1953-cü ilin L. P. Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix21.06.2018
ölçüsü0,58 Mb.
#50822
  1   2   3   4   5   6   7   8   9   ...   27


 

 



İTTİHAM 

 

1953-cü ilin L.P.Beriyanın xarici kapitalın mənafeyi naminə sovet dövlətini sarsıtmaq, 



hakimiyyəti  əla almaq, sovet fəhlə-kəndli quruluşunu dağıtmaq, burjua hakimiyyətini bərpa 

etmək məqsədilə SSRİ hökümətini və Sov. İKP-ni Daxili İşlər Nazirliyindən asılı  vəziyyətə 

salmaq cəhdləri dövlət, partiya əleyhinə cinayətkar fəaliyyət kimi MK tərəfindən ifşa edilmişdir. 

SSRİ Ali Sovetinin 1953-cü il 8 avqust tarixli qərarına müvafiq olaraq Beriyanın və onun 

əlaltılarının işi baxılmaq üçün SSRİ Ali Məhkəməsinə göndərilmişdi. 

1953-cü il dekabrın 23-də SSRİ Ali Ali Məhkəməsi Vətənə xəyanət və digər ağır dövlət 

cinayətləri törətdiklərinə görə Beriya və onun yaratdığı  xəyanətkar qrupun digər fəal üzvləri: 

Merkulov, Dekanozov, B.Kobulov, Qoqlidze, Meşik Vlodzimirski ən böyük cəzaya-

güllələnməyə məhkum edildilər. 

Beriya və onun yaxın əlaltılarının ifşası ilə əlaqədar olaraq sui-qəsdçi qrupun başçılarının 

Beriyanın digər həmməsləkləri ilə əlaqələri araşdırılmağa başladı. Məlum oldu ki, xalq düşməni 

Beriyanın  ən yaxın və aktiv məslək dostu uzun illərdən bəri cinayətkar fəaliyyətdə onunla sıx 

tellərlə bağlı olan, bu iş üzrə müqəssir hesab edilən M.C.Bağırov olmuşdur. 

Göstərilənlərə əsasən M.C.Bağırov həbs olunmuşdur. 

N.C.Bağırovun iş üzrə istintaqda məlum olmuşdur ki, 1921-ci ildən – Bağırov Bakı 

şəhərində Azərbaycan Fövqəladə Komitəsinin sədri olan vaxtdan etibarən Beriyanın müsavat 

əkskəşfiyyatı ilə bağlı cinayətkar fəaliyyətindən tam xəbərdar imiş və cinayətkar keçmişini ört-

basdır etməkdə ona yaxından köməklik göstərirmiş. Bağırov bilirdi ki, Beriya müsavat 

əkskəşfiyyatına kommunist partiyası  və ya digər inqilabi təşkilatlar tərəfindən göndərilməyib, 

ingilis kəşfiyyatının nəzarəti altında fəaliyyət göstərən müsavat əkskəşfiyyat xidmətinə öz xoşu 

ilə daxil olub və inqilabi fəhlə hərəkatına qarşı fəal mübarizə aparıb. Bağırov bütün bunları bilə-

bilə, Beriyanı ifşa edəcək adamların aradan götürülməsində, sənədlərin oğurlanıb məhv 

edilməsində, Beriyaya ötürülməsində  fəal iştirak edərək Beriyanın məsuliyyətində  fəal iştirak 

edərək Beriyanın məsuliyyətindən kənar olmasına köməklik göstərmişdir. 

Beriya də öz növbəsində  vətəndaş müharibəsi illərində banditizmlə  məşğul olan 

Bağırovun cinayətkar keçmişini ört-basdır etmiş  və onu ifşa edə biləcək adamların aradan 

götürülməsində, məhv edilməsində yardımçı olmuşdur. 

Öz aralarında qarşılıqlı şəkildə bu cür sıx cinayətkar tələlərlə bağlanan Bağırov və Beriya 

bir-birini təkcə ifşa olunmaq təhlükəsindən qorumurdular, həm də bütün cinayət fəaliyyətləri 

dövründə, ta Beriya həbs olunana qədər bir-birinin müxtəlif məsul vəzifələrlə təyin olunmaları 

üçün canfəşanlıq göstərirdilər. 

Uzun illər boyu Beriya, Bağırov və onların  əlaltıları öz düşmənçilik və  xəyanətkarlıq 

fəaliyyətlərini mərhəmətlə  pərdələnmiş, gizlətmiş, bu yolda terrorçular fəaliyyətindən də 

çəkinmiş, ifşa olunacaqlarından xoflanaraq müxtəlif şəxslərin qətlinə fərman vermişlər. 

Beriya və Bağırovun Zaqafqaziyada sovet hakimiyyətinin təşəkkürlü dövründə  və 

vətəndaş müharibəsi illərindəki cinayətkar fəaliyyətindən xəbərdar olan şəxslərin xüsusilə 

təhlükəli olduğu nəzərə alaraq, bir sıra kommunistlər xəyanətkar qrupun üzvləri tərəfindən məhv 

edildi. 


Sovet xalqının qatı düşməni, Vətən xaini, xarici kəşfiyyatlara satılmış Beriya öz 

cinayətkar fəaliyyətində  əsas metod kimi hakimiyyətə  və Sovet dövlətinə qarşı düşmənçilik 

niyyətlərinə çatması yolunda ona maneə olan namuslu partiya və sovet işçilərinə qarşı 

böhtandan, intriqa və müxtəlif təxribatlardan istifadə edirdi. Öz xəyanətkar niyyətlərinin həyata 

keçirilməsində, Beriya və onun əlaltıları dövlət təhlükəsizlik orqanlarındakı məsul vəzifələrindən 

istifadə etmişlər. 

Günahsız adamların istintaq işinin saxtalaşdırılması, onlara qarşı yalançı  əksinqilabi 

fəaliyyət ittihamı verilməsi yolu ilə Beriyanın sui-qəsdçi qrupu Zaqafqaziyanın bir çox partiya və 

sovet işçiləri, Zaqafqaziya respublikalarının terrorçuluqla məhv edilməsinə səbəb olmuşdur. 



 

 



Beriya və onun əlaltıları qorxu, xof yaratmaq, namuslu sovet adamları arasında  şübhə, 

inamsızlıq toxumu səpmək, milli düşmənçilik törətmək, onları ifşa edə biləcək adamları aradan 

götürmək yolu ilə cinayətlərin məsuliyyətindən uzaqlaşmağa çalışırdılar. 

Bağırovun və cinayətkar fəaliyyətdə onun ən yaxın məsləkdaşları olan Sumbatov-

Topuridze, Atakişiyev, Makaryan, Qriroryan, Borşev, Yemelyanovun işi üzrə istintaq 

müəyyənləşdirib ki, onlar da öz cinayətkar fəaliyyətlərini Beriyanın yaratdığı sui-qəsdçi qrup 

üçün xarakterik olan metodlarla həyata keçirib.  

Günahsız adamlara qarşı terrorçuluq fəaliyyətlərini bilavasitə  həyata keçirmək üçün 

Gürcüstanda Beriya, Azərbaycanda isə Bağırov qabaqkı cinayətləri Bağırov tərəfindən ört-basdır 

edilən, onun tapşırığı ilə Sovet hökümətinə qarşı istənilən cinayəti törətməyə hazır olan şəxsləri 

XDİK-DİN-DTN orqanlarına qəbul etmişdi.  

Kommunist partiyasına və Sovet hökümətinə sadiq, namuslu kadrlara divan tutmağı 

qarşısına məqsəd qoymuş Bağırov və onun əlaltıları günahsız adamların istintaq işini 

saxtalaşdırırdılar. Bağırov namuslu adamların kütləvi  şəkildə  həbs edilməsi barədə  sərəncam 

verirdi, bundan sonra həbsdə olanlara qarşı zor işlədilib, onlar vəhşicəsinə döyülür, bu yolla da 

işgəncəyə dözməyən adamlar faktiki olaraq heç vaxt məşğul olmadıqları əksinqilabi fəaliyyətdə 

günahkar olduqlarını boyunlarına alır, hələ digər günahsız adamların da üzünə dururdular. 

Bu yolla Bağırov və onun əlaltıları öz xəyanətkar  əksinqilabi fəaliyyətlərini ört-basdır 

etmək məqsədi ilə Azərbaycanın müxtəlif rayonlarının kolxozçularını, neft buruqlarında, Xəzər 

gəmiçiliyində çalışan fəalları, Azərbaycanın elm, incəsənət və  mədəniyyət xadimlərini 

əksinqilabi fəaliyyətdə günahlandırmaq məqsədi ilə  həmin günahsız adamlara qarşı 

saxtalaşdırılmış cinayət işi qaldırırdılar. 

Bağırov və  əlaltıları günahsız adamları guya ki, Beriyaya, Bağırova Sumbatov-

Topuridzeyə və b. qarşı terrorçuluq aktları hazırlanması barədə yalan ifadələr verməyə məcbur 

edirdilər. 

Bağırov və onun ən yaxın məsləkdaşları - keçmiş menşevik Sumbatov Topuridze, eləcə 

də bu iş üzrə müqəssir hesab edilən Atakişiyev, Markaryan, Qriqoryan, Borşev və Yemelyanov 

yüzlərlə, minlərlə namuslu adamı amansız divan tutulmasına səbəb olmuşlar. 

Bu yolla əksinqilabi fəaliyyətdə günahlandırılan, sonra isə  qətlə yetirilənlər arasında 

Azərbaycanın keçmiş MK katibləri Ruhulla Axundov, Əliheydər Qarayev, ZSPSR XKS-nın 

keçmiş  sədri Qəzənfər Musabəyov, sədr müavini Mirzə Davud Hüseynov, Azərbaycanın 

əkinçilik üzrə keçmiş xalq komissarı Heydər Vəzirov, Azərbaycan Xalq Komissarları Sovetinin 

keçmiş  sədri Dadaş Bünyəzadə, Azərbaycan MİK sədri Sultan Məcid  Əfəndiyev, Azərbaycan 

XKS sədri Hüseyn Rəhmanov, Azərbaycan Kommunal Təsərrüfat üzrə xalq komissarı  Həmid 

Sultanov, Azərbaycan XKS sədr müavini Xəlilov, Azərbaycan Xalq Maarif Komissarı 

Cuvarlinski, Azərneftin keçmiş rəisi, həbsə alınan zaman Baş Neft trestinin rəisi Barilov, Xəzər 

gəmiçiliyi idarəsi siyasi şöbəsinin rəisi Həsən Rəhmanov, Azərbaycan Fövqəladə 

Komissarlığının keçmiş sədri Baba Əliyev və başqaları da var idi. 



 

ISTINTAQ MATERIALLARINDAN 

 

Bağırov Azərbaycanın Mərkəzi İcraiyyə komitəsinin sədri Sultan Məcid Əfəndiyevə olan 



düşmənçilik münasibətini gizlətmirdi, müxtəlif yığıncaqlardakı çıxışlarında və replikalarında onu 

təhqir edir, acılayır, lağa qoyurdu. 1937-ci ildə Bağırov artıq təhqirdən birbaşa hədəyə keçdi. 

Belə ki, 1937-ci ilin iyununda Azərbaycan Kommunist partiyasının XIII qurultayında Bağırov 

Əfəndiyevin çıxışlarını kobudcasına pozaraq dedi: 



 

“Əfəndiyev istəyir ki, bizonun əldə silah açıq aşkar bizə qarşı vuruşmasına icazə verək. 

Sən gəbərəcəksən, ancaq biz buna yol verməyəcəyik. Səninlə vaxtında haqq-hesab 

çəkməyi bacarırıq.” 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə