№18 (961) 4-10 may 2017-ci il



Yüklə 489,25 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix16.11.2017
ölçüsü489,25 Kb.
#10562
1   2   3   4   5   6   7   8

7

4-10 may 2017-ci il



(əvvəli ötən saymızda)

Müasir  bazar  münasibətləri  şə-

raitində  menecment,  marketinq 

fəaliyyəti, tikinti proseslərinin ye-

niləşdirilməsi  sahəsində  yenilik-

lərin tətbiqi tələbləri irəli sürülür. 

Bu  ideyaların  əsas  vəzifəsi  bazar 

iştirakçılarının  tələbatının  təmin 

edilməsi  prosesinin  yeniləşdiril-

məsindən  ibarətdir.  Belə  yanaş-

ma  məqsədyönlü  şəkildə  tikin-

ti  məhsulunun  yaradılmasında 

“istehlakçıdan  əmtəəyə”  bazar 

məntiqinə  riayət  etməyə  imkan 

yaradır  və  yeniləşmə  prosesinin 

ilkin mərhələsi olur. Bundan son-

rakı  mərhələdə  elmi-tədqiqat,  la-

hiyə-konstruktor  və  konsaltinq 

təşkilatlarının  fəaliyyətində  yeni-

liklərin tətbiqi həyata keçirilir.

Müəssisədə yeniliklərin tətbiqi za-

manı idarəetməyə mənfi təsir edən 

obyektiv  və  subyektiv  amillərin 

aradan qaldırılması, xarici və daxi-

li  sərmayələrin  səfərbər  olunma-

sı,  yeni  qabaqcıl  texnologiyaların 

gətirilməsi  tikinti  işlərinin  sürət-

ləndirilməsi imkanlarını artırır. Ti-

kinti sahəsində çalışan menecment 

heyətinin yeniliklərin tətbiqi sahə-

sində bilik və təcrübələrinin artırıl-

ması istiqamətində təşkilati tədbir-

lərin reallaşdırılması vacibdir. 

2016-ci  ilin  sonlarında,  ölkə  Pre-

zidenti  İ.Əliyev  tərəfindən  təsdiq 

olunan Fərmana əsasən, iqtisadiy-

yatın aparıcı sahələrinin inkişafını 

nəzərdə tutan strateji yol xəritələri 

müəyyənləşdirilmişdir. Son on beş 

ildə əhalinin yaşayışını və güzəra-

nını yaxşılaşdırmağa xüsusi önəm 

verməklə  bərabər,  qarşıdakı  illər-

də vətəndaşların yeni mənzillərlə 

təmin  olunması,  əsas  hədəf  kimi 

reallaşdırılması  yol  xəritəsində 

öz  əksini  tapmışdır.  ”McKinsey” 

şirkəti tərəfindən hazırlanan stra-

teji  yol  xəritəsində  yerli  şəraiti 

və  əhalinin  yaşayış  durumunu 

nəzərə  almaqla,  yaxın  gələcəkdə 

respublika  miqyasında  mənzil  ti-

kintisinin  sürətləndirilməsi  tələb 

olunur.  Dövlət  tərəfindən  bütün 

iqtisadi  və  texnoloji  imkanlardan 

istifadə olunmaqla yaxın və uzaq 

perspektivləri nəzərə alaraq, mən-

zil  tikintisinə  dair  strateji  yol  xə-

ritəsinin  mühüm  istiqamətlərinə, 

sosial  təyinatına  istinad  edilməsi 

böyük əhəmiyyət kəsb edir. Daha 

zəif  maliyyə  imkanlarına  malik 

əhalinin  sosial  mənzillərlə  təmin 

olunması  strategiyasına  üstünlük 

verməklə,  dövlət  birinci  mərhələ-

də  ucuzluğu  ilə  fərqlənən  2000-ə 

qədər mənzili əhalinin istehlakına 

təqdim  edəcəkdir.  Sonrakı  illər-

də  daha  3000  yeni  mənzilin  inşa 

edilərək,  güzəştli  qiymətlərlə  is-

tehlakçılara  təklif  olunması  plan-

laşdırılır.  Ümumiyyətlə,  respub-

lika əhalisinin il ərzində mənzillə 

təmin olunma səviyyəsinin 30000 

təşkil etdiyi nəzərə alındıqda nisbi 

artım sürəti 10% təşkil edir. Mənzil 

tikintisinin  sürətləndirilməsində 

əsas hədəf kimi müəyyənləşdirilən 

əhalinin  real  gəlirlərinin  artması 

fonunda  təklif  olunan  yeni  sosi-

al  mənzillər  bütün  normativlərə 

uyğun  olmaqla  inşa  ediləcəkdir. 

Mənzil bazarlarında mövcud tələ-

batları nəzərə almaqla, tələb-təklif 

amilləri  əsasında  rəqabətqabiliy-

yətli inşaat məhsullarının istehsalı 

və  reallaşdırılması  həyata  keçiril-

məlidir.  Qəbul  olunmuş  mənzil 

strategiyasının  mühüm  önəmli 

xüsusiyyəti  əhalinin  mənzillə  tə-

min olunmasında İpoteka Fondu-

nun maliyyə dəstəyindən istifadə 

olunmasına  üstünlük  verilməsi-

dir. İnsan inkişafının kifayət qədər 

dövlət maraqlarına uyğun planlaş-

dırılması  istiqamətində  əhalinin 

yeni mənzillərlə təmin olunmasın-

da  büdcə  vəsaitlərindən  istifadə 

edilməsi  də  nəzərdə  tutulur.  Bu 

zaman  strateji  istiqamətlərə  mü-

vafiq  olaraq,  mənzil  tikintisinin 

sürətləndirilməsi  sahəsində  daha 

geniş  fəaliyyət  dairəsinə  malik 

olan tikinti şirkətinin cəlb edilmə-

sinə üstünlük verilməlidir. Mənzil 

tikintisi  sahəsində  kifayət  qədər 

maddi-texniki  bazaya  və  inşaat 

təcrübəsinə malik olan şirkətlərin 

özləri  də  yerli  icra  qurumlarına 

hazır  binalar  və  mənzillər  təklif 

etməklə  istehsalçı-istehlakçı  mü-

nasibətləri  yarada  bilərlər.  Stan-

dartlara müvafiq dövlət və tikinti 

şirkətləri  tərəfindən  təklif  olunan 

bir, iki və üçotaqlı mənzillərin ya-

şayış  sahəsi  30,45,60  kvadratmetr 

olmaqla  dəyərinin  çox  az  hissəsi 

əhalinin,  qalan  məbləği  isə  döv-

lət-tikinti  şirkətinin  maliyyə  və-

saitləri  hesabına  ödəniləcəkdir. 

Mənzil  strategiyasının  dövlət  nə-

zarəti  altında  tənzimlənməsinə 

istinad olunmaqla, hər bir mənzil 

sahibi tərəfindən aylıq ödəniləcək 

vəsaitin həcminin otaqların sayına 

müvafiq  olaraq  185-250-350  ma-

nat  civarında  olması  əsas  şərtlər-

dən biridir. Əhalinin mənzilə olan 

tələbatının yol xəritəsinə uyğun və 

strateji inkişaf istiqamətlərinə mü-

vafiq  həyata  keçirilməsi  məqsədi 

ilə  vətəndaşlara  təqdim  olunan 

sosial mənzillərə görə ödənişlərin 

aparılması yalnız milli valyutada, 

manatla reallaşdırılacaqdır.

Ölkədə  mənzil  probleminin  ardı-

cıl  surətdə  həll  olunması  dövlət 

proqramlarının  əsas  mahiyyətini 

təşkil  etməklə  müxtəlif  maliyyə 

mənbələrinin səfərbər olunmasını 

tələb edir. Bu zaman iqtisadi böh-

ran şəraitinin nəticələrinin aradan 

qaldırılması  istiqamətində  mü-

hüm  sosial  məqsədə  malik  proq-

ramların  və  mənzil  tikintisi  la-

yihələrinin işlənib hazırlanması və 

ardıcıl  surətdə  həyata  keçirilməsi 

vacibdir. Həmin istiqamətdə şəhər 

mərkəzlərində  əhalinin  mənzillə 

bağlı  ehtiyaclarının  ödənilməsi 

sahəsində yeni tipli sosial evlərin 

tikintisinin  aparılması  məqsədilə 

“Güzəştli  mənzil”  elektron  siste-

mi  yaradılacaq.  Güzəştli  mənzil-

lərin  qiymətlərinin  əsasən  geniş 

istehlakçı  dairəsinin  maraqlarına 

maksimum  yaxın  olması  nəzərdə 

tutulur. Bu tipli sosial mənzillərin 

qiymətlərinin  təyin  olunmasında 

ilk növbədə həmin ərazilərdə fəa-

liyyət göstərən və satış bazarların-

da tətbiq olunan qiymətləndirilmə 

forması  əhalinin  yaşayış  səviy-

yəsindən  asılı  olmaqla  müəyyən 

edilməlidir.  Daha  bir  yenilik  isə 

sosial güzəştli evlərə sahib olmaq 

istəyənlərin  sosial  ipotekadan  is-

tifadə etməklə, həmin kreditləri 3 

ildən 30 ilə qədər olan müddətdə 

ödəmək imtiyazlarına malik olma-

larıdır. 2017-ci ilin birinci yarısın-

da fəaliyyətə başlayacaq “Güzəşt-

li  mənzil”  elektron  qurumu  işə 

başlamazdan  öncə  mənzil  almaq 

istəyənlərin sənədləri “ASAN xid-

mət” mərkəzləri tərəfindən araşdı-

rıldıqdan sonra qəbul ediləcəkdir. 

Sosial  tipli  güzəştli  mənzillərin 

satışı  həmin  binalarda  tikinti-qu-

raşdırma  işlərinin  30%  -i  yerinə 

yetirildiyi  halda  məqsədəuyğun 

sayıla bilər. Mənzillə təmin olun-

manın yeni formasında aylıq ödə-

nişlərin bir otaqlılar üçün 130-140 

manat,  üçotaqlı  mənzillərə  görə 

isə 300-350 manatdan artıq olma-

ması planlaşdırılır. Digər mühüm 

cəhət  sosial  evlərin  tikintisinin 

həmin  mənzillərə  daha  çox  ehti-

yacı  olan  əhalinin  məskunlaşdığı 

ərazilərdə  reallaşdırılması  nəzər-

də  tutulur.  Mənzil  tikintisində 

tətbiq  olunacaq  ərazi  prinsipləri 

əsasında  yaşayış  evləri  ilə  təmin 

olunma  özlüyündə  infraquruluşa 

daxil  olan  digər  əsas  tələbatların 

da  ödənilməsinə  şərait  yarada-

caq.  Buraya  yol-nəqliyyat,  daimi 

istilik-enerji  mənbələri,  ticarət-i-

aaşə-məişət  müəssisələri  və  sosi-

al-sağlamlıq  mərkəzlərilə  təmin 

olunma imkanları aid edilməlidir. 

Güzəştli  ipoteka  qurumu  vasitə-

silə əhalinin mənzilə olan ehtiyac-

larının  ödənilməsi  formalarının 

ölkə  miqyasında  reallaşdırılması 

bilavasitə  Mənzil  İnşaat  Dövlət 

Agentliyinin  nəzarəti  altında  hə-

yata keçiriləcəkdir. Məlumdur ki, 

əhalinin  mənzilə  olan  tələbatları 

təkcə böyük şəhər, rayon mərkəz-

lərində deyil, eyni zamanda, kənd 

və  qəsəbələrdə  aparılır.  Respub-

lika  Prezidenti  İ.Əliyev  cənabla-

rının  şəxsi  qayğısı  və  təşəbbüsü 

nəticəsində qaçqın və məcburi köç-

künlərin  həyat  şəraitini  yaxşılaş-

dırmaq məqsədilə son illərdə yüz-

lərlə yeni yaşayış məskənləri inşa 

edilərək  istifadəyə  verilmişdir. 

Yeni  tikilən  evlərdə  maksimum 

yaşayış  səviyyəsi  təmin  edilən 

həmin mənzillər doğma torpaqla-

rından  didərgin  düşmüş  əhalinin 

istifadəsinə  verilmişdir.  2016-cı  il 

aprel  döyüşlərinin  hərbi-strateji 

cəhətdən son dərəcə uğurlu təşkili 

və müəffəqiyyətli gedişi nəticəsin-

də  mənfur  ermənilər  tərəfindən 

25  ildən  çox  işğal  altında  saxla-

nılan  2000  hektardan  çox  tarixi 

Azərbaycan  torpaqları  üzərində 

süvenliyimiz  bərpa  olunub.  Növ-

bəti mərhələdə azad edilmiş, lakin 

ermənilər  tərəfindən  xarabazarlı-

ğa çevrilmiş evlərin yerləşdiyi bu 

torpaqlara  qayıdan  yerli  əhalini 

müasir  tikinti-yaşayış  norma  və 

normativlərinə istinad olunmaqla 

inşa edilmiş mənzillərlə təmin et-

mək çox vacibdir. Aprel döyüşləri 

nəticəsində  Azərbaycan  Ordusu 

tərəfindən  mənfur  ermənilərin 

işğalından  azad  edilmiş  Cəbrayıl 

rayonunun  Cocuq  Mərcanlı  kən-

dinin  bərpası  və  əhalinin  fərdi 

yaşayış  evləri  ilə  təmin  olunması 

qarşıda duran əsas məsələlərdən-

dir.  Həmin  ərazidə  ilkin  olaraq 

50  evin,  daha  sonra  200-dən  çox 

yaşayış evinin müvafiq infraquru-

luşla təmin olunması məqsədilə 4 

milyon  dollar  vəsaitin  ayrılması 

haqqında  ölkə  Prezidenti  cənab 

İ.Əliyev  sərəncam  imzalamışdır. 

İlk  olaraq  işğaldan  azad  edilmiş 

ərazilərdə  yeni  tipli  “Təhlükəsiz 

binalar”ın  tikintisində  zəlzələyə 

davamlı  kərpicdən  tikiləcək  evlə-

rin divarları və arakəsmələri hətta 

9-10  bal  gücündə  olan  yeraltı  tə-

kanlara davam gətirməklə uçmur. 

  Ölkənin  aztəminatlı  əhalisinin 

ehtiyaclarını  ödəmək  məqsədilə 

sosial  evlərin  tikintisində  yeni  və 

mütərəqqi texnologiyaların tətbiqi 

olduqca vacibdir. Beynəlxalq Elm-

lər  Akademiyası  tərəfindən  yeni 

texnologiyalar  əsasında  “Tən-

lükəsiz evlər”in inşasını aparmaq 

hüququ  tanınmış  “MAKS  Ltd” 

tikinti  kompaniyasına  verilmiş-

dir.  Şəhər  və  rayon  mərkəzlərin-

də  tikilən  binalardakı  mənzillər 

onların sahiblərinin sosial-mədəni 

tələbatlarını  nəzərə  alan  makasi-

mum  şəraitlə  əhatə  olunmuşdur. 

İkinci istiqamət kimi bu tipli yük-

sək  rahatlığı  ilə  seçilən  yaşayış 

sahəsindən,  yəni  mülki  əhalinin 

adət  etdikləri  kənd  yerlərindən 

köçməsinin  qarşısını  alacaqdır. 

Bununla  da,  kəndlərdə  və  ona 

yaxın ərazilərdə yüksək əmək qa-

biliyyətli əhalinin məskunlaşması 

hesabına ölkənin böyük şəhərləri, 

rayon  mərkəzləri  süni  insan  axı-

nından azad olacaqdır. 

Əhalini  sosial  mənzillərlə  təmin 

edən  ilk  ölkələrdən  biri  olmaq-

la  Azərbaycanda  yaxın  illərdə 

ölkənin  sovet  dövründən  qalmış 

bütün  mənzil  fondunun  yeniləş-

məsi  həyata  keçiriləcəkdir.  Bu 

məqsədlə  yaradılan  Mənzil  İnşa-

at  Dövlət  Agentliyi  (MİDA)  ölkə 

vətəndaşlarını  güzəştli  şərtlərlə 

mənzillə təmin etməklə vətəndaş-

ların  yaşayış  sahələrinə  olan  eh-

tiyacını  ödəyən  yeni  formasiyalı 

Sosial Mənzil Layihəsinin icrasına 

başlayıb.  Azərbaycan  Respubli-

kasının  Prezidenti  yanında  Mən-

zil  İnşaat  Dövlət  Agentliyinin  la-

yihəsi  çərçivəsində  inşa  olunacaq 

ilk  yaşayış  kompleksi  Bakı  şəhəri 

Yasamal  rayonu  ərazisində  yer-

ləşəcək.  Yeni  yaşayış  kompleksi 

11.6  hektar  ərazidə  salınacaq,  ya-

şayış kompleksində 2 minə yaxın 

mənzilin  inşası  nəzərdə  tutulub. 

Aztəminatlı  ailələrə  güzəştli  şərt-

lərlə  veriləcək  mənzillərin  maliy-

yə-pul ödənişi 20,30.40,50 il ərzin-

də  nəzərdə  tutulub.  MİDA  yeni 

tikiləcək  mənzillərin  aylıq  ödəni-

şinin  az  miqdarda  olmaqla,  ölkə-

mizdə  aztəminatlı  ailələrin  mən-

zilə  olan  ehtiyaclarını  minimuma 

endirmək məqsədini daşıyır. 

Mənzil  İnşaatı  Dövlət  Agentliyi 

Fondu  tərəfindən  sosial  evlərin 

tikintisi  üçün  nəzərdə  tutulan 

ərazinin  seçilməsində  kommu-

nal  xidmətlər  şəbəkəsi,  nəqliyyat 

infraquruluşu,  kommunikasiya 

vasitələrinə  qoşulma  və  digər 

meyarlar  da  nəzərə  alınıb.  Yaşa-

yış  sahələrinin  genişləndirilməsi 

məqsədilə  ölkədə  layihənin  ikin-

ci  mərhələsi  üzrə  sosial  mənzil-

lərin  inşası  regionlarda  davam 

etdiriləcəkdir.  Gəncə,  Sumqa-

yıt,  Lənkəran,  Masallı  və  Şəmkir 

şəhərlərində  inşaa  ediləcək  yaşa-

yış  kompleksləri  üçün  nəzərdə 

tutulan region ərazilərinə müvafiq 

icra qurumlarının iştirakı ilə ilkin 

baxış həyata keçirilib. Aztəminatlı 

ailələr  üçün  inşa  olunacaq  yaşa-

yış  binaların  tikintisi  ilə  əlaqədar 

xərclərin  əsas  maliyyə  mənbəyi 

kimi “Azərbaycan İpoteka Fondu” 

çıxış  edəcəkdir.  Prezident  İlham 

Əliyevin  2016-cı  ildə  imzaladığı 

sərəncama  uyğun  olaraq,  MİDA 

“ Azərbaycan İpoteka Fondu”nun 

Müşahidə  Şurasının  bilavasitə  iş-

tirakı  ilə  sosial  mənzillərin  tikin-

tisi işini daha səmərəli aparmaqla 

maddi-maliyyə  ehtiyatlarından 

qənaətlə  istifadə  etmək  imkanla-

rını genişləndirəcəkdir. Ekspertlə-

rin fikrinə görə, ölkəmizdə ilk dəfə 

reallaşan layihə aztəminatlı ailələ-

rin mənzil problemini həll etmək-

lə yanaşı, ev bazarındakı süni qiy-

mət  artımları  kimi  mənfi  halların 

aradan  qalxmasına  müsbət  təsir 

göstərəcək. Agentliyin yaradılma-

sının müsbət tərəflərindən biri də 

ölkədə  mənzil  bazarındakı  dur-

ğunluğu  və  mənfi  tendensiyaları 

aradan qaldıracaq, eyni zamanda, 

tikinti  standartları,  tikinti  norma-

ları  və  ölkənin  mənzil  bazarı  va-

hid mərkəzdən idarə olunacaqdır. 

Dünyanın bir çox ölkələrində əha-

liyə  güzəştli  şərtlərlə  sosial  mən-

zillərin  verilməsi  təcrübəsindən 

geniş istifadə olunur. Azərbaycan 

reallığında  postsovet  məkanında 

aztəminatlı  ailələri  sosial  mənzil-

lərlə təmin edən ilk ölkə olmaqla, 

yaxın  gələcəkdə  həmin  mənzil-

lərin  kommunal  xərclərinin  nisbi 

qaydada  azaldılması  istiqamətin-

də təşkilati-iqtisadi tədbirlərin hə-

yata keçirilməsi mümkündür.



Rafiq İsgəndərov, 

AzTU-nun dosenti, i.e.n.

Ayşad İsgəndərov, 

Milli Aviasiya Akademiyasının 

müəllimi, i.f.d.

Bu ilin aprel ayında Bakı-Tbili-

si-Cehyan (BTC) əsas ixrac boru 

kəməri ilə 546 171 ton Türkmə-

nistan nefti nəql olunub.

SOCAR-ın  açıqladığı  rəqəm-

lərə  görə,  bu,  ötən  ilin  analoji 

ayı ilə müqayisədə 195 309 ton 

və ya 55,66% çoxdur.

Bu ilin mart ayı ilə müqayisə-

də isə BTC ilə 528 700 ton və ya 

31,26  dəfə  çox  Türkmənistan 

nefti nəql edilib.

Xatırladaq  ki,  bu  ilin  mart 

ayında  BTC  kəməri  ilə  17  471 

ton  Türkmənistan  nefti  nəql 

olunub. 2016-cı ilin aprel ayın-

da isə bu kəmərlə 350 862 ton 

Türkmənistan nefti nəql edilib. 

Bu  ilin  aprel  ayı  ərzin-

də  Bakı-Tbilisi-Ceyhan 

(BTC)  əsas  ixrac  boru 

kəməri vasitəsilə 2 mln. 

242  min  574  ton  Azər-

baycan  nefti  nəql  olu-

nub ki, bu da 2016-cı ilin 

analoji ayı ilə müqayisə-

də 10,38% azdır.

Cari  ilin  mart  ayı  ilə 

müqayisədə  isə  SOCAR 

BTC ilə neft nəqlini 7,82% artırıb.

Bu  ilin  yanvar-aprel  ayların-

da bu kəmərlə 8 mln. 724 min 

383 ton neft ötürülüb ki, bu da 

ötən  ilin  4  ayı  ilə  müqayisədə 

11,12% azdır.

Ümumiyyətlə,  kəmər  istifa-

dəyə  verilən  gündən  bu  ilin 

may  ayının  1-ə  qədər  BTC-yə 

330 mln. 262 min 445 ton neft 

vurulub.

İndiyədək BTC-yə 330 mln. 

tondan çox neft daşınıb

Azərbaycanın  “Mars  FK”  və 

“D-Fruits”  şirkəti  ilə  Qazaxıs-

tanın  "Best  Fruit  Plus"  şirkəti 

arasında Azərbaycanda istehsal 

olunan  meyvələrin  Qazaxısta-

na ixracına dair ilkin razılaşma 

əldə olunub.

"D-Fruits"  “DAD”  meyvə  bağ-

larının  sahibidir.  Bağ  sahələ-

ri  Qubanın  Dəlləkli  kəndinin 

yaxınlığında  yerləşir.  Yumşaq 

günəşli iqlim, dəniz havası, şəf-

faf dağ çayları və meyvə ağac-

larına düzgün qayğı göstərilmə 

"DAD"  firmasının  məhsulları-

nın  yüksək  keyfiyyətə  malik 

olmasını  təmin  edir.  Bağlarda 

gilas, nektarin, şaftalı, ərik, ga-

valı, armud və alma yetişdirilir.

"MARS  -  FK  LTD"  şirkəti  nar 

istehsalçısıdır.  Şirkətin  ümumi 

sahəsi 407 hektardan ibarət ilk 

nar bağı 2009-cu ildə Kürdəmir 

rayonunun  Karrar  kəndində 

salınıb.


Respublika  üzrə  yaradılan  33 

aqroparkdan biri də Goranboy ra-

yonunda  tikilir.  Goranboy  Rayon 

İcra  Hakimiyyətindən  bildirilib 

ki, aqroparkın fəaliyyətinin təşkili 

üçün  rayon  ərazisində  4  min  695 

hektar torpaq sahəsi ayrılıb.

Aqroparka  məxsus  sahələrin  su-

varılması  üçün  Şəmkir  maşın  ka-

nalından yeni su kəməri çəkiləcək. 

Hazırda  kanalın  ikinci  hissəsinin 

tikintisində  işlər  sürətlə  davam 

etdirilir.  Yaxın  vaxtlarda  kanal-

dan  Dəliməmmədli  şəhəri  ərazi-

sinədək  suyun  verilməsi  təmin 

olunacaq.  Əkin  sahələrinin  su  ilə 

təminatı həll edildikdən sonra bu-

rada taxıl, pambıq və digər texni-

ki bitkilər əkiləcək, meyvə bağları 

salınacaq.  Həmçinin,  aqroparkda 

logistika  mərkəzinin,  emal  müəs-

sisələrinin və soyuducu anbarın in-

şası da nəzərdə tutulub.

  Aqroparkın  fəaliyyəti  rayonda 

məhsul  istehsalının  artmasına  tə-

kan  verməklə  yanaşı,  xeyli  sayda 

yeni  iş  yerinin  yaradılmasına  da 

səbəb olacaq.




Yüklə 489,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə