2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə8/46
tarix29.01.2018
ölçüsü4,25 Mb.
#22623
1   ...   4   5   6   7   8   9   10   11   ...   46

26. Günahlar insanın surətinə, yaradılışına (xilqətinə) təsir edir. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah Adəmi (öz surətində) boyu altmış dirsək uzunluğunda yaratdı…Cənnətə girəcək hər kəs (oraya) Adəmin surətində girəcəkdir. İnsanlar Adəm əleyhissəlam dan bu yana əskilməyə davam etmişlər»181. Yer üzü ədalətsizlik və zülmlə dolu olduğu vaxt Allah öz qulunu Peyğəmbər sallallahu aleyhi və səlləm in nəslindən olan Mehdi əleyhissəlam ı çıxaracadır. O da yer üzünü ədalətlə düzgünlüklə dolduracaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm ə göndərilən dini yenidən quraraq bərpa edəcəkdir. Əsl adı Muhəmməd b. Abdullah olub, Peyğəmbər sallallahu aleyhi və səlləm in Əhli Beytindəndir. Fatimə - radıyallahu anhə nin nəslindən, Həsən b. Əli - radıyallahu anhu nun qolundandır. Zülm və haqsızlıqla dolub daşan yer üzünü ədalətlə dolduracaqdır. İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Dünyanın sonuna bir gün qalsa da belə Allah o günü uzadacaqdır. O vaxta qədər ki, Əhli Beytdən bir insan çıxacaq. Adı-adıma, atasının adı isə atamın adına oxşayacaqdır. Yer üzü zülm ilə dolduğu zaman, o yer üzünü ədalətlə dolduracaqdır»182. Ummu Sələmə - radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mehdi mənim nəslimdən, Fatimənin kökündəndir»183. Yer öz bərəkətini çıxaracaqdır. Nəvvas b. Səman - radıyallahu anhu rəvayət edir ki, bir gün səhər Peyğəmbər sallallahu aleyhi və səlləm bizə Məsih Dəccəl haqqında danışmağa başladı… Sonra Allah elə bir yağış göndərər ki, istər quru və sağlam palçıqdan olsun, istər gildən olsun heç bir ev o yağışın enməsinə mane ola bilməyəcəkdir. Yağış bütün yer üzünü yuyacaqdır. Nəhayət yer üzü güzgü kimi parlayacaqdır. Sonra Allah yer üzünə: «Meyvələrini bitir, bərəkətini ver!» deyə əmr edəcəkdir. O gün bir camaat bir narı yeyib doyarlar və qabığı altında kölgələnərlər. Bərəkət sürətlə artar. Hətta bir dəvənin südü böyük bir topluluğa kifayət edər. Bir inəyin südü bir qəbiləyə, bir qoyunun südü isə bir neçə ailəyə kifayət edər (Başqa rəvayətdə: «Həyatım əlində olan Allaha and olsun ki, Məryəm oğlu İsa əleyhissəlam adil bir hakim olaraq sizin içinizə enməsi yaxındır. O, xaçları sındıracaq, donuzları öldürəcək və cizyəni qaldıracaqdır, zəkatı buraxacaq, qoyundan və dəvədən zəkat alınmayacaqdır, ədavəti, kin-kudurəti aradan qaldıracaqdır, hər zəhərllinin zəhərini çəkib alacaqdır. Uşaq əlini ilanın ağzına soxacaq amma ilan ona zərər verməyəcəkdir. Uşaq aslanı qovalayacaq amma aslan ona zərər verməyəcəkdir. Qoyunlar arasında qurd, qoyunları qoruyan it kimi olacaqdır. Yer üzü barışla dolacaqdır. Hərkəsin sözü bir olacaqdır. Allahdan başqasına ibadət edilməyəcək, döyüşlər sona yetəcəkdir. Qureyşin hakimiyyəti əlindən alınacaqdır. Adəm əleyhissəlam ın zamanında olduğu kimi əkinlər bitəcəkdir184185. Yer artıq günahlardan təmizlənəndən sonra küfrün itirdiyi bərəkət ortaya çıxacaqdır. Yerdə baş verən təsirlər cəzaların təsiridir ki, Allah göndərir. Bu da günahlara görədir. Şeytan insana hakim olduqda artıq insanın ömründən, sözündən, əməlindən, ruzisindən bərəkəti alınır. Şeytana itaət yer üzündə fəsad olduğu kimi ona itaət edilən yerdən də bərəkət sökülüb alınar. Şeytanın məskəni olan Cəhənnəm də belədir. Orada nə rəhmət vardır, nə də bərəkət.

27. Günahlar qəlbdəki qısqanclıq, qeyrət atəşini söndürür. Hansı ki, bu onun həyatı üçün təbii bir istilikdir. Qeyrət bədənin həm istisi, həm də odudur. Bu qeyrət sayəsində insan özündə olan pis, xəbis sifətləri özündən uzaqlaşdırır. Necə ki, od qızılın və dəmirin pasını apardığı kimi insanın qeyrəti də pis sifətləri ondan uzaqlaşdırır. İnsanların ən şərəflisi, ən ucası özünə və insanlara qısqanc olandır. Buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləm insanların ən qısqancı idi. Allahın qısqanclığı isə ondan da böyükdür. Rəvayət edilir ki, bir gün Sad b. Ubadə - radıyallahu anhu qışqıraraq: «Əgər mən yad bir kişini öz arvadımla görsəydim onu qılıncla doğrayardım (vurardım)». (Bunu eşidən) Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrə: «Sadın qısqanclığı sizi təəccübləndirirmi? Həqiqətən mən ondan da qısqancam, Allah isə məndən də qısqancdır» deyə buyurdu. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Şübhə yox ki, Allah qısqanır. Allahın qısqanması mömin bir qulun Allahın haram (qadağan) etdiyi şeyləri etməsi ilədir»186. İbn Məsud – radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm buyurdu: «Allahdan daha qısqanc bir kəs yoxdur. Allah bu qısqanclığına görə açıq və gizli olan bütün çirkin əməlləri haram etmişdir. Təriflənməyi Allahdan daha çox sevən bir kimsə yoxdur. Buna görə Uca Allah Öz nəfsini tərifləmişdir. Allahdan daha çox dəlili (üzrü) sevən yoxdur. Bax, bunun üçün də bir çox müjdələyən və qorxudan Peyğəmbərlər göndərmişdir (Başqa rəvayətdə: Bax buna görə də Allah Peyğəmbərlərini göndərmiş və kitablarını endirmişdir)187. Bu hədisdə qısqanclıq kəliməsi ilə «Ğayyur» üzürü sevməyi bir yerdə zikr etmişdir. Allah, şiddətli qısqanc olmasına baxmayaraq bəndəsinin üzr diləməsini istəyir və üzr diləyənin də üzrünü qəbul etməyi sevir. O, Onu qısqandıran bir pislik edildiyi zaman üzr diləsin deyə onu edəni həmən cəzalandırmaz. O, üzr və bəhanə qalmasın deyə Peyğəmbərlər göndərmiş və kitablar endirmişdir.

İnsanların ən çox qısqanc olanı qısqanclığının şiddətliyinə görə üzr qəbul etmədən dərhal cəza verməyə və cəzalandırmağa çalışır. Ola bilər ki, günahı edənin o işdə üzrü vardır. Lakin onun qeyrətinin, qısqanclığının şiddəti onun üzürünü qəbul etməsinə mane olur. Elə də insanlar vardır ki, qısqanclığının aşağı olmasına görə hər cür üzrü qəbul edir. Üzr olmayan bir şeyi də üzürlü sayır. Hətta onlardan çoxu görürsən ki, qədəri də üzr gətirirlər. Bunların heç biri bəyənilmir. İnsan həm qısqanc olmalı, həm də üzürü qəbul etməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allahın sevdiyi və sevmədiyi qısqanclıq vardır. Sevmədiyi qısqanclıq insanın şübhə olmayan bir şeyə qısqanclıq etməsidir»188. Sevdiyi isə qısqanclığın üzürlə yanaşı olmasıdır. Qısqanclıq anında qısqanclıq edir, üzür yerində isə üzürü qəbul edir. Kim belə edərsə artıq təriflənmişdir. Allah bütün kamil sifətləri özündə topladığı üçün tərifə hər kəsdən daha layiqdir. Heç kimsə Onun kimi tərif olunmaz. O, özünü tərif etdiyi kimidir.



İnsanın başına gələn fikir vəsvəsəyə çevrilir, vəsvəsələr iradəyə, iradə güclənərək qətiyyətə və sonra da əmələ çevrilir. Bu əməl isə sahibi üçün daimi bir sifətə çevrilir. Belə olduğu zaman artıq o, insanın bu sifətdən çıxması çətinləşir. İnsan nə qədər çox günah edərsə günah onun qəlbindən özünə, ailəsinə, uşaqlarına qarşı olan qısqanclığı çıxardar. Hətta o qədər zəifləyər ki, çirkin bir şeyi çirkin görməz nə özündə, nə də başqalarında. Artıq o insan bu dərəcəyə çatarsa həlak qapısına girmişdir. Bunları pis görməməklə kifayətlənməyərək artıq fahiş işləri başqalarına bəzəyir, onları günaha həvəsləndirir, dəvət edir. Onu əldə etmək üçün ona yardım edir. Buna görə də dəyyus Allahın yaratdıqları içərisində ən xəbis insan sayılır. Öz ailəsində günahı etiraf edən kimsədir. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Uç qrup insana Allah Cənnəti haram edib: İçki düşkünü olana, ata-anasına pislik edənə və ailəsində pozğunluğa göz yuman dəyyusa»189. Bax gör insanın qısqanclığının aşağı olması nəyə gətirir. Bu da onu bildirir ki, dinin əsası qeyrət və qısqanclıqdır. Qeyrəti olmayanın dini də yoxdur. Qısqanc insan qəlbini, əzalarını qoruyur və özündən pislikləri uzaqlaşdırır. İnsanın qısqanclığının olmaması qəlbi öldürür və bununla da əzaları da ölür. Günaha qarşı artıq onda heç bir müqavimət qalmır. İnsanın qəlbində olan o qısqanclığın məsəli bədəndə xəstəlikləri dəf edən gücə bənzəyir. İnsanda o müqavimət olmazsa xəstəlik bədəndə özünə yer qərar verər və bununla da həlak hasil olar. Qeyrət duyğusu eyni zamanda özünü və balasını müdafiə edən buynuzlu qoça oxşayır. Buynuz qırıldıqda düşməni ona göz dikər.

28. Günahlar insanın qəlbinin ana maddəsi olan həyasının itməsinə səbəbdir. Həya qəlbin əsas maddəsidir. Hər bir xeyirin əsasıdır. Həyanın itməsi də hər bir xeyirin itməsi deməkdir. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ənsarlardan qardaşına həya haqqında nəsihət verən birisinə yetişdi. Rəsulullah: «Onu burax, həqiqətən həya imandandır»190. İmran b. Hüseyn - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Həya, xeyirdən başqa bir şey gətirməz. (Başqa rəvayətdə: Həya büsbütün xeyirdir)»191. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İman yetmiş yaxud da altmışdan çox şöbələrdən ibarəddir. Ən fəzilətlisi, Allahdan başqa ilah olmadığını - Lə iləhə illəllah - söyləmək, ən aşağı şöbəsi isə yolda olan maneəni dəf etməkdir. Həya da imanın bir şöbəsidir»192. Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Hər bir dinin bir əxlaqı vardır. Şübhəsiz ki, İslamın əxlaqı da həyadır»193. Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Həyasızlıq hər nədə olarsa mütləq onu qüsurlu edər və həya hər nədə olarsa mütləq onu gözəlləşdirər»194. Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Həqiqətən də insanların Peyğəmbərlikdən öyrəndikləri ilk söz: «Əgər həya etmirsənsə istədiyini et»195. İstədiyini et: Nə deməkdir? Birinci hədədir. Çünki utanmayan insan istədiyi qədər çirkin işləri edir. Onu o işləri görməyə vadar edən həyanın olmamasıdır. Həya yoxdursa o kimsə bu günahlara düşəcəkdir196. İkinci isə: Bir işi edərkən onu etdiyindən ötrü Allahdan həya etmirsə elə isə onu edə bilər. Utanmadığına görə edir197.

«Dilədiyinizi edin». (əl-Fussilət 40). Günahlar bəndənin həya duyğusunu zəiflədir. Hətta o dərəcyə gəlib çatır ki, həya bütünlüklə ondan soyulub çıxır. Artıq bu kimsə insanların onun bu əməlindən xəbərdar olmaları, bilmələri ilə təsirlənmir. Çoxları da o etdikləri əməlləri (utanmadan, çəkinmədən) xəbər verirlər. Onu buna vadar edən həyanın olmamasıdır. Əgər bəndə bu vəziyyətə çatarsa onun düzəlməsinə heç bir ümüd də olmaz. Həya həyat sözündən alınmışdır. Həmçinin də bərəkətli yağışa da həya deyirlər. Çünki onunla yer üzü həyata gəlir. Həmçinin dünya və axirət həyatı da həya adlandırılıb. Əgər bir kəsin həyası yoxdursa o, dünyada ikən ölü, axirətdə isə bədbəxtdir. Günahlarla həyanın azlığı arasında birləşmə vardır. Onlardan hər biri digərini çağırır. Günahlar həyasızlığı, həyasızlıq da günahları. Əgər bir kimsə günah etdiyi vaxt Allahdan həya etməzsə Qiyamət günü Allah ona cəza verməkdən də həya etməz. Əgər bir kimsə utanmayaraq günah edərsə Allah da onu cəzalandırmaqda utanmaz.

29. Günahlar qəlbdə Allaha olan təzimi zəiflədir. Günah edən insanda Allaha təzim, hörmət zəifləyir. Bunu istəsə də, istəməsə də. Əgər insanın qəlbində Allaha təzim olsaydı o, heç vaxt günahlara cürət etməzdi. Bəzən aldananlar və qürurlu insanlar deyirlər ki: «Məni günaha vadar edən Allaha olan gözəl zənnim və Allahın bağışlamasına olan ümidimdir. Yoxsa mənim Ona olan təzimin azlığından deyildir». Bəziləri də qeyd edirlər ki, nə istəyirsənsə et, sonra Əstəğfirullah desən bütün günahların bağışlanacaqdır. Bəzi fəqihlərdən biri mənə demişdir ki: «Mən istədiyimi edirəm və sonra da Subhənəllahi Və Bihəmdihi duasını 100 dəfə deyirəm və mənim günahlarım dənizin köpükləri qədər olsa da belə bağışlanır». Rəsulullah sallallahu aleyhi və səlləm - buyurdu: «Kim gündə yüz dəfə Subhənəllahi Və Bihəmdihi – duasını deyərsə günahları dəniz köpüyü qədər olsada belə silinər»198. Məkkə əhlindən biri isə deyir ki: «Bizdən biri istədiyini etdikdən sonra yuyunur və Kəbəni təvaf edir. Bununla da onun günahları bağışlanır». Əbu Hureyrə radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Uca və Böyük olan Rəbbindən belə buyurdu: «Allahın qullarından biri günah edib sonra da: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!» deyə buyurdu. Sonra o, qul (günah etmədən) Allahın dilədiyi bir müddət qədər yaşayır. Sonra yenə də günah edərək: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!» deyə buyurdu. Sonra o qul (günah etmədən) Allahın dilədiyi bir müddətə qədər yaşayır. Sonra yenə də günah edərək: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda!». Üç dəfə: «Mən öz qulumu bağışladım! Artıq istədiyini edə bilər199« deyə buyurdu200. Bu hədisi dəlil gətirərək deyirlər ki, biz də şəkk etmirik ki, bizim bağışlayan Rəbbimiz vardır. Bu növ insanlar Rəca – ümüd verən dəlillərdən tuturlar. Bu naslardan iki əlləri ilə yapışırlar. Əgər sən bu günahlara görə onu danlasan Rəca ilə bağlı bütün ayə və hədisləri sənə gətirərlər. Bu növ cahillərin bu haqda qəribə dəlilləri də vardır. Onlardan biri deyir: «İnsanın günah etməsi Allahın bağışlamağını və əffinin genişliyini bilməsidir». Digəri: «Günahları tərk etmək Allahın məğfirətinə qarşı cürət etməkdir və Allahın məğfirətini kiçik görməkdir». İbn Həzm rahmətullahi aleyhi deyir ki, mən bunlardan birini dua edərkən gördüm: «Allahım! Mən sənə günaha düşməməkdən sığınıram». Bu Allahın əzəmətinin qəlbimdə zəifləməsi deyildir. Bu kimsə özünü çaşqınlığa salandır. İnsanın qəlbində olan Allahı təzim etməsi ondan Allahın qadağalarından çəkinməyi tələb edir. Günahlara cürətlə gedənlər Allahı haqqı ilə tanımamış və haqqı ilə qiymətləndirməmişlər. Allahın əmr və qadağası ona asan gələn kimsənin Allahı haqqı ilə təqdir etməsi, təzim etməsi, ucaltması necə mümkün ola bilər? Bu son dərəcə imkansız və açıq bir xüsrandır. Günahkara cəza olaraq qəlbində Allaha, haramlarına təzimin silinməsi və Onun haqqını bəsit görməsi cəza olaraq ona kifayətdir.

Cəzalardan biri də Allah insanların qəlbindən günah edən kimsənin qəlbindən ehtiram olan heybətini qaldırmasıdır. Onların gözündə o, insan alçalır. İnsanlar onu aşağı sayırlar. Allahın əmrləri onun üçün aşağı olduğu kimi, onlara əhəmiyyət verməyib kiçiltdiyi kimi insanlar da onu alçaldarlar. Qul Allahı nə qədər sevərsə bir o qədər də insanlar onu sevərlər. Qul Allahdan nə qədər qorxarsa bir o qədər insanlar da ondan qorxarlar. Qul Allaha və Onun əmirlərinə nə qədər təzim edərsə insanlar da bir o qədər ona təzim edərlər. Bir qul ki, Allahın qadağalarını aşırsa necə insanlardan özünə qarşı hörmətli olmalarını uma bilər? Və ya o Allaha üsyanı xəfif bir şey sayırsa insanlar onu necə xəfif görməsinlər?

Allah Kitabında günahların cəzalarını söyləyərkən buna işarə etmişdir. Qazandıqları günahlar sayəsində Allah işlərini alt-üst etmiş, qəlblərini möhürləmiş, Allahı unutduqları kimi Allah da onları unutmuş, Allahın dinini alçaltdıqları üçün Allah da onları alçaltmış, Allahın əmrlərini zay etdikləri üçün Allah da onları zay etmişdir. Buna görə də bütün yaradıl-mışların Ona səcdə etdiklərini bildirdikdən sonra: «Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə bilməz. Həqiqətən Allah dilədiyini edər». (əl-Həcc 18). Çünkü onlar Allaha səcdə etməyi özlərinə sığışdırmadıqları üçün Allah da onları alçaltmışdır. Artıq Allahın alçaltdığını kimsə ucaltmaz. Allahın alçaltdığını kim ucalda bilər? Allahın ucaltdığını kim alçalda bilər?

30. Günahlar Allahın öz qulunu unutmasına və onu tərk etməsinə səbəbdir. Allah o insanı öz nəfsi və şeytanı ilə buraxır. Bu da ən böyük həlakdır ki, ondan da qurtulmaq umulmur. «Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın. Allahdan qorxun. Həqiqətən Allah etdiklərinizdən xəbərdardır. Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir». (əl-Həşr 18-19). Bu ayədə Allah təqvalı olmağı əmr edir və həmçinin də mömin bəndələrini Allahı unudanlara oxşamaqdan çəkindirir. Onlar Allahı, təqvanı tərk etdikləri üçün unuduldular. Allah xəbər verir ki, təqvanı kim tərk etmişsə Allah onu özünü unutdurmaqla cəzalandırar. Allah o insana öz xeyirlərini unutdurar. Artıq o, kimsə öz xeyirlərini bilməz. Özünü əzabdan qurtaran səbəbləri bilməz, əbədi həyatı vacib edən səbəbləri bilməz. Allahın əzəmətini, qorxusunu, Allahın əmrlərini yerinə yetirməyi unutduğuna görə. Artıq Allah onun qəlbini Özünü zikr etməyə bağlamışdır. O insan öz havasına, istəyinə uymuşdur. Hər bir işi ifratdır. Artıq onun bütün dünya və axirət xeyirləri bağlanmışdır. O insan əbədi səadətə qarşı səhlənkarlıq göstərdiyinə, əbədi səadəti az bir ləzzətə dəyişdiyinə görə! Şair deyir: «Yuxudakı röyalar və ya keçici kölgə kimi, kəsinliklə aldanmaz beləsinə ağıllı biri». Ağıllı insan bu ötəri, keçici kölgə (dünya) ilə aldanmaz. Cəzaların ən böyüyü qulun özünü unutması, zay etməsi və Allahdan alacağı payı və nəsibini zay etməsidir. Buna aldanaraq zərərinə və çox ucuz dəyərə satmasıdır. Beləcə onsuz edə bilməyəcəyi və yerini də heç bir şeyin doldurmayacağı şeyi zay edib, yerinə heç bir işinə yaramayan və heç bir dəyəri olmayanı almışdır.

Artıq o, kimsə öz Rəbbini unutmuşdur. Allahı itirdisə artıq onun əvəzi də yoxdur. Allah özündən başqa itirilən hər bir şeyi əvəz edir. Şair deyir: «Hər şeyi itirsən də yerinə gələn vardır, Allahı itirsən yerinə gələcək nə var». Allahdır hər bir şeydən qoruyan, heç kəs isə Allahdan qoruya bilməz. Belə olduğu halda insan necə Allahdan bir göz qırpımı qədər ehtiyacsız, möhtacsız olduğunu zənn edə bilər. Özünü unutmağa aparan, Onu anmağı necə unuda bilər? Əmrlərini necə zay edə bilər? Beləcə özünü zərərə salar və özünə zülm edər? Allah ona xeyirlərini unutdurur və bununla da xüsrana düşərək özünə ən böyük zülm etmiş olur.



31. Günahlar qulun ehsan dairəsindən çıxmasına səbəbdir. Peyğəmbər sallallahu aleyhi və səlləm , onların yanına dinlərini onlara öyrətmək və Ehsan haqqında sual vermək üçün gələn Cəbrail əleyhissəlam a belə cavab vermişdir: «Ehsan, Uca Allahı sən Onu görür kimi ibadət etməkdir, lakin sən Onu görməsən də şübhəsiz ki, O səni görür»201. Günahlar Muhsinlərin savabına nail olmağa mane olur. Əgər ehsan insanın qəlbinə girərsə onu günah etməkdən çəkindirər. Əgər bir kimsə Allahı görür kimi ibadət edərsə bu yalnız Allahın qorxusunun, məhəbbətinin və ümüdün qəlbində yer tutmasına görədir. Sanki Allahı görür kimi olur. Bunlar da qəlbdə olarsa belə bir durum (günah etmək bir tərəfə qalsın), insanı günah etmək istəyinə də mane olur. Artıq o kimsə bu ehsan dairəsindən çıxarsa xüsusi yoldaşdan, xoş bir həyatdan və bol nemətlərdən məhrum olar. Allah ona rəhm edərsə onu ehsan dairəsindən möminlik dairəsinə düşürərək orada da saxlayar. Əgər bu dairədə də böyük günahlara yol verərsə oradan çıxaraq İslam dairəsinə düşər. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Zinakar, zina etdiyi vaxt mömin olarsa zina etməz. İçki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz. Oğru, oğurluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»202.

Hər kim möminlərlə yoldaşlığı itirərsə və iman dairəsindən çıxarsa Allahın kitabında imanla bağlı olaraq zikr etdiyi bütün xeyirləri itirmiş olar. Məhrum olunan xeyirlər 100-ə yaxındır ki, bunlarında hər biri dünya və onun içindəkilərdən daha xeyirlidir. Quranda imanla bağlı olaraq zikr edilən xeyirlərdən bəziləri:



1. Möminlərə olan böyük mükafat: «Tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar və Allah qarşısında dinini təmizləyənlər müstəsnadır. Çünki onlar möminlərlə bərabərdirlər. Möminlərə isə Allah böyük mükafat verəcəkdir». (ən-Nisa 146).

2. Allah dünya və axirət şərlərini iman edənlərdən uzaqlaşdırar: «Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah həqiqətən heç bir xaini və nankoru sevməz». (əl-Həcc 38).

3. Möminlər üçün ərşi daşıyan mələklərin istiğfarı vardır: «Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: «Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından qoru. Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları da özlərinə vəd buyurduğun Ədn cənnətlərinə daxil et. Şübhəsiz ki, sən yenilməz qüvvət və hikmət sahibisən». (əl-Mumin 7).

4. Allahın möminləri özünə dost tutması: «Allah, Ona inananların dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər». (əl-Bəqərə 257).

5. Allah mələklərinə möminləri sabit etməyi əmr edir: «Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: Mən də sizinləyəm. Möminlərə qüvvət, mətanət verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam». (əl-Ənfal 12).

6. Onlar üçün Rəbbi yanında bağışlanma və ruzi vardır: «Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları bağışlanma və (Cənnətdə) tükənməz gözəl ruzi gözləyir». (əl-Ənfal 4).

7. İzzət vardır: «Halbuki şərəf-şan, qüvvət və qələbə də yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər bilməzlər». (əl-Munafiqun 8).

8. İman əhli ilə Allahın bərabər olması: «Allah, həqiqətən möminlərlədir». (əl-Ənfal 19).

9. Dünya və axirətdə yüksəklik: «Allah da sizdən iman gətirənlərin və elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın». (əl-Mucadələ 11).

10. Allahın öz rəhmətindən möminlərə iki pay verməsi: Sıratdan keçmək üçün nur və günahların bağışlanması: «Ey iman gətirənlər! Allahdan qorxun və Onun Peyğəmbərinə iman gətirin ki, Allah sizə öz mərhəmətindən iki pay versin, sizə (sırat körpüsündən) keçməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayan, rəhm edəndir!». (əl-Hədid 28).

11. Allahın iman edənlərə qarşı könüllərə sevgi qoyması, beləcə insanlara, mələklərə, peyğəmbərlərə və saleh qullara sevdirməsi: «Həqiqətən iman gətirib yaxşı işlər görənlər üçün Allah bir sevgi yaradacaqdır». (Məryəm 96).

12. Qorxu günü onların qorxudan əmin olmaları: «İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər». (əl-Ənam 48).

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə