1.Şərabçılıq bir elm kimi. Dünyada şərabçılığın tarixi


Üzüm bır sıra xəstəliklər zamanı xüsusilə xeyirlidir



Yüklə 1,05 Mb.
səhifə3/5
tarix13.01.2023
ölçüsü1,05 Mb.
#98563
1   2   3   4   5
ixtsasa giris cavablar - Kopya

Üzüm bır sıra xəstəliklər zamanı xüsusilə xeyirlidir
Üzüm insan orqanizminə müsbət təsir göstərən müstəsna qida və müalicəvi xüsusiyyətlərinə görə əvəzolunmaz məhsuldur. Müalicə vasitəsi kimi onun meyvəsi, şirəsi və yarpaqlarından istifadə edilir.
Üzüm tənəffüs yollarının iltihabının müalicəsində çox faydalıdır, eyni zamanda, qan azlığı, mədə şirəsi çox olan qastrit, bronxial astma zamanı, maddələr mübadiləsi pozulanda, böyrək, qaraciyər və ürəyin funksional xəstəliyi, hipertoniya və yuxusuzluqda məsləhət görülür. Meyvə və şirəsində olan qlükoza ürəyin yığılma fəaliyyəti və əzələ tonusuna müsbət təsir göstərir. Üzüm və üzüm şirəsi ilə müalicə olunduqda yağlı ət, süd, spirtli, mineral və digər içkilər məsləhət görülmür. Üzüm piylənmədə, şəkərli diabetdə, mədə və onikibarmaq bağırsaq yarası xəstəliklərində, ishalda və xroniki faringitdə məsləhət görülmür. Arsen, morfin, kokain, stirxinin və s. ilə zəhərləndikdə üzüm zəhər əleyhinə vasitə kimi işlədilir.
Üzümü necə saxlamalı?
Üzümün saxlanılması XIX əsrin axırları-XX əsrin əvvəllərindən geniş yayılmağa başlamışdır. Hazırda üzümün bir neçə saxlanma üsulu mövcuddur: müxtəlif qablaşdırma materiallarından istifadə etməklə, dondurulmuş halda, parafində, antiseptiklərdən və qamma şüalarından istifadə etməklə. Üzümü yaza qədər saxlamaq üçün müxtəlif xalq üsullarından istifadə edilir. Bunlardan ən geniş yayılanı bandaq üsuludur. Tətbiq edilən digər üsul üzüm salxımını öz yarpağına bükərək, torpağa basdırmaqdır. Bütün bunlardan başqa, Gəncədə, Ordubadda, Abşeronda üzümün kəhrizlərdə də saxlanması məlumdur. Həmin üsulun üstünlüyü əlavə xərcin olmaması, məhsulun təravəti, dad və keyfiyyətini itirməməsidir. Mətbəx soyuducusunda 1-2 dərəcə C temperaturda üzüm 2-3 həftə saxlanıla bilər.
8.Üzümçülüyün xalq təsərrüfatı əhəmiyyəti
Üzümçülük xalqımızın təsərrüfat həyatının tarixi etibarilə ən qədim və geniş yayılmış sahələrindən biri olmuşdur. Saysız - hesabsız arxeoloji qazıntılar, paleobotanika, ampeloqrafiya məlumatları, dil və folklor nümunələri, yazılı mənbələr, toponomika və s.tədqiqatlar nəticəsində Azərbaycan ərazisinin mədəni üzümçülüyün vətənlərindən biri olduğu müəyyən edilmişdir. Azərbaycan ərazisi üzümçülüyün meydana gəlməsi və inkişafı üçün olduqca əlverişli təbii şəraitə malikdir. İbtidai insanlar onların təsərrüfat fəaliyyətinin əsas formaları olan ovçuluq və balıqçılıqla yanaşı, meşələrdən yabanı meyvə və giləmeyvə, o cümlədən cır üzüm toplamış, ondan dadlı qida məhsulu kimi istifadə etmişlər. Əkinçilik tarixini öyrənən alimlər müəyyən etmişlər ki, Azərbaycan meşələri yabanı üzüm növü ilə zəngindir.Mədəni üzümçülüyün inkişafında meşə üzümləri genetik fond kimi xüsusi əhəmiyyətə malikdir.Mədəni üzümün mənşəini haqlı olaraq tədqiqatçılar yabanı üzüm yayılmış regionların ərazisində axtarılmasını göstərmişlər. Azərbaycan xalqının sosial-iqtisadi həyatının işıqlandırılmasında, habelə üzümçülüyün keçmiş olduğu tarixi inkişaf yolunun öyrənilməsində arxeoloji materiallar mühüm mənbə sayılır. Üzümçülüyün inkişafı ilə əlaqədar xalq üzümdən şirə sıxmaq, alkoqolsuz içkilər almaqla da məşğul olmuş, bu şirə və şərablardan cürbəcür yeyinti məhsulları əldə etmişlər. Üzümçülük Azərbaycan xalqını şirə və şərbətlər, kişmiş, bəhməz, sirkə, abqora və s. ilə təmin edirdi. Bütün bunların alınması zəngin təcrübə, çoxlu işçi qüvvəsi və müxtəlif formalı qablar tələb edirdi. Qazıntılar zamanı üzüm məhsullarını istehsal etmək və saxlamaq üçün işlədilən çoxlu saxsı qab məmulatı aşkar olunmuşdur. Şirənin süzülməsində əsasən gil qablardan istifadə olunmuşdur. Beyləqandan tapılmış saxsı və şüşə qabların əksəriyyətinin şirniyyat istehsalı üçün işlədildiyi şübhə doğurmur. Beyləqan şəhərinin sənətkarlar məhəlləsində tikinti qalığı aşkar edilmişdir. Arxeoloqlar ehtimal edirlər ki, həmin tikinti üzümdən və onun şirəsindən şirniyyət məhsulları istehsal etmək və yaxud müxtəlif şirələr hazırlamaq üçün istifadə olunmuşdur. Mövcud ədəbiyyat və etnoqrafik materiallar, respublikamızın ayrı-ayrı zonalarında əhalinin torpaqdan səmərəli istifadə etmə, torpaqdan bol məhsul götürmə yolları ilə yaxından tanışlıq göstərir ki, üzümçülük təsərrüfatı sahəsində də müdrik bağbanların özünəməxsus əkinçilik təcrübəsi, zəngin biliyi olmuşdur. Çoxillik təcrübələri onlara tənək əkib-becərməyin, üzüm sortları yetişdirməyin sirrini yaxşı öyrətmişlər. Qocaman üzümçülər söyləyirlər ki, tənək naz sevən, qayğı sevən bitkidir.İllər boyu hər tənəyin başına pərvanə kimi dolanmasan səndən üz döndərər, barını görməzsən. Keçmişdə əkin yerini yaşlı, təcrübəli adamlar seçib bəyənərdilər.
9.Üzümçülük və şərabçılığın inkişafı üçün qəbul edilmiş proqram və qanunlar.
10. Gəncə Qazax bölgəsində şərabçılığın inkişafı.

Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə