2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə7/46
tarix29.01.2018
ölçüsü4,25 Mb.
#22623
1   2   3   4   5   6   7   8   9   10   ...   46

16) Qaşlarını Alanları: İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah lənət edib qaşlarını didənlərə»150.

17) Qadına Arxadan Yaxınlaşanlara: Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qadınla arxadan əlaqədə olan lənətlənmişdir»151.

18) Dişləri Seyrəldənlərə: İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah lənət edib dişlərini seyrəldənlərə»152.

19) İki Lənət Gətirən: Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İki lənət gətirən şeydən çəkinin». Səhabələr: «Ya Rəsulullah! Nədir o iki şey?» deyə soruşdular. Peyğəmbər: «İnsanların gəlib-getdiyi (yolun üstündə) və dincəlmək üçün kölgələndikləri yerdə ehtiyacı ödəmək»153.

20) Şivən Qoparan Qadınlara: Əbu Usamə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah lənət edib üzünü və paltarını cıran və şivən qopararaq ağlayan qadınlara»154.

21) Səhabələri Söyən: Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mənim səhabələrimi söyənə Allahın, mələklərinin və bütün insanların lənəti çatar»155.

22) Qəbirləri Qarət Edənlərə: Aişə - radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah lənət etsin qəbirləri qarət edən kişi və qadınlara»156.

23) Heyvanlara Oxşamaq İstəyənlərə: İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah lənət edib heyvanlara oxşamaq istəyənlərə»157.

24) Heyvanları Vurmaq: Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah lənət edib heyvanların üzlərinə vuranları və üzlərinə damğa qoyanları»158.

25) Muhallil Və Muhalləhul Ləhu: Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah lənət edib ərindən ayrılmış qadının öz ərinə qayıtmasını halal görənə və həmçinin də bu işi gördürənə»159.

26) İçki İçənlərə: Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah lənət edib içki içənə, süzənə, satana, alana, sıxana, qarışdırana, paylayana, saxlayana və ondan gələn gəliri xərcləyənə»160.

27) Surət Çəkənlərə: Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah lənət edib surət çəkənlərə»161.

28) Canlı Olan Bir Şeyi Hədəf Edənlərə: İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah lənət edib canlı olan bir şeyi hədəfə alanı»162.

29) Sala Düzəldənlərə: Ömər - radıyallahu anhu – Səmuranın şərab satdığını eşidincə dedi: Allah Səmuraya lənət etsin. Məgər o, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in nə buyurduğunu eşitməyibmi? «Allah lənət edib Yəhudilərə hansı ki, onlar ölmüş heyvan yağlarının haram olunmasına baxmayaraq onları əritdilər və satdılar»163. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah bir qövmə bir şeyin yeyilməsini haram etdikdə ondan gələn gəliri də haram edir»164.

30) Dünya Lənətlənmişdir: Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Dünya lənətlənmişdir. İçində olan hər bir şey də lənətlənmişdir. Yalnız (elm) öyrənən və öyrədəndən başqa»165.

31) Parik Taxanlara: Aişə - radıyallahu anhu rəvayət edir ki, cavan bir qadın ərə getdikdən sonra xəstələnir və bu xəstəlik nəticəsində saçları tökülür. İnsanlar da onun üçün parik düzəltməyi qərara alırlar və bu haqda Peyğəmbər sallallahu aleyhi və səlləm dən soruşurlar. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah parik taxana da, taxdırana da lənət etsin»166.

32) Ədalətsiz Əmir: Əbu Burza - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Xəlifəlik Qureyşdən olmalıdır. Onlardan rəhm istənildikdə onlar mərhəmətli olmalıdırlar. Vəd verdikləri zaman vədlərini yerinə yetirməlidirlər. Hökm oxuduqda ədalətli olmalıdırlar. Əgər kimsə bu cür hərəkət etməzsə onun üzərinə Allahın, mələklərin və bütün insanların lənəti yağar»167.

33) Koru Yolundan Azdıranlara: İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Koru yolundan azdıran adama Allah lənət etsin»168.

34) Məclislərin Ortasında Əyləşənlərə: Huzeyfə b. Yəmən - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm halqaların (məclislərin) ortasında əyləşənləri lənətliyib»169.

35) Atasından Başqasına Nisbət Edilənləri: Əli - radıyallahu anhu rəvayət edir ki: «Bizdə Allahın Kitabı və (əlimdə) olan bu səhifədən başqa bir şey yoxdur. Səhifənin içində Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurduğu yazılmışdır: «…Hər kim atasından başqasına nisbət edərsə özünü artıq Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olar və ondan nə fərz, nə də nafilə qəbul olunar»170.

36) Musiqi Səsi: Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İki səs həm bu dünyada, həm də axirətdə lənətlənmişdir. Tütək səsi – sevinc günündə və bir də müsibət anında şivən qopararaq ağlamaq»171.

37) Peyğəmbər sallallahu aleyhi və səlləm başlarını (daz) qırxanları və bir də şivən qopardaraq paltarlarını cıranları lənətləmişdir»172.

38) Peyğəmbər sallallahu aleyhi və səlləm ərinə qarşı yoldaşını, ağasına qarşı köləsini qızışdıraraq çıxardan bizdən deyildir»173.

21. Allahın lənət etdikləri: Allah yer üzərində fitnə-fəsad törədənləri və qohumluq əlaqələrini kəsənləri, Peyğəmbərlərə əziyyət verənləri lənətləyib. «Əgər üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaq gözlənilməzmi? Onlar Allahın lənət elədiyi kar və gözlərini kor etdiyi kimsələrdir. Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur». (Muhəmməd 22-24). Allah öz kitabında nazil etdiyi ayələri gizlədənləri, doğru yolu gizlədənləri lənətləyib: Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki: «Allahın bu iki ayəsi olmasaydı mən heç bir hədis rəvayət etməzdim: «Allah kitab əhlindən siz onu gizlətməyib insanlar üçün aydınlaş-dırmalısınız deyə əhd aldığı zaman onlar bu əhdə arxa çevirdilər». (Ali İmran 187). «Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən şəxslər Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də lənət oxuyar». (əl-Bəqərə 159)»174. İsmətli və xəbəri olmayan mömin qadınları fahişəlikdə ittiham edənləri lənətləyib. «Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (Qiyamət günü) çox böyük bir əzab gözləyir». (ən-Nur 23). Kafirlərin yolunu müsəlmanların yolundan doğru hesab edənləri lənətləyib. Bu lənətin olması insanın bu günahları tərk etməsinə kifayətdir. «(Ya Muhəmməd!) Kitabdan özlərinə az bir şey verilənləri görmürsənmi? Onlar Cibt və Tağuta inanır və kafirlər üçün də: Bunlar möminlərdən daha doğru yoldadırlar deyirlər. Onlar Allahın lənət etdiyi şəxslərdir. Allahın lənət etdiyi şəxsə isə heç bir kömək edən tapa bilməzsən». (ən-Nisa 51-52). «Allaha iftira yaxandan daha zalim kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər şahidlər belə deyərlər: Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!». Bilin ki, zalimlər Allahın lənətinə gələcəklər!». (Hud 18). «Cənnət əhli Cəhənnəm əhlinə müraciət edib: Biz Rəbbimizin bizə vəd etdiyini haqq olaraq gördük. Siz də Rəbbinizin sizə vəd etdiyini (Cəhənnəm əzabını) gerçək olaraq gördünüzmü? Deyə soruşacaqlar. Onlar: Bəli deyə cavab verəcəklər. Elə bu zaman onların arasından bir carçı: Allah zalimlərə lənət eləsin! Deyə səslənəcək». (əl-Əraf 44).

22. Günahlar Mələklərin və Peyğəmbər sallallahu aleyhi və səlləm in duasından məhrum olmağa səbəbdir. Allah, Peyğəmbər sallallahu aleyhi və səlləm ə mömin kişi və qadınlar üçün istiğfar (bağışlanma) diləməyi əmr etmişdir. «(Ya Muhəmməd!) Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. (Ondan) həm öz günahlarının, həm də mömin kişi və qadınların günahlarının bağışlanmasını dilə». (Muhəmməd 19). Mələklərin duası: «Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: «Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından qoru. Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları da özlərinə vəd buyurduğun Ədn cənnətlərinə daxil et. Şübhəsiz ki, sən yenilməz qüvvət və hikmət sahibisən. Onları pisliklərdən qoru. O gün (Qiyamət günü) pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük uğur və qurtuluş budur». (əl-Mumin 7-9). Bu da mələklərin möminlər üçün etdiyi duadır. Quran və Sünnəyə tabe olan və bu ikisindən başqa bir yol tanımayan möminlər üçün etdikləri duadır.

23. Günahlar Bərzəxdə cəzalara səbəbdir. Bu günahlar eyni şəkildə sahiblərini qəbirdə də tapır və onların oradakı həyatlarını da zəhərləyirlər. Onlardan qaçıb bir sığınacaq da tapa bilməzlər. Əgər dünyada ikən o günahlardan qaçaraq Allaha sığınsaydılar, qəbirdə də o əzabları görməkdən canlarını qurtarardılar. «Nəhayət müşriklərdən birinin ölümü gəlib çatdığı zaman o, belə deyər: Pərvərdigara! Məni geri dünyaya qaytar. Bəlkə zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! Xeyr, bu onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib duracaqları günə qədər maneə (bərzəx) vardır». (əl-Muminun 99-100). Mucahid rahmətullahi aleyhi deyir ki: «Bərzəx ölümlə dünyaya dönmək arasında olan bir əngəldir (Bərzəx ölümlə yenidən dirilmə arasında keçən zamandır)». Həsənul Bəsri rahmətullahi aleyhi deyir ki: «Bərzəx sizinlə axirət arasında duran bu qəbirlərdir». Ata b. Xorasani rahmətullahi aleyhi deyir ki: «Bərzəx dünya ilə axirət həyatı arasında keçən bir müddətdir». Şabii rahmətullahi aleyhi dən soruşulanda ki: «Filankəs öldü». O: «O, nə dünyadadır, nə də axirətdə. O, Bərzəxdədir (Axirət əhlindən deyil, bərzəx əhlindən oldu)»175. İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: «Qəbirlərin çölü torpaq, içi isə peşmançılıqlar və əzabdır, çölü torpaq və naxışlı daşlarla döşənmişdir, lakin içi fəlakət və bəlalarla doludur». Səmura b. Cundəb - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sübh namazını qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Sizdən yuxu görən varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) uzanmış bir adamın yanına çatdıq. Bir də baxdıq ki, bir başqası əlində olan bir daş parçası ilə uzanan adamın üstündə dayanıb, əlində olan daşı uzanan adamın başına vuraraq başını yarır. Daş yuvarlanıb kənara düşür. Həmin adam gedib daşı götürüb yerinə qayıdıncaya qədər uzananın başı əvvəlki (ilk) vəziyyətini alır. Sonra o, yenidən birinci dəfə etdiyini təkrarlayır. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) üzü üstə uzanmış bir adamın yanına çatdıq. Onun üstündə əlində dəmir qarmaq olan bir nəfər (dəmir qarmağı) üzü üstə uzanan adamın ağzına, burnuna və gözünün bir hissəsinə keçirərək boynunun ardına kimi cırırdı. Sonra üzünün o biri tərəfinə keçib oranı da boynunun ardına kimi cırdıqda digər tərəf əvvəlki vəziyyətini alır və o, birinci dəfə etdiyini yenidən təkrarlayırdı. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) təndirə oxşar bir yerə gəldik. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu:) Oradan uğultulu və dəhşətli səslər gəlirdi. Biz içəri baxdıqda orada lüt kişi və qadınlar gördük. Aşağıdan atəş onlara yaxınlaşdıqca onlar bağırırdılar. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) bir gölün yanına çatdıq. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər sallallahu aleyhi və səlləm - gölün suyunun qan rəngində olduğunu buyurdu). Baxdıq ki, göldə bir nəfər üzür. Sahildə isə biri yanında bir topa daş ilə dayanıb. Üzən adam bacardığı qədər üzdükdən sonra yanında daş topası olan adamın yanına gəlib ağzını açar. O da daşları onun ağzına atardı. O, hər dəfə üzüb onun yanına gəldikdə ağzını açar o da daşları onun ağzına atardı. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) çox iyrənc və çirkin bir adamın yanına gəldik (sən gördüyün çirkin adamların ən çirkini). Atəşi alovlandırır və ətrafında fırlanırdı. Mən: «Bu nədir?» deyə soruşdum. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) içində hər növ çiçəyin olduğu, sıx və uzun ağclarla dolu bir baxçaya çatdıq. Baxçanın ortasında başı göyə doğru uzanan, başını görmədiyim uzun boylu bir adam vardı. Adamın ətrafında daha əvvəl heç görmədiyim sayda çox uşaqlar vardı. Mən: «Bunlar kimlərdir?» deyə soruşdum. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) böyük bir ağacın yanına çatdıq. Bundan əvvəl bundan daha böyük və gözəl ağac görməmişdim. Mənə «Ağaca qalx!» dedilər. Birlikdə o ağaca qalxmağa başladıq. Nəhayət gəlib bir şəhərə çatdıq. Şəhər qızıl və gümüş kərpicdən tikilmişdi. Şəhərin qapılarına yaxınlaşdıq və açılmasını xahiş etdik. Qapı açıldı, şəhərə girdik. Bizi bir qrup insanlar qarşıladılar. Vücudlarının yarısı gördüklərinin ən gözəli qədər gözəl, digər yarısı isə gördüklərinin ən çirkini qədər çirkin idi. Mənimlə gələnlər: «Gedin, o çaya girin!» dedilər. Onlar gedib çaya girdilər. Baxdım ki, bu şəhərin ortasından suyu düm ağ olan bir çay axır. Sonra onlar bizim yanımıza gəldilər. Çirkinlik onlardan getmiş və ən gözəl bir hala gəlmişlər. Mənimlə gələnlər mənə: «Bura Cənnətul-Adn (Ədn Cənnəti). Bu da sənin məqamındır» dedilər. Gözümü yuxarı qaldırdıqda düm ağ bulud kimi bir saray gördüm. Onlar: «Bura sənin evindir» dedilər. Mən də: «Bərəkəllahu Fikə Allah səni mübarək etsin! Mənə icazə verin ora girim?!» dedim. Onlar: «İndi yox. Lakin nə vaxtsa sən ora girəcəksən» dedilər. Mən onlara: «Bu gecə qəribə mənzərələr gördüm. Bu gördüyüm şeylər nədir?» dedim. Onlar: «İndi sənə onları başa salarıq» dedilər.

İlk gördüyün başı daşla yarılan insan Quran oxumağı öyrənmiş lakin onu tərk etmişdir (Quranı oxumaz və əməl etməzdi) və fərz namazlarına yatıb qalardı. Bu da onun Qiyamətə qədər görəcəyi qəbr əzabıdır. Ağzı, burnu və gözü boynunun ardına kimi cırılan insan isə səhər evindən çıxar-çıxmaz hər tərəfə yalan yayardı (yalan danışardı). Bu da onun Qiyamətə qədər görəcəyi əzabdır. Təndir içində gördüyün kişi və qadınlar isə zinakar kişi və qadınlardır. Bu da onların Qiyamətə qədər görəcəyi əzabdır. Göldə üzən insan isə faiz yeyəndir. Bu da onun Qiyamətə qədər görəcəyi əzabdır. Atəşi alovlandıran çirkin adam isə Cəhənnəmin gözətçisi Malikdir. Baxçada gördüyün uzun boylu adam İbrahim əlehissəlam dır. Ətrafındakı uşaqlar isə fitrət üzərində ölən uşaqlardır. (Başqa rəvayətdə – Fitrət üzrə doğulan uşaqlardır). Səhabələr: «Ya Rəsulullah! Orada müşriklərin də uşaqları vardır?» Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bəli, müşriklərin uşaqları da»176. Vücudlarının yarısı gözəl və yarısı çirkin olan kimsələr isə yaxşı əməllər ilə pis əməllər etmiş (bərabər olan) kimsələrdir. Allah isə onları bağışlamışdır. Birinci girdiyin ev adi müsəlmanların evidir. Bu ev isə şəhidlərin evidir. Mən Cəbrail, bu isə Mikail əleyhimussəllam dır. Başqa rəvayətdə - Mənə: «Başını qaldır!» dedilər. Başımı qaldırdım. Bir də nə görsəm yaxşıdır. Üstümdə bulud kimi bir şey vardır. Mənə: «Bu sənin evindir» dedilər. Mən: «Buraxın ora girim» dedim. Onlar: «Sənin ömrün hələ tamamlanmayıb. Onu tamamladıqda ora girəcəksən» dedilər177.



24. Günahlar yer üzündə bir çox fitnə-fəsadın və pozulmaların səbəbidir həm suda, həm quruda, həm havada, həm əkində, həm meyvələrdə, həm də yaşayış yerlərində. «İnsanların öz əlləri ilə etdikləri pis əməllər üzündən suda (dənizdə) və quruda fəsad, pozuntu əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah onlara etdikləri bəzi günahların cəzasını daddırsın və bəlkə onlar qayıtsınlar». (ər-Rum 41). Mücahid rahmətullahi aleyhi deyir ki: «Əgər zalım insan başçı olarsa və zülm edərsə Allah buna görə yağışı saxlayar və buna görə əkin və nəsil həlak olar. Allah isə fəsadı sevməz» dedi və yuxarıda qeyd olunan ayəni oxudu. Sonra: «Vallahi bu ayələrdə sizin düşündüyünüz dənizdən söhbət getmir. Lakin hər bir çayın kənarında salınan kənd (şəhər) qəsd olunur». İkrimə rahmətullahi aleyhi deyir ki: «Suda (dənizdə) və quruda fəsad, pozuntu əmələ gələr Mən filan dənizdir demirəm. Lakin su üzərində qurulmuş hər bir qəsəbədir deyirəm». Qatadə rahmətullahi aleyhi deyir ki: «Quru deyildikdə çöl əhli, dəniz deyildikdə isə kəndlər qəsd olunur». Allah Quranda şirin suyu dəniz adlandırıb. «İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat, digərinin isə həddindən artıq şor və acıdır». (Fatir 12). Burada dəniz deyildikdə çaylar qəsd olunur. İbn Zeyd rahmətullahi aleyhi dyir ki: «Suda (dənizdə) və quruda fəsad, pozuntu əmələ gələr Yəni fəsad günahlardır» demişdir.

O, fəsadın səbəbini günahlar saymışdır. Günahların zahir olması fəsadın səbəbidir. Onlar hər dəfə günah etdikdə Allah onlar üçün yeni bir cəzalar yaradır. Sələflər deyirlər ki: «Siz hər dəfə yeni günah etdikdə Allah yeni cəza göndərir». Görünür ki, Allah daha yaxşı bilir, fəsaddan məqsəd günahlar və günahların yol açdığı şeylərdir. Bu mənaya Allahın bu ayəsi: «Etdiklərinin bəzisini onlara daddırmaq üçün» dəlildir. Bu da bizim halımız. Çünki Allah bizlərə etdiklərimizdən çox az bir hissəsini daddırır. Əgər bütün etdiklərimizi daddırsaydı yer üzündə bir canlı da belə qalmazdı.



25. Günahlar yer üzündə baş verən zəlzələlərin, yerin ayrılması, bərəkətin yerdən qalxmasına səbəbdir. «Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqları günahlara görə məhv etdik». (əl-Əraf 96). Mucahid rahmətullahi aleyhi deyir ki: «Əgər hər hansı bir zalım yer üzərində zülümkarlıq edərsə Allah onun günahı ucundan yağışı saxlayar, meyvələr barını verməz, günahlar çoxaldıqca Allah da öz dərgahında əzabı çoxaldar. Günahların çoxalmasından günəşin tutulması, zəlzələlər və yer üzündən bərəkətin qalxması olur. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hicrət vaxtı üzünü bizə çevirib buyurdu: «Ey mühacir cəmaatı! Beş şey vardır ki, ondan Allaha sığının. Hər hansı bir qövmdə zinakarlıq açıq-aydın yayılarsa Allah onları taunla və başqa xəstəliklə cəzalandırar ki, bundan qabaq bu xəstəlik haqqında eşitməyiblər. Hər hansı qövmdə çəkidə və ölçüdə aldadarlarsa Allah da onları aclıqla və qəddar sultanla sınağa çəkər. Hər hansı bir qövmdə zəkat verilməzsə Allah da onları quraqlıqla sınağa cəkər və əgər heyvanlar olmasaydı onlara heç yağış da yağmazdı. Hər hansı bir qövm Allah və Rəsulunun əhdini pozarsa Allah da onların üzərinə onlardan olmayan düşmənlərini salar və əllərində olan şeyləri də onlardan alarlar. Onların imamları (hər hansı bir qövm) Allahın kitabı ilə hökm etməzlərsə Allah da onları zəlil edər»178. Abdullah b. Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə Səmud qövmünün ərazisi olan Hicr ərazisinə gəldik. Oranın quyularından su aldıq və xəmir yoğurduq. Peyğəmbər allallahu aleyhi və səlləm aldığımız suları boşaltmağımızı və yoğurduğumuz xəmirləri isə dəvələrə yedirtməyimizi əmr etdi. Peyğəmbər: «Ağlayanlar müstəsna olmaqla (ağlamayanlar) nəbadə əzaba uğramış olan bu qövmün yurduna girsin. Əgər ağlamasanız onlara toxunan əzabın bir bənzərinin sizlərə də toxunmasından qorunmaq üçün onların yurdlarına girməyin. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm vaxtı ilə Saleh əleyhissəlam ın dişi dəvəsinin su içdiyi quyudan su almalarını onlara əmr etdi»179. Həmçinin də günahların yer üzündə meyvələrin azalmasına da təsiri vardır. Rəvayətlərdə gəlir ki: «Bəni Umeyyə xəzinələrindən bağlamaya bükülmüş bir buğda dənəsi tapılmışdır ki, orada bu sözlər qeyd olunmuşdur: «Bu buğda ədalət dövründə bitərdi»180. Bu müsibəti, bəlaları Allah, insanlar müsibət törətdiyi zaman göndərir. «Bu (dünyada) öz əllərinlə etdiyin günahların cəzasıdır, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir». (əl-Həcc 10). İbn Qeyyim rahmətullahi aleyhi deyir ki: «Mənə dövrümdə yaşayan ağsaqqalar deyərdilər ki: «Onlar öz vaxtlarında olan meyvələri indikindən böyük görərdilər».

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə