469
şəhərlər, qızıldan köşklər görürəm. Bunlar hansı Peyğəmbərin, siddiqin,
şəhidindir» deyər. Allah: «Bunlar haqları ödəyənlərindir» deyə buyurar.
Adam: «Ya Rəbbim! Buna kim sahib ola bilər» deyər. Allah: «Sən, sahib
ola bilərsən» deyə buyurar. Adam: «Nə ilə?» deyər. Allah: «Qardaşını
bağışlamaqla» deyə buyurar. Adam: «Ya Rəbbim! Mən onu bağışladım»
deyər. Allah Qiyamət günü möminlərin arasını düzəltməklə onları
barışdıracaqdır»
1681
. AbdurRahman b. Cubeyr, o da Əbu Tufeyldən
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in yanına
ixtiyar yaşına çatmış bir kişi gəlir (Başqa rəvayətdə: Qaşları gözünün
üstünü örtmüş, əsasına söykənərək Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
in yanında dayanaraq) deyir: «Sən yer üzündə belə bir insan
görmüsənmi ki, böyüklü, kiçikli heç bir günahdan yan keçməyərək onları
edib (Başqa rəvayətdə: Əgər onun günahlarını yer əhli arasında
paylasaydılar hamını həlak edərdi). Mənim üçün tövbə varmı?».
Peyğəmbər: «Sən İslamı qəbul etmisənmi?» deyə buyurdu. O: «O ki qaldı
mənə – Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq heç bir ilah
yoxdur və sən Allahın Rəsulusan» dedi. Peyğəmbər: «Yaxşı işlər gör və
pis işləri də tərk et, Allah da sənin bütün əməllərini xeyirli edər» deyə
buyurdu. O: «Oldu! Allahu Əkbər! – deyərək gözdən itənə qədər
getdi»
1682
.
Günahlara Kəffarə Olan Şeylər - Günahlara kəffarə olan şeylər iki
qrupa ayrılır: Birinci
–
Həm böyük, həm də kiçik günahlara kəffarə
olanlar.
İkinci
–
Yalnız kiçik günahlara kəffarə olanlar.
Həm Kiçik, Həm Də Böyük Günahlara Kəffarə Olanlar
–
1.
Nəsux/səmimi bir tövbə.
2. Allahın bütün günahlara kəffarə saydığı
ibadətləri etmək. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu:
«Kim Həcci gözəl bir şəkildə, günah və pis əməllərə yol vermədən edərsə
evə anadan doğulmuş kimi qayıdar»
1683
. 3. Allah yolunda şəhid olmaq.
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Şəhidin borcu xaric
bütün günahları bağışlanır»
1684
.
4. Həddin tətbiq olunması günahlara
kəffarədir.
Kiçik Günahlara Kəffarə Olanlar
–
«Həqiqətən yaxşı əməllər pis
işləri yuyub aparır». (Hud 114). İbn Teymiyyə
–
rahmətullahi aleyhi -
deyir ki: “Mömin bir əməl etdiyi zaman onun cəzası bu şeylərlə silinir”: 1.
Tövbə edib Allahdan bağışlanma diləmklə. 2. Məğfirət diləməklə. 3.
1681
Beyhəqi, Əbu Yala.
1682
Təbərani, əl-Bəzzar «Məcmə Zəvaid» 1/36, İbn Həcər «əl-İsabə» 4/149.
1683
Buxari 3/382, Müslim 9/119.
1684
Müslim 13/30.
470
Yaxşı əməllər etməklə. Çünki yaxşı əməllər pislikləri silir.
4. Mömin
qardaşları diri ikən, öldükdən sonra da onun üçün dua edib bağışlanma
diləməkləri ilə. 5. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in ona şəfaət
etməsilə.
6. Mömin qardaşları yaxşı əməllərinin savabından ona hədiyyə
etmələriylə. Əbu Hureyrə - radıyallahu anhu
–
rəvayət edir ki, bir nəfər:
«Ya Rəsululah! Atam öldü və bir mal buraxdı. Halbuki vəsiyyət də
etmədi. Mənim onun adına sədəqə verməyim onun günahlarına kəffarə
olurmu?» deyə soruşdu. Peyğəmbər: «Bəli» deyə buyurdu
1685
. Aişə
-
radıyallahu anhum
–
rəvayət edir ki, bir nəfər: «Ya Rəsulullah! Anam
vəfat etmişdir. Elə zənn edirəm ki, əgər sağ olsaydı sədəqə verərdi. Mən
onun adına sədəqə versəm onun üçün bir savab olurmu?» deyə soruşdu.
Peyğəmbər: «Bəli» deyə cavab verdi
1686
. İbn Abbas
- radıyallahu anhu
–
rəvayət edir ki, bir nəfər: «Ya Rəsulullah! Atam olduqca yaşlanıb nə həcc,
nə ümrə, nə də səfərə çıxmaq gücü də yoxdur». Peyğəmbər: «Atanın
yerinə həcc və ümrə et» deyə buyurdu
1687
. Bir qadın körpə uşağı yuxarı
qaldıraraq: «Ya Rəsulullah! Bu uşağın həcci səhihdirmi?» dedi.
Peyğəmbər: «Bəli, savabı da sənindir» deyə buyurdu
1688
. Əbu Hureyrə
-
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
buyurdu: «Bu üç şey müstəsna olmaqla Adəm oğlu öldükdə
əməli kəsilir. Faydalı elm qoyub getmək (hansı ki, insanlar ondan istifadə
edirlər), Sadaqətul Cəriyə (axan) xeyirli sədəqə (yol saldırmaq, su
çəkmək), sənin üçün dua edən saleh övladlar»
1689
.
7. Başına gələn
müsibətlərlə. Əbu Səid əl-Xudri və Əbu Hureyrə - radıyallahu anhum
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu:
«Mömini nə yorğunluq, nə xəstəlik, nə əzab-əziyyət, nə rahatsızlıq, nə
kədər, nə də bədəninə batan tikan maraqlandırır. Onu maraqlandıran
Allahın bunlara səbr etdiyinə görə günahlarını təmizləməsidir»
1690
. İbn
Məsud - radıyallahu anhu
–
rəvayət edir ki, qızdırmadan əziyyət çəkən
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in yanına daxil oldum: «Ya
Rəsulallah! Bu xəstəlikdən nə çox iztirab çəkirsən». Peyğəmbər: «Bəli,
mənim xəstəliyim sizdən iki nəfərin (bu xəstəlikdən) çəkdiyi iztirab
kimidir». Mən: «Bu ona görədir ki, sən bu xəstəlikdən iki qat əcr
qazanırsan?» deyə soruşdum. Peyğəmbər: «Bəli, bu belədir deyərək
istənilən müsəlmanın başına gələn xəstəlik, bədəninə batan tikan və
1685
Müslim 1630.
1686
Müslim 1631.
1687
Əbu Davud 1810, Tirmizi 930, Buxari 1858.
1688
Müslim 1336.
1689
Müslim 1631.
1690
Buxari, Müslim.