№18 (961) 4-10 may 2017-ci il



Yüklə 489,25 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix16.11.2017
ölçüsü489,25 Kb.
#10562
1   2   3   4   5   6   7   8

8

4-10 may 2017-ci il

Böyük  Britaniyanın  neft  şirkə-

ti  British  Petroleum-un  (BP) 

bu ilin ilk rübündə əldə etdiyi 

mənfəət ötən ilin eyni dövrü ilə 

müqayisədə  təxminən  3  dəfə 

artaraq 1,5 milyard dollar olub.

Şirkətin mənfəəti ötən ilin eyni 

dövründə  532  milyon  dollar 

səviyyəsində olmuşdu.

Şirkətin  ilk  rüb  mənfəətinin 

neftin 35%-ə çatan qiymət artı-

mının təsiri ilə 1,5 milyard dol-

lara çatdığı qeyd edilib.

BP-nin  əməliyyat  fəaliyyətlə-

rindən gələn nağd pul axını da 

bu  ilin  ilk  rübündə  keçən  ilin 

eyni dövründəki 3 milyard sə-

viyyəsindən 4,4 milyard dolla-

ra yüksəlib.

BP Qrupunun rəhbəri Bob Dad-

li, "Bu il yaxşı başladı. BP planı-

mızı intizamlı bir şəkildə tətbiq 

etmək  üçün  çalışır.  İlk  rübdə 

gəlirlərimiz  güclü  idi.  Əmə-

liyyatlarımızda  təkan  davam 

edir", - ifadəsini istifadə edib.

Dadli  şirkətin  əməliyyat  gəlir-

lərindəki artımın bu ilin ikinci 

rübündə  də  davam  etməsinin 

gözləndiyini qeyd edib.

Azərbaycanın  19  yerli  şirkəti-

nin nümayəndələrindən ibarət 

ixrac missiyasının Qazaxıstana 

səfəri başa çatıb.

AZPROMO-nun  təşkilatçılı-

ğı  ilə  Qazaxıstanın Almata  və 

Astana  şəhərlərində  Azərbay-

can  şirkətləri  ilə  Qazaxıstanın 

iri  distrubutor  şirkətləri  ara-

sında ikitərəfli görüşlər keçiri-

lib, Azərbaycan  məhsullarının 

Qazaxıstana  ixracı  məsələləri 

müzakirə  edilib.  Danışıqlar 

zamanı  Qazaxıstan  şirkətləri 

tərəfindən Azərbaycan istehsa-

lı olan şərab və spirtli içkilərə, 

meyvə-tərəvəz məhsullarına, ti-

kinti materiallarına və Naftalan 

neftinə xüsusi maraq göstərilib.

İkitərəfli  görüşlərin  nəticəsi 

olaraq,  Azərbaycan  istehsa-

lı  olan  limonadın  və  Naftalan 

məlhəminin  (mazının)  Qa-

zaxıstana ixracına dair ilkin ra-

zılıqlar əldə edib.

Bundan  əlavə,  "Caspi  Mari-

ne  Technologies"  Azərbaycan 

şirkəti Qazaxıstana 5 ton səna-

ye boyasının ixracına dair sifa-

riş alıb və əməkdaşlığın geniş-

ləndirilməsi  üçün  danışıqlara 

başlanılıb.

Qarşıdakı dövrdə Lənkəranda turizmin daha 

da inkişaf etdirilməsi üçün də tədbirlərin 

görülməsi nəzərdə tutulur.

Hazırda yeni Olimpiya İdman Kompleksinin 

və 11 mərtəbəli 4 ulduzlu “Qafqaz” otel 

kompleksinin, Lənkəran İstisu və Sağlamlıq 

Mərkəzinin tikintisi davam etdirilir.

11 mərtəbəli “Qafqaz” otel kompleksi tikilir



9

4-10 may 2017-ci il

Son  illərdə  dövlət  başçısının  həyata 

keçirdiyi  iqtisadi  strategiyanın  əsas-

larından  biri  olan  ixrac  potensialının 

stimullaşdırılmasının  ölkə  iqtisadiy-

yatının qarşısında duran başlıca prob-

lemlərdən biri kimi böyük əhəmiyyəti 

vardır  və  bu  məsələ  Azərbaycan  hö-

kumətinin diqqət mərkəzindədir. Belə 

ki,  dövlət  başçısının  28  yanvar  2016-

ci  il  tarixli  “Qeyri-neft  məhsullarının 

ixracının  stimullaşdırılması  ilə  bağlı 

əlavə tədbirlər haqqında” Sərəncamı-

nın  əsas  məqsədi  ondan  ibarətdir  ki, 

qeyri-neft nəhsullarının ixracı zamanı 

gömrük bəyannamələrində göstərilən 

dəyərin  3%-i  dövlət  vəsaiti  hesabına 

sahibkara  ödəniləcək.  Eyni  zaman-

da,  bu  sərəncam  ilə  əlaqədar  olaraq 

ixrac  potensialının  stimullaşdırılması 

məqsədilə  İqtisadiyyat  Nazirliyində 

ixrac  prosedurlarının  sadələşdirilmə-

si,  beynəlxalq  təcrübə  əsasında  ixrac 

təşviqi mexanizmləri, o cümlədən ix-

rac kreditləşdirilməsi, ixracat bazarın-

da  təşviqat  brendləşmə,  logistikanın 

yaxşılaşdırılması ilə bağlı təkliflər ha-

zırlanıb və ixrac potensialının stimul-

laşdırılması məqsədilə sahibkarlıq su-

byektlərinə mənşə sertifikatlarının bir 

gün ərzində verilməsi nəzərə alınıb.

Göründüyü kimi, Azərbaycanda ixrac 

potensialını genişləndirmək və ixracın 

strukturunu  optimal  vəziyyətə  gətir-

mək üçün kompleks tədbirlər görülür. 

Bu  zaman  dünya  ölkələrinin  təcrü-

bəsinə  əsaslanaraq  ilk  növbədə  qey-

ri-neft sahələrinin ixracatını stimullaş-

dıran və elmi cəhətdən əsaslandırılmış 

uzunmüddətli  strateji  dövlət  proqra-

mı  işlənib  hazırlanıb.  Bu  proqramın 

reallaşdırılmasında  isə  ixracyönümlü 

sənaye müəssisələrini təşkilati və ma-

liyyə cəhətdən dəstəkləyən xüsusi bir 

mexanizmin  yaradılması  lazım  gəlir. 

Bu  işdə  ixracın  dövlət  tərəfindən  sti-

mullaşdırılması ön sıraya keçir.

Azərbaycan  Prezidenti  İlham  Əliye-

vin  ötən  ilin  dekabrın  6-da  ölkənin 

perspektiv  inkişaf  hədəflərini  və  is-

tiqamətlərini  müəyyənləşdirmək,  on-

ların  reallaşdırılmasını  təmin  etmək 

məqsədilə  “Milli  iqtisadiyyat  və  iqti-

sadiyyatın əsas sektorları üzrə strateji 

yol xəritəsinin başlıca istiqamətlərinin 

təsdiqi və bundan irəli gələn məsələlər 

haqqında”  2016-cı  il  16  mart  tarixli 

sərəncamına  uyğun  olaraq  müvafiq 

strateji  yol  xəritəsində  göstərilmişdir 

ki,  “ixrac  potensialından  maksimum 

istifadə edilməsi və qeyri-neft sektoru-

nun diversifikasiyasının qlobal mühit-

də daha da dərinləşməsi mühüm stra-

teji  hədəf  hesab  edilir”.  Göründüyü 

kimi, Strateji yol xəritəsinin tətbiqi şə-

raitində ölkənin qarşısında duran əsas 

vəzifələrdən biri ixracın artırılması və 

stimullaşdırılmasıdır.  Belə  ki,  2017-ci 

ilin  18  aprelində  Yevlaxda  qeyri-neft 

ixracatçılarının  respublika  müşavirə-

sində ölkədə ixrac potensialının daha 

da  yaxşılaşdırılması  ilə  əlaqədar  Pre-

zident İlham Əliyev demişdir:“ Hazır-

da birinci yerdə fındıqdır, ikinci yerdə 

pomidordur. Keçən il 94 milyon dollar 

dəyərində pomidor ixrac edilib. Üçün-

cü yerdə xurmadır – 68 milyon dollar, 

dördüncü yerdə şəkərdir – 62 milyon 

dollar.  Amma  burada  biz  bilməliyik 

ki,  bu  şəkərin  böyük  hissəsi  qamış 

şəkərindən,  xammalından  istehsal 

olunub.  Yəni,  şəkərin  istehsalı  üçün 

xaricdən xammal gətirilib. İndi biz çu-

ğundura keçəndən sonra 62 milyonun 

hamısı ölkəmizdə qalacaq, yəni idxala 

pul  ayrılmayacaq.  Hesab  edirəm  ki, 

biz  şəkərin  istehsalını  rahatlıqla  iki 

dəfə artıra bilərik, ya İmişli rayonunda 

yerləşən  zavodda,  ya  da  geniş  vüsət 

alarsa,  yeni  zavod  tikilə  bilər.  Beşin-

ci  yerdə  pambıqdır.  Pambıq  keçən  il 

bizə 24 milyon dollar valyuta gətirib. 

Amma bu, birinci ildir. Əminəm ki, bu 

rəqəm bu il bundan iki dəfə çox ola-

caq. Yəni, qeyd etdiyim bu beş pozisi-

ya üzrə ölkəmizə keçən il 350 milyon 

dollar valyuta gəlib. Biz ancaq bunları 

iki  dəfə  artırmaqla,  görün,  rahatlıqla 

nə qədər böyük valyuta əldə edəcəyik. 

Sənaye  məhsulları  arasında  isə  birin-

ci  yerdə  plastik  məmulatlardır  –  təx-

minən  100  milyon  dollar.  İkinci  yer-

də  alüminium  və  ondan  hazırlanan 

məmulatlardır  –  bu  da  100  milyon 

dollara yaxındır. Biz alüminium səna-

yesini mütləq sürətlə inkişaf etdirmə-

liyik.  Üçüncü  yerdə  qara  metallar  və 

onlardan  hazırlanan  məmulatlardır 

–  96  milyon  dollar.  Dördüncü  yerdə 

qiymətli  metallardan  hazırlanan  mə-

mulatlardır – 77 milyon dollar. Beşinci 

yerdə  kimya  sənayesi  məhsullarıdır 

– 55 milyon dollar. Mən bu rəqəmlə-

ri nəyə görə səsləndirirəm? Ona görə 

ki, sahibkarlar da, ictimaiyyət də bunu 

bilsin,  həm  müsbət  dinamikanı,  həm 

də  bizim  potensialımızı  görsünlər. 

Ona  görə  ixracın  inkişafı,  artırılması 

ən əsas məsələlərdən biridir. Bir daha 

demək istəyirəm ki, dövlət sahibkarlar 

üçün  hər  şey  edir.  Dövlət  infrastruk-

tur yaradıb, kreditlər, subsidiyalar ve-

rir,  fermerləri  vergilərdən  azad  edib, 

aqrolizinq yaradıb, texnika alıb gətirir 

və paylayır, yanacaq da həmçinin. Ti-

carət  evləri  yaradır,  ixrac  missiyaları, 

sərgilər təşkil edir. “ Azexport “ por-

talı,  “  Made  in  Azerbaijan  “  brendi, 

investisiya  və  ixrac  təşviqi  yaradıb. 

Bundan sonra sahibkarlara ancaq bun-

lardan  istifadə  etmək  və  öz  imkanla-

rını  genişləndirmək,  ölkəmizə  daha 

böyük fayda gətirmək qalır”.

İxrac malların, işlərin, xidmətlərin, in-

tellektual  fəaliyyətin  nəticələrinin  və 

kapitalın  ölkə  ərazisinə  yenidən  gə-

tiriləcəyi  barədə  öhdəliklər  olmadan 

onların  ölkənin  iqtisadi  ərazisindən 

daşınıb aparılmasıdır. Malların və xid-

mətlərin  ölkə  sərhədindən  çıxarılma-

dan xarici hüquqi və fiziki şəxslərə sa-

tılması da ixraca aiddir. Xarici ticarət 

əməliyyatının başa çatmasını bildirən 

əmtəə  ixracının  əsas  meyarı  həmin 

məhsulun ixracatçı ölkənin dövlət sər-

hədindən  keçirilməsi,  ixracatçı  ölkə-

nin  ərazisində  istifadə  edilmək  üçün 

xarici alıcılara satılmış mallar barəsin-

də mülkiyyət hüququnun keçməsi və 

ya xidmətlərin təqdim edilməsidir.

Malların ixracının uçotu onların döv-

lət  sərhədindən  keçmə  anına,  yaxud 

mülkiyyət  hüququnun  xarici  alıcıya 

verilməsi anına əsasən aparılır. Müasir 

şəraitdə ixrac adi kommersiya sövdə-

sindən  daha  mürəkkəb  əməliyyatdır, 

o,  istehsal  və  elmi-texniki  əməkdaş-

lıq  haqqında,  patentlər  və  lisenziya-

lar  haqqında  müxtəlif  tipli  ikitərəfli 

və  çoxtərəfli  beynəlxalq  sazişlərlə  sıx 

əlaqədardır.  Malların  ixracı  və  idxalı 

barədə  sistematik  məlumatın  toplan-

ması, çevrilməsi və sistemləşdirilməsi 

üçün bir sıra beynəlxalq nomenklatur 

sənədlər işlənib hazırlanmışdır.

Milli  xarici  ticarət  təsnifçiləri  yaradı-

larkən həmin nomenklatur sənədlər, o 

cümlədən BMT-nin 1985-ci ildə qəbul 

edilmiş standart ticarət təsnifatı hesa-

ba alınmalıdır. Bu sənəd 10 bölmədən, 

67 şöbədən, 261 əmtəə qrupundan və 

3118  əmtəə  mövqeyindən  ibarətdir. 

Əmtəələrin təsvir edilməsi və kodlaş-

dırılması  üçün  harmonikləşdirilmiş 

sistemin nomenklaturu 21 bölmədən, 

96  qrupdan,  33  yardımçı  qrupdan, 

1241  əmtəə  mövqeyindən,  3553  yar-

dımçı  mövqedən  və  5019  köməkçi 

mövqedən ibarətdir.

Xidmətlərin istismarının uçotu zama-

nı BMT tərəfindən işlənib hazırlanmış 

vahid  məhsul  təsnifçiləri  bazasında 

QATT  (indiki  ÜTT)  katibliyi  tərəfin-

dən hazırlanmış təsnifçilərdən istifadə 

edilir. Bu təsnifata daxil olan 160-dan 

çox  xidmət  növü  12  bölmədə  təmsil 

edilmişdir:  işgüzar  xidmətlər,  rabitə 

xidmətləri,  tikinti  və  lizinq  xidmətlə-

ri, distributor, ümumtəhsil və maliyyə 

(o cümlədən sığorta) xidmətləri, ətraf 

mühitin  və  sağlamlığın  qorunması 

xidmətləri, sosial xidmətlər, turizm və 

səyahətlər, asudə vaxt, mədəniyyət və 

idman  sahələrində  xidmətlər,  nəqliy-

yat xidmətləri və s. 

Strateji yol xəritəsinin əssası olan ixrac 

potensialının  stimullaşdırılmasında 

ixrac kvotasının xüsusi əhəmiyyəti var. 

İxrac kvotası - iqtisadiyyatın ayrı-ayrı 

sahələri və ya müəssisələr üçün əmtəə 

və xidmətlərin ixracının əhəmiyyətini 

xarakterizə  edən  kəmiyyət  göstərici-

sidir (yəni, ölkənin ÜDM-ində ixracın 

payı). XXI əsrin əvvələrində ABŞ-ın və 

Yaponiyanın ÜDM-də ixrac payı 10%-

dən bir qədər artıq, Böyük Britaniyada 

və Fransada 24%-ə yaxın, Almaniyada 

34%, Belçikada 70%, dünya iqtisadiy-

yatında  isə  20%  təşkil  etmişdir.  İxrac 

kvotası  müəyyən  əmtəələrin  ixracı 

üçün  istehsalın,  məhsulun  göndəril-

məsinin müəyyən olunmuş həcmidir. 

Bu halda ixrac kvotasının tətbiqi milli 

və beynəlxalq səviyyədə, eləcə də qey-

ri-tarif və dünya ticarətində xarici iq-

tisadi  fəaliyyətin  tənzimlənməsi  üzrə 

tədbirlərə aiddir.

Bəzi dövlətlərdə strateji əmtəələrin ix-

racını  məhdudlaşdırmaq  və  ya  daxili 

bazarda  ayrı-ayrı  əmtəə  növlərinin 

tələb və təklifini tənzimləmək məqsə-

dilə  ixrac  kvotası  tətbiq  edilir  ki,  on-

ların sərbəst aparılması (ixracı) və bu 

əmtəələrin  milli  istehsalının  həcmi 

dəyərindən müəyyən faizlə məhdud-

laşır.

Müəyyən  edilmiş  kvota  çərçivəsində 



ixrac ona müvəkkil olan dövlət təşki-

latları  tərəfindən  verilən  lisenziyalar 

əsasında  həyata  keçirilir.  Lisenziya-

ların surəti xaricə əmtəələrin buraxıl-

ması  üçün  gömrük  bəyannaməsinə 

əlavə  olunur.  Həmçinin,  beynəlxalq 

çoxtərəfli və ya ikitərəfli ticarət saziş-

ləri  ixrac  kvotası  üçün  əsas  ola  bilər. 

Belə  ki,  ixrac  kvotası  hər  hansı  bir 

əmtəənin,  məsələn  Neft  İxrac  Edən 

Ölkələr Təşkilatı (OPEK) çərçivəsində 

neftin  istehsalında  və  ixracında  saziş 

iştirakçısı olan hər bir ölkənin payını 

müəyyən  edən  beynəlxalq  sabitləşdi-

rici sazişlərə uyğun olaraq tətbiq edi-

lir.  Kvotalar  müəyyən  ölkəyə  bu  və 

ya digər əmtəənin ixracının “könüllü” 

məhdudlaşdırılması haqqında sazişlər 

əsasında müəyyən edilir.

İxcac  potensialının  stimullaşdırılma-

sında ixrac tariflərindən istifadə böyük 

iqtisadi əhəmiyyət kəsb edir. Hazırda 

Azərbaycan Respublikasında ixrac ta-

rifinin  istifadə  edilməsi  Azərbaycan 

bazarının  ixrac  potensialı  üçün  baza 

olan və valyuta daxilolmalarının əsas 

hissəsinə zəmanət verən malların nə-

zarətsiz  ixracdan  qorunmasını  təmin 

etmək vəzifəsinə əsaslanır. 

Hacıyev Fazil Şöhlət oğlu

Azərbaycan Dövlət İqtisad 

Universiteti i.e.d. prof 

Azərbaycanda strateji yol xəritələrinin gerçəkləşməsində 

ixrac potensialının təhlili və inkişaf perspektivləri

UNEC-də “İslam Həmrəyliyi İli” çər-

çivəsində islam ölkələrinin diploma-

tik  korpuslarının  nümayəndələri  ilə 

görüşlər davam edir.

Malayziyanın Azərbaycandakı fövqə-

ladə  və  səlahiyyətli  səfiri  Dato  Ros-

lan Tan Sri Abdul Rahman UNEC-də 

olub. Rektor, professor Ədalət Mura-

dov  qonağı  Cənubi  Qafqazın  ən  bö-

yük  iqtisadyönümlü  universitetində 

salamlamaqdan  məmnun  olduğunu 

bildirib. 2017-ci ilin ölkəmizdə “İslam 

Həmrəyliyi İli” elan edildiyindən bəhs 

edən  rektor  bunu  dözümlülük,  sülh, 

tolerantlıq və dünyəviləşmə ideyaları-

nın təbliğində dövlətin rolunu qabar-

dan  əlamətdar  hadisə  adlandırıb.  IV 

İslam Həmrəyliyi Oyunlarının 2017-ci 

ildə  Bakıda  keçirilməsi  ilə  bağlı  qə-

rarın  ölkəmizin  islam  həmrəyliyinin 

möhkəmləndirilməsi  sahəsində  növ-

bəti əməli addımlar atması üçün əlve-

rişli şərait yaratdığını qeyd edib.

Rektor  səfirə  UNEC-in  tarixi,  bey-

nəlxalq  əlaqələri,  ikili  diplom  proq-

ramları  barədə  məlumat  verib. 

UNEC-in  ölkədə  dörd  dildə  təhsil 

verən  və  xaricdə  filialı  olan  yeganə 

universitet  olduğunu  diqqətə  çatdı-

rıb. Qonağa İnnovativ Biznes İnkuba-

torunun fəaliyyəti haqqında məlumat 

verən rektor uğurlu startap layihələ-

rindən söz açıb.

Səfir Dato Roslan Tan Sri Abdul Rahman 

Azərbaycanın  Malayziya  ilə  diploma-

tik  münasibətləri  müstəqilliyini  bərpa 

etdikdən sonra yaratdığını diqqətə çat-

dıraraq, iki ölkə arasında uğurlu əmək-

daşlıqdan söz açıb. Həmin vaxtdan eti-

barən  sabit  inkişaf  xətti  ilə  tərəfdaşlıq 

səviyyəsinə  yüksələn  münasibətlərin 

bir  çox  mühüm  hadisələrlə  əlamətdar 

olduğundan bəhs edib.

Sonra  diplomat  UNEC  tələbələri  ilə 

görüşüb.  UNEC-də  olmaqdan  məm-

nunluq  duyduğunu  ifadə  edən  səfir 

tələbələrə  Malayziya  barədə  ətraflı 

məlumat verib. Ölkəsinin 1957-ci ildə 

müstəqillik qazandığını qeyd edərək, 

əhalisinin  əksər  hissəsinin  müsəl-

manlardan  ibarət  olduğunu  diqqətə 

çatdırıb.  Malayziyanın  Birləşmiş  Mil-

lətlər  Təşkilatının  lider  üzvlərindən 

biri  olduğunu  vurğulayan  diplomat 

ölkəsinin  Cənub-Şərqi  Asiya  Döv-

lətləri  Assosiasiyasının  da  üzvü  ol-

duğunu  bildirib.  Səfir  Malayziyanın 

coğrafiyası,  iqtisadiyyatı,  pul  vahidi, 

təhlükəsizliyi, texnologiyası, təhsil sis-

temi, turizm imkanları və mədəniyyəti 

haqqında geniş təqdimatla çıxış edib.

“Excelsior  Hotel  &  Spa 

Baku”  oteli  aprel  ayında 

mətbuatda  işıqlanan  mə-

lumatların  sayına  görə 

birinci  yerə  çıxıb.  “Media 

Consulting  &  Services” 

şirkətinin apardığı araşdır-

maya görə, otelin fəaliyyə-

ti  ilə  bağlı  mətbuatda  160 

məlumat işıqlanmışdır.

“Media  Consulting  & 

Services” şirkəti 10 televi-

ziya, 55 çap və 500 onlayn 

media  daxil  olmaqla  565 

-dən  çox  mənbədə  işıq-

landırılan  məlumatları 

say, xarakter və məzmun 

üzrə təhlil edərək, sektor-

lar üzrə şirkətlərin media 

reytinqini hesablayıb. 

“AtaHolding” Korporativ 

kommunikasiyalar  şö bə-

sinin  rəisi  Dilarə  Za ma-

nova  qeyd  edib  ki,    “Ex-

celsior Hotel & Spa Baku” 

otelinin fəaliyyəti ilə bağlı 

aprel  ayında  mətbuatda  4 

pres-reliz  işıqlandırılmış-

dır.  Cari  ilin  aprel  ayında 

otelin təşkilatçılığı ilə keçi-

rilən  “Baku Fashion 2017” 

moda tədbirində dizayner 

Günay Quliyevanın, dizay-

ner  Re nara  Şəmsiyevanın, 

dizayner Gülüm Əsədulla-

yevanın, Yekaterina Erenin 

və  Liana  Allahverdiyeva-

nın - «Fashion Lab» brendi 

və  kolleksiyaları  nümayiş 

olunmuşdur.  Həmçinin, 

may ayında otelin təşkilat-

çılığı ilə 28 May - Respub-

lika  gününə  həsr  edilmiş 

“Nə?, Harada?, Nə Vaxt?” 

intellektual  oyunu  keçi-



Yüklə 489,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə