19 mart 2017-ci il, bazar 7



Yüklə 61,27 Kb.

tarix30.12.2017
ölçüsü61,27 Kb.


19 mart 2017-ci il, bazar

7

 

ˆ

Hər xalqın həyatında bayramlar önəmli yer tutur. 



Onların içərisində eləsi var ki, min illərdən keçib gələrək milli 

varlığın bir çox dəyərlərini özündə cəmləşdirib, müqəddəsləşib. 

Azərbaycan xalqının belə bayramı hər il baharın gəlişi ilə bağlı 

böyük coşqu və ümumxalq təntənəsi ilə əlamətdar olan Novruzdur. 

Sovet dönəmində Novruz keçmişin 

zərərli qalığı, dini məzmunlu bayram 

adlandırılmış və onun qeyd edilməsi 

yasaqlanmışdı. Lakin xalq bu bayramı 

öz qəlbində yaşadır, açıq-gizli, məişət 

səviyyəsində keçirirdi. Milli varlığa 

bağlı ziyalılar isə Novruzun elmi 

dünyagörüşə uyğun bir təqvim hadisəsi 

olduğunu sübut etməyə çalışırdılar. 

Novruz bayramı xalqımızın 

mədəni keçmişindən əzəmətli bir ya-

digardır. Novruz saflıq və xoş amallar 

bayramıdır. Baharda təbiət oyanır, 

ağaclar, torpaq canlanır. Baharda 

insanın qanı da təzələnir. Novruz bay-

ramı həm də milli mədəniyyətimizin, 

elmimizin, uzaq keçmişimizin əks-

sədasıdır.

 Bu barədə milli azadlıq hərəkatı 

və müstəqillik illərində çox deyilib, 

cox yazılsa da, çağdaş oxucu hər il 

Novruz gələndə bu bayramın necə 

meydana gəlməsi barədə yeni bir fikir 

eşitmək, daha əsaslı yazı oxumaq 

ehtiyacı duyur. Mən oxucuların bu 

tələbatını cavablandırmaq üçün astrofi-

zik kimi Novruzun astronomik hadisə 

ilə əlaqədar olduğundan bəhs etmək 

istəyirəm. 



 Nə üçün ulu babalarımız bu 

günü əsrlər boyu yeni il kimi bayram 

etmişlər? Bu sualın cavabında Bakı 

Dövlət Universitetinin astrofizika 

kafedrasının müdiri, professor Cəfər 

Quluzadə bildirdi:

 – Bu bayram Azərbaycan xalqının 

qədim elmi və mədəni səviyyəsindən 

xəbər verir. Dünyanın müxtəlif xalq-

ları, tarixən, yeni ili bir sıra hallarda 

heç bir elmi əsas olmadan hesabladığı 

halda, ulu babalarımız ilin başlanğıcı-

nı dəqiq astronomik hadisədən – yaz 

bərabərliyi anından, fəsillər dövrəsinin 

əvvəlindən götürmüşlər.

Yer kürəsi öz oxu ətrafında fır-

lanmaqla yanaşı, Günəş ətrafında da 

dolanır. Lakin yerdəki müşahidəçiyə 

elə gəlir ki, hərəkət edən Yer yox, 

Günəşdir. Sanki, Günəş ulduzlar 

arasında qərbdən şərqə doğru hərəkət 

edir və bir ildən sonra o, ulduzlar ara-

sında əvvəlki yerinə qayıdır. Günəşin 

ulduzlar arasında illik hərəkəti zamanı 

cızdığı yola ekliptika deyilir. Bu, göy 

ekvatoru ilə 23027/-lik bucaq əmələ 

gətirən böyük göy dairəsidir.

Yerin Günəş ətrafında illik dolan-

ması zamanı Günəşin zodiak bürcləri 

arasında yerdəyişməsinə nəzər salanda 

mart ayında Günəş Qoç bürcündə görü-

nür. Günəş ekliptika boyunca illik zahi-

ri hərəkəti zamanı 12 ulduz bürcündən 

keçir və onların hər birində təxminən 

bir ay olur. Bu bürclərə zodiak bürcləri 

("heyvan bürcləri") deyilir. Bu bürclər 

aşağıdakılardır: Qoç, Buğa, Əkizlər, 

Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxa-

tan, Oğlaq, Dolça və Balıqlar.



Cəfər müəllim elmi baxımdan 

açıqladı ki, Günəşin ekliptika üzrə il-

lik zahiri hərəkətində dörd səciyyəvi 

an vardır:

1. 

Yaz bərabərliyi. Martın 

21- də (bəzən 20-də) Günəş göy 

ekvatorunu kəsərək dünyanın cənub 

yarımkürəsindən şimal yarımkürəsinə 

keçir. Bu gün Yerin şimal və cənub 

yarımkürələri Günəş şüaları ilə eyni 

dərəcədə işıqlanır. Yer kürəsinin hər 

yerində gecə gündüzə bərabər olur. 

Ona görə də martın 21-də ekliptika 

ilə ekvatorun kəsişdiyi nöqtə yaz 

bərabərliyi nöqtəsi adlanır. Bu, Yerin 

şimal yarımkürəsində astronomik 

baharın başlanğıcıdır. Günəş Balıqlar 

bürcünə daxil olur.

2. 

Yay Günəşduruşu. İyunun 

22- də Günəşin günorta hündürlüyü 

maksimal həddə çatır. Həmin gün 

Yerin şimal yarımkürəsində ən uzun 

gündüz, ən qısa gecə olur. Bu, astro-

nomik yayın başlanğıcıdır. Bu ana yay 

Günəşduruşu deyilir. Günəş 

Əkizlər bürcündə olur.

Martın 21-də Günəş Qoç 

bürcündə olur və dünyanın 

cənub yarımkürəsindən şimal 

yarımkürəsinə keçir. 

3. 

Payız bərabərliyi. 

Sentyabrın 23-də Günəş göy 

ekvatorunu kəsərək dünyanın 

şimal yarımkürəsindən cənub 

yarımkürəsinə keçir. Yenidən 

gecə gündüzlə bərabərləşir. 

Ona görə həmin an payız 

bərabərliyi adlanır. Bu, astro-

nomik payızın başlanğıcıdır. 

Günəş Qız bürcündə olur.

4. 

Qış Günəşduruşu. 

Dekabrın 22- də Günəşin 

günorta hündürlüyü minimal 

olur. Ən uzun gecə və ən qısa 

gündüz olur. Bu, astronomik 

qışın başlanğıcıdır. Bu an qış 

Günəşduruşu adlanır. Günəş 

Oxatan bürcündə olur.

Günəş təqvimlərinin 

əsasını Günəşin yaz bərabərliyi 

nöqtəsindən iki ardıcıl keçməsinə 

sərf olunan zaman fasiləsi təşkil edir. 

Bu fasiləyə tropik il deyilir. Tropik 

ilin uzunluğu 365,2422 gün və ya 

365 gün 5 saat 48 dəqiqə 46 saniyəyə 

bərabərdir.

Göründüyü kimi, tropik il tam say-

da günlərdən ibarət deyil. Təqvim ili 

isə tam sayda günlərdən ibarət olmalı-

dır. Ona görə təqvimə arabir "viso-

kos" və ya uzun il daxil edilir. Özü 

də elə visokos sistemi seçilir ki, 

müəyyən dövrdə təqvim ilinin orta 

uzunluğu mümkün qədər tropik ilə 

yaxın olsun. İndi dünyanın əksər 

ölkələrində istifadə olunan Günəş 

təqvimində 400 illik dövr 303 adi 

(365 gün) və 97 visokos (366 gün) 

ildən ibarətdir. Ona görə təqvim ili-

nin 400 illik dövrdə orta uzunluğu 

365,2425 günə bərabərdir. Bu da 

tropik ilə çox yaxındır.

– Bəs təqvim ilinin başlan-

ğıcını və ya yeni ili nə vaxtdan 

başlamaq lazımdır?

– Əlbəttə, ilin başlanğıcı 

şərti qəbul olunur, amma şübhəsiz ki, 

Günəş təqvimində yeni ili Günəşin 

illik hərəkətindəki dörd səciyyəvi anın 

birindən başlamaq daha təbii olardı. 

Onların içərisində də yaz bərabərliyi 

(21 mart) daha məqsədəuyğundur. 

Çünki martın 21-də gecə gündüzə 

bərabərdir, fəsillərin gözəli olan 

baharın ilk günüdür. Martın 21-də həm 

də Günəşin ekvatorial koordinatları 

sıfıra bərabər olur. Başqa sözlə, Günəş 

koordinat başlanğıcında olur. Məhz 

ona görə də müdrik babalarımız yeni 

ilin başlanğıcı kimi yaz bərabərliyi gü-

nünü götürmüş və onu Novruz bayramı 

adlandırmışlar.

Novruz yeni gün deməkdir. 

Şərqdə, o cümlədən Azərbaycanda 

Novruzun bayram edilməsinin dərin 

kökləri vardır. Hələ Zərdüşt dini 

əmələ gəlməzdən əvvəl (yeni eradan 

əvvəl 1500-1200-cü illər) bu bayram 

Azərbaycan torpağında təmtəraqla 

keçirilmişdir. Zərdüşt peyğəmbər 

baharın gəlməsinin bayram edilməsini 

öz təlimində yeddi əsas bayramdan 

biri kimi daxil etmişdir. Zərdüştlərin 

təqvimində yeni il yaz bərabərliyi 

günü, yəni martın 2-də bayram edi-

lirdi. Beləliklə, hesab etmək olar ki, 

Odlar diyarında Novruzun bayram 

edilməsinin tarixi 3500 ildən çoxdur.

Qədim Romada yeni il martın 

1-də keçirilirdi. Bizim eradan əvvəl 

153-cü ildən başlayaraq yeni seçilmiş 

konsullar, ənənəyə görə, yanvarın 

1-dən işə başlayırdılar. Ona görə yeni 

eradan əvvəl 46-cı ildə imperator Yuri 

Sezarın vaxtında yeni il martın 1-dən 

yanvarın 1-nə keçirilmişdir. Rusiyada 

da yeni il əvvəllər martın 1-də, sonralar 

isə sentyabrın 1-də bayram edilirmiş. 

1700-cü ildə Böyük Pyotrun əmri ilə 

yeni il yanvarın 1-nə keçirilmişdir.

Qeyd etmək lazımdır ki, yanvarın 

1-i Günəşin illik hərəkətində heç bir 

səciyyəvi ana, təbiət hadisəsinə uyğun 

gəlmir. Ona görə yeni ili yanvarın 1-də 

bayram etməyin heç bir elmi əsası yox-

dur. Novruzun bahar bayramı, yeni ilin 

gəlişi kimi qeyd edilməsinin isə dəqiq 

astronomik əsası vardır. Bizim era 

Roma rahibi Dionisey tərəfindən daxil 

edilmişdir. O, Romanın əsası qoyulma 

erasının 1285-ci ilindən başlayaraq 

yeni bir dövr üçün pasxa bayramını 

hesablayarkən heç bir əsası olmadan 

elan etmişdir ki, İsa peyğəmbər 532 il 

əvvəl, yəni Romanın əsası qoyulduğu 

eranın 753-cü ilində anadan olmuşdur. 

Rahib Dionisey eranı İsa peyğəmbərin 

anadan olduğu ildən başlamağı təklif 

etmişdir. Həmin era ilə indi 2011-ci 

ildir. Buna miladi tarix deyilir.



– Maraqlıdır, görəsən, Dionisey 

532 rəqəmini haradan götürmüş-

dür? 

– Sonralar aydın olmuşdur ki, 532 

rəqəmi üç rəqəmin hasilidir: 4x7x 19. 

Burada 4 visokos dövrüdür, 7 həftənin 

günlərinin sayıdır və 19" Ay dairəsi" 

dir. Hər 19 ildən bir Ayın fazaları 

həftənin eyni gününə və eyni təqvim 

gününə düşür. Rahib hesab etmişdir 

ki, İsa peyğəmbər kimi ilahi bir insan 

bu üç dövrün başlanğıcının üst-üstə 

düşdüyü gündə anadan olmalıdır. Onu 

da qeyd etmək lazımdır ki, eranın belə 

başlanması pasxa bayramını hesabla-

mağı xeyli asanlaşdırır.

Hələ XII əsrin əvvəllərində böyük 

şair və astronom Ömər Xəyyamın 

başçılığı ilə İranda ən dəqiq Günəş 

təqvimlərindən biri tərtib 

olunmuşdur. Bu təqvimdə 

ilk dəfə olaraq Günəşin illik 

hərəkətinin qeyri-bərabərliyi 

nəzərə alınmışdır. Təqvimdə 

yeni il yaz bərabərliyindən, 

yəni martın 21- dən başlanır.

Ömər Xəyyamın tərtib 

etdiyi Günəş təqvimində era 

Məhəmməd peyğəmbərin 

Məkkədən Mədinəyə köçdüyü 

gündən, yəni bizim era ilə 16 

iyul 622-ci ildən hesablanır. 

Bu tarixə Günəş hicri və ya 

Şəmsi hicri tarix deyilir.

1952-ci ildən C.Nehrunun 

göstərişi ilə məşhur fizik, No-

bel mükafatı laureatı Mehnad 

Saxanın sədrliyi ilə yeni vahid 

hind təqvimi tərtib etmək 

üçün xüsusi komissiya təşkil 

edilmişdir. Bu komissiyanın 

tərtib etdiyi milli hind Günəş 

təqvimində də yeni il yaz 

bərabərliyindən, yəni martın 

21-dən hesablanır. Yeri gəlmişkən qeyd 

edək ki, ərəb Ay təqvimində də era 

Məhəmməd peyğəmbərin Məkkədən 

Mədinəyə köçdüyü gündən hesablanır. 

Bu eradan hesablanan tarixə ay hicri və 

ya qəməri hicri tarix deyilir.



Alim daha sonra bildirdi ki, 

Azərbaycan xalqı bütün dövrlərdə 

Novruz bayramını digər bayram-

lardan çox yüksəkdə tutmuşdur. 

Novruz əzəmətli, ümumxalq 

bayramı kimi şöhrət qazanmışdır. 

Maraqlıdır ki, BMT - nin qərarı ilə 

yaz bərabərliyi günü Yer günü elan 

edilmişdir və ümumdünya meteoro-

logiya günü kimi qeyd olunur.

Sevindirici bir hadisəni yada sal-

maq yerinə düşər. UNESCO-nun qərarı 

ilə yaz bərabərliyi günü ümumdünya 

bayram günü kimi qəbul edilmişdir. 

Ənənəyə görə, bu bayramda bir qayda 

olaraq spirtli içkilər içilmir, lakin 

meyvələrdən hazırlanmış müxtəlif 

şərbətlər və çay içmək olar. 

Sovet birliyi dönəmində Novru-

zu bayram etmək qadağan edilmişdi. 

Bəzi "alimlərimiz" də onu İslam dini 

ilə bağlayırdılar. 1984-cü ildə "Xalq 

qəzeti"nin 18 mart tarixli nömrəsində 

"Bahar nə zaman başlayır?" adlı geniş 

məqalə çap etdirdim və bu bayramın 

dinlə heç bir əlaqəsinin olmadığını 

söylədim. 

1991-ci ildə Türkiyənin İstanbul 

Universitetinə 2 illik müddətə dəvət 

olunmuşdum. Orada Novruzun əsl türk 

bayramı olduğunu sübut etmək üçün 

"Türk dünyası" tarix dərgisində "Nov-

ruzun bilimsər təməlləri" adlı məqalə 

çap etdirdim. Bundan sonra Türkiyədə 

də Novruzu bayram kimi qeyd etməyə 

başladılar. Maraqlıdır ki, bu il Türksoy 

Novruz şənliklərini ABŞ-ın mərkəzi 

şəhərlərində də qeyd edəcəkdir.

Azərbaycan xalqı öz müstəqilliyini 

yenidən bərpa etdikdən sonra Novruz 

rəsmi dövlət bayramı kimi qeyd olunur. 

Azərbaycanda Novruz ən sevimli 

bayram sayılır. Bayram münasibətilə 

ölkə Prezidenti xalqı təbrik edir. Bu, 

müstəqilliyimizin bizə verdiyi ən gözəl 

nemətdir. 

– Bəs bu il Novruz bayramı nə 

vaxta düşür?

– Dəqiq astronomik hesablamalara 

görə bu il Novruz Odlar yurduna Bakı 

vaxtı ilə martın 20-də saat 14:29-da 

daxil olacaqdır. Deməli, martın 20-si 

bayram axşamı, 21- i isə bayramdır. 

Qədim tariximizin daha bir 

Novruzunun qədəmləri sayalı olsun, 

xalqımıza bol ruzi-bərəkət gətirsin!

Hazırladı:  

Tahir AYDINOĞLU,  

“Xalq qəzeti”

Novruz haqqında maraqlı mülahizələr

 

ˆ

İngilis alimi Meri Boys yazır ki, Xeyirlə Şərin il boyu davam edən 



mübarizəsinin sonunda Şərin məğlubiyyətinin rəmzinə, həyatın ölümə 

qalib gəlməsinin təntənəsinə həsr olunmuş Novruz bayramı atəşpərəstlik 

dövründə yaranmışdı. Oda sitayiş edən insanlar yazın ilk günündə həyat 

gücü sandıqları tonqala baş əyib istəyirdilər ki, sıxıntı, kədər və ağrı-

acıdan qurtarmaq üçün onun üstündən atılmağa icazə versin. Sonra 

isə həmin ritualı reallaşdırır, yeni ilə tamamilə sağlam və problemsiz 

çıxdıqlarına inanırdılar.

Müasir elmi jurnallarda isə qeyd edilir ki, 

Novruz bayramı haqqında ilk yazılı mənbə 

hələ eramızdan əvvəl, 505-ci ilə aiddir. Yəni bu 

tarix İslam dininin yaranmasından və yayılma-

sından xeyli əvvələ təsadüf edir. Bu məzmunlu 

ədəbi fikirlərə isə Nizammülkün “Siyasətnamə” 

əsərində rast gəlinir. Alimlərin fikrincə, bu 

bayram oda sitayiş edənlərin ölkəsində yaransa 

da, sonradan onun coğrafiyası böyümüş, bir 

çox məmləkətlərdə yayılmışdı.

Maraqlı məqamlardan biri də odur ki, 

yazın ilk günlərində dünyanın müxtəlif 

xalqlarının keçirdiyi bayramların əksər ritualı 

Novruzdan fərqli olsa da, həmin bayramların 

hamısında yağlı və şəkərli təamların hazırlan-

dığı söylənilir. Məsələn, yazın ilk günündə 

Rusiyada, Böyük Britaniyada, Amerika 

Birləşmiş Ştatlarında və fransızdilli ölkələrdə 

belə bayramlar keçirilir və hər yerdə yağlı, şi-

rin çörəklər bişirilir. O biri bayramlardan fərqli 

olaraq, Novruz həm tarixinə görə qədimdir, 

həm də elmi-fəlsəfi məzmununa görə daha 

mükəmməl məzmun kəsb edir.

Bu bayramın mərasim coğrafiyasına diqqət 

yetirdikdə məlum olur ki, ta qədimlərdən müa-

sir dövrümüzədək Novruzun yayılma arealında 

müəyyən dəyişikliklər baş vermişdir. Təbii ki, 

Novruz bayramı indi müsəlman Şərq 

ölkələrinin hamısında keçirilir. Amma 

qədim dövrlərə doğru getdikcə biz 

onun bütün Avrasiya materikində, o 

cümlədən, Şimali Afrikanın türklərin 

ayaq basdığı torpaqlarında da yayıldığını 

görürük. 

Burada bir neçə mürəkkəb məqam vardır. 

Mürəkkəblik ondan ibarətdir ki, suyun başlan-

dığı, qurunun qurtardığı yerə qədər getməyi 

məqsəd kimi götürmüş qədim türklər özləri 

hansı ölkələrə getmişlərsə, o cümlədən Şimali 

Afrikaya qədər Novruz bayramını, ildəyişmə 

bayramlarını da özləri ilə aparmışlar. Sonra-

dan Novruz Xəzər türklərinin nümunəsində, 

xristianlığı qəbul etmiş türklərin nümunəsində, 

o cümlədən İslamı qəbul etmiş türklərin 

nümunəsində Avrasiyanın xeyli ölkələrini, 

eləcə də Şimali Afrika ölkələrini əhatə etmişdir. 

Bir faktı da qeyd etmək lazımdır ki, bəzi 

ölkələrdə Novruzun adı yerli xalqların inancları 

ilə qaynayıb qarışdıqdan sonra dəyişmişdir. 

Ümumiyyətlə, Novruzun mərasim coğrafiyası 

haqqında yekun fikir olaraq söyləyə bilərik 

ki, bu bayramın coğrafiyasından danışarkən 

hökmən onun keçdiyi tarixi mərhələləri 

də nəzərə almaq lazımdır. Əgər bu tarixi 

mərhələlər nəzərə alınarsa, onda görərik ki, 

Novruz bütövlükdə bir məkan olaraq Şimali 

Afrikanın müsəlman ölkələrini, Avrasiyada 

yaşayan müsəlman türklərini əhatə edir. Siyasi 

coğrafiya baxımından nəzər yetirdikdə isə 

deməliyik ki, Novruz türk dövlətlərini və türk 

olmayan dövlətləri, yəni böyük bir regionda 

müxtəlif xalqları, dinləri və etnosları bir araya 

gətirən, onların arasında gələcəyə doğru çağı-

rışlardan ibarət harmoniya, sülh yaradan böyük 

bir bayram kompleksidir. 

Sonda qeyd edək ki, 2009-cu ildə Novruz 

bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni 

irs nümunələrinin reprezentativ siyahısına 

daxil edilib. 2010-cu il fevralın 23-də isə 

Azərbaycan, Albaniya, Əfqanıstan, Makedo-

niya, Hindistan, İran, Qazaxıstan, Qırğızıs-

tan, Tacikistan, Türkmənistan və Türkiyənin 

təşəbbüsü ilə BMT Baş Assambleyası martın 

21-ni Beynəlxalq Novruz Günü elan edib.

İsaq ƏMƏNULLAYEV, “Xalq qəzeti”

“Kitab at”

 – UNEC-in Novruz yeniliyi

 

ˆ

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 



yeni “Kitab at” kampaniyasına başlayıb. “İqtisadçı 

Tələbələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və 

universitetin könüllü tələbələrinin iştirakı ilə həyata 

keçirilən layihəyə uyğun olaraq, Novruz bayramı 

günlərində 15 min kitab hədiyyə olunub. 

Mart ayının 13-dən 19-

na kimi davam edən prosesdə 

Bakıda 7 min, Gəncədə 5 min, 

Lənkəranda isə 3 min kitab 

hədiyyə edilib. Kitablar içərisində 

dünya və uşaq ədəbiyyatı 

nümunələri, klassiklərin əsərləri 

üstünlük təşkil edib. Prosesə 

UNEC-in 300 tələbəsi ilə yanaşı, 

Lənkəran Dövlət Universitetinin 

tələbələri və Gəncə şəhər  

YAP Gənclər Təşkilatının 

könüllüləri də qatılıb. 

Marağı nəzərə alaraq, 

“Kitab at” kampaniyasının hər il 

keçirilməsi, gələcəkdə kitab sa-

yının artırılması, ölkədə fəaliyyət 

göstərən universitetlerin, orta 

məktəblərin və bütün tədris 

müəssisələrinin də prosesə cəlb 

edilməsi nəzərdə tutulub.

İdeyanın məqsədi oxucularda 

mütaliə mədəniyyətini aşılamaq, 

onların kitaba və kitabxanaya 

olan həvəslərini daha da artır-

maq, Novruz bayramında kitab 

oxumaq vərdişini gündəmə 



gətirməkdir.

Elnarə ÖMƏROVA

Tarixlər şahidi Novruz təbiət təqviminin

ilk günü, xalqımızın həmişəcavan bayramıdır



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə