18 avqust 2016-cı il, cümə axşamı 5



Yüklə 71,9 Kb.

tarix14.09.2018
ölçüsü71,9 Kb.


18 avqust 2016-cı il, cümə axşamı

5

 

ˆ

Bu gün Azərbaycan dünyada nümunəvi inkişaf 



modelinə malik olan bir ölkə kimi tanınır. Davamlı inkişaf 

nəticəsində respublikamız Cənubi Qafqazın lider dövləti 

səviyyəsinə yüksəlib və buna görə də bölgədə Azərbaycanın 

təşəbbüsü və fəal iştirakı olmadan hər hansı layihəni 

reallaşdırmaq mümkün deyil. Ölkəmiz, eyni zamanda, 

müntəzəm olaraq qlobal miqyasda yeni-yeni əməkdaşlıq 

təşəbbüsləri ilə çıxış edir ki, bunun da hesabına respublika-

mızın beynəlxalq nüfuzu, habelə  təsir imkanları əhəmiyyətli 

dərəcədə artıb.

Azərbaycanın müstəqillik 

tarixində təməli xalqımızın 

ümummilli lideri Heydər Əliyev 

tərəfindən qoyulan və son 13 ildə 

Prezident İlham Əliyevin uğur-

la davam etdirdiyi məqsədyönlü 

siyasət sayəsində ölkəmizin iqtisadi 

müstəqilliyinin təmin olunması 

yolunda inamlı addımlar atılıb. İq-

tisadi müstəqillik Azərbaycanın çox 

mühüm perspektivlərə malik ölkə 

kimi dinamik inkişafını təmin edib.

Bütövlükdə, Azərbaycanın 

sürətli inkişafı və əldə edilmiş 

nailiyyətlər Prezident İlham 

Əliyevin rəhbərliyi ilə həyata 

keçirilən siyasi və iqtisadi kursun 

qanunauyğun nəticəsidir. Bu gün 

Azərbaycanda xalq-iqtidar bir-

liyi islahatların, daxili və xarici 

siyasət kursunun səmərəliliyini 

təmin edən əhəmiyyətli strateji 

amil rolunu oynayır. Eyni za-

manda, mütəmadi surətdə re-

allaşdırılan islahatlar mövcud 

inkişafı sürətləndirməklə yanaşı, 

yeni inkişaf perspektivlərinin 

müəyyənləşdirilməsini şərtləndirir. 

Ölkə iqtisadiyyatının inkişafı 

üçün mütəmadi surətdə reallaşdı-

rılan praqmatik islahatlar modeli 

formalaşdırılıb ki, bu, bütövlükdə, 

milli inkişafa təkan verən 

əhəmiyyətli amil səciyyəsi daşıyır. 

Eyni zamanda, güclü iqtisadi inki-

şafa əsaslanan bir sıra tədbirlərin 

həyata keçirilməsi Azərbaycanın 

milli tərəqqisini sürətləndirən, milli 

gücünü artıran başlıca strateji kom-

ponent kimi mühüm önəm daşıyır.

"Bakı şəhəri Qaradağ rayonu-

nun Ələt qəsəbəsində yeni Bakı 

Beynəlxalq Dəniz Ticarət Lima-

nının ərazisi daxil olmaqla azad 

ticarət zonası tipli xüsusi iqtisadi 

zonanın yaradılması ilə bağlı 

tədbirlər haqqında" Azərbaycan 

Respublikası Prezidentinin 17 

mart 2016-cı il tarixli sərəncamı da 

yuxarıda qeyd edilən fikrin bariz 

ifadəsidir. Həmin sərəncama əsasən, 

azad ticarət zonası tipli xüsusi 

iqtisadi zonanın yaradılmasında 

məqsəd iqtisadiyyatın davamlı 

inkişafı və rəqabət qabiliyyətinin 

artırılması, ölkəmizin  logistika və 

nəqliyyat mərkəzi kimi mövqeyinin 

gücləndirilməsi və ölkədə çoxşaxəli 

nəqliyyat infrastrukturunun yaradıl-

masıdır.

Adıçəkilən sərəncama uyğun 

olaraq, hazırda Ələtdə azad ticarət 

rejimli xüsusi iqtisadi zonanın 

təşkili istiqamətində işlər davam 

etdirilir. 

Xatırladaq ki, müvafiq 

sərəncamla Bakı Limanının dünya-

nın məşhur liman mərkəzlərindən 

birinə çevrilməsinin hüquqi əsası 

qoyulub, bu işə təkan verilib. 

Zonanın gələn ildən tam fəaliyyət 

göstərəcəyi gözlənilir. Bununla 

da Ələtdəki azad ticarət zonası 

tipli xüsusi iqtisadi zona dünyanın 

Dubay, Honkonq, Şanxay, Sinqapur 

kimi nəhəng nəqliyyat-logistika 

mərkəzinə çevriləcəkdir.  

Limanın sahəsi 400 hektardır 

və bu ərazinin 100-115 hektarında 

azad iqtisadi zona yaradılacaq. Əgər 

bu zonanın yaradılmasında 100-

115 hektar ərazi kifayət etməzsə, 

o zaman Bakı Limanının sahəsi 

genişləndiriləcək.  

Artıq Ələtdəki Yeni Bakı Lima-

nında azad ticarət zonasının (ATZ) 

yaradılması ilə bağlı işçi qrupunun 

ilk iclası keçirilib. "Bakı Beynəlxalq 

Dəniz Ticarət Limanı" QSC-nin 

mətbuat xidmətindən verilən 

məlumata görə, iclasda xüsusi iqti-

sadi zonalara dair qanunvericiliyin 

təkmilləşdirilməsi, Ələt qəsəbəsində 

azad ticarət zonasının yaradılma-

sının iqtisadi əsaslandırılması, 

inkişaf konsepsiyası, infrastruk-

turu və idarə olunması, eləcə də 

həyata keçiriləcək sahibkarlıq 

fəaliyyətinin növləri, habelə onların 

xüsusiyyətləri ilə bağlı təkliflərin 

hazırlanmasi istiqamətində aparılan 

işlər müzakirə olunub.

İclasda həmçinin, diqqətə çatdı-

rılıb ki, ATZ-nin planlaşdırılması və 

idarə olunması sahəsində ixtisasla-

şan xarici şirkətlə danışıqlar aparılıb 

və yaxın zamanlarda həmin şirkət 

azad ticarət zonasının yaradılmasına 

cəlb olunacaq. Bununla yanaşı, xa-

tırladılıb ki, Ələt qəsəbəsində ATZ-

nin yaradılması ilə bağlı ölkə Pre-

zidentinin müvafiq sərəncamından 

irəli gələn tapşırıqların icra olun-

ması Yeni Bakı Limanının Avrasiya 

məkanında nəqliyyat və logistika 

mərkəzinə çevirilməsini təmin 

edəcəkdir. Hazırda işçi qrupuna da-

xil olan 10-dan çox nazirlik, komitə, 

agentlik və cəmiyyət rəsmiləri bu 

prosesin səmərəli qurulması üçün 

öz töhfələrini verirlər.

Onu da qeyd edək ki, Yeni Bakı 

Limanında ATZ-nin yaradılması ilə 

nəqliyyat və logistika infrastruk-

turunun, neft-kimya və əczaçılıq 

sahələrinin qurulması, müxtəlif 

çeşiddə malların istehsalı, qablaşdı-

rılması, markalanması və s. işlərin 

həyata keçirilməsi planlaşdırılır. 

ATZ ilə bağlı qanun layihəsinin 

Milli Məclisin payız sessiyasında 

müzakirəsi də nəzərdə tutulub.

Mütəxəssislərin fikrincə, 

ATZ-nin yaradılması bilavasitə 

Azərbaycan Respublikasının 

Prezidenti İlham Əliyevin respubli-

kamızda qeyri-neft sektorunun inki-

şafı, ölkəmizi Avrasiya regionunda 

nəqliyyat və logistika mərkəzinə 

çevirmək siyasətinin mühüm 

hissəsidir.

Prezident  İlham Əliyevin 

diqqət və qayğısı  sayəsində bu 

gün Azərbaycan iqtisadiyyatının 

bütün sahələri kimi, nəqliyyat 

sektoru da dinamik inkişaf edir. 

Bakı Limanının yenidən qurulma-

sı Azərbaycanın müasir tarixinin 

əlamətdar hadisələrindən biridir. Li-

manın gələcək inkişaf konsepsiyası 

bu qurumun nəqliyyat və logistika 

mərkəzinə çevirilmək siyasətinin 

dolğunluğunu, iqtisadi-siyasi, sosial 

və praktiki əhəmiyyətini, faydalılı-

ğını bir daha sübut edəcək.

Azərbaycan dövləti tərəfindən 

son illər ərzində nəqliyyat  infrast-

rukturuna, tranzit potensialına xüsu-

si diqqət ayrılıb. Bu sahələrə böyük 

investisiyalar yatırılıb. Avtomobil, 

hava, dəmir yolları, gəmiçilik, bir 

sözlə, adı çəkilən liman da daxil 

olmaqla bütün infrastrukturların 

beynəlxalq səviyyəyə çatması üçün 

addımlar atılıb. İndi isə azad ticarət 

zonası tipli xüsusi iqtisadi zona ya-

radılır və tezliklə gücləndirilmiş  iş 

rejimində bu zona da Azərbaycanın 

brendinə çevriləcək.  

Mütəxəssislərin fikrincə, 

Azərbaycanda iqtisadi zonaların 

təşkili haqqında qanun çoxdan 

qəbul edilsə də,  bu, respublikada 

formalaşdırılacaq ilk iqtisadi zona 

olacaq. Bu zonanın Ələtdə yaradıl-

masının əhəmiyyəti ondan ibarətdir 

ki, adıçəkilən qəsəbədə liman var. 

Eyni zamanda, iqtisadi zonalar üçün 

ən vacib amil xarici dövlətlərə çıxış 

imkanıdır. Yeni layihəyə əsasən, 

Azərbaycan xarici dövlətlərə çıxış 

imkanı qazanacaq. Bu, çox yaxın 

gələcəkdə ölkədəki iqtisadi inki-

şafa öz töhfəsini verəcək. Liman 

vasitəsilə yükdaşımalar kəskin 

artacaq, yeni istehsal sahələri və iş 

yerləri açılacaq.

İqtisadçı alim Vüqar Bayramov 

bildirdi ki, yeni yaradılacaq iqtisadi 

zona daha çox nəqliyyat, logistika 

zonasının formalaşmasına xidmət 

edir. İnvestisiyaların cəlb olunması 

burada əsas hədəf olaraq nəzərdə 

tutulub. Belə bir iqtisadi zonanın 

yaradılmasının üstünlüyü ondan 

ibarətdir ki, Azərbaycan tranzit ölkə 

olaraq öz imkanlarını genişləndirə 

biləcək və ölkə ərazisinə daha çox 

yükdaşımalara nail olacaq. Son 

dövrlər Azərbaycan ərazisində 

malların Avropadan və Türkiyədən 

Asiyaya aparılmasına olan marağın 

artmasını nəzərə alaraq yeni iqtisadi 

zonanın yaradılması Azərbaycanın 

imkanlarını genişləndirəcək. Yeni 

iqtisadi zona, həmçinin dövlət 

gəlirlərinin və büdcəyə daxil olan 

vəsaitin artmasına da səbəb olacaq. 

Bu addım, eləcə də məşğulluğun 

inkişafına müsbət   təsir göstərəcək. 

Çünki yeni investisiyaların cəlb 

olunması yeni iş yerlərinin yaran-

ması deməkdir.

V.Bayramovun sözlərinə görə, 

sözügedən zona digər sektorlarda 

da aktivliyin artmasına münbit 

şərait yaradacaq. İnvestisiya qo-

yuluşundan sonra yerli xammala 

ehtiyac yaranacaq. Bundan başqa, 

yeni iqtisadi zona imkan verəcək 

ki, iqtisadçı kadrların işlə təmin 

olunması həyata keçirilsin. Bu 

baxımdan yanaşsaq,     azad iqtisadi 

zona ehtiyatda olan məhsulların bir 

qisminin daxili bazara çıxarılma-

sına geniş imkan yaradacaq. Bu da 

sözsüz ki, öz növbəsində idxaldan 

asılılığın aradan qaldırılması və 

yerli məhsulun bazara çıxarılması 

cəhətdən çox vacibdir. 

Sonda onu da vurğulamaq 

yerinə düşər ki, Azərbaycanda tran-

zit imkanlarının genişləndirilməsi 

məqsədilə aparılan koordinasiya 

işlərinin, tranzit yükdaşımaları üçün 

yaradılan əlverişli şəraitin nəticəsi 

olaraq, cari ilin birinci yarısın-

da ölkə ərazisindən keçən yük 

avtomobillərinin sayı 2015-ci ilin 

müvafiq dövrü ilə müqayisədə 2,3 

dəfə artıb.



Vaqif BAYRAMOV,  

"Xalq qəzeti"

Azərbaycanda azad ticarət zonası  

tipli xüsusi iqtisadi zona yaradılır

 

ˆ

Azərbaycan Dövlət İqtisad Univer-



siteti (UNEC) Fransanın nüfuzlu ali təhsil 

müəssisələrindən olan Montpellier Universiteti və 

Beynəlxalq Biznes və İdarəetmə Məktəbi (CEFAM) 

ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində 

2016/2017-ci tədris ilində UNEC-in 10 tələbəsi 

adıçəkilən universitetlərdə təhsil alacaqdır.

UNEC və Montpellier 

Universiteti arasında reallaş-

dırılan ikili diplom proqra-

mına qoşulan beş tələbə bir 

akademik tədris ili ərzində 

Fransada təhsil almaqla 

dörd illik təhsil müddətinin 

sonunda, həm UNEC, həm 

də Montpellier Universite-

tinin bakalavr diplomlarını 

əldə edəcəkdir. Digər beş 

tələbə isə universitetlərarası 

tələbə mübadiləsi proqramı 

çərçivəsində bir semester 

ərzində CEFAM-ın kreditlərini 

qazanacaqdır. Sevindirici 

haldır ki, bu tələbələrdən üçü, 

eyni zamanda, Erasmus+ 

təqaüdünə də layiq görülüb.

Fransanın Azərbaycandakı 

səfirliyində növbəti tədris 

ilində Fransada təhsil ala-

caq gənclərlə görüş keçi-

rilib. Görüşdə Fransanın 

Azərbaycandakı fövqəladə və 

səlahiyyətli səfiri xanım Aure-

liya Buşez Fransada təhsil ala-

caq 50 tələbəni təbrik edib. O, 

Azərbaycanla Fransa arasında 

təhsil sahəsində əməkdaşlığın 

sürətlə inkişaf etdiyini bildirib 

və iki ölkənin universitetləri 

arasında ikitərəfli əlaqələrin 

əhəmiyyətindən danışıb. 

Tədbirdə Fransada təhsil 

alacaq gənclər arasında UNEC 

tələbələri və məzunlarının 

üstünlük təşkil etdiyi diqqətə 

çatdırılıb.



Elnarə ÖMƏROVA

UNEC

 tələbələri Fransada təhsil alacaqlar

 

ˆ

 Qışa hazırlığa yaydan başlamağın vacib-



liyi sübuta ehtiyacı olmayan həqiqətdir. Lənkəran 

Şəhər İcra Hakimiyyəti başçısı yanında növbəti 

şura iclasında bu fikir xüsusi vurğulanıb. 

 İclasda "2016-2017-ci 

illərin payız-qış mövsümünə 

hazırlıq sahəsində görül-

müş işlər və qarşıda duran 

vəzifələr" müzakirə edilib. 

ŞİH başçısının müavini – şəhər 

təsərrüfatı şöbəsinin müdi-

ri Möhübbət Babayevin bu 

barədə məruzəsi dinlənilib.  

O, istilik sistemləri, elektrik 

və qaz istismarı sahələrində, 

su-kanal , mənzil-istismar və 

kommunal, mənzil təsərrüfatı 

idarələrində, meşə mühafizəsi 

və bərpası, həmçinin   şəhər ya-

şıllaşdırma müəssisəsində, 42 

saylı yol-istismar idarəsində, 

Yuxarı Xanbulançay Hidroqov-

şağı İstismar İdarəsində, tele-

kommunikasiya qovşağında, 

təhsil , səhiyyə, mədəniyyət və 

turizm  sistemində, neft termi-

nalı bazasında, dəmiryol stansi-

yasında, , "Lənkəran-Sərnişin" 

ASC-də və şəhərdaxili yollarda 

payız-qış mövsümünə hazırlıq-

la əlaqədar görülən işlər barədə 

ətraflı məlumat verib, mövcud 

nöqsanları diqqətə çatdırıb. 

 Ayrı-ayrı xidmət sahə-

lərinin rəhbərləri qarşıdakı 

payız-qış mövsümünə hazırlıq 

sahəsində görülmüş işlərdən 

və qarşıda duran vəzifələrdən 

danışıb, təkliflərini söyləyiblər.  

  İclasa sədrlik edən 

Lənkəran ŞİH-nin başçısı 

Taleh Qaraşov 2016-cı ilin 

iş planına əsasən, rayonda 

payız-qış mövsümünə hazır-

lıq sahəsində görülmüş işləri 

dəyərləndirib, şəhər təsərrüfatı 

sistemində işlərin normal 

təşkili üçün qalan hazırlıq 

işlərinin də qısa müddətdə 

tam başa çatdırılacağına və 

mövcud nöqsanların aradan 

qaldırılacağına əminliyini ifadə 

edib. Şəhər rəhbəri noyabrın 

birinci ongünlüyündə   bu 

məsələnin yenidən müzakirə 

ediləcəyini bildirib və sonda 

xidmət sahələrinin rəhbərlərinə 

konkret tapşırıqlar verib.

 Əli NƏCƏFXANLI,  

"Xalq qəzeti"nin  

bölgə müxbiri

Lənkəranlılar qışa indidən hazırlaşırlar 

 

ˆ

Tarif (qiymət) Şurası dərman vasitələrinin 



qiymətlərinin bahalaşması ilə bağlı kütləvi in-

formasiya vasitələrində yer alan məlumatlara 

münasibət açıqlayıb.

APA-nın şuranın saytına 

istinadən verdiyi məlumata 

görə, şura dövlət qeydiyyatına 

alınmış 9850 dərman vasitəsinin 

qiymətinin Tarif (qiymət) Şurası 

tərəfindən təsdiq edildiyini, on-

lardan 7347 dərman vasitəsinin 

(75%-i) hazırda təsdiq edilmiş 

qiymətlərlə satışda olduğunu 

açıqlayıb: “Digər 2503 dərman 

vasitəsinin (25%-nin) təsdiq 

edilmiş qiymətləri isə cari ilin 

1 sentyabr tarixindən qüvvəyə 

minəcək.

1 sentyabr tarixindən 

etibarən qiymətləri təsdiq 

edilməyən dərman vasitələrinin 

satışı yalnız həmin dərmanların 

qiymətləri təsdiq olunduqdan 

sonra həyata keçirilməlidir”.

Qeyd olunub ki, Tarif 

Şurası tərəfindən qiymətləri 

təsdiq edilərək qüvvəyə 

minmiş dərman vasitələrinin 

qiymətlərində Şuranın qərarı ol-

madan hər hansı bir dəyişiklik, 

o cümlədən dərman vasitələrinin 

qiymətlərinin bahalaşması 

mümkün deyil.

Qiymətləri Tarif (qiymət) 

Şurası tərəfindən tənzimlənmiş 

9850 dərman vasitəsinin 

qiymətləri Şuranın rəsmi inter-

net saytında (www.tariff.gov.az) 

yerləşdirilib.



Tarif Şurası dərmanların baha qiymətə satılması 

barədə məlumatlara münasibət bildirib

 

ˆ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  



və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə 

təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 

"Dini radikalizmlə mübarizədə dini icmaların 

fəaliyyətinin təşkili" mövzusunda seminar-

müşavirə keçirilib. Dini icma sədrlərinin, imam və 

axundların, dini ayinlərin icraçılarının, ictimaiyyət 

nümayəndələrinin, ağsaqqal və gənclərin işti-

rak etdikləri tədbiri giriş sözü ilə RİH başçısının 

birinci müavini Rövşən Ağayev açıb. Geniş məruzə 

ilə çıxış edən DQİDK sədrinin birinci  müavini 

Səyyad Salahlı radikalizmlə mübarizədə dini 

icmaların rolu və fəaliyyəti barədə konkret fakt-

lar əsasında danışıb. Qeyd edib ki, radikal və dini 

cərəyanlara qarşı ciddi mübarizə ilahiyyat elminə 

əsaslanmaqla, dövlət mövqeyində sabit dayanmaq-

la aparılmalıdır.

Məruzəçi dünyanın bir 

sıra ölkələrində milli, dini 

zəmində münaqişələrin 

baş alıb getdiyi bir vaxtda 

Azərbaycanda tolerantlıq və 

multikultural dəyərlərin hökm 

sürdüyünü, dini radikalizm 

və ekstremizimlə mübarizədə 

milli-mənəvi dəyərlərimizin 

təbliğini, tolerant və multikul-

tural ənənələrimizin təşviqinin 

böyük əhəmiyyət daşıdığını 

vurğulayıb.

Qafqaz Müsəlmanları 

İdarəsinin İsmayıllı rayonu 

üzrə nümayəndəsi, "Cümə" 

məscidinin imamı Şahzadə 

Bilalov çıxış edərək deyib ki

İsmayıllıda dini durum sabit-

dir, qeyri-ənənəvi, radikal dini 

cərəyan və təriqətlərə qarşı 

mübarizə düşünülmüş qay-

dada, qanuni əsasda aparılır. 

İcmaların fəaliyyəti getdikcə 

yaxşılaşır. Lakin ilahiyyat 

elmini, Quranı dərindən 

mənimsəyən, haqqı müdafiə 

etməyi bacaran dini kadrlara 

daha çox ehtiyac var. Sonda 

DQİDK sədrinin birinci müa-

vini sualları cavablandırıb. 



İ. MUSAOĞLU, 

"Xalq qəzeti"nin  

bölgə müxbiri

İsmayıllıda dini radikalizmə qarşı mübarizə 

mövzusunda seminar-müşavirə 

 

ˆ

2016-cı ilin yanvar-iyul aylarında ölkədə 



32 milyard 122,6 milyon manatlıq və ya əvvəlki 

ilin eyni dövrünə nisbətən 3,0 faiz az ümumi daxili 

məhsul istehsal edilmişdir.

Dövlət Statistika 

Komitəsindən verilən 

məlumatda bildirilir ki, 

azalmanın əsas səbəbi tikinti 

sektorunda istehsalın 30,7 

faiz azalması olmuşdur. 

Eyni zamanda, informasiya 

və rabitə sahələrində əlavə 

dəyər 12,5 faiz, turistlərin 

yerləşdirilməsi və ictimai iaşə 

sahələrində 3,0 faiz, emal 

sənayesində 2,8 faiz, kənd 

təsərrüfatı, meşə təsərrüfatı və 

balıqçılıq sahələrində 2,6 faiz, 

mədənçıxarma sənayesində 

2,5 faiz, ticarət; nəqliyyat 

vasitələrinin təmiri sahələrində 

isə 2,0 faiz artmışdır. 

Cari ilin yanvar-iyul ayları 

ərzində istehsal olunmuş ümu-

mi daxili məhsulun 35,2 faizi 

neft-qaz sektorunun, 64,8 faizi 

isə iqtisadiyyatın qeyri-neft 

sahələrinin payına düşmüş-

dür. Bu dövrdə əhalinin hər 

nəfərinə düşən ümumi daxili 

məhsul 3340,6 manata bərabər 

olmuşdur.

                                                                           

Samirə ƏLİYEVA, 

 “Xalq qəzeti”

Azərbaycanda yeddi ayda 32,1 milyard manatlıqdan 

çox ümumi daxili məhsul istehsal olunub

 

ˆ

“İdarəetmə elmi və mühəndislik 



idarəetməsi” beynəlxalq konfransı (“ICMSEM 

2016”) bu il Azərbaycanda keçiriləcək.

Təhsil Nazirliyindən 

verilən məlumatda deyilir 

ki, 31 avqust–1 sentyabr 

tarixlərində keçiriləcək 10-cu 

konfransda əsasən, inkişaf et-

miş ölkələrdən (ABŞ, Kanada, 

Böyük Britaniya, Almaniya, 

Yaponiya, İspaniya, Türkiyə, 

Portuqaliya və s.) akademik 

səviyyədə təmsilçilik nəzərdə 

tutulur.


Konfransın təşkilatçıları 

Elm və Mühəndislik 

İdarəetməsi Beynəlxalq 

Cəmiyyəti, Azərbaycan 

Respublikası Təhsil Nazirli-

yi, Azərbaycan Respublikası 

Rabitə və Yüksək Texnologi-

yalar Nazirliyi, Azərbaycan 

Milli Elmlər Akademiyası, 

Azərbaycan Dövlət Neft 

və Sənaye Universiteti,  

Azərbaycan Dövlət İqtisad 

Universiteti, Azərbaycan 

Texniki Universiteti və Çinin 

Sıçuan Universitetidir.

Qeyd edək ki, “İdarəetmə 

elmi və mühəndislik 

idarəetməsi” beynəlxalq konf-

ransı 2007-ci ildən etibarən 

hər il dünyanın müxtəlif 

ölkələrində keçirilir. Bu il 

sözügedən konfransa MDB 

məkanında ilk dəfə olaraq, 

Azərbaycan ev sahibliyi 



 edəcək.

Samirə ƏLİYEVA,  

“Xalq qəzeti”

“ICMSEM 2016”

 Azərbaycanda keçiriləcək



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə