№18 (961) 4-10 may 2017-ci il



Yüklə 489,25 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix16.11.2017
ölçüsü489,25 Kb.
#10562
1   2   3   4   5   6   7   8

10

4-10 may 2017-ci il 



Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ 

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, 

Elşad Səmədzadə, Məhiş Əhmədov, Müşfiq Atakişiyev, Amil Məhərrəmov, 

Rüfət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasımov, Ədalət Muradov, Vahid Novruzov, 

Aydın Hüseynov, Rəsul Balayev, Cahangir Qocayev, Abbas Əliyev

Redaksiyanın ünvanı:

Əliyar Əliyev küçəsi, 7 

Redaksiya: 566 09 60

Faks: 514 14 27

Mühasibatlıq: 566 63 08

Dərc olunan materiallardakı fikirlər 

Azərbaycan dövlətinin mənafeyinə 

uyğun gəlməlidir. “İQTİSADİYYAT” 

qəzetinin kompüter mərkəzində yığılmış 

və səhifələnmiş, “Azərmedia” MMC 

mətbəəsində çap edilmişdir. Lisenziya: 

022201; İndeks: 0355; Tiraj: 3150

(əvvəli ötən saymızda)

“Ad Block Plus” rekla-

mının bloka salınması 

vasitəsinin müəllifi belə 

bir fikir söyləmişdir ki, 

bu istifadəçilərin bir çoxu 

ümumiyyətlə reklamın 

əleyhinə deyil və o, zəh-

lətökən olmasaydı, onu 

bloka salmazdılar və isti-

fadəçilərə onların tez-tez 

daxil olduğu saytlarda 

reklamın bloka salınması-

nı tövsiyə etmək üsulunu 

təklif etmişdir. 

İnternet reklamda fırıl-

daqçılıq.

İnternet reklamda fırıl-

daqçılığa aiddir:

-Dorvey digər saytlara 

müştəriləri yenidən is-

tiqamətləndirən mənasız 

(lakin “relevant”) məz-

munlu sayt və ya veb-sə-

hifədir;

-Yalançı sayt saxtalaşdırıl-

mış saytdır. Onlar bildirir-

lər ki, firma və ya klub-

ların saxta saytları, saxta 

internet-mağazalar, saxta 

klublar və s. deyillər.

Bir qayda olaraq, isti-

nadların köməyilə digər 

saytların irəliləyişi üçün 

yaradılır. 

Yalançı saytların əsas 

əlamətlərinə aiddir:

-Minimum informativ 

səhifələr;

-Adın olması (başlıqda 

ünvan təkrarlanır);

- Əlaqə informasiyasının 

olmaması: əlaqələr kimi 

yalnız əks əlaqə forması 

və ya pulsuz yeşikdə 

e-mail təqdim olunur. 

Hüquqi tənzimlənmə. 

1. Reklam haqqında möv-

cud olan ənənəvi hüquqi 

normalar internet rek-

lamını həmişə səmərəli 

tənzimləyə bilməz, çünki:

- bu normalar İnternet 

şəbəkəsinin texniki xüsu-

siyyətlərini nəzərə almır;

-yurisdiksiyanın (müha-

kimə hüququnun) müəy-

yən edilməsi çətinləşir 

(hansı ərazinin qanunve-

riciliyini təmin etmək);

- pozuculara nəzarət və 

onların məsuliyyətə cəlb 

olunması çətinləşir.

Son illər müxtəlif ölkələ-

rin qanunvericiliyin-

də İnternetdə reklamı 

tənzimləyən ixtisaslaşmış 

normalar yaranmışdır. 

“Reklam haqqında “Azər-

baycan Respublikası 

Qanununun 23-cü mad-

dəsi telekommunikasiya 

qurğuları və poçt göndə-

rişləri ilə yayılan reklama 

həsr edilmişdir. 

23.1. Telekommunikasiya 

operatoru və reklamveri-

ci ilə bağlanan müqavilə 

əsasında reklam yayım-

lana bilər. Telekommu-

nikasiya operatoru və ya 

provayderi reklamı yal-

nız abunəçi ilə bağlanan 

yazılı müqavilə əsasında 

reklamın göndərilməsi 

razılaşdırıldığı halda 

fərdi qaydada yayımlaya 

bilər. Telekommunikasiya 

operatoru və ya provayde-

ri abunəçiyə reklam gön-

dərilməsindən istənilən 

vaxt imtina etmək və ya 

abunəçiyə yalnız arzuladı-

ğı reklamın yayımlanması 

üçün imkan yaratmalı-

dır. Abunəçinin razılığı 

olmadan və ya Qanunun 

müddəalarına zidd olan 

reklamın göndərilməsi 

üçün telekommunikasiya 

operatoru və provayderi 

məsuliyyət daşıyır. 

23.2. Telekommunikasiya 

operatoru və ya provay-

deri məlumat üçün müra-

ciət edən abunəçinin 

sorğusuna cavab verdiyi 

andan reklam yayımlana 

bilər. Məlumat xidməti 

ödənişli olduqda, reklam 

yayımlanması arayışın 

dəyərinə daxil edilə 

bilməz. 

İnternet-reklam bazarı.

Azərbaycanda internet- 

reklam bazarı formalaş-

ma mərhələsindədir. Bu 

isə ayrıca mövzunun 

pred metidir. 

F.M.Qarayev, 

BDU-nun dosenti

Satışları  sürətlə  düşən  və  bir 

müddətdir  aqibəti  maraqla 

gözlənilən Windows Phone-un 

istehsalının  tamamilə  dayan-

dırılacağı,  Microsoftun  inves-

tisiya  hesabatı  da  təsdiqləndi. 

Microsoftun  investisiya  qoya-

cağı məhsulları sıralandığı son 

SEC sənədində Windows Pho-

ne-un  yer  almaması  şirkətin 

ağıllı  telefon  istehsalından  çə-

kiləcəyi iddialarını təsdiqlədi.

Microsoft  bütün  dünyadakı 

bazar  payı    0,3%-ə  geriləyən 

Windows  Phone-un  istehsalı-

nı iyunun sonuna qədər tama-

milə dayandıracaq.

Microsoft-un  2015-ci  ilin  ilk 

rübündə  1,4  milyard  dollara 

çatan cib telefonu gəlirlərinin 

ötən  ilin  eyni  dövründə  735 

milyon dollara gerilədiyi, ötən 

həftə  dərc  olunan  hesabata 

görə  isə,  bu  ilin  ilk  rübündə 

gəlirlərin  rekord  səviyyədə 

aşağı düşərək 5 milyon dolları 

gördüyü qeyd edilib.

 Microsoft CFO-su Amy Hood 

bu  il  telefon  bazarından  əldə 

etdikləri  gəlirin  "əhəmiyyət-

siz  miqdarda"  olduğunu  bil-

dirərkən,  şirkətin  ağıllı  tele-

fon istehsalı üçün büdcəsinin 

tükəndiyini deyib.

Microsoft  keçən  il  Windows 

Phone-un bazar payının  1%-

dən  aşağı  düşməsinin  ardın-

dan 1850 nəfəri ixtisar edəcə-

yini bildirmişdi.

Uzun  müddətdir  ki,  maliyyə 

böhranı yaşayan İtalyanın avi-

aşirkəti "Alitalia" 10 ildə ikinci 

dəfə iflasını açıqlayıb.

51%-i İtalyanın CAI,  49%-i isə 

Birləşmiş Ərəb Əmirliklərinin 

"Etihad"  Hava  Yollarına  aid 

olan "Alitalia"nın idarə heyəti 

keçirdikləri  iclasda 

iflas qərarı veriblər.

Həmkarlar  İttifaqı-

nın  1600  nə fərin  iş-

dən  çıxarılmasına 

qarşı  başladığı  tətil 

səbəbindən  bö yük 

maliyyə  itkisi  yaşa-

yan və 2 milyard av-

roluq yenidən qur ma 

planı  işçiləri  tərəfin-

dən  rədd  edilən  "Alitalia"nın 

səhmdarları  hökumətdən  qəy-

yum  tələb  etmək  məsələsində 

razılaşıb.  2008-ci  ildə  də  iflas 

edən “Alitalia”, 2014-də də ifla-

sın astanasına gəlib və hökumə-

tin  dəstəyi  ilə  49%-i  "Etihad"a 

satılmışdı.  Şirkətin  hökumət-

dən son 10 ildə 7 milyard avro 

dəstək  almasına  baxmayaraq, 

zərərlərini ödəmədiyi bildirilir. 

Hökumət  tərəfindən  təyin  edi-

ləcək qəyyum 6 ay ərzində şir-

kətin yenidən qurulmasına, sa-

tışına və ya bağlanmasına qərar 

verə bilər.

Şirkətdən  edilən  açıqlamada 

iflas  qərarına  baxmayaraq, 

plan laşdırılan  reyslərdə  bir 

də yişiklik  olmayacağı  bildiri-

lib. "Ryanair" və "Easyjet" kimi 

rə qibləri  qarşısında  geriləyən 

"Alitalia"  94  nöqtəyə  həftədə 

4200 uçuş həyata keçirir.

07.02.1992-ci il tarixdə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 

arxiv fondu tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan  qəsəbəsi, Almaz İldırım küçəsi ev 18 

ünvanında yaşayan Həsənova Ədilə Əlibala qızının adına olan Kupça itdiyi üçün etibarsız sayılsın.



E T İ B A R S I Z D I R

Yüklə 489,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə