449
kimidir. Qumarsız nərd oynayan əlini donuz qanına bulamış kimidir. Nərd
oynayanın yanında oturub ona baxan donuz ətinə baxmış kimidir»
1588
.
QIZDIRMA XƏSTƏLİYİNİ SÖYMƏK
Cabir - radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu
aleyhi və səlləm
–
Ummu Saib və ya Ummi Museyyibin yanına daxil oldu
və: «Ya Ummu Saib sənə nə olub ki, titrəyirsən?» deyə buyurdu. O:
«Allah ona bərəkət verməsin qızdırmadır» dedi. Peyğəmbər: «Qızdırmanı
söyməyin. Çünki o, körükçü dəmirin pasını apardığı kimi Adəm
oğullarının günahlarını silir» deyə buyurdu
1589
.
QƏNİMƏTDƏN OĞURLAMAQ
«Əmanətə xəyanət edən şəxs Qiyamət günü xəyanət etdiyi şeylə
(boynuna yüklənmiş halda) gələr». (Ali İmran 161). Əbu Hureyrə –
radıyallahu anhu
–
rəvayət edir ki, bir gün Peyğəbər - səllallahu aleyhi və
səlləm
–
bizlərə qənimətdən oğurluq etmək barəsində danışdı: Nə badə
sizdən biriniz Qiyamət günü boynunda böyürən bir dəvə olduğu halda
yanıma gəlib: «Ey Allahın Rəsulu! Mənə kömək et!» dediyini eşitməyim.
Çünkü mən də ona: «Sənə heç bir köməklik edə bilmərəm. Çünkü mən
sənə xəbərdarlıq etmişdim» deyə buyurdu. Yenə sizdən biriniz Qiyamət
günü mənim yanıma boynunda kişnəyən at ilə gəlib: «Ey Allahın Rəsulu!
Mənə kömək et!» dediyini eşitməyim. Çünkü mən də ona: «Sənə heç bir
köməklik edə bilmərəm. Çünkü mən səni bu haqda xəbərdarlıq etmişdim»
deyə buyurdu
1590
. Əbu Hureyrə – radıyallahu anhu
–
rəvayət edir ki,
Xeybər günü qənimətdən bir paltar götürən bir kimsə haqqında
Peyğəmbər - sallallahu aleyhi və səlləm
–
buyurdu: «Nəfsim əlində olan
Allaha and olsun ki, qənimətdən oğurladığı üçün həmən paltar onun üçün
bir atəş olacaqdır»
1591
. Ömər - radıyallahu anhu
–
rəvayət edir ki, Xeybər
günü səhabələrdən bir qrupu Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in
yanına gələrək: «Filankəs şəhid olmuş! Filankəs şəhid olmuş!» deyə
söyləməyə başladılar. Peyğəmbər: «Xeyr, mən onu qənimətdən oğurladığı
bir əbanın səbəbilə atəşdə olduğunu gördüm»
1592
. Abdullah b. Amr
-
radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
in yük daşıma işinə baxan Kirkirə adında bir kimsə vardı. Adam
öldü və Peyğəmbər: «O, Cəhənnəmlikdir» deyə buyurdu. Cəmaat onun
1588
Buxari «Ədəbul Mufrad» 1276, əl-Albani zəif hədis.
1589
Müslim 2575.
1590
Buxari 6/185, Müslim 12/216.
1591
Buxari 4234, Müslim 1/108.
1592
Şərh Səhih Müslim 2/127.
450
əşyalarına baxmağa başladılar. Bu vaxt onların arasından qənimət
malından oğurladığı əba tapdılar»
1593
.
BEYTUL MALA VƏ ZƏKATA XƏYANƏT ETMƏK
«Əmanətə xəyanət edən şəxs Qiyamət günü xəyanət etdiyi şeylə
(boynuna yüklənmiş halda) gələr». (Ali İmran 161). Əbu Humeyd əs-Səidi
- radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və
səlləm
–
Əzd qəbiləsinə mənsub İbnul Lutbiyyə adında bir nəfəri zəkat
toplamaq üçün məmur təyin edir. Bu adam da öz işini bitirdikdən sonra:
«Bu mallar sizindir, bunlarsa mənə hədiyyə edildi» dedi. Bunu eşidən
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
minbərə çıxaraq: «Zəkat yığan
məmura nə olub ki, biz onu bir işə təyin etdiyimizdə dərhal: «Bu mal
sizin, bu da mənim» deyir. Atasının, anasının evində oturub gözləsin
görək ona hədiyyə gəlirdi, yoxsa yox? Nəfsim əlində olan Allaha and
olsun ki, sizdən kim o maldan bir şey götürsə Qiyamət günü boynunda
daşıyacaq vəziyyətdə gələcəkdir (götürdüyünü). Götürdüyü şey dəvədisə
böyürərək, qoyundursa mələyərək, inəkdirsə böyürərək boynunda
gətriləcəkdir» deyə buyurdu
1594
.
TƏQLİDÇİLİK
Təqlid sözü hüccət, dəlil olmayan kimsənin sözünə uymaqdır. Təqlid
ancaq şəri dəlili bilməməklə meydana gəlir. Çünki o, dəlilini bilmədən
başqasının sözünə tabe olur. Tabe olmaq İslamda bir hüccət və səhih bir
elmdir. Çünki o, Allahın, Rəsulunun və səhabənin sözüdür. Bunlardan
başqa olanlar isə təqlid deyə adlandırılır.
Təqlid İki Qismdir:
1. Mubah Olan Təqlid: Bu şəri hökmlərə çatmaq yollarını bilməyən,
onları öyrənməyə gücü çatmayan, o hökmlərin dəlillərini başa düşmək
imkanına sahib olmayan avam üçündür. Bununla belə bir muftidən şəri
dəlili istəmə haqqına da sahibdir. Çünki dinindən əmin olmaq onun da
haqqıdır.
2. Haram Olan Təqlid: Alimlərdən deyil, müəyyən birini, onun bütün
sözlərində və əməllərində təqlid etmək və haqqı sadəcə onda görməkdir.
Əhli Sünnə vəl cəmaat imamlarının cumhuru avamın və avamın dəlili
anlamağa incələmə və araşdırma aparmağa gücü çatmayan kimsələrin
əqidə və əhkam məsələlərində təqlidini caiz görür. Onlar təqlidin təkfirə
mane olan hallardan biri olduğunu ittifaqla qəbul etmişlər. Çünki muqallid
cahildir, dəlili və ya hüccəti başa düşməz, bəsirət və başa düşməyi yoxdur.
1593
Buxari 3074.
1594
Müslim 12/218.