455
buyurdu»
1621
. Peyğəmbər
- sallallahu aleyhi və səlləm
–
buyurdu:
«Sizlərdən kimsə qəzəblənərsə əgər o, ayaq üstədirsə əyləşsin. Əgər onun
qəzəbi keçməzsə, qoy onda uzansın»
1622
.
İNSANIN DÜNYAYA, MALA, ŞƏRƏFƏ, ŞAN VƏ
ŞÖHRƏTƏ OLAN HƏRİSLİYİ, TAMAHKARLIĞI
VƏ XƏSİSLİYİ
İnsanlar dünya və onun şəhvətlərinə bağlanırlar. Onun arxasınca gecə
və gündüz gedirlər. Onlar dünyanın şəhvəti üçün sevinir və onun üçün
ağlayırlar. Bəzən də buna görə gecələri də yatmırlar. Dünyada bir şey əldə
etdikdə sevinir, əldə etmədikdə isə kədərlənirlər. «Kim (axirətdən vaz
keçib) dünya və onun bər-bəzəyini istəyirsə, biz onun əməllərinin əvəzini
(sağlamlıq, sərvət, övlad, gözəl yaşayışı) elə dünyada ikən verərik.
Onların dünyadakı mükafatları əsla azaldılmaz. Belələrinin axirətdə
atəşdən başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər
puç olar və bütün əməlləri boşa çıxar». (Hud 15-16). Həqiqətən insan
(sərvətə) çox həris, tamahkar və kəmhövsələ yaradılmışdır. Ona bir
pislik üz verdikdə fəryad qopardar. Ona bir xeyir nəsib olduqda isə xəsis
olar. Namaz qılanlar istisnadır. O kəslər ki, daim namaz qılarlar. O
kəslər ki, onların mallarından müəyyən bir pay vardır. Dilənən və (hər
şeydən) məhrum olan kimsə üçün. O kəslər ki, haqq-hesab gününü
təsdiq edərlər. O kəslər ki, Rəbbinin əzabından qorxub tirtir əsərlər.
Çünki onların Rəbbinin əzabından arxayın olmaq olmaz. O kəslər ki,
ayıb yerlərini qoruyub saxlayarlar. Övrətləri və cariyələri istisna
olmaqla əsla qınanmazlar. Bundan artığını istəyənlər isə həddi
aşanlardır. O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə
yetirərlər. O kəslər ki, düzgün şəhadət verərlər. O kəslər ki, namazlarını
(layiqincə) hifz edərlər. Məhz onlar Cənnətlərdə ehtiram olunacaq.
Əzizlənəcək kimsələrdir». (əl-Məaric 19-35). Əbu Hureyrə - radıyallahu
anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «…Bir bədənin qəlbində tamahla iman heç vaxt birləşə
bilməz»
1623
. Əbu Səid əl-Xudri - radıyallahu anhu
–
rəvayət edir ki,
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «İki xislət vardır ki,
onlar müsəlmanda cəm ola bilməz: Xəsislik və pis əxlaq»
1624
. Cabir -
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və
1621
Səhih Buxari 6116.
1622
Əl-Albani «Səhihul Cəmi» 694.
1623
Buxari «Ədəbul Mufrad» 281.
1624
Buxari «Ədəbul Mufrad» 282, əl-Albani zəif hədis.
456
səlləm
–
buyurdu: «…Tamahkarlıqdan çəkinin! Çünki o, sizdən
əvvəlkiləri məhv etmiş və onları (birbirilərinin) qanlarını axıtmağa,
özlərinə haram buyurulan şeyləri halal qəbul etməyə vadar etmişdir
(Başqa rəvayətdə: Qohumluq əlaqələrini kəsməyə vadar etmişdir)»
1625
.
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Dinarın qulu
bədbəxt olsun, dirhəmin qulu bədbəxt olsun. Pal-paltarın, zinətin qulu
bədbəxt olsun. Beləsinə istədiyi veriləndə razı qalar, verilməyəndə isə
qəzəblənər. Bədbəxt olsun və başı aşağı çevrilsin. Onun ayağına batan
tikan belə çıxmasın»
1626
. İnsanın malı dünyanı sevməsi və bu işdə dəridən
qabıqdan çıxması insanın bu şərəfli ömrünü zay etməsidir. Onlar elə zənn
edirlər ki, xoşbəxtlik yalnız pulun çox olmasındadır. Bölünmüş, yazılmış
ruzini tələb etməkdə vaxtı zay etməkdir. Ruzi artıq bölünmüşdür. Həris,
tamahkar insan isə məhrumdur. Sələflər deyillər ki: «Qədər haqdırsa onda
tamahkarlıq boş şeydir. Əgər xəyanət insanın təbiətində varsa onda hər
kəsə bel bağlamaq acizlikdir. Əgər ölüm hər kəsi gözləyirsə onda dünyaya
da arxalanmaq axmaqlıqdır». İnsan bu ömründə uca dərəcələri və əbədi
nemətləri qazana bilərdi. Lakin bu dünya malını toplayaraq bu dünyada
qoyub gedir. Hesabı özünə qalır, kefi isə başqalarına. Cabir b. Abdullah -
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
ilə birlikdə Mədinənin Aliyə tərəfindən bazara daxil olduq.
Ölmüş kiçik qulaqlı bir oğlaq gördü. Onun qulağından tutaraq buyurdu:
«Sizdən kim bunu bir dirhəm qarşılığında almaq istər?». Səhabələr:
«Allaha and olsun ki, o diri olsaydı da belə onu heç kəs almazdı. Çünki
qüsurlu oğlaqdır. Qulaqları kiçikdir» dedilər. Peyğəmbər: «Allaha and
olsun ki, bu sizin üçün nə qədər dəyərsiz olduğu kimi bu dünya da Allah
üçün o qədər dəyərsizdir» deyə buyurdu
1627
. Peyğəmbər
–
sallallahu
aleyhi və səlləm
–
buyurdu: «Dünyanın axirətdəki durumu ancaq sizdən
hər hansı bir kimsənin barmağını dənizə salıb çıxartdıqdan sonra nə
çıxartdığına baxması kimidir»
1628
. Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
buyurdu: «Şübhəsiz ki, dünyanın zəval olması Allah üçün
müsəlman bir kimsənin öldürülməsindən daha xəfifdir»
1629
. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Sizi sevindirəcək şeylərin
müjdəsini sizə verirəm və bunları (gələcəkdə də) ümüd edə bilərsiniz.
Allaha and olsun ki, mən sizin üçün fəqirlikdən qorxmuram. Lakin mən
sizin üçün əvvəlkilərə dünyanın imkanları geniş verildiyi kimi sizə də
1625
Buxari «Ədəbul Mufrad» 487,488.
1626
Buxari 6/61, İbn Məcə 11/216.
1627
Müslim şərhi 5/814 (Müslim «Zuhd» 2).
1628
«Səhihul Cəmi» 5423.
1629
Tirmizi 5/82, əl-Albani «Səhihul Cəmi» 453.