2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə3/46
tarix29.01.2018
ölçüsü4,25 Mb.
#22623
1   2   3   4   5   6   7   8   9   ...   46

3. Həlak edici olaraq adlandırılması: Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Həlak edici yeddi şeydən çəkinin»64.

4. Günahın həyasızlıq, çirkin və iyrənc bir iş olaraq adlandırılması: «Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır. Əlbəttə bu çox pis işdir və (Allahın qəzəbinə səbəb olan) çirkin bir yoldur». (ən-Nisa 22).

5. Günahın şeytan əməli olaraq adlandırılması: «Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız». (əl-Maidə 90).

6. Günahın fısq deyə adlandırılması: İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Müsəlmanı söymək fasiqlikdir, onunla vuruşmaq isə küfrdür»65.

7. Günah edənə Allah tərəfindən hərb elan edilməsi: «Əgər belə etsəniz o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girdiyinizi bilin!». (əl-Bəqərə 279). Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz Rəbbindən buyurdu: «Kim mənim dostumla düşmənçilik edərsə mən də ona müharibə elan edərəm»66.

8. Günah edənin Allah və Rəsulu tərəfindən lənətlənməsi: İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qadınlara bənzəməyə çalışan kişilərə və kişilərə bənzəməyə çalışan qadınlara lənət etdi»67.

9. Günah edən kimsənin üzünə Allahın baxmayacağının ifadə edilməsi: İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Təkəbbürlənərək paltarını yerlə sürükləyən kimsənin üzünə Allah Qiyamət günü baxmaz»68.

10. Günah edənin Cənnətə girməyəcəyinin ifadə edilməsi: İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qəlbində zərrə qədər təkəbbürlük olan Cənnətə girməz»69.

11. Günah edənin mömin olmayacağının ifadə edilməsi: Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Vallahi iman etmiş olmaz! Qonşusu onun şərrindən əmin olmayan kimsə»70.

12. Günah edən bir kimsəyə Allahın qəzəb edəcəyinin ifadə edilməsi: İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Müsəlman bir kimsənin malını əlindən almaq üçün yalan yerə and içən kimsə Allahın qəzəbinə uğrayaraq Onun hüzuruna çıxar»71.

13. Günah edənin küfr və ya şirklə ifadə eilməsi: Bureydə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bizimlə onlar arasında fərq namazdır. Hər kim onu tərk edərsə küfr etmiş olar»72.

14. Günah edənin xüsran ilə ifadə edilməsi: «Yaxud o məmləkətin əhalisi Allahın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi? Allahın bu yolla dolaşdırıb bəla toruna salmayacağına xüsrana uğrayanlardan başqa heç kəs əmin olmaz». (əl-Əraf 99).

15. Günah edənin sapıqlıqla ifadə edilməsi: «Rəbbinin rəhmətindən doğru yoldan sapandan başqa kim ümid kəsə bilər». (əl-Hicr 56).

16. Günah edənin bizdən deyildir sözü ilə ifadə edilməsi: Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bizi aldadan bizdən deyildir»73.

17. Günah edənin Cəhənnəmdə əbədiyyən qalmasının ifadə edilməsi: «Kim qəsdən bir mömini öldürərsə içində əbədiyyən qalacağı yer Cəhənnəmdir». (ən-Nisa 93).

18. Günah edənin yerin dibinə keçirilməsi ilə ifadə edilməsi: İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizdən öncəki ümmətlərdən bir nəfər təkəbbürlü olaraq yeridiyi halda yerin dibinə keçirildi…»74.

19. Günah edənin halının soruşulmamasını bildirən günahlar: «Cəhənnəmliklərin halını heç soruşma». (əl-Bəqərə 119).

20. Günah edənə Allahın düşmən olması ilə ifadə edilməsi: Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz Rəbbindən buyurdu: «Mən Qiyamət günü üç kimsəyə düşmənəm. Mənim adımla söz verib və yerinə yetirməyən insan. Azad bir insanı qul kimi satıb pulunu da yeyən kimsə və bir də işçini öz işi üçün işlətdikdən sonra pulunu verməyən kimsəyə»75.

21. Günah edənin Cənnətin iyini belə hiss etməməsi: Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim Allah rizası üçün öyrəniləcək bir elmi sırf dünyaya sahib olmaq üçün öyrənərsə o, Qiyamət günü Cənnətin iyini də belə hiss etməz»76.

22. Günah edənə Veyl kəliməsinin ifadə edilməsi: «Vay halına çəkidə və ölçüdə aldadanların!». (əl-Mutəffifin 1).

23. Günah edənin əməlinin boşa çıxması: Bureydə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim əsr namazını tərk edərsə əməli boşa çıxar»77.

24. Günah edənin Qiyamət günü edə bilməyəcəyi bir işlə mükəlləf edilməsi: İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim görmədiyi bir yuxunu gördüm deyə danışarsa Qiyamət günü iki arpa dənəsini bir-birinə düyünləməklə əmr edilir. Lakin o, bunu əsla edə bilməz. Kim bir topluluğun söhbətlətinə onlar istəmədikləri halda oğrun-oğrun qulaq asarsa (öyrənməyə çalışarsa) Qiyamət günü qulaqlarına qurğuşun tökülər. Kim də hər hansı bir canlınin şəklini (heykəl) çəkərsə Qiyamət günü çəkdiklərinə can verilməsi əmr edilər. Lakin o, bunu əsla edə bilməz»78.
AÇIQ VƏ GİZLİ OLAN BÖYÜK GÜNAHLAR

Açıq olan böyük günahlar zina, oğurluq, içki içmək kimi əzalarla edilən böyük günahlardır. Gizli olanlar isə riya, təkəbbürlük kimi qəlblə edilən böyük günahlardır. Şübhəsiz ki, qəlblə edilən böyük günahlar orqanlarla edilən günahlardan daha təhlükəli və müalicəsi də digərindən daha çətindir. Çünki bu cür günahlar yaxşılıqları da yeyir və cəzanı da vacib edir. Bəzi alimlər bu gizli böyük günahlardan bəhs edərkən bunları altımışa qədər saymış və bunları zina, oğurluq və s. kimi günahlardan daha pis saymışlar. Çünkü gizli olanlar daha zərərli, nəticəsi daha pis və qalandır. Onlara davam edilərsə insanda xarakter halına keçir və qəlbində kök salır. Lakin orqanlarla edilə günahlar belə deyildir. Çünki onlar tövbə və istiğfarla, yaxşı əməllər etməklə və kəffarə olan müsibətlərlə silinərlər. «Heç şübhəsiz ki, yaxşılıqlar pislikləri yuyub aparar. Bu öyüd almaq istəyənlərə bir xatırlamadır». (Hud 114).



Qəlb Xəstəlikləri Və Onların Müalicəsi - Ey müsəlman qardaşım! Sən bilirsənmi ki, biz çox vaxtımızı zahiri görünüşümüzlə maraqlanmaqda keçiririk. Biz heç qəlb xəstəlikləri barəsində düşündükmü? Hansı ki, təhlükəsi zahiri xəstəliklərdən daha da şiddətlidir. Qəlb xəstəlikləri sahibini özü də bilmədən həlaka aparır. Beləliklə o qəlb qara qəlbə çevrilir, bundan sonra nə yaxşını bilir, nə də münkəri inkar edir. Bunun üçün lazımı ehtiyatları edirikmi? Bunun üçün tədarük görürükmü? Allah qəlbləri təmizləməyi, paklaşdırmağı əmr etmiş və həmçinin də qəlbləri təmizləmək Muhəmməd risaləsinin əsas qayələrindəndir. Allah Qurani Kərimdə kitabı və həmçinin də hikməti öyrənməkdən öncə bunu gətirmiş və nə qədər əhəmiyyətli olmasını bizə bəyan etmişdir. «Ummi ərəblərə özlərindən Peyğəmbər göndərən Odur. Bu Peyğəmbər əvvəllər haqq yoldan açıq-aydın azsalar da onlara Allahın ayələrini oxuyar, onları təmizləyər, onlara kitabı və hikməti (Quranı və şəriəti) öyrədər». (əl-Cumuə 2). Qəlb xəstəlikləri insanlar arasında geniş yayılmışdır. Kin-kudurət, həsəd, təkəbbürlük, xor baxmaq, istehza etmək, dünya və dünya şəhvətlərinə bağlanmaq, dünyanın insanların əsas dərdi olması, həmçinin qəlb xəstəliklərinin təzahüründən qəlbə namazın ağır gəlməsi, namaza daxil olduqda orada, huşunu, mütiliyi hiss etməməsi, gizlidə, tək olduğu zaman Allahdan qorxunun zəifləməsi və gözlərdə quraqlığın yaranması (Allah qorxusundan gözdən yaşın çıxmaması), Quranı tərk etmək, hətta Quranı oxusa da belə qəlbin yumşalmaması, günah işlədiyi zaman günahına görə kədərlənməməsi. Həmçinin də qəlb insanın həyatında əsas yönəldici və qərar verəndir. Qərar verən qəlbdir və orqanlar da o qərarı yerinə yetirirlər. Əgər qəlb xəstəliklərdən təmizlənərsə insan Rəbbinə haqqı ilə ibadət edər. Onun əxlaqı gözəlləşər və halı düzələr. O insan səadət içində olar və başqalarını da səadətə aparar. Qulun istiqamət üzərə (doğru yolda) olması üçün ən böyük orqanizim qəlbdir. Çünkü bütün orqanların hökmdarı odur və qəlbin istiqamət üzərə olmasıyla digər bütün orqanlar da istiqamət tapır. Qəlbin pozulması ilə birlikdə digər orqanlar da pozulur. İbn Həcər rahmətullahi aleyhi deyir ki: «Qəlbin bu cür olması onun bədənin padşahı olmasına görədir. Padşahın düzəlməsi ilə ətrafdakılar da düzəlir. Padşahın pozulması ilə ətrafdakıların da pozulması üzə çıxır»79. Əgər qəlb xəstə olarsa o, istiqamətdən də yayınar. Qəlblərin xəstə olması onları şirk, küfr, münafiqlik, həsəd, riya və s. ilə dolu olmasına görədir. «Onların ürəyində nifaq və həsəd mərəzi vardır. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar». (əl-Bəqərə 10). «Onların qəlbində xəstəlikmi vardır?». (ən-Nur 50). «Yoxsa qəlblərində mərəz olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-kudurətini zahirə çıxartmayacaqdır». (Muhəmməd 29). Həmçinin əməllərin qəbul olunması, əcrinin böyük olması əməllərin çoxluğuna, onda baş verən yorğunluq və məşəqqətə görə deyildir. Yalnız qəlbdə olan ixlasa görədir. Qəlb nə qədər ixlaslı və təmiz olarsa o insanın Rəbbi qatında dərəcəsi ucalar və Cənnətdəki dərəcəsi də yüksələr. «O, gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam, təmiz bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa». (əş-Şuəra 88-89).

Qəlbin Sağlamlığının Əlamətləri Əgər qəlbin sağlam olduğunu bilmək istəyirsənsə onda sən bu əlamətlərə bax. Hansı ki, bu əlamətləri böyük həkim, mütəxəssis və qəlb həkimi sayılan İbn Qeyyim rahmətullahi aleyhi zikr edir. Bu xəstəlikləri çox məharətlə və dəqiqliklə təyin etmişdir. Bizlər də qəlbimizi, özümüzü o əməllərə ərz edək. Əgər bu əlamətlər bizdə varsa Allaha həmd edək, əgər yoxdursa o, xəstəlik qəlbi bürüməzdən əvvəl onun müalicəsinə tələsək. Əgər çoxalaraq qəlbi bürüyərsə artıq ondan sonra müalicə də xeyir verməz.

1. O qəlb ki, sahibini daima Allaha itaətə, tövbəyə yönəldir.

2. O insan Rəbbini zikr etməkdən yorulmur və həmçinin də Rəbbinə ibadətdən bezmir.

3. Onun gündəlik bir payı (ibadət, zikr, nafilə) ötdükdə o kimsə bundan ağrı çəkir. Ağrı çəkir ki, bu gün filan ibadəti yerinə yetirmədim. Hətta malının, ailəsinin itməsindən də şiddətli ağrı keçirir. Görəsən gündəlik bir payı olmayan insan haqqında İbn Qeyyim rahmətullahi aleyhi nə deyərdi? O kimsə ki, fərz namazını ötürür və bundan heç bir ağrı da çəkmir. Görəsən onun barəsində nə deyərdi?

4. İnsan ibadətdə ləzzət duyur. Elə bir ləzzətki, heç bir yemək, içmək onun yerini verə bilməz. Görəsən bizdən hər hansı birimiz ibadətdə bu ləzzəti duyuruqmu? Yoxsa ləzzəti ibadətdən çıxandan sonra duyuruq?

5. Namaza daxil olduğu zaman onun dünyəvi dərdləri yoxa çıxar. Biz isə namaza girdikdə bütün fikir və dərdlərimiz namazda toplanır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurduğu o ləzzət, rahatlıq haradadır? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ey Bilal! Sən bizi namazla rahatlandır»80. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki: «Mən göz yaşlarımı, sevincimi namazda qoydum». Bir çoxlarının halı isə: «Ey imam! Bizi namazdan rahatlandır» deyərək səslənir.

6. İnsanın əsas dərdi Allah üçün olmalıdır.

7. İnsanın öz vaxtına xəsis olması, boş yerə sərf etdiyinə xəsis olmasıdır. Necə ki, xəsis insan öz malına xəsislik etdiyi kimi, sağlam insan da vaxtına bu kimi xəsis olmalıdır.

8. Onun əməlin özünə olan marağındansa, əməlin düzgün olmasına olan marağı daha güclü olmalıdır.

Qəlb Xəstəlikləri 1. Nifaq - Bu da xəstəliklərin ən təhlükəlisi və insan üçün axirət və aqibət tərəfdən ən şiddətlisidir. Heç kəs zənn etməsin ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dövrü sonra çatmaqla, münafiqlərin (Abdullah b. Ubeyy b. Səlul və s) ölüb getməsi ilə nifaq yoxa çıxmışdır. Əksinə nifaq indi keçmişdə olandan daha təhlükəlidir. Nifaq söz əməllərini yerinə yetirməklə başlayır. Peyğəmbər sallallahu aleyhi və səlləm də onun əlamətlərini bəyan edərək: «Danışanda yalan danışar, əmanət veriləndə xəyanət edər, mübahisə etdikdə biabırçı sözlərə yol verər, əhd edəndə xəyanət edər»81. Əgər insan bu sifətlərdə davam edərsə artıq bu günahlar onun qəlbinə yapışar və bunlar da insanı artıq etiqadı nifaqa - Allah qorusun! - gətirib çıxardar.

2. Riya - Riya gizli olduğuna görə təhlükəli xəstəliklərdəndir və həmçinin də onun, əməli korlamasına böyük təsiri olduğuna görə və bundan da çox az adamın salamat olduğuna görə təhlükəli əməllərdəndir. İnsan namaz qılır, lakin insanları gördüyü zaman namazını gözəlləşdirir, insanları görmədiyi zaman isə namazında tənbəl olur və ya namazını sürətli qılır. Bəzən də insanlar görsün deyə sədəqə verir və s. Bütün bunlar da qəlbin xəstəliklərinə dəlalət edir.

3. Həsəd - İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Həsəd qəlb xəstəliklərindən biridir və bundan xilas olan az bir qism insanlardır». «Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar?». (ən-Nisa 54). Lakin insanların bəziləri digərlərinə həsəd aparırlar. Allahın ona verdiyi mala, sağlamlığa, övlada, vəzifəyə görə və bunda da çox böyük təhlükə vardır.

4. Təkəbbürlük - insanın öz nəfsi ilə razı qalması və başqalarına xor baxması, istehza etməsi. «Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam. Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır». (əl-Əraf 146). «Şübhəsiz ki, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində ancaq bir təkəbbürlük vardır. Onlar heç vaxt ona çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən O, (hər şeyi) eşidən və görəndir». (əl-Mumin 56). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qəlbində zərrə qədər kibr (təkəbbürlük) olan kimsə Cənnətə daxil olmaz»82.

5. Nəfsi-İstək Və Allahdan Qeyrisini Sevmək - Bu da şiddətli bəlalardan biridir. Bu da qəlb üçün bir zəhərdir. İnsanın dostluğu, düşmənçiliyi, sevməsi və nifrət etməsi Allahdan qeyrisi üçün olarsa, şəxsi tamahı, istəyi üçün olarsa heç bir şübhə yoxdur ki, bu onu həlaka aparacaqdır. «Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü?». (əl-Casiyə 23). Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizdən hər hansı bir kimsənin nəfsi-istəyi mənim gətirdiyimə uyğun olmadıqca iman gətirmiş olmaz»83. Sən özünə belə bir sual ilə müraciət edə bilərsən ki, mənim etdiyim hər əməl (sevmək, nifrət etmək və s) Allah üçündür, yoxsa Allahdan qeyrisi üçün? Sən bunu gündəlik həyatında müşahidə edə bilərsən. Buna görə də Sələflər deyirlər ki: «Əgər bir kimsə Allah dərgahında özünün dərəcəsini bilmək istəyirsə, baxsın özünə görə Allahın dərəcəsi necədir».

6. Qəlbin Sərtliyi - Artıq bu xəstəlik də çoxalmışdır. Çünki Allahın zikrindən qeyri kəlam çoxaldığına görə və haram mal, musiqi dinləmək, qeybət, çox gülmək, çox yatmaq, faydasız şeylərə baxmaq və faydasız şeylər danışmaq və başqa əməllər çoxaldığına görə qəlb də sərtləşir. «İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı? Onlar özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar. Onlar uzun bir müddət keçmiş və qəlbləri sərtləşmişdir. Onların çoxu fasiqlərdir». (əl-Hədid 16). «Məgər Allahın köksünü İslam dini üçün açmaqla Rəbbindən nur üzərində olan kəs (qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi?). Elə isə vay qəlbləri Allahın zikrinə (Qurana) qarşı sərt olanların halına! Onlar (haqq yoldan) açıq-aydın azmışlar». (əz-Zumər 22).

Qəlb Xəstəliklərinin Müalicəsi – 1. Qəlbin xəstəliyini etiraf etmək. Bu nəzəri bir müalicədir. Çünki bir insan ki, xəstəliyi etiraf etmirsə və ya onu qəbul etmirsə necə bu xəstəliyi müalicə edə bilər.

2. Şəri elmi öyrənmək. Quran və Sünnəni bilmək. Sələflərin yazdıqları kitabları oxuyaraq qəlbi xəstəliklərdən təmizləmək.

3. Nəfsi hesaba çəkmək və tövbə etmək və daima özünü Allahın nəzarəti altında olduğunu hiss etmək. Elə bir insan yoxdur ki, böyük və ya kiçik günaha düşməsin. Lakin ağıllı insan o kimsədir ki, günahı üzərində davam etməz. Dərhal tövbəyə tələsər. O insan ki, öz sözlərini, əməllərini hesaba çəkir, sözlərini və əməllərini Quran və sünnəyə ərz edir. Əgər uyğun gələrsə Allaha həmd edir, əgər uyğun gəlməzsə tövbə edərək Allaha qayıdır. İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: «Hər bir insan yatmamışdan bir saat qabaq Allah xatirinə oturub gün ərzində etdiyi yaxşı və pis əməllərinə görə özünə hesabat verməli, sonra tövbə edib yatmalıdır»84.

4. Allaha sadiq olmaq. İnsanın əməllərində ixlaslı olması. Sadəcə səbəbləri tutmaq qəlbin müalicəsi üçün kifayət deyildir. İnsan Rəbbi ilə sadiq olmalıdır. Qəlblərin açarı əlində olana əməlini ixlaslı etməli və bununla da ona yardım olunar.

5. Allahdan qorxmaq. İnsanın Allah qorxusunu hiss etməsi və Allahın onun üzərində qadir olduğunu, günah etdiyi zaman onu yaxalamaq qorxusu olmasını daima bilməlidir. Qorxmalıdır ki, baxanlar içərisində Allahın ən aşağı olmasından. Bu nə deməkdir? Görürsən ki, insan özü kimi bir məxluq baxdıqda günahdan çəkinir, lakin Allahın baxışı isə daima onun üzərindədir. İnsanların baxışı onun qəlbində Allahın baxışından daha böyük yer tutur.

6. Çoxlu saleh əməllər etmək. İnsan saleh əməlləri etməkdə həris olmalıdır.

7. Daima Allahı zikr etmək. Buna görə də müsəlmana əmr edilmişdir ki, daima dili Allahı zikr etməklə islah olsun.

8. Dua etmək. Bu da möminin silahı və sığınacaq yeridir. Xüsusən də duanın qəbul olunmasının umulan vaxtlarında duaları çoxaltmaqdır.

9. Axirətə bağlanmaq və dünyanın fani olduğuna iman gətirmək. Bu da müalicə üçün olan böyük səbəblərdən biridir.

10. Nəfsi-istəklərə və şeytana uymaqdan çəkinmək. Çünki bunların heç biri müsəlmana xeyir istəmirlər.
GÜNAHA BATMAĞIN SƏBƏBLƏRİ

Dünya imtahan yurdudur. Allah bu yurdda qullarını imtahan edər və bundan da qurtuluş yoxdur.



1. Xeyir Və Şərlə İmtahan «Yoxlamaq məqsədilə biz sizi xeyir və şərlə sınağa çəkirik». (əl-Ənbiya 35). İbn Abbas - radıyallahu anhu bu ayəni təfsir edərkən deyir: «Biz sizi sınamaq üçün sıxıntıyla, bolluq, xəstəlik, sağlamlıq, zənginlik, fəqirlik, halalla, haramla, itaətlə, üsyanla, hidayətlə və zəlalətlə imtahan edirik»85. İnsanı xeyirlə imtahan edirik ki, görək şükrünü yerinə yetirəcəkmi? Suheyb - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Möminin işinə heyrət edirəm. Çünki onun hər bir işi xeyirdir. Bu hal mömindən başqa heç bir kimsə üçün deyildir. Onun başına bir sevinc verici bir şey icabət edərsə şükr edər. Bu da onun üçün bir xeyir olar. Əgər onun başına zərər və ziyan verici bir hal icabət edərsə səbr edər və bu hal da onun üçün xeyirli olar»86.

2. Mal Və Övladla «Həqiqətən mal-dövlətiniz və oğul-uşağınız sizin üçün ancaq bir sınaq vəsitəsidir. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır». (ət-Təğabun 15). «Xeyr, insan azğınlıq edər özünün dövlətli olduğunu gördüyü üçün». (əl-Ələq 6-7). İbn Kəsir rahmətullahi aleyhi deyir ki: «Mallar və övladlar fitnədir. Allah tərəfindən qullarının hansının itaətkar və hansının üsyankar olduğunu ortaya çıxarmaq üçün imtahan vasitəsidir»87. Uşağın imtahan vasitəsi olduğunu ifadə edən bir hədis də: Peyğəmbər sallallahu aleyhi və səlləm məsciddə səhabələrinə xütbə verərkən nəvələri Həsən və Hüseyn (Allah hər ikisindən razı olsun) oynayaraq gəldilər. Peyğəmbər sallallahu aleyhi və səlləm minbərdən düşərək onları qucağına aldı və: «Bu iki uşağı gördüm ki, gah qaçırlar, gah da yıxılırlar. Səbr edə bilmədim. Sözümü kəsdim və onları minbərə çıxardım»88. İbn Məsud - radıyallahu anhu deyir ki: «Sizdən biriniz – Allahım! Fitnədən sənə sığınıram deməsin – Çünki sizdən fitnəyə məruz qalmayan heç kimsə yoxdur»89.

3. Şirk Fitnəsi Bu fitnələrin ən şərlisi, ən pisi və ən qorxulusudur. «(Yer üzündə) fitnə (şirk) qalmayıb bütün din yalnız Allaha məxsus olanadək onlarla vuruşun». (əl-Ənfal 39).

4. Qadınların Fitnəsi Usamə b. Zeyd - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Məndən sonra kişilərə qadınlardan daha zərərli bir fitnə və imtahan səbəbi buraxmadım»90. Əbu Səid - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şübhəsiz ki, dünya şirin və yaşıldır. Allah sizi dünyada xəlifə etdi və nə edəcəyinizə də baxar. Artıq dünyadan qorunun, qadınlardan da qorunun. Çünkü İsrail oğullarının ilk fitnəsi qadınlardan olmuşdur»91. «Ey iman gətirənlər! Zövcələrinizdən və övladlarınızdan sizə düşmən olanlar vardır! Onlardan özünüzü gözləyin!». (ət-Təğabun 14). Əsvəd b. Xələf və Həvlə b. Həkim - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Övlad – qorxaqlıq, simiclik, cahillik və kədər səbəbidir»92. 1. Övlad qorxaqlıq səbəbidir – Ata onu düşünərək haqqı söyləməz və cihada da getməz. 2. Övlad simiclik səbəbidir – Yenə də onu düşünərək malı xeyir yollarına sərf etməz. 3. Övlad cahillik səbəbidir – Ata övladım üçün ruzi qazanmağa çıxmışam deyərək elm öyrənməyə vaxt ayırmaz. 4. Övlad kədər səbəbidir – xəstələnərsə və ya başqa xoşa gəlməz bir şey olarsa valideyn kədərlənər.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə