1918-ci il. Şamaxı Mart qırğınlarında Soyqırımı aparan erməni daşnaklarına qarşı yaradılan ilk partizan dəstəsi



Yüklə 190,44 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü190,44 Kb.
#76269


“Respublika”.-2012.-30 mart.-N 67.-S.6.

1918-ci il. Şamaxı Mart qırğınlarında Soyqırımı aparan erməni daşnaklarına qarşı yaradılan ilk

partizan dəstəsi

Çoxsaylı  araş dırma  materiallarına  görə,  Azərbaycana  qarşı  bütün  dövrlərdə  qanlı  cinayətlər  törədən,

günahsız insanları  qətlə  yetirən,  uş aqları  və  hamilə  qadınları  diri-diri  yandıran…  “Erməni  Milli  Bürosu”

aktiv  rol  oynayıb.  “Dənizdən-dənizə  böyük  Ermənistan”  ideyası  ilə  ortaya  atılan  bu  təşkilat  Qafqazda  və

Türkiyədə  erməniləri  müdafiə  məqsədilə  “könüllü  dəstələr”  yaratdılar.  Məlumata  görə,  “Büronun  binası”

Bakıda,  1912-ci  ildə,  indiki  Amerika  səfirliyinin  ərazisində,  təsadüfən  tapılan  bir  uşaq  qəbrinin  üstündə

yaradılıb.  Ermənilər  iddia  edirdilər  ki,  bu  uşaq  guya  erməni  olub  və  azərbaycanlılar  tərəfindən  qətlə

yetirilib.  Ərazi  isə  o  vaxt  Bakı  neftində  5  faiz  payı  olan  erməni  milyonçusu  Gülbekyanın  olub.  Bu  qanlı

təşkilat  yaradılanda  heç  bir  məramnaməsi  olmayıb.  Proqramsız  və  nizamnaməsiz  qondarma  bir  uşaq

qəbrinin  üstündə  qurulan  bu  erməni  təş kilatının  qanlı  izləri  1918-ci  il  Şamaxı  qırğınlarında  daha  qabarıq

görünür.  (Nə  qədər  qəribə  də  olsa,  bu  qanlı  təşkilat  Bakıda  qurulmuş du.  Hələlik  bu  istiqamətdə  ciddi  bir

tədqiqat işi görülməyib. – R.N.)

“Milli  Büro”nun  üzvlərinə  nəzər  salaq:  Yepiskop  Mesrop-Qafqazdakı  erməni  burjuaziyasının  başçısı,  çar

Nikolayın  Qafqazdakı  canişini  Vorontsov  –  Daşkovun  arvadının  məşuqu,  təşkilatın  rəhbəri,  “Daşnaksütyun”

partiyasının liderlərindən olan, 1918-1920-ci illərin ən qanlı cinayətkarlarından biri, Şamaxı qəzasına S.Lalayanın

hücum  taktikasını  işləyib  hazırlayan,  bir  müddət  çarın  xəfiyyə  idarəsində  çalışmış  polkovnik  A.Xatisov,

E.Zavriyev-ixtisasca  uşaq  həkimi  olan  bu  qatili  “Doktor  Zavriyev”  çağırırdılar.  O,  həmçinin  “Daşnaksütyun”

partiyasında xaricdə yaşayan ermənilərlə əlaqə yaradan şöbənin başçısı idi. S.Arutyunov – “Silahlı azadlıq sevərlər”

(əslində qatillər-R.N.) qrupunun, “DRO” – erməni silahlı birləşməsinin rəhbəri, ona “Hibanet”, dəstə üzvlərinə isə

“hibanetçilər” deyirdilər. Andranik Qafqazda erməni silahlı birləşmələrinin komandanı. Böyük Britaniyanın “Mİ-6”

kəşfiyyat mərkəzinə xidmət edib.

Məlumata  görə,  1915-ci  ilin  əvvəllərində  bütün  Ermənilərin  katalikosu  V  Gevorq  “Milli  Büro”  adından  çar

Nikolaya ünvanladığı məktubda qeyd edirdi: “…ermənilər sizin ən inanılmış övladlarnızdır”. V Gevorq daha sonra

qeyd edirdi: “…bizə şərait yaradın ki, biz Türkiyə və Azərbaycanda öz qardaş-bacılarımızı onların əsarətindən xilas

edək. Bizə yardım və köməklik edin ki, “könüllü dəstələr” yaradaq.

Ermənistanda 1965-ci ildə rus və erməni dillərində çap olunan (Qosizdat Armenii, 1965q.) “Daşnaksütyun əvvəl

və  indi”  kitabında  tarixçi-diplomat  Q.Abov(yan)  isə  yazır:  “…məktubdan  sonra,  Doktor  Zavriyev  təcili  Tiflisə

gedir.  Çarın  canişini  Vorontsov-Daşkovla  görüşür.  Ona  çoxsaylı  vədlər  verərək,  regionda  “könüllü  erməni

dəstələri”nin  yaradılmasını əks  etdirən  sənədlərə  imza  atdırır.  Bundan  sonra  yepiskop  Mesropla,  S.Arutyunovla,

A.Xatisovla görüşlər təşkil edən canişin Vorontsov-Daşkov xatırladır ki, onun imza atdığı sənədlər 150 il qüvvədə

qalacaq,  “ermənilərə  həmçinin  məsləhət  görülürdü  ki,  həm Türkiyənin,  həm  də  Azərbaycanın  yuxarı dairələrində

çalışıb mövqe tutsunlar və ən çox “kəşfiyyat işlərilə” məşğul olsunlar…”

Məlumata  görə,  1915-ci  ilin  ortalarında  “Büro”nun  liderlərindən  olan  Doktor  Zavriyev  Rusiyanın  xarici  işlər

naziri  Neratovun  xüsusi  məktubu  ilə  İngiltərədə  və  Fransada  olur.  Doktor  Zavriyev  Rusiyanın İngiltərədəki  səfiri

Bengendorfla  və  Rusiyanın  Fransadakı  səfiri  İzvolski  ilə  görüşür.  Nazir  Neratov  xüsusi  məktubunda  həm

Londondakı,  həm  də  Parisdəki  nümayəndəsinə  yazırdı:  “…Zavriyev  çox  nüfuzlu  adamdır.  Rusiyanın  siyasi

dairələrində məşhurdur. Ona imkan yaradın ki, ermənilərlə görüşlər keçirib, məlum siyasi məsələləri həll etsin. Ona

qəyyumluq edin”.

Araşdırma materiallarına  görə, “Büro”nun London və  Paris  görüşlərindən  sonra  Avropaya  yeni  qapıları açıldı.

Məlumata görə, Şamaxı, Bakı, London və Paris üçün çox önəmli strateji ərazi hesab olunurdu. Həmin vaxt İngiltərə

hərbi sənaye komplekslərində Qafqaz xalqlarının genetik xüsusiyyətləriaraşdırılırdı.  İngilis alimləri genetik kodlar

arasında uzun ömürlülüyün və dözümlülüyün sirlərilə yanaşı, xüsusən Naxçıvan və Şamaxı ərazisində uran, qızıl və

neft  yataqlarının  axtarışında  idilər.  Digər  tərəfdən,  ingilislərin  “Mİ-6”sının  məlumatına  görə,  Şamaxıda  bir  neçə

yerdə “…qızıl və digər qiymətli sərvət anbarları” mövcud idi.

…“Milli Erməni Bürosu” xüsusən Azərbaycanda ciddi qırğınlara hazırlaşırdı. Əlavə olaraq təlim üçün Parisdən,

Londondan və ABŞ-dan xüsusi hərbi emissarlar yola salınmışdı. Çar ordusundan tərxis olunanların 450 nəfəri artıq

“Milli  Erməni  Bürosu”na  daxil  olmuşdu.  Ən  maraqlısı  bu  idi  ki,  ermənilər  əllərində  silah  və  hərbi  geyimdə

“Büro”ya  üzv  yazılırdılar.  Tərxis  olunan  ermənilərdən  silah  geri  alınmırdı.  Məsələn,  kəşfiyyat  polkovniki

S.O.Qolikov  iddia  edirdi  ki,  belə  bir  ənənə  ermənilər  üçün  Sovet  Ordusunda  da  davam  edirdi.  Sovet  Ordusundan

tərxis olunmuş erməni əsgər və zabiti xəlvəti yolla istədiyi silahı özü ilə aparmaq iqtidarında idi. (?)

…”Milli  Erməni  Bürosu”  1916-cı  ildə  Şamaxıda,  Qubada  əsasən  şərq  və  qərb  istiqamətində  özəklərini

yaratmağa  müvəffəq  oldu.  Fransızların  və  ingilislərin  istəyini  nəzərə  alaraq,  ermənilər  ilk  olaraq  hər  iki  qəzada

milliyyətcə  yəhudi  olan  ailələrin  siyahısını  tərtib  etdilər.  Həmin  ildə  Şamaxıda  16,  Qubada  isə  9  tüfəng  qeydə

alınmışdı.  Yelizavetpol qəzasının çar xəfiyyəsinin məlumatlarının birində yazılırdı: “…Məlumata görə, Şamaxı və

Quba qəzalarına gələn tacirlər özlərilə birgə silah gətirirlər. Əsasən, Şamaxı qəzasında bu məsələ aktiv baş verir…”




Əslində isə belə deyildi. Bu saxta məlumatları uyduranların özləri  də  elə  Şamaxı qəzasında  ardı-arası kəsilmədən

evlərə soxulur, qeydsiz-şərtsiz axtarışlar aparırdılar. Şamaxı ilə Bakı arasında tədricən əlaqələr qırılırdı, gediş-gəliş

azalırdı. Qəzada əsas vəzifələrə, icraedici orqanlara ermənilər irəli çəkilirdi. Şamaxı qəzası faktiki olaraq 1916-cı il

dekabrın  sonlarında  ermənilər  tərəfindən  işğal  olunmuşdu.  Şamaxı  ziyalılarının  bir  qismi  artıq  dərk  etməyə

başladılar ki, qəzada baş verənlərin sonunda yaxşı bir şey dayanmır. “Milli Erməni Burosu”nda cəmlənmiş  erməni

könüllü  dəstələrinə  qarşı,  hansısa  əks  tədbir  görülməli  idi.  Şamaxı  qəzasında  baş  verən  hadisələrlə,  ərazidəki

siyasi-içtimai mühitlə bağlı Bakıya ötürülən məktub və teleqramlar cavabsız qalırdı.  1916-cı ilin dekabrında “Milli

Erməni  Bürosu”nun  şəxsi  məktubuna  əsasən,  rus  dilini  yaxşı  bilən,  milliyyətcə  erməni  olan  L.Ambartsumov

Şamaxı qəzasının poçt-teleqraf işləri üzrə “cavabdeh şəxs” təyin edilir. Onsuz heç bir teleqraf açılmırdı. Məktub isə

Tiflisdəki canişin tərəfindən imzalanmışdı.

Araşdırma  materiallarına  görə,  1917-ci  ilin  yanvarın  6-da  L.Ambartsumov  “Milli  Erməni  Bürosu”nun  xarici

əlaqələr  şöbəsinin  başçısı, bilavasitə  Çar  Nikolayın  dəftərxanası ilə  sıx  əlaqəsi  olan  Doktor  Zavriyevə  xüsusi  bir

teleqram göndərir. L.Ambartsumov yazırdı ki, Şamaxıda bir qrup ziyalı ermənilərə qarşı təşkilat yaradıblar. Amma

nə  qədər  maraqlı  da  olsa,  bu  təşkilatın  adı  yox  idi.  L.Ambartsumovun  saxta  teleqramından  sonra,  əsasən

ermənilərdən  ibarət  olan  kiçik  bir  dəstə  Şamaxıya  göndərildi.  Doktor  Zavriyev  cavab  teleqramında  bildirirdi  ki,

L.Ambartsumov ona təşkilat haqqında geniş məlumat versin. Nəticədə Şamaxıda məxfi qaydada fəaliyyət göstərən

“Büro”nun S.Lalayanın başçılıq etdiyi silahlı birləşməsi Cümə məscidinə hücuma keçdi. Cümə məscidi yandırıldı.

Məsciddə  olan  on  bir  adamdan  beş  nəfəri  öldürüldü,  altı nəfəri  isə  ağır  bədən  yarası aldı.  Şamaxı qəzasında  baş

verən bu hadisə yerli əhalinin qəzəblənməsinə səbəb oldu. Lakin adamlar silahsız və köməksiz idilər.

Araşdırma materiallarından  aydın olur  ki,  İran  ərazisindən  Azərbaycan  istiqamətində  (eləcə  də  regionda  İslam

dinini  parçalamaq  üçün-R.N.)  ingilislərin  xeyir-duası  ilə  hazırlanmış  vəhhabi  dəstələri,  daha  doğrusu  şiə

müsəlmanlarına  qənim  kəsilmiş  ərəb  karmatları  (vəhşi  ərəblər)  və  yaxud  “Karmat  birlikləri”  yola  salınmışdı.

Onların bir qrupu məhz Şamaxı ərazisində “Büro”ya, S.Lalayanın rəhbərlik etdiyi silahlı dəstələrə yardım göstərir,

şiə müsəlmanların evlərini qarət edir, din xadimlərini öldürür, quran kitablarından tonqallar qururdular. İngilislərin

Bəhreyndən  qovub  gətirdikləri  bu  ərəb  karmatları-vahhabi  dəstələri  həmçinin  Təbrizdə,  Tehranda,  Ərdəbildə  də

şiə-müsəlmanlarına  qarşı  ermənilərlə  birgə  qanlı  cinayətlər  törətmişdilər.  Bilavasitə  regionda  İslamın

parçalanmasına xidmət edən ərəb karmatları Azərbaycanda ermənilərin apardıqları etnik təmizləmə siyasətində ən

başlıca faktorlardan biri olub.

Qeyd:  Araşdırma  materiallarına  görə,  bu  gün  işğal  olunmuş  Qarabağ  ərazilərində  Bəhreyndən  gələn  ərəb

karmatları üçün  kiçik  qəsəbələr  salınır,  onlara  torpaq  sahəsi  verilir.  Onların  bir  qismi  işğalçı  rejimin  ordusunda

silahlı terror birləşmələrində xidmət edir.

Araşdırmalarımıza  görə,  bütün  bunlar  ermənilər  üçün  Londonda  hazırlanmış  “İngilis  direktivləri”nin  tərkib

hissəsi olaraq qalır.

Doktor  Zavriyev  məktubların  birində  soruşurdu:  “…Cənab  Leon!  (Ambartsumov)  Mənə  Şamaxıda

müsəlmanların  yaratdıqları  “Şeyx  Şamaxı  məclisi”  haqqında  məlumat  ver.  Bu  nə  təşkilatdır?  “Büro”dan  yanına

xüsusi nümayəndə gələcək…” Doktor Zavriyev narahat idi. Bu narahatlıq 1917-ci il fevral inqilabından sonra daha

da artdı…

Erməni  könüllü  dəstələrini  təlatüm  və  nigaranlıqda  saxlayan  Şeyx  Şamaxı  haqqında  yetərincə  materialımız

yoxdur. Toplanmış materiallar Yelizavetpol (Gəncə) Xəfiyyə İdarəsinin arxiv müdiri O.Ağacanyan tərəfindən məhv

edilib.  Təkcə  Yelizavetpol  Xəfiyyə  İdarəsinin  istintaq  qrupunun  başçısı Q.D.Demçenkonun  Moskvaya  göndərdiyi

sorğu  məktubunda  qeyd  olunur  ki,  Şamaxı  qəzasında  millətlərarası  münaqişə  və  yaxud  qarşıdurma  genişlənir.

Münaqişədə  maraqlı  olan  “Milli  Erməni  Bürosu”nun  üzvlərinə  yardım  edib,  köməklik  edirik.  Müsəlmanların

yaratdıqları  “Şeyx  Şamaxı  məclisi”ni  isə  yaxşı  tanımırıq.  Şeyx  Şamaxıya  gəlincə  o,  sadə,  ortayaşlı  bir  din

xadimidir. Hazırda onun məclisində 20 nəfər gənc var… Onlar da, bizim adamların nəzarətindədir.

Həmin vaxt isə məlumata görə, Şeyx Şamaxı haqqında kiçik rəvayətlər dolanmaqda idi. Bütün bunlar erməniləri

qorxudur və səksəkə içində saxlayırdı.

Araşdırma materiallarına görə, Şamaxıdakı qırğınlar 1918-ci ilin aprel ayında başlamalı idi. Ermənilərin planına

görə,  Şamaxı  və  Quba  qəzalarına  gözlənilən  hücum  eyni  gündə  olmalı  idi.  Lakin  Şamaxıda  artıq  getdikcə

formalaşan  “Şeyx  Şamaxı məclisi”  –  partizan  hərəkatı genişlənməkdə  idi.  Qazax  yaşayış  məntəqəsində  “Salehin

dəstəsi” deyilən doqquz nəfərlik bir qrup, Yelizavetpoldan “Alməmmədin dəstəsi” – on üç nəfərlik kiçik bir dəstə

“Şeyx Şamaxı”ya tərəf gəlirdi.

S.Ambartsumyan Doktor Zavriyevi, o da öz növbəsində S.Şaumyanı tələsdirirdi. Şamaxı qəzasında ermənilərin

qırılması, məhv olması təhlükəsi haqqında şayiələr genişlənirdi.

Şamaxı qəzasında  baş  verən  hadisələr  “Qanlı mart  təqvimi”ndə  xüsusi  səhifə  təşkil  edir.  1918-ci  ilin  yazında

qəzada  hakimiyyət  artıq  müsavatçıların  başçılıq  etdikləri  yerli  milli  şurarın  əlində  cəmləşmişdi.  Bunu  öz

hakimiyyəti üçün ciddi təhlükə hesab edən Bakıdakı bolşevik-daşnak Soveti Şamaxını ələ keçirmək üçün ciddi cəhd

göstərirdi. Artıq bu zamana qədər mövcud olmuş, ermənilər və malakanlardan ibarət hərbi qarnizon yerli milli şura

tərəfindən  tərk-silah  edilmiş  və  onun  əvəzində  azərbaycanlılardan  ibarət  yeni  qarnizonun  təşkilinə  başlanılmışdı.

Nəzərə almaq lazımdır ki, bolşevik və daşnakların Azərbaycanın bütün ərazisini ələ keçirmək və öz hakimiyyətini

qurmaq planlarında Şamaxı xüsusi strateji yer tuturdu.




Martın birinci yarısında Şamaxıya məlumat gəldi ki, Bakıdan Şamaxıya toplar, pulemyotlar və böyük miqdarda

hərbi  sursatla  iki  mindən  üç  minədək  erməni  qoşun dəstəsi  gəlir.  Dəstəyə  S.Şaumyandan  bilavasitə  təlimat  almış

S.Lalayan başçılıq edirdi.

Lakin  həmin  dəstə  gətirdiyi  sursatı və  silahı  Şamaxı  qarnizonuna  verməkdən  imtina  etmiş  və  bildirmişdi  ki,

“onların  məqsədi  Şamaxı qəzasını  quldur  dəstələrindən  təmizləmək,  qəzada  anarxiyaya  son  qoyub  normal  həyat

bərpa etməkdir”.

Martın  15-də  sübh  çağı  S.Lalayanın  dəstəsi  Şamaxıya  ilk  dəfə  hücum  edərək,  şəhərin  müsəlmanlar  yaşayan

hissəsini top atəşinə tutdu. Bu atışma nəticəsində dinc əhali arasında çoxlu sayda tələfat oldu. Yalnız axşama yaxın

şəhərdə bir qədər sakitlik yarandı.  Şamaxı gecə ikən cənubdan ermənilər, şimal-şərqdən isə malakanlar tərəfindən

mühasirəyə  alındı.  Onlar  şəhərin  müsəlman  hissəsini  bombalamağa  başladılar.  Müsəlmanlar  topların  qarşısında

dayana biləcək vəziyyətdə olmadıqlarından geri çəkilməli oldular. Dəhşətli qarışıqlıq baş verdi.

Ermənilər  və  malakanlar  axşama  yaxın  şəhərin  ən  varlı hissəsi  “Piran-Şirvan”a  daxil  oldular.  Evlər  yandırılır,

yanan  evlərdən  qaçan  kişilər,  qadınlar,  uşaqlar  və  ümumiyyətlə,  küçədə  görünən  hər  kəs  güllələnirdi.  Dəstənin

quldur üzvləri evlərə soxularaq, sakinləri öldürüb qarət edirdilər. Şəhərin küçələrində müsəlman meyitləri üst-üstə

qalaqlanmışdı.

Bu vəhşiliklər Gəncədən silahlı müsəlman dəstəsi Şamaxı şəhəri və Şamaxı qəzası əhalisinin köməyinə gələnə

qədər  bir  neçə  gün  davam  etmişdi.  Gəncəlilərin  gəlişindən  sonra  ermənilər  və  malakanlar  Şamaxıdan  malakanlar

yaşayan  Qozlu  kəndinə  çəkildilər.  Müsəlman  qoşunları  onları  təqib  edərkən  məlum  oldu  ki,  ermənilər  və

malakanlar  sayca  onlardan  qat-qat  üstündür  və  buna  görə  də  onlar  geri  çəkilməli,  şəhərin,  demək  olar  ki,  bütün

müsəlman  əhalisini  də  özlərilə  aparıb  Şamaxını tərk  etməli  olublar.  Müsəlman  qoşunları gedəndən  bir  neçə  gün

sonra ermənilər və malakanlar şəhəri ikinci dəfə zəbt etdilər.

1918-ci  ilin  martın  16-da  dağlara  və  meşələrə  çəkilən  Şeyx  Şamaxının  partizan  dəstəsi  qəzanın  mərkəzində

qətllərdə adları çıkilən üç ermənini edam etdilər. Bu artıq ilk xəbərdarlıq idi.

Doktor  Zavriyev  S.Ambartsumova  yazırdı:  “…Mənə  əlavə  məlumat  verin.  Ərəb  karmatlarına,  Əbu  Sana

salamlarımızı çatdır. Müsəlmanların silahlı dəstəsi haqda məlumat ver. Onların nə qədər silahı var? Hardan alırlar?

Stepana  xüsusi  qəhrəmanlıq  salamlarımızı yetir…”  Məlumata  görə,  bütün  yazışma  və  teleqraf  mətnlərinin  surəti

Yelizavetpol  Məxfi  İdarəsinə  göndərilirdi.  Çünki  araşdırma  materiallarından  aydın  olur  ki,  uzun  müddət

Yelizavetpol teleqraf mərkəzində çalışan Samuel Aleksandroviç Ambartsumov 1915-ci ilin avqustun 3-dən etibarən

Çar Rusiyasının Məxfi İdarəsinə işləyirdi…

Şamaxıda  əsl  partizan  hərəkatı  başlamışdı.  Araşdırma  materiallarına  görə,  bu  hərəkat  Azərbaycanda  erməni

quldur  dəstələrinə  qarşı  ilk  və  son  partizan  hərəkatı idi.  Qəfil  hücumlardan  qorxuya  düşən  S.Lalayan  bir-birinin

ardınca  Bakıya S.Şaumyana xəbərlər  göndərirdi,  əlavə  kömək istəyirdi.  Cavab  isə  verilmirdi.  Ermənilər  girdikləri

hər evdə Şeyx Şamaxını axtarırdılar. S.Lalayan onun yerini nişan verənə ənam da ayırmışdı.

Şamaxıda  döyüşlər  səngimirdi.  Törədilən  qanlı  və  dəhşətli  qırğınların  səsi-sədası  artıq  Azərbaycanın

hüdudlarından  kənara  çıxırdı.  Şeyx  Şamaxının  partizan  dəstəsi  iki  qrupa  bölünmüşdü.  Birinci  dəstə  yerlərdən

xəbərlər  gətirir,  ikinci  dəstə  isə  həmin  xəbərlərə  uyğun  hərəkətə  keçirdi.  Partizan  dəstəsinin  qanlı  döyüşləri

nəticəsində  əsir  və  girov  götürülmüş, xarici  bazarlarda  satılmaq üçün  seçilib,  ayrılmış  uşaqların  azad  edilməsi  və

onların Göyçay qəzasında yerləşdirilməsi… xəbəri də həmin vaxt geniş yayılmışdı.

Əsasən  yerli  əhalidən  ibarət  Şamaxının  kiçik  partizan  dəstəsi  əlləri  qan  içində  olan,  qorxudan  gecələri  oyaq

qalan,  silahı  əldən  qoymayan  Stepan  Lalayanın  quldur  dəstələri  ilə  üz-üzə  dayanmışdı.  Şəhərin  Çaylı,  Sündü,

Çuxanlı  istiqamətində  formalaşan  “Milli  Erməni  Birliyi”nin  silahlı  özəyi  martın  17-də  Şamaxı  partizanları

tərəfindən  dağıdıldı.  Elə  həmin  gün  də  Mədrəsədən  əlavə  silahlı dəstələr  S.Lalayanın köməyinə  gəldi.  Ələ  keçən

dəstə  üzvləri  camaatın  gözü  qarşısında  diri-diri  yandırıldı.  Arxiv  materiallarından  məlum  olur  ki,  martın  18-də

ermənilər  ələ  keçirdikləri  dörd  nəfəri:  Məlikcobanlı  Həsən  Qulam  Əli  oğlunu,  Qonaqkəndli  Fəraməz  Mir  Haşım

oğlunu,  Sarıtorpaqlı  Balamirzə  Yusifcan  oğlunu,  Zərxili  Nəhmətulla  Məşədi  Musa  oğlunu  –  “partizan”  adı  ilə

Meysəri  yaşayış  məntəqəsində  yandırdılar.  Məlumata  görə,  hər  gün  Doktor  Zavriyevə  Şamaxıdan  məlumatlar

gedirdi.

Araşdırma  materiallarına  görə,  1918-ci  il,  martın  30-dan  31-nə  keçən  gecə  silahlı  erməni-rus  birləşmələri

Şamaxının  mərkəzinə  yaxın  yerdə,  daha  dəqiq  desək,  Kürdtənəsində  Kərbəlayi  Dadaşın  evində  yığışan  partizan

dəstəsinə qəflətən hücum etdi. Hadisələrin sonrakı gedişindən heç bir xəbər verilmir. Amma bəzi mənbələrdə edilən

qeydlərə  görə,  dəstənin  12  üzvü  dar  ağacından  asılır.  Şeyx  Şamaxı –  qırx  bir  yaşlı Hacı Mehdi  Qəhrəman  oğlu

“Yeni hökümətin düşməni” kimi həbs olunaraq, Yelizavetpol həbsxanasına göndərildi. Onun sonrakı taleyindən heç

bir xəbər verilmir. Lakin ingilis generalı Tomson Doktor Zarviyevə açıqlamasında: “…”Şeyx Şamaxı”  adlı silahlı

qrupun başçısı Hacı Mehdi Qəhrəman oğlunun nəsli də kəsildi. İnanmıram bundan sonra Şamaxıda belə bir adam

dünyaya gəlsin. Ermənilər rahat davam edə bilərlər…” yazmışdı.

Araşdırma  materiallarına  görə,  Şamaxının  15  min  nəfər  əhalisindən  cəmi  1700  nəfər  adam  salamat  çıxdı.  Az

müddət ərzində ermənilərin bu qədər adam qırmaları hələ də tarix üçün müəmmalı bir məsələ olaraq qalır. Bu günə

qədər  Şamaxıda  10  min  nəfərdən  çox  adamın  qırılması  məsələsi  hələlik  tam  mənada  araşdırılmayıb,  tədqiq

olunmayıb. Bizim çoxillik araşdırmalarımız isə bu günə qədər tarixə qaranlıq qalan məqamlardan xəbər verir.

Fikrimcə,  bu  məsələ,  yəni  Şamaxıdakı  qırğınların  strateji  məxfi  planları  açılsa,  tədqiq  olunub,  ciddi  şəkildə




araşdırılsa, biz görərik ki, Azərbaycan xalqının ən böyük fəlakəti – insanların kütləvi şəkildə qırılması, məhv olması

Şamaxıda  baş  verib.  Şamaxı  olayları  dünyanın  ən  dəhşətli  faciələrindəndir.  Şamaxıda  ən  mübariz,  ən  ləyaqətli,

vətənpərvər…  27  nəsil  başdan-başa  qırılıb,  məhv  edilib.  Üstündən  yüz  il  keçsə  də,  həmin  nəsillər  haqqında  tarix

susur, heç kəs heç nə bilmir.

Araşdırma  materiallarına  görə,  mart  qırğınlarında  Şamaxı  qəzasında  tamam  məhv  edilmiş  27  nəsil  bizi

düşündürməyə  bilməz.  Məsələn,  rusiyalı  demoqraf  professor  A.M.Petrovski  “Müharibələr…  millətlər  və  böyük

yerdəyişmələr”  əsərində  qeyd  edir  ki,  məqsədli  aparılan  silahlı  münaqişələrin  ağır  nəticələrindən  biri  də  böyük

insan nəsillərinin bilərəkdən birdəfəlik məhv edilməsidir. Professor keçmiş İttifaq ərazisində baş verən kütləvi insan

qırğınlarından  danışarkən  tarixə  müraciət  edir  və  Mart  qırğınlarını  qeyd  edərək,  Şamaxı  qəzasında  ermənilərin

törətdikləri  cinayətləri  xatırladır.  Göstərir  ki,  itirilmiş  nəsillər  gələcək  Şamaxının  həm  mənəvi,  həm  fiziki,  həm

psixoloji və həm də genetik cəhətdən dəyişməsinə güclü təsir edəcək.

Tehran  Milli  Arxivində  saxlanılan  “Ənzəli  qovluğunda”  isə  Məhəmməd  Kərbəlayi  Sultan  adlı  birisi  isə  qeyd

edir ki, ermənilər Şamaxıda cavan, sağlam və ağıllı nəsilləri sıraya düzüb, güllələdilər… sonra meyitləri bir-birinin

üstünə qoyub, yandırdılar.

Məlumatda bu da bildirilir ki, bu ağır və insanı dəhşətə gətirən səhnələri həm ingilislər, həm də fransızlar lentə

alıblar.


Demək, əgər Fransanın və İngiltərənin arxivlərində bu istiqamətdə araşdırmalar aparılsa, kifayət qədər material

əldə  etmək  mümkündür.  Rusiyanın  Baş  Kəşfiyyat  Arxivinə  gəlincə,  orada  isə  qırğınlar  vaxtı  Şamaxının

poçt-teleqrafına  başçılıq  edən  S.Ambartsumovun  1918-ci  il  martın  23-də  saat  16-da  “Milli  Erməni  Bürosu”nun

rəhbəri  Doktor  Zavriyevə  ünvanlanmış  teleqramı  var.  Artıq  erməni  S.Ambartsumov  Şamaxıda  qırılan  nəsillərin

siyahısını və sayını göstərir. O, həm etiraf edir, həm də sevinclə bildirir ki, qırılan müsəlman nəsillərin sayı 27-dir.

Arxivdə  toplanmış  sənədlərdə  Yelizavetpol  Məxfi  İdarəsinin  də  bu  faktları  təsdiq  edən  əlavə  sənədi  var.  İki

səhifəlik məlumat – arayışını isə kəşfiyyat mayoru, bilavasitə “Milli Erməni Bürosu”nun Şamaxı özəyi ilə əlaqələr

quran O.S.Aleksandrov-Nikolayev imzalayıb.

Məsələn,  Şamaxının  mərkəzində  yaşayan  Məşədi  Kamran  Məşədi  Əliağa  oğlu  Hüseynovlar  nəsli.  Bu  nəsildə

böyüyən altı nəfər İraq, İran və Rusiyada təhsil almışdı. Ziyalı bir nəsil idi. Üst-üstə bu nəsil 32 nəfərdən ibarət idi.

Onlar bir-birinə yaxın ərazilərdə yaşayırdılar.

1. Məşədi Kamran özü Türkiyədə təhsil almış, Ankarada həkimliyi bitirmişdi… Nəslin sonuncusu Cəmil Məşədi

Əliağa oğlunun qız nəvəsi Gövhərin doqquz yaşı olacaqdı…

2. Kərbəlayi Qulu Bəşirovlar nəsli (51 nəfər) əslən Kürdtənəsi.

3. Möhsünovlar nəsli (76 nəfər) əslən Qonaqkənd.

4. Qədimovlar nəsli (35 nəfər) əslən Dədəgünəş.

5. Qəniyevlər nəsli (29 nəfər) əslən Məlikçoban.

6. Ağamalı Məşədi Hənfə oğlunun nəsli (42 nəfər) əslən Çuxuryurd.

7. Camal (Hüseynxan) Hacı Qasım oğlunun nəsli (?) əslən Qacarlı.

8.  Uzun  müddət  çar  Rusiyasının  ordusunda  xidmət  etmiş  Məhəmməd  Məşədi  Dadaş  oğlunun  nəsli  (?)  əslən

Kələkanı.

Qeyd:  Məhəmməd  Məşədi  Dadaş  oğlunun  nəvələrindən  olan  25  yaşlı  Rəfi  Məşədi  Murad  oğlu  “Şeyx

Şamaxı”nın silahlı qrupunda döyüşüb. S.Lalayanın göstərişilə Şamaxının mərkəzində edam olunub.

Şübhə  etmirəm  ki,  biz  bu  məsələlərə  yenidən  qayıdacağıq.  Amma  hələ  də  anlamaq  olmur.  O  vaxt  Şamaxı

qəzasında olan 15 min əhalidən cəmisi 1700-ü salamat çıxdı.  Məxfi qovluqlar Şamaxıda həmçinin kütləvi şəkildə

zəhərlənmiş  adamlardan, insanı bir göz qırpımında  məhv edən un və sudan bəhs edir… Hiss olunur ki, Şamaxıda

ermənilər  həmçinin  maraqlı ölkələrin  hərbi-sənaye  komplekslərində  hazırlanmış  bir  sıra  dərman  preparatlarını da

sınaqdan keçiriblər.

Araşdırma materiallarına  görə,  o  vaxt  elə  bir  vaxt  idi  ki,  insanları kütləvi  şəkildə  hansısa  silah  növü  ilə  qırıb,

məhv  etmək,  külünü  göyə  sovurmaq  qeyri-mümkün  idi.  Azərbaycan  XX  əsri  Şamaxı  faciəsilə  başladı,  Xocalı

faciəsilə  başa  vurdu.  Bir  faciənin  başında  Doktor  Zavriyev  (icraçı S.Lalayan)  dayanırdı,  o  biri  faciənin  başında

polkovnik Zarviqarov (icraçı S.Ohanyan) dayanırdı. Bu tarixi oxşarlığın özü də ermənilərin qanlı planlarının tərkib

hissəsi olaraq qalır. (Bizim Zavriyev -Zarviqarov, Lalayan – Ohanyan arasındakı qohumluq əlaqələri istiqamətində

də maraqlı araşdırma nəticələrimiz var-R.N.)

Məlumata  görə,  Azərbaycana  və  Türkiyəyə  qarşı  ermənilərin  ilk  “Direktivlər  planı”  Londonda,  1893-cü  ilin

əvvəllərində  Böyük  Britaniyanın  baş  Naziri  olan  Qladstounun  mənzil  qərargahında  hazırlandı.  Həmin  vaxtdan

etibarən  iki  istiqamətdə  ermənilər  hücum  taktikasını  işlədilər.  Qafqazda  və  Türkiyədə  olan  fransız  diplomatı

F.D.Kambon yazırdı: “…Erməniləri kütləvi şəkildə iki mühüm, lakin sadə olan ideyalarla tərbiyə etmək lazım idi.

Birincisi  milli  özünü  dərk  etmə.  İkincisi  erməni  azadlığı…  hiss  edirdim  ki,  Avropa  bu  ideyalar  altında  xəritədə

“Ermənistan”  deyilən  bir  yer  axtarır.  Amma  bilinmirdi  ki,  bu  “Ermənistan  hardan  başlayıb,  harda  qurtaracaq…”

İngilislərin  “Direktivləri”nə  görə,  qurulacaq  Ermənistan  ikiyə  bölünmüş,  nəticədə  gücsüz  olan,  qüvvədən  düşən

Azərbaycan  torpaqlarından  başlamalı idi.  Uilyam  Qladstounun  məxvi  “Direktivləri”nin  icrasına  Fransa,  Avstriya,

Amerika  da  qoşuldu.  Onları  isə,  Londondan  fərqli  olaraq  maraqlandıran  Türkiyə-Rusiya  münasibətlərinin

pozulması,  baş  verə  biləcək  qarşıdurmada  hər  iki  dövlətin  gücdən  düşməsi,  parçalanması  idi.  Hər  iki  cəbhədə




ermənilər lazımlı faktor kimi, hadisələrin nüvəsi kimi diqqət mərkəzinə çəkilirdi. Həmin vaxt Parisdə və Londonda

“Erməni  Manifesti”  deyilən  bir  manifest  yayıldı.  Ondan  cəmi  iki  gün  sonra,  1917-ci  ilin  sentyabrın  25-də

Azərbaycanın  Dərələyəz  və  Zəngəzur  ərazilərinə  böyük  bir  qrupda  ingilis  emissarları  gəldilər.  İngilis  kəşfiyyat

polkovniki  Yum  Robertin  başçılıq  etdiyi  bu  qrup  ərazidəki  “Erməni  Milli  Birliyi”nin  hmbapetlərilə  (silahlı

dəstələrilə) görüşür, onlarla birlikdə Dərələyəz və Zəngəzur ərazilərinin strateji və həssas nöqtələrini araşdırırdılar.

Göyçə  gölünün  yaxınlığında  ilk  ingilis-erməni  hərbi  düşərgəsi  salındı.  Rusiya  və  Türkiyə  hadisələrə  etinasız

yanaşırdı. Çünki hər ikisinin potensial imkanları azalmışdı. Azərbaycan müdafiəsiz və tənha qalmışdı.

Araşdırma materiallarına görə, 1918-ci ilin martın 1-də polkovnik Yum Robert kiçik bir dəstə ilə Dərələyəzdən

Bakıya gəlir. Həm Londonu, həm də Vaşinqtonu Bakı nefti çox düşündürürdü. Londonda nəşr olunan “Daily Mail”

(Deyli mayl) qəzeti 1918-ci ilin martın 10, 11, 12-də bir-birinin ardınca Bakı nefti haqqında materiallar çap edirdi.

Nəticədə  ilk  dəfə  olaraq  İngilis  mətbuatı,  “Mİ-6”ya  yaxın  olan,  “Lonro”  neft  şirkətinə  məxsus  “The  Observer”

qəzeti 1918-ci il, mart sayında Böyük Britaniyanın “Azərbaycan-Gürcüstan-Türkiyə” neft layihəsini ortaya qoydu.

Məlumata  görə,  Bakıya  mart  ayında  ermənilər  üçün  ilk  silah  sursatı  Göyçə  gölünün  yanında  salınmış

ingilis-erməni hərbi düşərgəsindən göndərilmişdi. Bakıda isə bu silahların bölünməsi və yerlərdə paylanması işinə

Yum  Robert  özü  baxırdı.  Qafqazda  müsəlmanları  müdafiə  məqsədilə  yaradılmış  Müvəqqəti  Fövqəladə

Komissarlığına  isə  Bakı  Sovetinin  sədri  S.Şaumyan  rəhbər  təyin  olundu.  Eser  Saakyan,  daşnak  Arakelyan,

Nuricanyan,  Melik-Bolçyan,  eləcə  də  polkovnik  Avetisov,  briqada  komandiri  Amazasp,  polkovnik  Kazarov,

Əmiryan, Yum Robert və s. Şaumyanın göstərişilə silah və digər hərbi sursatın bölüşdürülməsi işilə məşğul oldular.

Məlumata  görə,  1918-ci  ilin  mart  ayının  12-də  ingilis  Yum  Robertin  dəstəsində  Bakıya  gələn  ixtisasca  həkim

olan  Edmond  Henri  və  Test  Kansell  S.Şaumyanın  otağında  Stepan  Lalayanla  görüşdülər.  Mart  ayının  13-də  isə

Doktor Zavriyev və əlavə digər xarici qonaq Bredinq və Sind davam edən görüşdə iştirak etdilər. Digər araşdırma

materiallarından aydın olur ki, T.Kapsell və Bredinq Şamaxı qırğınlarında S.Lalayanın yanında olublar. Bu haqda

Çar Rusiyasının süqutundan sonra bir müddət işini davam etdirən Yelizavetpol Məxfi İdarəsinin xüsusi məlumatları

var  və  həmin  məlumatlar  da  indiki  Rusiyanın  Baş  Kəşfiyyat  İdarəsinin  arxivində  qorunmaqdadır.  Uzun  müddət

arxivdə  çalışan,  istefada  olan  polkovnik,  kəşfiyyatçı A.A.Belov  1918-1920-ci  illərlə  bağlı  Azərbaycanda  erməni

silahlı birləşmələri tərəfindən törədilmiş qırğınlarla bağlı xüsusi qovluqların olduğunu bildirir…

Araşdırma  materiallarında  göstərilir  ki,  1918-ci  ilin  mart  qırğınlarında  Amerika  tərəfi  də  öz  maraqlarını

gizlətmədi. Nəticədə “The Vashinqton Post” (Vaşinqton Post)  qəzeti  1918-ci  ilin  martın 14-də  Bakı nefltilə  bağlı

iqtisadçı  Pollun  açıqlamasını  verir  və  gələcəkdə  çəkilməsi  ehtimal  edilən  “Azərbaycan-İran-Fars  körfəzi”  neft

layihəsini təklif edir.

Araşdırma  materiallarına  görə,  1918-ci  ilin  Mart  qırğınlarında  Şamaxıda  on  bir  yaşayış  məntəqəsində  əsir

götürülən, öldürülən əhalinin yandırılması haqqında məlumatlara gəlincə, həmin məlumatlar da Rusiya arxivlərində

qorunmaqdadır. Erməni tərəfi həmişə ehtiyat edir ki, Rusiya həmin materiallara günün birində aydınlıq gətirə bilər.

Məlumata dörə ermənilər Şamaxının Kələxana, Baharlı, Dədəgünəş, Qaraməmmədli, Bəklə, Məlikçobanlı, Quşçu,

Poladlı,  Göylər,  Xocaman,  Ləngəbiz  yaşayış  məntəqələrində  insanları  diri-diri  yandırıb,  məhv  etmişlər.  Hərbi

həkim, professor L.S.Popov 1976-cı il, “Pravda” qəzetinin 14 iyul tarixli nömrəsində törədilmiş genosid hadisələrilə

bağlı verdiyi açıqlamada iddia edir ki, insan külü torpaq qatında 150 ildən artıq qala bilir…

Başqa  bir  araşdırma  materialında  isə  Qarabağda,  Zəngəzurda  və  Dərələyəzdə  olmuş  ingilis  jurnalisti

Skotland-Liddel Londona məlumat verirdi: “Londonda “Erməni Bürosu” var. Buna bənzər təşkilatlar Fransada da,

ABŞ-da  da  var.  Onların  ən  çox  sevdiyi  metod  ən  alçaq  reklam  üçün  xristian  sözündən  istifadə  etməkdir.



Azərbaycanda həqiqəti bilirlər. Əgər ingilis içtimaiyyəti bilmirsə də, ingilis nazirlikləri bilməlidirlər.”

Rövşən NOVRUZOĞLU,

politoloq.

Yüklə 190,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə