilməsi, vergi 

orqanları  tərəfindən  belə  vergi  ödə-

yicilərinə  çevik  və  şəffaf  xidmətlərin 

göstərilməsi, onların fəaliyyətinin uço-

tda olduqları vergi orqanlarında vahid 

struktur  tərəfindən  əlaqələndirilməsi, 

bununla da digər vergi ödəyicilərində 

könüllü  əməletmənin  təşviqinə  nail 

olunması istiqamətində islahatlar apa-

rılır.  Bu  islahatların  davamı  olaraq, 

eləcə  də  biznesin  və  vergi  ödəyicilə-

rinin  fəaliyyətinin  stimullaşdırılması 

məqsədilə fəaliyyətini şəffaf qaydada 

həyata keçirən vergi ödəyiciləri üçün 

«Yaşıl  dəhliz»  prinsipi  üzrə  fərdi  və 

sürətli  xidmətlərin  göstərilməsinə 

başlanıb və şəffaf vergi partnyorluğu 

əsasında fəaliyyət göstərən vergi ödə-

yiciləri ilə işlərin tənzimləmə mexaniz-

minin  müəyyən  olunması  üçün  mü-

vafiq  qaydalar  təsdiq  edilib.  Vergilər 

Nazirliyinin partnyor ödəyicisi statu-

suna  malik  olmaq  üçün  vergi  ödəyi-

ciləri bir sıra meyarlara cavab verməli-

dir. Belə ödəyicilər vergi hesabatlarını 

Vergi Məcəlləsində nəzərdə tutulmuş 

müddətlərdə  təqdim  etməli,  vergiləri 

tam həcmdə və vaxtında ödəməli, iş-

lərin  yerinə  yetirilməsinə  cəlb  etdiyi 

şəxslərin  sayını  və  onların  əməkhaq-

larını  düzgün  bəyan  etməli,  müha-

sibat  uçotunu  beynəlxalq  və  ya  milli 

uçot  standartlarına  uyğun  aparmalı, 

gücləndirilmiş  elektron  imzaya  sahib 

olmalı,  yazışmaların  elektron  şəkildə 

aparılmasına üstünlük verməli və di-

gər meyarlara cavab verməlidir. Part-

nyor  vergi  ödəyicisi  statusunu  əldə 

edən  ödəyicilərə  unikal  uçot  koduna 

malik  bildiriş  verilir  və  onlara  ərazi 

məhdudiyyəti nəzərə alınmadan «Ya-

şıl dəhliz» prinsipi əsasında xidmətlər 

göstərilir.  Belə  ödəyicilərə  elektron 

xidmətlər, sənəd qəbulu, hazır sənəd-

lərin verilməsi, elektron sənəd müba-

diləsi, SMS məlumatlandırma xidmə-

ti, habelə ünvanlı (səyyar) xidmətlərin 

göstərilməsi kimi ənənəvi xidmətlərlə 

yanaşı,  informasiya  və  kommunika-

siya  texnologiyalarının  son  nailiyyət-

lərindən  istifadə  etməklə  innovativ 

üsullu xidmətlər də göstərilməkdədir. 

Vergi  ödəyicilərinə  xidmət  mərkəzlə-

rində partnyor ödəyicilər üçün xüsusi 

imkanlar  yaradılıb,  onlara  «Yaşıl  dəh-

liz» vasitəsilə növbədənkənar fərdi və 

sürətli xidmətlərin göstərilməsi məqsə-

dilə xüsusi masa ayrılıb. Vergi orqanları 

ilə əlaqələndirilməsi məqsədilə hər bir 

partnyor ödəyici üçün vergi əməkdaş-

larından  kuratorlar  nəzərdə  tutulub. 

Onlar  partnyor  ödəyicilərin  müraciəti 

əsasında  ünvanlı  xidmətlər  göstərmə-

li,  vergi  qanunvericiliyində  dəyişik-

lik olarsa, bu barədə vergi ödəyicisini 

məlumatlandırmalı,  onun  mənafeləri 

üçün qabaqlayıcı (profilaktik) tədbirlər 

həyata keçirməli, partnyor ödəyicilərin 

hər hansı uyğunsuzluğu yaranarsa, bu 

məsələlərin  həlli  istiqamətində  müva-

fiq tədbirlər görməlidirlər.

  Bu  ilin  yanvar  ayının  25-dən  vergi 

orqanları tərəfindən vergi ödəyicilərinə 

partnyorluq  statusunun  verilməsinə 

başlanılıb.  İndiyədək  partnyor  vergi 

ödəyici statusunun alınması üçün mü-

raciət edən və müəyyən olunmuş me-

yarlara uyğun olduğu müəyyən edilən 

681 vergi ödəyicisi barədə məlumatlar 

araşdırılıb, onlardan seçilmiş 445 vergi 

ödəyicisinin  elektron  ünvanına  «Part-

nyor  vergi  ödəyicisi  statusunun  əldə 

edilməsi barədə» bildiriş verilib. 



Xidmət mərkəzlərində işgüzar 

mühit yaradılıb

Vergilərin  könüllü  ödənilməsi  siste-

minin  inkişaf  etdirilməsi,  xüsusilə 

regionlarda  sahibkarlığın  inkişafı  və 

əlverişli biznes mühitinin formalaşdı-

rılması  Vergilər  Nazirliyi  tərəfindən 

daim  diqqət  mərkəzində  saxlanılır. 

2007-ci  ildən  başlayaraq  vergi  orqanı 

olmayan  şəhər  və  rayonlarda  vergi 

ödəyiciləri  üçün  müasir  avadanlıqlar 

və sürətli internet xətti ilə təchiz edil-

miş  58  xidmət  mərkəzi  yaradılaraq 

vergi  ödəyicilərinin  istifadəsinə  veri-

lib. Bunların 7-si Bakı şəhərində, 51-i 

isə digər şəhər və rayonlarda yerləşir. 

Xüsusilə  regionlarda  sahibkarlığın 

inkişafı  və  əlverişli  biznes  mühitinin 

formalaşdırılması  məqsədilə  51  xid-

mət mərkəzindən 39-u vergi orqanı ol-

mayan şəhər və rayonlarda yaradılıb. 

2017-ci ilin yanvar-mart ayları ərzində 

xidmət  mərkəzlərində  qəbul  edilmiş 

vergi ödəyicilərinin sayı 171.785 nəfər, 

göstərilmiş xidmətlərin sayı isə 279.571 

olub.  Xidmət  mərkəzlərinə  müraciət 

etmiş  şəxslərin  73,2%-i  məhz  region-

larda yerləşən xidmət mərkəzlərinə üz 

tutub. Xidmət mərkəzləri vergi ödəyi-

cilərinin praktiki məsələlərlə əlaqədar 

ən çox müraciət etdiyi ünvandır. Ha-

zırda  müraciət  edən  şəxslərin  məm-

nunluğunu və rahatlığını təmin etmək 

məqsədilə  xidmət  mərkəzlərinin  ək-

səriyyəti  növbə,  qeydiyyat,  videonə-

zarət,  səsyazma  və  qiymətləndirmə 

(sorğu  keçirmə)  sistemləri  ilə  təchiz 

edilib və mərkəzin girişində 3 elektron 

növbə  tutma  terminalı  quraşdırılıb. 

Xidmət  mərkəzlərinə  müraciət  edən 

şəxslərə burada zəruri kömək göstəri-

lir, onlar bütün elektron xidmətlərdən 

istifadə edə bilir, yazılı (kağız daşıyıcı-

sında) olan müraciətlərini təqdim edə 

və hazır sənədi götürə bilirlər. Bundan 

əlavə,  xidmət  mərkəzlərində  Vergilər 

Nazirliyinin  Asan  Sertifikat  Xidmət-

ləri Mərkəzi adından vergi ödəyicilə-

rinə «ASAN imza» üzrə sertifikat xid-

mətləri göstərilir. Xatırladaq ki, vergi 

ödəyicilərinə xidmət strukturları tərə-

findən  aprelin  1-dək  270.758  «ASAN 

imza»  sertifikatı  verilib.  Vergi  Məcəl-

ləsinə  edilmiş  dəyişikliklərə  uyğun 

olaraq,  bu  ildən  vergi  ödəyicilərinə 

VÖEN  xidmət  mərkəzlərində  fiziki 

şəxslərin ilkin vergi uçotu ərizələrinin 

emalı  və  şəhadətnamələrin  imzalan-

ması, möhürlənməsi və üzlənməsi ilə 

təqdim olunur. 

Yanvar-mart ayları ərzində 22.865 ver-

gi  ödəyicisi  fəaliyyətini  bərpa  edib 

ki, bu da ötən ilin müvafiq dövrü ilə 

müqayisədə 48,4% çoxdur. Eyni döv-

rdə 8071 və ya ötən ilin müvafiq döv-

rünə  nisbətən  3  dəfə  çox  təsərrüfat 

subyekti fəaliyyətini bərpa edib. Fəa-

liyyətini  dayandırmış  təsərrüfat  sub-

yektlərinin  sayı  isə  ötən  ilin  müvafiq 

dövrü  ilə  müqayisədə  25,9%  azalıb. 

Vergi  Məcəlləsinin  220.10-cu  maddə-

sində  göstərilən  fəaliyyət  növləri  ilə 

məşğul  olan  şəxslər  də  «Sadələşdiril-

miş vergi üzrə sabit məbləğin ödənil-

məsi  haqqında  qəbz»in  alınması  ilə 

bağlı  xidmət  mərkəzlərinə  müraciət 

etdikdə sabit vergi üzrə qəbz yerində-

cə  hazırlanır  və  möhürlənərək  vergi 

ödəyicilərinə  təqdim  edilir.  Bu  qəbil-

dən olan vergi ödəyiciləri ilə aparılmış 

məlumatlandırma  işləri  nəticəsində 

aprelin  1-nə  qəbz  almış  vergi  ödəyi-

cilərinin sayı 953-ə çatıb. 



Elektron xidmətlərin sayı və

 keyfiyyəti artır 

Vergi orqanı ilə vergi ödəyiciləri ara-

sında  birbaşa  təmasların  minimu-

ma  endirilməsi  vergi  inzibatçılığının 

təkmilləşdirilməsinin  əsas  element-

lərindəndir.  Buna  görə  də  elektron 

xidmətlərin sayının artırılması priori-

tet  olaraq  qalır.  Azərbaycan  Respub-

likası  Nazirlər  Kabinetinin  2011-ci  il 

24  noyabr  tarixli  191  nömrəli  qərarı 

ilə  təsdiq  edilmiş  «Elektron  xidmət 

növlərinin  Siyahısı»na  əsasən,  Ver-

gilər Nazirliyi ən çox elektron xidmət 

göstərən dövlət orqanıdır və artıq na-

zirlik  tərəfindən  göstərilən  elektron 

xidmətlərin  sayı  65-ə  çatdırılıb.  Bu 

xidmətlər  fiziki  şəxslərin  (fərdi  sahi-

bkarların) və hüquqi şəxslərin onlayn 

qeydiyyatı,  vergi  ödəyicisinin  uçot 

məlumatlarının  dəyişdirilməsi,  fəa-

liyyətinin  dayandırılması  və  bərpası, 

vergi ödəyicisinin təsərrüfat subyekti-

nin (obyektinin) onlayn qeydiyyatı və 

qeydiyyatdan  çıxarılması,  NKA-nın 

və  POS-terminalların  onlayn  qeydiy-

yatı və qeydiyyatdan çıxarılması, ver-

gi  bəyannamələrinin  elektron  şəkildə 

təqdim  olunması,  vergilərin  elektron 

formada  ödənilməsi  və  s.  istiqamət-

ləri  əhatə  edir.  Vergi  ödəyicilərinin 

vergi  orqanları  ilə  əlaqələrinin  bütün 

mərhələlərində:  qeydiyyatdan  bəyan-

namələrin  təqdim  edilməsinə,  vergi 

ödənişlərindən  vergi  nəzarəti  pro-

sesinədək  tam  şəkildə  elektron  tex-

nologiyalar  üzərindən  aparılması  ilə 

bağlı  sistemli,  planlı,  vahid  mərkəz-

dən idarə olunan tədbirlər görülüb.

Azərbaycan  Respublikası  Preziden-

tinin  «Dövlət  orqanlarının  elektron 

xidmətlər  göstərmə¬si¬nin  təşkili 

sahəsində  bəzi  tədbirlər  haqqında» 

23  may  2011-ci  il  tarixli  fərmanı  ilə 

müəyyən  edilmiş  dövlət  idarəçiliyi-

nin müasir Avropa standartlarına uy-

ğunlaşdırılması üzrə vəzifələrin icrası 

vergi  orqanları  ilə  vergi  ödəyiciləri 

arasında mükəmməl elektron əlaqələ-

rin  qurul¬ma¬sın¬da,  bu  xidmətlərin 

genişlən-dirilməsində yeni mərhələyə 

qədəm qoyub. 2011-ci ildən eti¬barən 

fiziki  şəxslərin  elektron  formada  ver-

gi  uçotuna  alınmasının,  2012-ci  ildən 

isə yerli in¬vestisiyalı məhdud məsu-

liyyətli  cəmiyyətlərin  elektron  dövlət 

qeydiyyatının  aparılmasına  baş¬lanı-

lıb.  Bu,  ölkəmizdə  elektron  imzadan 

istifadə  edilməklə  vətəndaş  cəmiyyə-

tinə və biz¬nes aləminə dövlət qurum-

ları tərəfindən təqdim olunan ilk elekt-

ron  xidmət  olub.  Bu  sahədə  aparılan 

islahatlardan biri də vergilərin ödənil-

məsi prosesinin sadə və rahat olması, 

eyni  zamanda,  vergi  ödəyicilərinin 

vaxtının  və  xərclərinin  azaldılmasına 

şərait yaradılması ilə bağlıdır. 

2012-ci ilin aprel ayından «Vergi və rü-

sumların  internet  vasitəsilə  ödənilmə-

si» elektron xidmətinin tətbiqinə başla-

nılıb. Həmin tarixdən vergi ödəyiciləri 

Vergilər Nazirliyinin www.e-taxes.gov.

az internet səhifəsinin «Onlayn kargü-

zarlıq və e-VHF» bölməsinin «Onlayn 

ödəmə»  altbölməsi  vasitəsilə  öz  ver-

gi  ödəmələrini  həyata  keçirə  bilirlər. 

2013-cü  ildən  Vergilər  Nazirliyinin 

Asan Sertifikat Xidmətləri Mərkəzi fəa-

liyyətə başlayıb və həmin ildən sahib-

karlıq subyektlərinin onlayn qeydiyya-

tında elektron imza ilə yanaşı, «ASAN 

imza»nın da tətbiqi həyata keçirilir.

Elçin MƏMMƏDOV,

Vergilər Nazirliyinin Vergi 

ödəyicilərinə xidmət və şəffaf vergi 

partnyorluğu departamentinin baş 

direktorunun müavini

Mərkəzi  bankın  depozit  hərracında  bağlanıl-

mış  depozit  əqdləri  üzrə  orta  ölçülmüş  faiz 

dərəcəsi aşağı düşür. 

01.05.2017-ci il tarixində Mərkəzi Bank tərəfin-

dən  vəsaitlərin  cəlb  edilməsi  üzrə  keçirilmiş 

növbəti depozit hərracında tələb 274.9 milyon 

manat,  hərrac  nəticəsində  bağlanılmış  depo-

zit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 

12,98% təşkil etmişdir. Bu, 2017-ci ildə qeydə 

alınmış ən aşağı faiz dərəcəsidir.

28.04.2017-ci  il  tarixində  keçirilmiş  depzoit 

hərracında  bağlanılmış  depozit  əqdləri  üzrə 

orta ölçülmüş faiz dərəcəsi 13,53%, 24.04.2017-

ci il tarixində 13,71%, 17.04.2017-ci il tarixində 

13,96%, 14.04.2017-ci il tarixində 14,14%, 10 ap-

rel 2017-ci il tarixində 14,58%, 03 aprel 2017-ci 

il tarixində 14,76%, 31 mart 2017-ci il tarixində 

14,53%, 27 mart 2017-ci il tarixində 14,71%, 17 

mart 2017-ci il tarixində 14,60%, 13 mart 2017-

ci il tarixində 14,65%, 6 mart 2017-ci il tarixin-

də 14,79%, 3 mart 2017-ci il tarixində 14,79%, 

27 fevral 2017-ci il tarixində 14,73%, 20 fevral 

2017-ci il tarixində 14,87%, 17 fevral 2017-ci il 

tarixində 14,73%, 13 fevral 2017-ci il tarixində 

14,74%, 6 fevral 2017-ci il tarixində 14,81%, 3 

fevral  2017-ci  il  tarixində  14,79%,  30  yanvar 

2017-ci il tarixində 14,60%, 24 yanvar 2017-ci il 

tarixində 14,59%, 17 yanvar 2017-ci il tarixində 

14,00%,  09  yanvar  2017-ci  il  tarixində  14,80% 

təşkil etmişdi. 

Mərkəzi  Bank  depozit  hərracları  vasitəsilə 

dövriyyədəki  manat  kütləsini  azaldır.  Yəni, 

dollar alışına yönəldilə biləcək izafi manat yı-

ğılır.  Son  iki  ayda  dolların  manat  qarşısında 

ucuzlaşmasının  əsas  səbəbi  Mərkəzi  Bankın 

sterilizasiya  (izafi  pulun  dövriyyədən  çıxarıl-

ması) əməliyyatlarıdır.

 Qeyd edək ki, son depozit hərraclarında tələb 

təklifi kəskin üstələyir. 

Mərkəzi Bank depozit hərracları üzrə son dövr-

lər 14 gün müddət və 12,01%-14,99% faiz inter-

valı müəyyən edib. Ötən il keçirilmiş hərraclar-

da müddət 28 gün idi.

 Mərkəzi Bank 13 iyun 2016-cı ildə keçirilmiş 

birinci hərracda 6,49% dərəcəsi ilə 129 milyon 

manat  cəlb  etmişdi.  Ən  yüksək  faiz  dərəcəsi 

14,98% olaraq 2016-ci ilin 14 noyabr tarixində 

qeydə alınmışdı.



Yüklə 489,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə