19 cu əsirin evellerinde neft sənayesi



Yüklə 11,45 Kb.
tarix18.03.2018
ölçüsü11,45 Kb.

19 cu əsirin evellerinde neft sənayesi

Rusiya Brest-Litovsk sülh müqaviləsinin Osmanlıya aid bəndlərinin qüvvədən düşdüyünü bəyan etdi. 1918-ci il 20 sentyabr tarixdə Sovet Rusiyası fransız dilində notanı teleqram vasitəsilə yaydı. Notada bolşevik hökuməti Bakının türk ordusu tərəfındən zəbt olunmasına etiraz etdi. Notada Sovet Rusiyası türk qoşunları tərəfındən Bakının zəbt olunmasından təəsüfləndiyini bildirdi… Və Brest-Litovsk müqaviləsinin hüquqi qüvvəsini itirdiyini bəyan etdi. Nota xalq xarici işlər komissarı Çiçerin tərəfındən imzalanmışdı. 


Sovet Rusiyası birtərəfli qaydada Qars, Ərdəhan və Batum üzərində Osmanlı dövlətinin hüququnu tanımadığını elan etdi. Yaranmış vəziyyətlə əlaqədar Osmanlı dövlətinin baş naziri Tələt paşa və xarici işlər naziri Əhməd Nəsimi bəy Almaniya ilə bir daha müzakirələr aparmaq üçün Berlinə gəldi. Berlində onlar Sovet səfıri A.İoffe ilə Bakı məsələsini müzakirə etdilər. Bu görüşdə Tələt paşa Bakı məsələsinin danışıqlar yolu ilə həll olunmasını təklif etdi. Tələt paşa Türkiyənin rus ərazisini işğal etmək niyyətində olmadığını bildirdi. Eyni zamanda türk ordusu tərəfındən Bakının zəbt olunmasının müntəzəm xarakter daşımadıgını, Nuru paşanın rəsmi bir şəxs olmadığını və ona dövlət tərəfındən bir səlahiyyət verilmədiyini bildirdi. Görüşlərin sonunda Tələt paşa Qafqaz işlərinə heç bir surətdə qarışmayacağına dair rəsmən yazılı bir təminat verməyə hazır olduğunu da bildirdi. 
Həmçinin, türk ordusunun tezliklə Bakıdan çəkiləcəyini bəyan etdi. Tələt paşanın bu cür davranmağı müharibənin sonunun yaxınlaşdığına və Osmanlı dövlətinin məğlub olacağına qabaqcadan bir işarə idi. Almaniya tərəfındən Osmanlının Qafqaz siyasəti dəstəklənmədiyi üçün, türk diplomatiyası Rusiyaya bəzi güzəştlərə getməyə hazır olduğunu göstərdi. Tələt paşanın bu mövqeyindən cəsarət alan İoffe 1918-ci il 24 sentyabr görüşündə Bakının tamamən boşaldılmasını və dəymiş zərərin ödənilməsini Türkiyə tərəfındən tələb etdi. Sovet səfırinin bu cürətli davranışına qarşı Tələt paşa türklərin hər hansı bir sahəni Sovet Rusiyasına təslim etməyəcəyi fıkirini çatdırdı. Berlində bir ay davam edən görüşlər heç bir nəticə vermədi. 
Xarici işlər naziri Əhməd Nəsimi bəy Sovet Rusiyasına verdiyi son notada türk ordusunun Bakını tutmasında haqlı olduğunu bildirdi. Nəhayət, Sovet hökumətindən tələb etdi ki, özünün elan etdiyi millətlərin öz müqəddaratını təyinetmə hüquq prinsipinə səmimidirlərsə, bunu Qafqazdakı millətlərə də şamil etsinlər. Çatdırıldı ki, V.İ.Leninin millətlərə öz müqəddəratını təyin elmə hüququ vermə planı Sovet Rusiyasının daxili vəziyyətini düzəldənə qədər istifadə olunan 
aldadıcı bir vasitədir. 
Birinci Dünya müharibəsi dövründə Almaniyanın Azərbaycan siyasəti də diqqəti daha çox cəlb edir. Almaniyanın Cənubi Qafqaz siyasətinin maraqlı cəhətləri aşağıdakılar idi. 
Osmanlı dövləti birinci dünya müharibəsinə bilavasitə Almaniyanın təhriki ilə qoşulmasına baxmayaraq, Almaniya müharibənin sonuna qədər öz müttəfıqlik missiyasını şərəflə yerinə yetirmədi. Beləliklə, türk ordusunun Bakı hərəkatı nəinki alqışlandı, əksinə, bu hərəkatın qarşısını almaq üçün Almaniya Sovet Rusiyası ilə bir cəbhədən çıxış etdi. 
Almaniyanın Qafqaz siyasətinin ağırlıq mərkəzini Bakı neftinin ələ keçirilməsi planı təşkil edirdi. Türk ordu qrupunun Qafqaz yürüşü üçün Gümrü-Tiflis-Gəncə dəmir yolu əhəmiyyət kəsb edirdi. Almaniyanın Gürcüstandakı siyasi təmsilçisi olan general fon Kress türk ordusunun bu nəqliyyat dəhlizindən istifadəsinə ciddi mane olurdu. General fon Kressin Gürcüstan hökumətinə tapşırığına uyğun olaraq Gürcüstanın nəqliyyat xətti Osmanlı dövlətinin üzünə bağlandı. Almaniya bu yolla həm gürcüləri, həm də erməniləri türklərə qarşı cəbhə yaratmağa vadar edirdi. Çünki Almaniya Gürcüstanda olan qüvvələri ilə Bakını işğal edə bilməyəcəyini yaxşı başa düşürdü. Bakını tuta bilməyəcəyi təqdirdə, heç olmasa türklərlə birlikdə Bakıya girmək niyyətində idi. 
Tiflisdə general fon Kress Şərq orduları qrup komandanı Xəlil paşaya göndərdiyi teleqramda bildirirdi ki, Bakı şəhərində asayişin qurulmasında, sizin sərəncamınıza bir alman taburu göndərməyə hazırıq. Bu yolla Almaniya bir alman taburu hesabına əldə olunan zəfərdən pay almaq istəyirdi. 
Türkiyə tərəfı fon Kressin teleqramına cavabı uzatdı və təkbaşına Bakını tutmaq üçün vaxt qazandı. Almanlar türk ordusunun Azərbaycan hərəkatını qabaqlamaq üçün başqa vasitələrdən də istifadə etmək istəyirdi. Bunun üçün Osmanlı Baş Qərərgahında mühüm vəzifələrdə çalışan alman zabitləri xüsusi bir plan hazırlamışdı. Bu plana görə türkləri qabaqlamaqla Batum-Tiflis-Bakı dəmir yolu ilə alman hərbi birləşməsini hərəkət etdirmək, Xəzər dənizində donanmanın hesabına nəzarəti ələ almaq və nəhayət, İrandan sıxışdırılmış ingilislərin yerinə Ənzəlidə hərbi qərargah yaratmaq idi. Bu üçbucaqda nüfuzunu artırmaqla almanlar Bakıda hakimiyyəti ələ keçirmək istəyirdi. Bu məsələdə almanlar gürcü və ermənilərə ümid bəsləyirdi. 
Təsadüfı deyil ki, Azərbaycan Cümhüriyyətinə Almaniya çox qısqanclıqla yanaşırdı. Azərbaycan hökumətini tanımayan Almaniya heç azərbaycanlıları da türk qəbul etmirdi. Almaniya hökuməti deyirdi ki, azərbaycanlılar tatardılar. Bu yolla almanlar Azərbaycan ilə Türkiyə arasında olan etnik yaxınlığı inkar etmək istəyirdi. 
Ümumiyyətlə, Avropa dövlətlərinin Birinci Dünya müharibəsi illərində Azərbaycana dair siyasətini ümumiləşdirərkən belə nəticəyə gəlmək olur ki, onların Azərbaycana göstərdikləri «qayğı» Osmanlı dövləti istisna olmaqla Azərbaycan xalqının mənayefınə deyil, həmin dövlətlərin geosiyasi maraqlarına xidmət edirdi.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə