188 Müasir dövr Tarix və onun problemləri



Yüklə 380,44 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü380,44 Kb.
#52794


188                                                                            Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

 



HƏMZƏ ƏLIYEV 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı, tarixçi-tədqiqatçı 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

AZƏRBAYCAN RUSIYA DÖVLƏTLƏRI ARASINDA HUMANITAR 

ƏLAQƏLƏRIN INKIŞAFINDA MƏDƏNI MÜNASIBƏTLƏRIN ROLU 

 

Açar sözlər: mədəni, dövlət, əlaqə 

Ключевые слова: культурный, государство, контакт 

Key words: cultural, state, contact 

 

Azərbaycanla  Rusiya  arasında  mədəni  əlaqələr  tarixən  uzun  illər  mövcud  olmuş  və 

müxtəlif  formalarda  həyata  keçirilmişdir.  Mədəni  əlaqələrin  çoxşaxəli  inkişafı  hər  iki  ölkə 

arasında  humanitar  əlaqələrin  inkişafında  böyük  rol  oynamışdır.  Azərbaycanla  Rusiyanı  200 

illik  birgə  yaşayış  və  dostluq  telləri  bağlayır.  Xalqımız  uzun  illər  boyu  birlikdə  olmuş,  bir 

dövlətdə  yaşamışlar.  Lakin  müəyyən  dövrlərdə  müxtəlif  problemlər  və  çətinliklər  də 

olmuşdur. 

Azərbaycan Respublikası  müstəqillik əldə etdikdən sonra Heydər Əliyevin hakimiyyətə 

qayıdışı  vəziyyəti  kökündən  dəyişdi.  Hər  iki  ölkə  arasında  gərginlik  aradan  qaldırıldı,  bütün 

sahələrdə münasibətlər yüksələn xətlə inkişaf etməyə başladı. 

Müstəqil Dövlətlər Birliyinin digər üzv ölkələri ilə yanaşı Rusiya dövləti ilə də iqtisadi, 

siyasi, mədəni, sosial və başqa sahələrdə müqavilələr imzalandı. 

Azərbaycan Respublikası humanitar əlaqələrin bütün formalarından və istiqamətlərindən 

istifadə  edərək  Rusiya  ilə  bu  sahədə  əlaqələrin  yaranıb  inkişaf  etməsinə  nail  ola  bildi.  Bu 

əlaqələr  mədəniyyətin  bütün  sahələrini,  incəsənət,  ədəbiyyat,  kino,  teatr,  musiqi,  televiziya, 

radio  və  s.  əhatə  etmişdir.  Göstərilən  sahədə  əlaqələr  müxtəlif  formalarda,  istiqamətlərdə  və 

səviyyədə  baş  vermişdi;  qastrol  səfərləri  festival,  mədəniyyət  günləri,  həftələri,  illəri,  ayları, 

teatr  tamaşaları,  musiqi  festivalları,  sərgi  mübadiləsi,  konfrans,  simpozium  və  digər  forma-

larda təşkil edilib həyata keçirilmişdir. 

1990-cı ilin oktyabr ayında Rusiyada keçirilmiş gənc bəstəkarların “Azərbaycan-Rusiya” 

adlı festivalı böyük maraqla qarşılanmışdır. 

1991-ci  ildə  Moskva  şəhərində  dünya  poeziya  xəzinəsinə  misilsiz  sənət  inciləri  bəxş 

etmiş  dahi  Azərbaycan  şairi  Nizami  Gəncəvinin  850  illik  yubileyi  böyük  təntənə  ilə  qeyd 

edilmişdir.  Bu  əzəmətli  poeziya  bayramı  ərəfəsində  Azərbaycan  hökuməti  adından  görkəmli 

söz  ustasını  Rusiya  ictimaiyyətinə  daha  yaxından  tanıtmaq,  qonşu  ölkənin  poeziya  sevərləri 

arasında  mədəni  əməkdaşlığı  daha  da  möhkəmləndirmək  məqsədi  ilə  Nizami  Gəncəvinin 

abidəsi Moskva meriyasına təqdim edilmişdir. 

Rusiyanın  Ulyanovski  vilayətində  yaşayan  soydaşlarımız  Nizami  adına  mədəniyyət 

Mərkəzi  yaratmışlar.  Mərkəzin  əsas  məqsədi  vilayətdə  yaşayan  40  mindən  çox  soydaşımıza 

müstəqil  respublikamızın  iqtisadi,  siyasi,  mədəni  həyatındakı  yeniliklər  barədə  məlumat 

vermək,  incəsənət  ustalarının  qastrollarını  təşkil  etmək,  sərgilər  vədigər  mədəni  tədbirlər 

keçirmək olmuşdur. 

1991-ci il noyabr ayının 17-də Moskvada Azərbaycanın dahi şairi Məhəmməd Fizulinin 

500 illik təntənəli yubileyi keçirilmişdir. 




Müasir dövr                                                                       189 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

Azərbaycan – Rusiya humanitar əlaqələrinin daha da möhkəmləndirilməsində 1991-ci il 



iyun  ayının  8-13-nə  kimi  Azərbaycanda  Rusiya  federasiyası  mədəniyyəti  günlərinin 

keçirilməsinin  az  rolu  olmamışdır.  Rusiya  mədəniyyəti  günləri  çərçivəsində  tədbirlər  təkcə 

Bakıda deyil, həm də Naxçıvanda, Gəncədə, Sumqayıtda, Şəkidə və Lənkəranda keçirilmişdir. 

1991-ci  il  may  ayının  15-də  Azərbaycan  Dövlət  İncəsənət  Muzeyində  məşhur  Rusiya 

rəssamı Mikas Safranovun sərgisi açılmışdır. 

1991-ci il aprel ayının 26-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən 

Azərbaycan Respublikasının mədəniyyət günləri də çox təsirli olmuşdur. Ölkəmizin Moskva-

da mədəniyyət günləri çərçivəsində Moskva  Rəssamlar İttifaqının sərgi salonunda  “Azərbay-

can təsviri sənəti” sərgisi və tanınmış Azərbaycan kinorejissoru, respublikanın xalq artisti Əj-

dər İbrahimovun xatirə lövhəsi asılmışdır. Bundan başqa sərgidə xalqımızın tanınmış rəssam-

larından Səttar Bəhlulzadənin, Tahir Salahovun, Mikayıl Abdullayevin, Toğrul Nərimanbəyo-

vun, Asəf Cəfərovun, Oqtay Seyfullayevin və başqalarının tabloları nümayiş etdirilmişdir. 

1995-ci  ildə  Moskvada  keçirilən  “Dostlarımızın  musiqisi-95”  Beynəlxalq  musiqi  festi-

valı  xüsusi  maraq  doğurmuşdu.  Tədbirdə  nümayəndə  heyətində  Respublika  Bəstəkarlar  İtti-

faqının  sədri  Tofiq  Quliyev,  bəstəkarlardan  Arif  Məlikov,  Tofiq  Bakıxanov,  Məmməd  Quli-

yev, musiqişünas Ramiz Zöhrab və b. iştirak etmişlər. Həmin ilin martında Tatarıstan Respub-

likasının Mədəniyyət Nazirliyinin dəvəti ilə Azərbaycanın Dövlət Gənclər teatrının kollektivi 

Tatarıstanın  paytaxtı  Kazan  şəhərində  türk  milli  xalqların  teatr  kollektivlərinin  beynəlxalq 

“Novruz” festivalında iştirak etmişlər. 

1995-ci il iyunun 17-dəAzərbaycan Yazıçılar Birliyində dahi rus şairi A.S.Puşkinin 200 

illik  yubileyi  ilə  əlaqədar  tədbir  keçirilmişdir.  Tədbirdə  Yazıçılar  Birliyinin  sədri  Anar, 

Rusiyanın Azərbaycandakı səfiri Aleksandr Bloxin və başqaları çıxış etmişlər. 

2000-ci  il  iyun  ayının  26-dan  iyulun  1-dək  Azərbaycanda  Rusiya  Federasiyası  və 

Moskva şəhərinin mədəniyyət günləri keçirilmişdir. Tədbirdə 250 nəfərdən çox qonaq iştirak 

etmişdir. Mədəniyyət  günlərinin açılışı ilə bağlı ilk tədbir iyunun 26-da M.F.Axundov adına 

Dövlət kitabxanasında keçirilmiş, orada Respublikanın mədəniyyət naziri Polad Bülbüloğlu və 

Rusiya  Federasiyasının  mədəniyyət  naziri  Mixail  Şvidkov  çıxış  etmiş  və  KİB  nümayəndə-

lərinin çoxsaylı suallarını cavablandırmışlar. 

İyun  ayının  27-də  isə  R.Mustafayev  adına  Dövlət  İncəsənət  Muzeyində  və  Bədii  Sərgi 

Salonunda rus müəlliflərinin əsərlərinin sərgisi açılmışdır. 

Mədəniyyət  günləri  ilə  bağlı  böyük  təntənəli  mərasim  iyunun  27-də  Respublika 

Sarayında keçirilmişdir. Tədbir çərçivəsində Azərbaycan Dövlət Musiqili Komediya teatrında, 

habelə Opera və Balet teatrında bir sıra tamaşalar nümayiş etdirilmişdir. Bundan əlavə qonaq-

lar Bakının Qaradağ rayonunda və Sumqayıt şəhərində olmuş, sakinlərlə görüşlərkeçirmişlər. 

Mədəniyyət  günlərinin  təntənəli  bağlanış  mərasimiisə  iyunun  30-da  ölkə  Prezidenti 

Heydər Əliyevin iştirakı ilə Respublika Sarayında keçirilmişdir. 

Azərbaycan-Rusiya  humanitar  əlaqələrinin  genişlənməsinə  Moskvada  böyük  Azərbay-

can  eposu  “Kitabi-Dədə-Qorqud”un  1300  illiyinin  böyük  təntənə  ilə  bayram  edilməsinin 

böyük təsiri olmuşdur. 

Azərbaycan-Rusiya  mədəni  münasibətlərinin  inkişafında  Respublika  Prezidenti  Heydər 

Əliyevin  Rusiya  Federasiyasının  prezidenti  Vladimir  Putinin  dəvəti  ilə  iyunun  8-9-da  Sank 

Peterburq şəhərində işgüzar səfərinin də ciddi əhəmiyyəti olmuşdur. Həmin günün səhəri, yəni 

iyunun 9-da Sank-Peterburqun Kamennostrovski prospektindəki bağda dahi Azərbaycan şairi 

Nizami  Gəncəvinin  abidəsinin  açılışına  həsr  olunmuş  təntənəli  mərasim  keçirilmişdi.  Hər  iki 

dövlət  başçısı  Heydər  Əliyev  və  Vladimir  Putin  mərasim  iştirakçıları:–  ictimaiyyətin  nüma-



190                                                                            Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

yəndələri,  dövlət  və  mədəniyyət  xadimləri,  Azərbaycan  diasporunun  üzvləri  tərəfindən 



alqışlarla qarşılanmışdır. 

2002-ci  il  aprelin  21-dən  26-na  kimi  Azərbaycan  Respublikasında  Rusiya  mədəniyyəti 

günləri  keçirilmişdir.  Rusiyalı  qonaqlar  ölkəmizdə  mədəniyyət,  ictimai  və  təhsil  ocaqlarında 

müxtəlif görüşlər keçirmişlər. 

Həmin  günlərin  arxasınca  Moskva  yaxınlığındakı  Reutov  şəhərində  “Bütün  Rusiya-

2002”  kütləvi  informasiya  vasitələrinin  VII  festivalı  öz  işini  başa  çatdırmışdı.  Tədbirə 

Rusiyanın bütün regionlarından 800 nümayəndə toplaşmışdı. Həmin tədbirə Azərbaycan Milli 

Bürosunun  kordinatoru  Oleq  Əliyevin  rəhbərlik  etdiyi  nümayəndə  heyəti  də  qatılmışdır. 

O.Əliyev  Rusiya  Jurnalistlər  Birliyinin  sədri  Y.Baqdanov  və  bir  sıra  KİV  rəhbərləri  ilə 

görüşüb, danışıqlar aparmışdı. 

Azərbaycan-Rusiya  humanitar  əlaqələrinin  inkişafınahər  iki  xalqın  musiqi  ictimaiyyə-

tininfəaliyyəti  də  ciddi  təsir  göstərmişdi.  Bu  faktor  1991-2005-ci  il  illərdə  də  mühüm  rol 

oynamışdır.  Musiqi  çox  güclü  bir  təsirə  malik  olanmənəvi  vasitədir.  Belə  ki,  musiqiöz 

məqsədivə mahiyyətinə görə ünsiyyət vasitəsidir. Hər zaman belə günlər olub və gələcəkdə də 

olacaqdır.  Göstərilən  illər  Azərbaycan-Rusiya  musiqi  aləmi  üçün  xarakter  olmuşdur. 

Beynəlxalq  musiqi  həyatının  mühüm  qolunu  təşkil  edən  və  Rusiya  Bəstəkarlar  İttifaqı 

tərəfindən  keçirilən  “Dostların  musiqisi”  festivalı  həmin  məqama  qulluq  etmişdir.  1994-cü il 

tarixdən başlayan  və ardıcıl davam edən bu festivallarda ayrı-ayrı ilərdə Q.Qarayev,  A.Məli-

kov, T.Bakıxanovun, X.Mirzəzadə, M.Mirzəyev, M.Quliyev, F.Əlizadə və başqa bəstəkarların 

musiqisi səslənmişdir. 

Mədəniyyət  sahəsində  hər  iki  xalqı  mənəvi  cəhətdən  birləşdirmək  sahəsində  ədəbi 

əlaqələrin  də  mühüm  əhəmiyyəti  olmuşdur.  Cəmi  otuz  il  yaşamış,  lakin  rus  poeziyasında 

silinməyən  izlər  qoyub  getmiş  Sergey  Aleksandroviç  Yesenin  doğma  Bakımızla  da  qəlbən 

bağlı  bir  şair  olmuşdur.  Qorkinin  “xilqətən  poeziya  üçün  yaranmış  bir  varlıq”  adlandırdığı 

Yesenin Blok  və Mayakovski ilə yanaşı duran istedadlı söz sənətkarı  kimi çox tez məşhurla-

şaraq  xalqının  sevimlisinə  çevrilmişdir.  Onun  zəngin  yaradıcılığında  Azərbaycan  mühiti, 

təbiəti,  xüsusən  Bakı-Mərdəkan  gözəllikləri  ümumşərq  koloriti  kimi  verilmişdi.  Bakıda-

Mərdəkan  bağlarında  istirahət  edərkən  yazdığı  “İran  nəğmələri”  silsiləsindən  20  şeiri  məhz 

doğma diyarımıza həsr olunmuşdur. Odur  ki, tarixən söz və sənət qədri bilən xalqımız onun 

adına muzey yaratmışdır. 

2003-cü ilin oktyabrın 3-də Mərdəkanda Sergey Yeseninin xatirə ev muzeyində toplaşan 

qonaqlar  bu  dəfədə  mənəvi  bir  poeziya  gününün  iştirakçısı  olmuşlar.  AMEA-nın  Nizami 

Gəncəvi  adına  Azərbaycan  Ədəbiyyatı  Muzeyinin  filialı  kimi  fəaliyyət  göstərən  bu  xatirə 

ocağı  Yeseninin  poeziyasının  təbliğində,  Azərbaycan-Rusiya  əbədi  əlaqələrinin  möhkəmlən-

dirilməsində  xüsusi  rol  oynayır.  Həmin  tədbirdən  sonra  muzeydə  “XVIII-XIX  əsrlər  rus 

incəsənəti” sərgisinin açılışı olmuşdur. Tədbirdə Rusiya Mədəniyyət Naziri Mixail Şvidkov və 

Azərbaycan  Rəssamlar  İttifaqının  sədri  Fərhad  Xəlilov  çıxış  etmişlər.  Azərbaycan  Yazıçılar 

Birliyi  və  Kinematoqrafçılar  İttifaqındakı  görüşlər,  M.F.Axundov  adına  Azərbaycan  Dövlət 

Kitabxanasında  Rusiya  və  Azərbaycan  idmançıları  arasında  şahmat  üzrə  dostluq  turnirinin 

açılışı,  Çaykovski  adına  Dövlət  Akademik  Böyük  SimfonikOrkestrinin  Respublika  sara-

yındakı konserti də eyni günə təsadüf etmişdir. 

Azərbaycanın  xalq  yazıçısı  Elçin  xarici  ölkələrdə,  o  cümlədən  Rusiyada  ən  çox  çap 

olunan  sənətkarlardan  biridir.  Onun  roman,  povest  və  hekayələri  eləcə  də  pyesləri  müxtəlif 

ölkələrdə, o cümlədən Rusiyada çap olunur, tamaşaya qoyulur və geniş oxucu auditoriyasının 

rəğbətini qazanır. 



Müasir dövr                                                                       191 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

2004-cü ildə Moskvanın məşhur və nüfuzlu “Avallon” nəşriyyatı Elçinin “Ölüm hökmü” 



adlı kitabını nəfis şəkildə çapdan buraxmışdır. 

2004-cü il iyunun 21-də  Azərbaycan Yazıçılar Birliyinin dəvəti ilə işgüzar səfərə  gələn 

Rusiyanın  məşhur  və  qədim  ədəbiyyat  jurnallarından  biri  olan  “Drujba  narodov”  jurnalının 

baş  redaktoru  Aleksandr  Ebanoidze  ilə  görüş  keçirilmişdir.  Görüşdə  görkəmli  yazıçılar, 

şairlər, elm və mədəniyyət xadimləri iştirak etmişlər. 

2005-ci  il  aprelin  20-də  MoskvadaMillətlər  Evində  “Ocaq”  Azərbaycan  Mədəniyyəti 

Cəmiyyəti  və  Azərbaycan  Yazıçılar  Birliyinin  Moskva  bölgəsinin  təşkilatçılığı  ilə  görkəmli 

Azərbaycan  yazıçısı  və  mütəfəkkiri  Cəlil  Məmmədquluzadənin  140  illiyinə  həsr  olunmuş 

ədəbi gecə  keçirilmişdir. Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz  Abdul-

layev, birliyin məsul katibi, Azərbaycan ədəbiyyatı fondunun baş direktoru Nazim İbrahimov 

və başqaları ustadın həyat  və yaradıcılığından, “Molla Nəsrəddin” jurnalının əhəmiyyətindən 

danışmışlar. 

2004-cü il fevralın 16-da Moskvada, Kreml sarayında Azərbaycan ilinin təntənəli açılış 

mərasimi  olmuşdur.  Rusiyanın  və  Azərbaycanın  dövlət  bayraqları  ilə  bəzədilmiş  salona 

toplaşanlar  Azərbaycan  Respublikasının  prezidenti  İlham  Əliyevi  və  Rusiya  Federasiyasının 

prezidenti  Vladimir  Putini  hərarətli  alqışlarla  qarşılaşmışlar.  Açılış  mərasimində  hər  iki 

prezident  çıxış  etmişlər.  Rəsmi  hissədən  sonra  Azərbaycan  incəsənət  ustalarının  iştirakı  ilə 

geniş proqramda konsert verilmişdir. 

2004-cü  il  aprelin  22-də  Azərbaycan  ili  çərçivəsində  Moskva  şəhərində  Y.Vaxtanqov 

adına  Dövlət  teatrı  nəzdindəki  Ali  teatr  məktəbinin  səhnəsində  dahi  Üzeyir  Hacıbəyovun 

dünyada  məşhur  olan  “Arşın  mal  alan”  musiqili  komediyasının  yeni  quruluşda  ilk  tamaşası 

böyük uğurla keçmişdir. 

2004-cü il oktyabrın 21-də Mədəniyyət Nazirliyində Azərbaycan respublikası ilə Rusiya 

federasiyasının  Sverdlovski  vilayətinin  mədəniyyət  sahəsində  əməkdaşlığının  daha  da  geniş-

ləndirilməsinə dair protokol imzalanmışdır. Bunun nəticəsində Rusiya federasiyasının  Sverd-

lovsk  vilayətinin  Azərbaycanda  mədəniyyət  günləri  çərçivəsində  oktyabrın  22-də  Heydər 

Əliyev adına sarayda incəsənət ustalarının böyük konserti olmuşdur. Həmin gün Azərbaycan 

Respublikasının prezidenti İlham Əliyev prezident sarayında Sverdlovsk vilayətinin quberna-

toru Eduard Rosseli qəbul etmişdir. Qonağı səmimi salamlayan dövlət başçısı Bakıda  Sverd-

lovsk  vilayəti  mədəniyyət  günlərinin  keçirilməsini  Azərbaycan-Rusiya  əlaqələri  tarixində 

əlamətdar bir hadisə kimi qiymətləndirilmişdir. 

2004-cü  il  iyunun  12-dək  ölkəmizdə  keçirilən  Rusiya  mədəniyyəti  günləri  də  maraqlı 

olmuşdur. Rusiyanın Mədəniyyət və kütləvi Kommunikasiyalar Naziri  Aleksandr  Sokolovun 

başçılığı ilə respublikamıza 170 nəfərə yaxın qonaq gəlmişdir. 

Yeri gəlmişkən demək olar ki, 1994-cü ildən başlayaraq Rusiya ilə Azərbaycan arasında 

mədəniyyət günlərinin keçirilməsi artıq ənənə şəklini almışdır. 

Mədəniyyət  günləri  çərçivəsində  Azərbaycan  Respublikasının  Mədəniyyət  Nazirliyi  ilə 

Rusiya federasiyasının Mədəniyyət və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında əməkdaş-

lıq  haqqında  protokol  və  kitabxanaçılıq  işində  qarşılıqlı  fəaliyyət  haqqında  saziş  imzalan-

mışdır.  Bu  müqavilə  əsasında  mədəniyyət  günləri,  festivallar  keçirilməsi,  bir-birinə  musiqi 

kollektivləri  göndərilməsi,  dram  teatrlarının  bədii  kollektivlərinin  və  ayrı-ayrı  ifaçıların 

qastrollarının təşkil olunması nəzərdə tutulmuşdur. Sonralar bu işlər uğurla davam etdirilmiş, 

tərəflər xalq yaradıcılığısahəsində də əməkdaşlıq etmiş, xalq yaradıcılığı evləri və özfəaliyyət 

kollektivləri arasında birbaşa əlaqələr yaradılmışdır. 




192                                                                            Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

Muzey  işi  və  sərgi  fəaliyyəti  sahəsində  əməkdaşlıq,  ali  və  orta  ixtisas,  mədəniyyət  və 



incəsənət məktəbləri arasında da birbaşa əlaqələr yaradılmış, biri-birinə tələbələr göndərilmiş, 

yaradıcılıq  stajları,  informasiya  mübadiləsi,  Rusiya  və  Azərbaycan  xalqlarının  tarixi-mədəni 

irsinin öyrənilməsi, axtarışı və qeydiyyata alınması da həyata keçirilmişdir. 

Azərbaycanda  Rusiya  mədəniyyəti  günlərində  proqrama  uyğun  olaraq  “Nizami”  kino-

teatrında Rusiyanın kino həftəsi başlamışdır. Həftə “Karmen” filminin nümayişi ilə açılmışdı. 

2005-ci  ilin  noyabr  ayında  Səməd  Vurğun  adına  Azərbaycan  Dövlət  Rus  Dram  teatrı 

Rusiyada qastrol səfərində olmuşdur. Layihə Rusiya teatr xadimləri İttifaqı yanında “MDB və 

Baltika  ölkələri  Rus  teatrlarının  Dəstəklənməsi  Mərkəzi”nin  proqramı  çərçivəsində  həyata 

keçirilmişdir. Azərbaycanı təmsil edən teatr kollektivi Rusiyanın Belqorod, Oryol və Bryansk 

şəhərlərində tamaşalar göstərmiş, sonda isə Rusiya teatr ictimaiyyəti qarşısında çıxış etmişlər. 

2005-ci il aprel ayında Mossovet adına Dövlət Akademik teatrı Bakıda qastrol səfərində 

olmuşdur. Onlar aprelin 12-də Azərbaycan DövlətMusiqili Komediya teatrının səhnəsində rus 

ədəbiyyatlarının  klassiklərindən  olan  Anton  Çexovun  “Qağayı”  pyesi  əsasında  tamaşa 

göstərmişlər. 

Həmin  il,  noyabr  ayının  5-də  Moskva  Dövlət  Konservatoriyasının  Raxmaninov  adına 

salonunda  “Moskva  payızı  25”  Beynəlxalq  müasir  musiqi  festivalı  çərçivəsində  SSRİ  xalq 

artisti, Lenin və Dövlət Mükafatları laureatı, professor Qara Qarayevin 85 illik yubileyinə həsr 

olunmuş konsert verilmişdir. 

Beləliklə,  yuxarıda  göstərilən  faktlar  göstərir  ki,  1991-2005-ci  illərdə  Azərbaycanın 

ictimai  həyatının  digər  sahələrində  olduğu  kimi,  onun  Rusiya  ilə  dövlətlərarası  geniş  huma-

nitar  əlaqələri  də  mövcud  olmuşdur.  Həmin  əlaqələr  demək  olar  ki,  hər  iki  MDB  üzv 

dövlətinin  humanitar  inkişafına  xidmət  edən,  güclü  təsir  göstərən  və  ölkələrarası  dostluq  və 

əməkdaşlıq meyllərini gücləndirən bütün istiqamətlərini və formalarını əhatə etmişdir. Görü-

lən işlər, həyata keçirilən ənənəvi tədbirlər Azərbaycan-Rusiya dövlətlərinin həmin sahələrdə 

əməkdaşlıqlarının  möhkəmləndirilməsi  işini  gücləndirmiş  və  hər  iki  xalqın  humanitar 

inkişafının həmin dövrdə qarşısında duran mühüm vəzifələrinin həyata keçirilməsində böyük 

rol oynamışdır. 

Ədəbiyyat: 

1.

 



"Musiqi dünyası" jurnalı 

2.

 



"Xalq"qəzeti 

3.

 



"Azərbaycan" qəzeti 

4.

 



"Ədəbiyyat" qəzeti 

5.

 



"Bakinskiy raboçiy" qəzeti 

6.

 



Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin cari arxivi 

7.

 



"Respublika" qəzeti 

8.

 



Azərbaycan-Rusiya, Rusiya-Azərbaycan, 1992-2002 sənədlər toplusu. 

9.

 



H.Əliyev - XXI əsr, Azərbaycan-MDB ölkələri. (monoqrafiya), Bakı, 2008-ci il  

 

 



 

 

 




Müasir dövr                                                                       193 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

 



ХАМЗА АЛИЕВ 

Диссертант Института Истории имени А.А.Бакиханова НАНА  

 

РОЛЬ КУЛЬТУРНЫХ СВЯЗЕЙ В РАЗВИТИИ ГУМАНИТАРНЫХ 

ОТНОШЕНИЙ МЕЖДУ ГОСУДАРСТВАМИ АЗЕРБАЙДЖАНА И РОССИИ 

 

 



Исторически культурные связи между Азербайджаном и Россией существовали в 

течение  долгих  лет  и  осуществлялись  в  разных  формах.  Многостороннее  развитие 

культурных  связей  играли  важную  роль  в  развитии  гуманитарных  отношений  между 

двумя странами. Россию и Азербайджан связывают двести лет совместного проживания 

и дружбы. Наши народы долгие годы были рядом ижили в составе одного государства. 

Но, конечно в разные времена возникали разные проблемы и трудности.  

 

Возвращение  к  власти  Гейдара  Алиева  после  обретения  независимости 



Азербайджаном  в  корне  изменило  ситуацию,  была  устранена  напряженность  между 

обеими  государствами,  отношения  начали  развиваться  по  восходящей  линии  во  всех 

областях, в том числе в области гуманитарных связей. 

 

В  статье  на  основе  широких  фактов  всесторонне  освещаются  претворенные  в 



жизнь работы в области создания, расширения и укрепления гуманитарных отношений 

между Азербайджанской Республикой и Российской Федерацией за 1991-2005 годы.  

 

HAMZA ALIEV 

Dissertator of the Institute of History named after Bakikhanov of NAS 

 

ROLE OF CULTURAL TIES IN DEVELOPMENT OF HUMANITARIAN 

RELATIONS BETWEEN THE AZERBAIJANI AND RUSSIAN STATES 

 

 



Historically  the  cultural  ties  between  Azerbaijan  and  Russia  existed  within  long  years 

and  were  carried  out  in  different  forms.  Multilateral  development  of  cultural  ties  played  an 

important  role  in  development  of  the  humanitarian  relations  between  two  countries.  Russia 

and  Azerbaijan  are  connected  by  two  hundred  years  of  cohabitation  and  friendship.  Our 

people for many years were near, and lived in one state. But, certainly at various times there 

were different problems and difficulties in thatrelations. 

 

Heydar  Aliyev's  return  to  power  after  that  Azerbaijan  get  it's  independencea  situation 



changed  in  a  root,  an  intensity  between  both  states  was  eliminated,  the  relations  started 

developing  in  the  line  of  ascent  in  all  areas,  including  in  the  field  of  humanitarian 

communications. 

 

In article on the basis of the wide facts are comprehensively shinedthe realized works 



in the field of creation, expansions and strengthenings of the humanitarian relations between 

the Azerbaijan Republic and the Russian Federation for years of 1991-2005. 



 

Rəyçilər: t.e.d.S.A.Sayadov, t.e.d.R.C.Süleymanov 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun 19.11.2008-cü il tarixli iclasının 

qərarı ilə çapa məsləhət görülmüşdür (pr. №09). 

Yüklə 380,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə