2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə14/46
tarix29.01.2018
ölçüsü4,25 Mb.
#22623
1   ...   10   11   12   13   14   15   16   17   ...   46

1. Hərbiyyun Müsəlmanlarla onlar arasında olan müharibə olanlar. Kafir öz ölkəsində olduğu zaman hərbi sayılır. Müsəlman ölkəsinə himayəsiz gələrsə hərbi sayılır döyüş əhlindən olmasa da belə. Əgər müsəlman ölkəsinə himayədar ilə gələrsə o, digər qism kafirlərin hökmünə daxil olur. Onlarla döyüşmək yenə də tabedir dövlətə və başçıya.

2. Zimmə Əhli Onlar müsəlman ölkələrində yaşayaraq öz dinlərində qalan Kitab Əhlidir. Onlara himayə verilmiş və onlara əziyyət vermək və öldürmək olmaz. Ərəbstanda kafirlər, Zimmə əhli yoxdur. Ora gələnlər Mustəmnun himayədar ilə ölkəyə daxil olanlardır. Artıq o, qorunmaq altındadır. Ölkəyə daxil olanlar da iki qismdir: 1) Hansı şərtlərlə daxil olubsa o, şərtlərə zidd hərəkət etməməlidir. Bu şərtləri pozmurlarsa (söz və əməlləri) ilə onlarla ədalətlə və yaxşılıqla davranılır. Belələrinə İslamı sevdirmək, onları dəvət etmək lazımdır. Onların haqlarını Allahın əmr etdiyi formada vermək lazmdır. «Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Sonra onu əmin olduğu yerə çatdır». (ət-Tövbə 6). «Müqavilə bağladıqdan sonra sizə qarşı bir əskiklik etməmiş və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş (müşriklər) istisnadır. Onlarla əhdinizə axıra qədər vəfa edin. Şübhəsiz ki, Allah müttəqiləri sevər». (ət-Tövbə 4). «Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər. Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxaran və çıxarmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalimlərdir». (əl-Mumtəhinə 8-9). Müsəlmanlarla rəftar edildiyi kimi onlarla rəftar edilməz. Onlara birinci salam verilməz. Onlara Allahın əmr etdiyi formada haqqını verirsən və haqqını alırsan. Dəvət et və dəvətlərini də qəbul et. 2) Onlar müsəlman ölkələrinə daxil olduqdan sonra insanlara nifrət edər, ələ salar, istehza edər. Belə kimsələrlə yaxşılıqla rəftar etmək olmaz. Belələri ilə ancaq ədalətlə rəftar olunmalıdır. Lazımı yerlərə xəbərdarlıq edilir ki, onlara qarşı lazımı tədbirlər görülsün. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah və Rəsulunun zimmətinə sahib olan kafiri (Muahəd) haqsız yerə öldürən kimsə Allahın əhdini pozmuşdur. Bu kimsə Cənnətin iyini belə duymayacaqdır. Halbuki Cənnətin qoxusu qırx illik məsafədən gəlir»272.

Kafirlərin Qismləri: 1 - Əsli kafir olanlar: Əhli kitab, Məcusilər, Sabiinlər və s. Əsli kafir olanlar özləri də 3 qismə bölünür. 1) Əhli kitab. 2) İxtilaf olanlar. 3) Kitab olmayanlar.

1) Əhli Ktab olan Yəhudi və Nəsranilər. 2) Əsli kafirlərdir ki, onların Əhli kitab olub-olmamasında ixtilaf vardır. Onlardan birincisi Əshabiyunlardır. Qurani Kərimdə onların adı zikr olunur. Əhməd rahmətullahi aleyhi rəvayət edir ki: «Onlar Nəsranilərin cinsindədir». Həmçinin İmam Şafii rahmətullahi aleyhi bu rəyi götrmüşdü ki, onlar Nəsranilərə aiddilər. Əhməd rahmətullahi aleyhi başqa rəvayətdə: «Mənə çatdı ki, onlar 6-cı günü qeyd edirlər və onlar Yəhudilərə oxşayırlar». İbn Qudamə rahmətullahi aleyhi deyir ki: «Düzgün rəy odur ki, onlar Kitab əhli deyil. Baxmayaraq ki, onlar dinlərində birləşirlər». Bəzi alimlər qeyd edirlər ki: «Onlar Bəni Tələq qövmünün Nəsraniləridir ki, onlarında Əhli kitab olub-olmaması barəsində ixtilaf var». İbn Abbas radıyallahu anhu və onunla həmrəy olan insanlar deyirlər ki: «Onlar Əhli kitabdandırlar. Onların kəsdiryini yemək caizdir». İmam Şabi və İmam Şafii rahmətullahi aleyhi də bu rəydədirlər. Əli, İbn Ömər, Aişə Allah onlardan razı olsun - və s. səhabələr onları Nəsranilərə aid etməmişlər. Çünki onların əsilləri ərəbdir. Onlarda olan hallar da Nəsranilərdə olan hall deyil. Bu baxımdan da onlar Əhli kitabdan sayılmırlar. İbrahim əleyhissəlam - ın sühüflarında, Davud əleyhissəlam - a nazil olan Zəbura ittiba edənlər. Bu barədə İmam Şafii rahmətullahi aleyhi deyir ki: «Onlar Əhli kitabdan deyillər». Həmçinin Hənbəlilərdən bəziləri bu rəydədirlər. Məcusilər: Məcusilər arasında ixtilaf var. Onlar Əhli kitabdır, yoxsa Əhli kitab deyil. Ən səhih rəy onlar Əhli kitab deyillər. Çünki bu haqda Əhməd rahmətullahi aleyhi nas gətirib. Həmçinin çoxlu alimlər bu rəydədirlər ki, Məcusilər Əhli kitabdan sayılmırlar. 3) Əhli kitab barəsində olan 3-cü qisimdə isə kitab olmayan kafirlərdir. Bütpərəstlər, ateistlər, fəlsəfəçilər və s. Bu firqələr kitab olmayan kafirlərdir ki, əsli olan kafirlərdir.

2- Əsli müsəlman olub, hansısa səbəbdən kafir olanlar. Onlara hüccət qalxandan və şübhələr qaldırılandan sonra bu qismə aid edilirlər. Buna həmçinin Kufrun Riddə də deyirlər. İnsan müsəlman olandan sonra mürtəd olması. Riddə bir şeyin halını dəyişdirmək, bir haldan başqa hala çevirmək deməkdir. Mən onu çevirdim, o da döndü mənasında – Radəttuhu Fərtəddə deyilir. İrtidad və Riddə gəldiyi yoldan geri dönmək deməkdir. Lakin riddə küfrə məxsusdur. Küfrə geri dönməyi ifadə edər. «Ey qövmümgeriyə dönməyin». (əl-Maidə 21).

Riddə irtidattan törədilmiş bir isimdir. Dəyişmək, bir şeydən başqa bir şeyə dönmək deməkdir. İslamdan dönmək də buradan törənmişdir. Mürtəd geri dönən deməkdir. O, dinindən dönən, İslamı qəbul etdikdən sonra kafir olan kimsədir273. İstilahi Mənası İslamı qəbul etdikdən sonra istəyərək kafir olmaq. Küfrə dönmək İslama zidd bir inancla, bir davranışla və ya bir sözlə və ya bir şübhə ilə gerçəkləşir.

Mürtədin Hökmü - Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki: «Kim öz dinini dəyişərsə onu öldürün». Alimlər mürtəd kişilərin öldürülməsində ittifaq ediblər. Əgər qadınlar mürtəd olarsa cumhura görə onun da hökmü mürtəd olaraq öldürülür. Əbu Hənifə rahmətullahi aleyhi deyir ki: «O, həbs olunur, lakin öldürülmür». Həmçinin ixtilaf ediblər ki, mürtədin ölümdən qabaq tövbə etməsində. Bəziləri deyir ki: «Ölüm hökmü verilməmişdən qabaq 3 dəfə tövbə olunmalıdır və bu da bir çox alimlərin rəyidir». Onlardan Ömər, Əli, Məlik, İshaqın, Şafinin və İmam Əhməd Allah onlardan razı olsun rəyidir ki, ölümdən qabaq tövbə etməlidir. Bəziləri isə qeyd edirlər ki, onlar tövbə etdirilmirlər. Tövbə etmədən öldürülürlər. Muaz b. Cəbəl, İmam Həsən, Tavus Allah onlardan razı olsun bu rəydədirlər ki, bir başa öldürülürlər. Daha səhih odur ki, tövbə etdirilirlər.

Həmçinin ixtilaf edilib tövbənin müddətində: Bəziləri qeyd edirlər ki: Bir dəfə etməlidir, bəziləri üç dəfə, bəziləri üç gün, bəziləri bir ay və s. Bu rəylərin hər birini İbn Həzm öz «Muhəlləq» kitabında gətirir.

Mürtədin də şərtləri var: İnsan ağıl sahibi olmalı, həddi-buluğa çatmış olmalıdır. Ancaq uşaqdan, məcnundan, ağlını itirən şəxsdən mürtədlik qəbul olunmur. Əgər uşaq, dəli Quranı tullayarsa, Peyğəmbəri söyərsə, Allahı söyərsə onun bu küfrü qəbul olunmur. Mürtədin kəsdiyi heyvanın ətini yemək haramdır. Hətta Əhli kitab olsa da belə. Məs: Bir insan müsəlman olduqdan sonra dini dəyişib Nəsrani olur. Baxmayaraq ki, Əhli kitabın əti bizə halaldır, ancaq bu mürtədin əti bizə haramdır. Bu barədə Malik, Şafii və başqa alimlər Allah onlardan razı olsun - bu rəydədirlər. Bəzi alimlərin rəyinə görə isə: Əgər Əhli kitaba keçibsə, onun kəsdiyi əti yemək olar. Səhih rəy odur ki, yeyilməz. Peyğəmbər sallallahu aleyhi və səlləm onun mürtəd olması ilə ona ölüm hökmünü verdi.

Mürtədlərin övladları barəsində hökmə gəldikdə: Əgər onların övladları mürtəd olmamışdan qabaq doğulublarsa, o zaman onlar müsəlman sayılır. Əgər onlar mürtəd olandan sonra doğulublarsa və onların valideyinlərindən biri müsəlmandırsa, onlar İslama nisbət olunurlar, yox əgər ikisidə mürtəddirlərsə, o barədə ixtilaf var. Onların uşaqları mürtəddir, yoxsa Əsli küfr sayılırlar. Bəziləri deyir ki: Onlar kafirdirlər. Onları qul etmək olar. İbn Qudamə və Əhməd rahmətullahi aleyhi deyir ki: «Onları qul etmək olar».

Mürtədin malı barəsində: Əgər bir insan mürtəd olarsa, onun malı mürtəd olmaqla qalır, yoxsa itir? Bu barədə alimlər ixtilaf etmişlər. Bəziləri deyir ki: İnsan mürtəd olmaqla onun malının isməti də itir. Əgər bir insan müsəlmandırsa, mal-dövlət sahibidirsə, əgər o mürtəd olsa artıq mürtədliklə onun malının isməti qurtarır. Bu insanın hökmü öldürül-məkdir. Onun malı ona qalmır. Alimlərin çoxu bu rəydədir. Bəzilərinin rəyinə görə: Onun malına əl dəyilmir, hətta hakim hökm verənə qədər. Bəziləri də deyir ki: Əgər insan mürtəd olarsa, mürtədlikdən sonra yenidən İslama qayıdarsa, o zaman onun malı özünə qaytarılar. Əgər mürtəd olan zaman ölərsə, onun malı onun hakimiyyətindən çıxar. Bunu İmam Nəvəvi rahmətullahi aleyhi deyir. Öləndən sonra onun malı kimə sərf olunur? Əli, Həsən, Şabi, Leys, Əbu Hanifə, İshaq Allah onlardan razı olsun deyirlər ki: Onun malı müsəlman olan varislərinə çatmalıdır. Bu ən güclü rəylərdən biridir. Rabiyə, Malikin, İbn Əbi Leylənin, Şafinin, Əhməd Allah onlardan razı qalsın - rəyinə görə: Onun malı varislərinə deyil, Beytul mala çatmalıdır.

Kafirlər arasında bu qədər fərq olsa da belə axirət hökmündə onlar eynidirlər. Əbədi Cəhənnəm. Oradan çıxmayacaq və ölməyəcəklər. Əzabda isə eyni dərəcədə deyillər. Cəhənnəmdə əzablarına görə kafirlər bir-birindən fərqlənəcəklər. Cənnət əhli Cənnətdə fərqləndiyi kimi kafirlər də Cəhənnəmdə dərəcələrinə görə fəqlənəcəklər. Məs: Döyüşən kafir ilə döyüşməyən eyni deyildir. Həmçinin salehləri, Peyğəmbərləri, müsəlmanları ödürən kafir ilə, heç kəsdə işi olmayıb öz dinini yaşıyan kafirin əzabı eyni olmayacaqdır. İmanın şöbələri bir-birindən fərqləndiyi kimi, küfr də bir-birindən fərlənir. Möminlər dərəcələrinə görə fərqləndiyi kimi, kafirlər də dərəcələrinə görə fərqlənirlər. Axirətdə kafirlərin əzabları fərqlənəcəkdir. Münafiqlər Cəhənnəmin ən alt təbəqəsində olacaqlar.

Sələflər ixtilaf ediblər ki, onların dünyada etdikləri yaxşı əməlləri onların əzablarını yüngülləşdirəcəkmi? Bu haqda iki rəy vardır: Birinci Rəy - İbn Rəcəb rahmətullahi aleyhi deyir ki: «Yaxşı əməllərinə görə onların əzabları yüngülləşdiriləcəkdir». Dəlilləri: Peyğəmbər - sallallahu aleyhi və səlləm – in əmisinin cəzası Cəhənnəmdə yüngülləşdiriləcəkdir. Abbas b. AbdulMuttalib – radıyallahu anhu deyir ki: «Ya Rəsulallah! Şübhə yox ki, Əbu Talib daima səni düşmənlərdən qoruyur və sənə kömək edirdi. Bunlar ona fayda verəcəkmi?» Peyğəmbər: «Bəli, mən onu böyük Cəhənnəm atəşi içində olduğunu gördüm və sonra onu oradan topuğuna qədər olan bir atəş çuxuruna çıxardım. Oradan belə beyni qaynayır»274. İkinci Rəy Kafirlər dünyada etdikləri yaxşı əməllərinə görə Qiyamət günü heç bir yüngüllük görməyəcəklər. «Biz onların etdikləri əməlləri qəsdən dağınıq zərrələrə döndərərik». (əl-Furqan 23). «Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaşmaq». (İbrahim 18). Ənəs b. Məlik – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Kafir yaxşı bir iş gördüyü zaman onun müqabilində dünyada ikən əvəzi verilir. Möminə gəlincə şübhəsiz Allah onun həsənətlərini axirəti üçün onun leyhinə saxlayar. Dünyada olan itaətinə görə onun ruzisini verər»275. Səhih rəy də budur ki, onların əzabları yüngülləşdirilməyəcəkdir dünyada etdikləri yaxşı əməllərinə görə.

O, ki qaldı Qiyamət günü Əbu Talibin əzabının yüngülləşdirilməsinə – onun əzabı yaxşı əməllərinə görə deyil məhz Peyğəmbər - səllallahu aleyhi və səlləm – in şəfaətinə görə olacaqdır. Qurani Kərimdə bir çox ayələrdə Allah buyurur: «Onların heç bir şəfaətçiləri olmaz». Peyğəmbər in əmisinə şəfaət etməsi bunların arasını necə cəm etmək olar? İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Qadağa olunan şəfaət onların cəhənnəmdən çıxmalarıdır. Lakin Əbu Talib üçün olan şəfaət isə əzabın yüngülləşməsi üçündür». İbn Kəsir, Qurtubi rahmətullahi aleyhi və s. bu rəyi dəstəkləmişlər. Bəziləri də qeyd edilər ki, bu şəfaət yalnız Peyğəmbər - səllallahu aleyhi və səlləm – xasdır.


MÜNAFİQLİK – NİFAQ NƏDİR?

Nifaq İki Qismdir - Lüğəti Mənası Nəfaqdan törənmişdir. Nəfaq yerin içində gizlənən tunel mənasındadır. Nifaqın bu cür adlanmasına səbəb münafiqin küfrünü gizləməsi və onu göstərməməsidir. Bir görüşə görə də bu kəlimə tarla siçanının yuvası mənasına gələn Nafikaul Yərbu-dan törənmişdir. Çünki bu yuvanın üstü yer üzü ilə eyni səviyədədir. Altda isə gizli bir çuxur vardır276.

İstilahi Mənası Nifaq batinin zahirə müxalifətidir. Açıqdan söylənən sözlərin və əməllərin qəlbdəki inancın tərsi, ziddi olmasıdır. İslamı və xeyiri açığa çıxarmaq, küfrü və şəri gizləməkdir. Yəni qəlbən inanmadığı və rədd etdiyi halda zahirdə Peyğəmbər sallallahu aleyhi və səlləm in gətirmiş olduğu şeylərə uyduğunu göstərməkdir. Münafiq imanı açıqlayan, küfrü isə gizlədəndir. Münafiq sözü əməlinə, içi də çölünə zidd olan kimsədir. O, İslama bir qapıdan girər, digər qapıdan çıxar. Zahirən imana girər, batinən ondan çıxar277. «İnsanlardan bəziləri də vardır ki, inanmadıqları halda Allaha və axirət gününə inandıq deyərlər». (əl-Bəqərə 8). «Onların (münafiqlərin) halı (qaranlıq gecədə) od yandıran şəxslərin halına bənzər. Od, ətrafındakı şeyləri işıqlandırdığı zaman Allah onların işığını keçirər və özlərini zülmət içərisində elə vəziyyətdə qoyar ki, heç nə görməzlər. Onlar kar, lal və kordular. Buna görə də (öz pis əməllərindən) geri dönməzlər. Yaxud (o münafiqlər) qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş şəxslərə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxarlar. Halbuki Allah kafirlərin bütün işlərini biləndir. İldırımın çaxması az qalır ki, onların gözlərinin nurunu alsın. Şimşək onlara işıq verdiyi zaman yeriyərlər, üzərlərinə qaranlıq çökdükdə isə dayanıb durarlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini əllərindən alardı. Həqiqətən Allah hər şeyə qadirdir». (əl-Bəqərə 17-20). «Münafiqlər ürəklərində olanı xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər. De ki: «Siz istehza etməyinizdə olun. Allah qorxub-çəkindiyiniz şeyi üzə çıxaracaqdır. Münafiqlərdən soruşsan: Biz ancaq söhbət edib zarafatlaşır, əylənirdik deyə cavab verərlər. De ki: Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz? (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz. Aranızda bir qismini bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik. Münafiq kişilərlə münafiq qadınlar bir-birinin eynidirlər. Onlar pis işləri görməyi əmr edər, yaxşı işlər qadağan edərlər. Hələ əlləri də bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən münafiqlər fasiqlərdir. Allah münafiq kişilərə, münafiq qadınlara içində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. O atəş onlara kifayətdir. Allah onlara lənət elədi. Onları daimi bir əzab gözləyir». (ət-Tövbə 64-68).

1. İslamdan Çıxaran Etiqadda Olan Nifaq - (Böyük Nifaq) Bu küfrünü qəlbində gizlədərək, imanı dili və əməllərilə göstərməkdir. Belə iman sahibi Cəhənnəmin ən alt təbəqəsinə düşənlərdən olacaqdır. Çünki o, Allahın göndərdiyi haqqın hamısını və ya bir hissəsini yalan saymış və Peyğəmbər sallallahu aleyhi və səlləm in təmiz dininin üstünlüyünü yarıtmaz hesab etmiş, daha sonra Peyğəmbər sallallahu aleyhi və səlləm in gətirdiyi haqqın hamısını və ya bir hissəsini təhrif etmək və buna bənzər küfr əməllərdə olmaq məqsədilə inkara keçmiş və kafir olmuşdur.

Bu nifaq özü də altı növdür: 1) Peyğəmbər sallallahu aleyhi və səlləm i təkzib etmək, yalanlamaq. 2) Peyğəmbər sallallahu aleyhi və səlləm in gətirmiş olduğu (Quran və Sünnəni) təkzib etmək. 3) Peyğəmbər sallallahu aleyhi və səlləm ə qarşı nifrət və qəzəb bəsləmək. 4) Peyğəmbər sallallahu aleyhi və səlləm in gətirmiş olduğu şəriətə nifrət və qəzəb bəsləmək. 5) İslamın məğlub olmasına sevinmək və fərəhlənmək. 6) İslamın qələbə çalmasına nifrət və qəzəblənmək. «Əlbəttə münafiqlərin yeri Cəhənnəmin ən alt təbəqəsidir». (ən-Nisa 145-146). «Həqiqətən münafiqlər fasiqlərdir». (ət-Tövbə 67). «Həqiqətən Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerə toplayacaqdır». (ən-Nisa 140). «Münafiqlər ildə bir-iki dəfə bəlaya düçar olduqlarını görmürsənmi. Bununla belə yenə də tövbə etmirlər». (ət-Tövbə 126). Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanlar mədənlər kimidir. Cahiliyyədə xeyirli olanlar İslamda da xeyirlidirlər əgər fəqih olarlarsa. Onlardan ən xeyirliləri əmirliyə qarşı istəksiz olduqlarını görərsən. İnsanların ən şərliləri isə birisinin yanına bir sifətlə gələn, digərlərinin yanına isə başqa bir sifətlə gələn kimsələrdir»278. Muhəmməd b. Zeyd - radıyallahu anhu rəvayət edir ki, bir qrup insanlar babam Abdullah b. Ömər - radıyallahu anhu dedilər: «Biz başçılarımızın yanına girdikdə onlara qarşı söylədiklərimizi, yanlarından çıxdığımızda söylədiklərimizin əksini söyləyirik». İbn Ömər: «Biz bu cür davranışları Peyğəmbərin zamanında nifaq sayardıq»279. Abdullah b. Amr b. əl-As - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Münafiqliyin əlaməti dörddür. Kimdə bu dörd əlamət cəmləşərsə o, həqiqi münafiqdir. Kimdə bu əlamətlərdən biri olarsa onu tərk edincəyə qədər onda nifaqdan bir əlamət olmuş olar. Əmanət edildikdə xəyanət edər, danışdıqda yalan danışar, söz verdikdə xilaf çıxar280 və mübahisə etdikdə (biabırçı sözlərlə) günaha batar (Başqa rəvayətdə: «Oruc tutsa, namaz qılsa və müsəlman olduğunu söyləsə də belə281282. «Allah sizə əmanətləri əhlinə verməyiniziəmr edir». (ən-Nisa 58). Bureydə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Münafiqə seyyid (ağa) – deyə müraciyət etməyin. Əgər o, ağa olsa onda sizlər Allahı qəzəbləndirmiş olarsınız»283. «Ey iman gətirənlər! Özünüzdən başqasını özünüzə sirdaş tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin zərərə və əziyyətə düşməyinizi istərlər. Həqiqətən onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə ayələri artıq sizə izah etdi. Bəli siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: Biz də inandıq deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. De ki: Acığınızdan ölün! Əlbəttə Allah ürəklərdə olanları biləndir». (Ali İmran 118-119). «Sizlər nə üçün münafiqlər barəsində iki dəstəyə ayrıldınız? Halbuki Allah onları gördükləri əməllərinə görə əvvəlki hallarına qaytarmışdır. Siz Allahın azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir yol tapa bilməzsən! Onlar kafir olduqları kimi sizin də kafir olub özlərilə bərabər olmanızı istərlər». (ən-Nisa 87-88). «(Ya Muhəmməd!) Münafiqlərə müjdə ver ki, onlardan ötrü (axirətdə) şiddətli əzab vardır». (ən-Nisa 138).

2. İslamdan Çıxartmayan Əməldə Olan Nifaq - (Kiçik Nifaq) Bu əməlin şəriətin ziddinə olaraq edilməsindən yaranmasından otraya çıxan nifaq formasıdır ki, insanı İslamdan çıxarmır. Yalan danışmaq, əmanətə xəyanət etmək, vədə xilaf çıxmaq və s. Şirkin, küfrün, fasiqliyin, zülmün və cəhalətin dindən çıxaran və dindən çıxarmayan qisimlərə ayrıldığını görürsənmi? Münafiqlik də iki qisimdir. Etiqadi münafiqlik və əməli münafiqlik. Etiqadi münafiqlik Allahın Qurani Kərimdə rədd etdiyi və onlar üçün Cəhənnəmin ən alt təbəqəsini vacib qıldığı münafiqlikdir. Əməli münafiqlik isə Peyğəmbər - sallallahu aleyhi və səlləm – in səhih hədisində söylədiyi kimi: Münafiqin əlaməti üçdür: «Danışanda yalan danışar, söz verdiyi zaman sözünü yerinə yetirməz (sözündə durmaz), ona bir şey əmənət edildikdə əmanətə xəyanət edər»284. Yenə səhih bir hədisdə Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurur: «Dörd şey vardır ki, bunlar kimdə olarsa o, kimsə xalis münafiqdir. Lakin bu dörd xislətdən biri bir kimsədə olarsa onu tərk edincəyə qədər onda münafiqlikdən bir xislət vardır: 1) Ona bir şey əmənət edildikdə əmanətə xəyanət edər, 2) Söz söylədiyi zaman yalan söyləyər, 3) Söz verdiyi zaman yerinə yetirməz, 4) Mübahisə etdiyi zaman biyabırçı sözlərə yol verər»285. Bu əməli nifaqdır. Bəzən imanla bərabər də ola bilir. Lakin bunlar kamil şəkildə qəlbdə yerləşdiyi zaman sahibi namaz da qılsa, oruc da tutsa və müsəlman olduğunu söyləsə də dindən sıyrılıb çıxa bilər. Çünki iman mömini bu pisliklərdən qoruyar. Bir qulda bunlar kamil şəkildə olarsa və onu bu şeylərdən qoruyan heç bir şey olmazsa o, artıq xalis bir münafiq olmaqdan başqa bir şey deyildir. «Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində Allah onları aldadır. Onlar namaza durduqları zaman tənbəlliklə qalxar, özlərini xalqa göstərərlər və Allahı da olduqca az yad edərlər». (ən-Nisa 142). «Ətrafınızdakı bədəvilər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş münafiqlər vardır. Sən onları tanımazsan. Biz isə onları tanıyırıq. Onlara iki dəfə əzab verəcəyik. Sonra isə ən böyük əzaba uğrayacaqlar». (ət-Tövbə 101). Ammar b. Yəsir - radıyallahu anhu rəvayət edir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləm in belə buyurduğunu dinlədim: «Dünyada ikiüzlü olanın Qiyamət günü oddan iki dili olacaqdır». Bu vaxt kobud286 bir adam onların yanından keçdi. Peyğəmbər: «Bu onlardandır» deyə buyurdu287. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İki üzlü adamı Qiyamət günü Allah yanında insanların ən pisi görəcəksən. O, (elə bir) kimsədir ki, bunların yanına bir üzlə yaxınlaşır, digərlərinə isə başqa bir üzlə»288. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ümmətim üçün ən çox qorxduğum şey çox gözəl danışan münafiqdir»289. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Həya və az danışmaq imandan iki şöbədir. Faydasız və boş danışmaq isə münafiqliyin iki şöbəsidir»290. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Münafiqin məsəli iki qoyun sürüsü arasında çaşqın qalaraq gah bu yana, gah da digər tərəfə gedən qoyunun məsəli kimidir»291. İbn Əbi Muleykə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in səhabələrindən olub Bədr döyüşünə qatılan otuza yaxın kişi ilə qarşılaşdım. Hamısı da nifaqdan qorxur və dinlərində fitnəyə düşməkdən özlərini arxayın hiss etmirdilər»292. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim qırx gün ərzində imamla cəmaat namazı qılarsa o, kimsə iki şeydən qorunmuş olar. Cəhənnəmdən və münafiqlikdən»293. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Döyüşmədən və özünə də döyüşməyi arzu etmədən ölən kimsə münafiqlikdən bir şöbə üzərinə ölmüş olar»294. Əbu Hureyrə – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm buyurdu: «Münafiq üçün sübh və işa namazından daha çətin namaz yoxdur»295. Ənəs - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Münafiqin əlaməti Ənsara nifrət (lağ) etməkdir, möminin əlaməti isə Ənsarı sevməsidir (Ənsarı sevmək iman əlaməti, onlara nifrət etmək isə nifaq əlamətidir)»296. Fudayl b. İyad rahmətullahi aleyhi deyir ki: «Mömin az danışar, çox iş görər. Münafiq isə çox danışar, az iş görər. Möminin danışması hikmətdir, susması təfəkkürdür, baxışı ibrətdir, işi gücü yaxşılıq etməkdir. Belə olduğu zaman daima ibadət içində olmuş olursan»297. Həsənul Bəsri rahmətullahi aleyhi deyir ki: «Möminin qəlbi dilinin önündədir. Danışmaq istədikdə qəlbilə düşünür sonra da ona görə danışar, ya da susar. Münafiqin isə dili qəlbinin önündədir. Danışdığı zaman qəlbilə heç düşünmədən danışar».

Münafiqlərin Sifətləri İbn Qeyyim «Tarikul Hicrəteyn» adlı əsərində Allahın münafiqlər üçün saymış olduğu sifətləri sadalayaraq onlar üzərində düşünməyi tövsiyə edir. 1. Onların qəlblərində şək və şübhə xəstəliyi vardır. 2. Onlar yer üzündə fitnə və fəsad çıxarırlar. 3. Onlar Allahın dinini və qullarını ələ salırlar. 4. Onlar yer üzündə azğınlıq edər və hidayəti satıb qarşılığında zəlaləti alırlar. 5. Onlar kor, kar və laldırlar. 6. Onlar tərəddüd içində olub, Allaha ibadət etməkdə tənbəl olurlar. 7. Onlar zina etməyə düşkündürlər. 8. Onlar Allahı çox az zikr edərlər. 9. Onlar möminlərlə kafirlər arasında gedib-gəlirlər, nə onlara tərəf görünürlər, nə də bunlara tərəf görünürlər. 10. Onlar yalan yerə və batil olaraq Allahın adı ilə çox and içərlər. 11. Onlar yalançıdırlar. 12. Onlar hədsiz dərəcədə qorxaqdırlar. 13. Onlar dini bilməz və dindən anlamazlar. 14. Onlar çox simicdirlər. 15. Onlar Allaha və Axirət gününə inanmazlar. 16. Onlar davamlı olaraq möminlərə zərər verməyə çalışır möminlər arasına fitnələrin daxil olması üçün çalışar, nəsihətlər edərlər. 17. Onlar heç bir zaman Allahın dininin qalib gəlməsini istəməzlər. 18. Onlar haqqı yox etmək və qaldırmaq üçün durmadan çalışarlar. 19. Onlar möminlərin qalib gəlməsinə, möminlərin zəfər çalmasına son dərəcə üzülürlər. 20. Onlar möminlərin başına gələn bəla və müsibətdən dolayı sevinirlər. 21. Onlar möminlərin başına bəla və müsibət, fəlakətin gəlməsini istəyərlər. 22. Onlar Allah rizası üçün Onun yolunda sərf etməyi sevməzlər. 23. Onlar möminlərdə olmayan bəzi vəsfləri onlara iftira edər və beləcə onları pisləməyə, ləkələməyə çalışarlar. 24. Onlar dünyanın qulları, əgər onlara dünyalıq verilərsə razı qalarlar, verilmədiyi təqdirdə isə qəzəb edərlər. 25. Onlar Allahın Rəsuluna əziyyət verər, Allahın onu münəzzəh etdiyi şeyləri ona nisbət edər, onun üçün ucalıq, fəzilət və kamil sayılacaq şeylərlə onu ayıblayarlar. 26. Onların məqsədləri yaradılmışları razı etmək, aləmlərin Rəbbini razı etməyə isə heç çalışmazlar. 27. Onlar Peyğəmbər sallallahu aleyhi və səlləm dən geri qalıb cihada getməməklə sevinərlər. 28. Onlar Allah yolunda cihad etməkdən və edilməsindən xoşlanmazlar. 29. Onlar hər cür vasitə ilə Allahın fərz etdiyi şeyləri yerinə yetirməmək və onlardan qurtulmağa çalışırlar. 30. Onlar Allah və Rəsuluna itaət etməməyi arzu edərlər və bunu istəyərlər. 31. Onların qəlbləri möhürlənmişdir. Haqqı düşünməzlər. 32. Onlar gücləri olduğu halda Allahın fərz etdiyi şeyləri tərk edərlər. 33. Onlar insanlar arasında Allahın adına ən çox and içənlər olub, bunu müsəlmanların onlara qarşı çıxmasına qarşı bir qalxan ediblər. 34. Onlar Adəm oğulları arasında ən rəzil və ən pis varlılıqlardır. 35. Onlar fasiqdirlər. Allah və Rəsulunun əmrlərinə bağlı qalmazlar. 36. Onlar möminlər üçün zərərli məxluqlar olub, davamlı olaraq onları bölüb parçalamağa çalışarlar. 37. Onlar möminlərə, Allah və Rəsulu ilə döyüşən hər kəsə kömək edərlər. 38. Onlar möminlərə zahirən bənzəməyə çalışır və əməllərində onları təqlid edərlər ki, beləcə onlara zərər verməyə və onların birliklərini pozmağa yol tapsınlar. 39. Onlar Allahı və Rəsulunu inkar etməklə özlərini fitnəyə salmışlar. 40. Onlar pis aqibət və fəlakətlərin müsəlmanların başına gəlməsini istəyərlər. 41. Onlar din haqqında şübhəyə düşmüş və onu təsdiq etməmişlər. 42. Onları batil istəklər və şeytan aldatmışdır. 43. Onlar bədəncə insanların ən gözəlləri olub, görünüşləri və danışmaları diqqəti cəlb edəndir. Ancaq bədən və sözlərindən başqa onlardan heç bir şey yoxdur. İman yox, fiqh yox, səmimiyyət yox. Onlar tövbəyə və istiğfara dəvət edildikdə qəbul etməz və buna ehtiyaclarının olmadığını iddia edərlər. Buna da səbəb ya onlarda olan zındıqlıq və cahilliyə görədir, ya da onları dəvət edənləri aşağı görərək onlardan heç bir şey qəbul etməməkdir. Onlar Allahın ayələrini və Rəsulunu əyləncə edib bununla əylənərlər. 44. Onlar münkəri əmr edər və mərufu qadağan edərlər. 45. Onlar mücrimdirlər. 46. Onlar Allahın razı olacağı yollarda mallarını sərf etməzlər. 47. Onlar Allahı xatırlamaz və zikr etməzlər. 48. Onlar möminləri buraxıb kafirləri dost edərlər. 49. Şeytan onları idarə edir və onlara hakim olmuşdur. 50. Şeytan onlara qalib gəlmiş, Allahı zikr etməyi, xatırlamağı onlara unutdurmuşdur. Beləcə onlar da Allahı çox az xatırlayarlar. 51. Onlar şeytanın əsgərləridir. 52. Onlar Allah və Rəsuluna düşmənlik edənləri sevər və onlarla dost olarlar. 53. Onların möminlərə qarşı olan nifrəti, kini, kudurəti ağızlarından çıxan sözlərdən bilinir. 54. Onlar qəlblərində olmayan şeyləri sadəcə dilləriylə deyərlər. 55. Onlar danışarkən yalan danışarlar. 56. Onlar əmanətə xəyanət edərlər. 57. Verdikləri sözdə durmazlar. 58. Mübahisə etdikdə biabırçı sözlərə yol verərlər və bağıraraq danışarlar. 59. Namazı ən son vaxına qədər gecikdirərlər. 60. Namazı tez-tez qılarlar. 61. Cəmaatla namaza gəlməzlər. Onlara ən çətin gələn namazlar sübh və işa namazlarıdır. 62. Onlar möminlər üçün xeyir diləməkdə simic olarlar. 63. Onlar bir səs eşitdikdə dərhal qorxuya düşərlər. Möminlərə dilləriylə əziyyət verən insanlar onlardır. Müsəlmanlar çətinliyə düşərkən qəlblərində olan əqrəblər dərhal ortaya çıxar və gizli olan bütün çirkinlikləri üzə çıxar. Onlar dilləri şirin, lakin qəlbləri çox sərt və acıdır. 64. Onlar insanlar arasında sözləri və əməlləri ən çox zidd gələn kimsələrdir. Heç bir zaman onlarda dini gözəl bilmək, gözəl əxlaq bir yerdə ola bilməz. Hər zaman onların hərəkətləri sözlərini, içləri çöllərini, gizli halları zahiri davranışlarının ziddidir. Həqiqi mömin onlara güvənməz. Çünki onlar haqq və ya batillə, doğru və ya yalanla hər işin bir çıxış yolunu hazırlamışlar. Hər bir işdən qurtulmaq bəhanələri onlarda hazırdır. Bu İsim tarla siçanı adlanan heyvanın yuvasının adı olan Nafiqa dan alınmışdır. Bu heyvan yuvası üçün bir çox çıxış qapısı açar. Hansı dəlikdən yaxalanmağa çalışılarsa digərindən qaçar beləcə onu yaxalamağa çalışan kimsə tək bir dəlikdən heç bir zaman onu yaxalaya bilməz. Münafiq də belədir. Münafiqlərin ən bariz bir xüsusiyyəti də vardır ki: 65. Onlar tez-tez rəng verib rəng alar, haldan hala girmələri və heç bir zaman tək bir hal üzərə sabit olmazlar. Bəzən sən onu heyrat edəcək dərəcədə bir dindar, ibadət əhli, saleh əməllər edən və səmimi olaraq görürsən. Bir də baxırsan ki, bunların ziddini edir. Elə bil ki, o dünənki yaxşı əməlləri edən kimsə deyildir. 66. Onlar gecələri leş kimi yatar, gündüzləri isə dünyaları üçün çalışarlar. Axirəti isə heç düşünməzlər. 67. Onları Quran və Sünnəyə dəvət etdiyin zaman onlar bunu qəbul etməz və tağutlarına gedib mühakimə olunmaq üçün səni dəvət edərlər. 68. Onlar öz ağıllarını Peyğəmbər sallallahu aleyhi və səlləm in gətirdiklərinə qarşı qoyarlar. Onlar həm Peyğəmbər sallallahu aleyhi və səlləm in gətirdiklərindən üz çevirmiş, həm də onun gətirdiklərinə qarşı çıxmışlar. 69. Onlar haqqı gizlədər. 70. Onlar haqq əhlini zahid, axirətə rəğbətli və Allah ilə Rəsuluna itaətkar gördükləri zaman həmən onları pisləyərlər. Onlar haqq əhlinin əlində haqqı gördükləri zaman ona batil donunu geyindirməyə və insanları ondan uzaqlaşdırmaq üçün həmən insanı gözdən salmağa çalışarlar. Öz əllərində olan batilə də haqq donu geyindirərək insanların qəbul etmələri üçün mülayimliklə onu insanlara yeridərlər. 71. Heç şübhəsiz ki, din üçün bu tip insanlar kimi zərərli kimsələr yoxdur. Dini pozanlar da onlardır. Buna görə də Allah Qurani Kərimdə onların sifətlərini bəyan etmiş və izah etmişdir. Onların ümmətə etdikləri çətinliklər və ümmətin onlarla imtahanı böyük olduğu üçün Allah təkrar-təkrar onları zikr etmişdir. Onlar neçə-neçə insanları doğru yoldan çıxartmış. Zəlalət yollarına sövq etmiş, onlara boş vədlər və arzular verərək aldatmışlar. Onlar vasitəsilə neçə insanların imanı və təqvası çıxarılıb atılmışdır. Onlarla bərabər olmaq ayıb və rəzillik olub, onları sevmək isə Cəbbar olan Allahın qəzəbinə və Cəhənnəminə girməyə səbəbdir. Onların bəla və müsibətinə düşməkdən çəkinin. Onların dilləri bəla və müsibət kəsən iti bıçaqlardır. Onlar özlərini Cəhənnəmin qapısında duran və ona dəvət edən Cəhənnəm dəvətçiləri etdilər. Onların dəvətinə icabət edən həlak olsun!

Səhabəllər də bu kimi şeylərə düşməkdən həzər edərdilər. Hətta Ömər - radıyallahu anhu Huzeyfə b. Yəmən - radıyallahu anhu ya deyərdi: «Ey Huzeyfə! Allah haqqı üçün söylə, Peyğəmbər sallallahu aleyhi və səlləm onlar arasında mənim adımı zikr etdimi?». Huzeyfə: «Xeyr, Lakin səndən sonra heç kimsəyə bu xüsusda bir şey söyləməyəcəyəm» deyə cavab verdi298.



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə