2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix19.11.2017
ölçüsü0,82 Mb.
#11146
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

 

28 


səndən  digər  günahlar  arasında  musiqinin  münafiqliyi  yetişdirməsi  necə 

açıqlanır?  deyə  soruşularsa  onda:  Bu  səhabələrin  qəlblərin  hallarını  və 

əməlləri  ən  yaxşı  şəkildə  qavradıqlarına,  qəlbin  xəstəliklərini  və  müalicə 

yollarını  ən  yaxşı bildiklərinə, Səhabələrin  qəlblərin təbibləri  olduqlarına 

ən  açıq  dəlillərdən  biridir…  Lakin  vaxt  keçdikcə  təbiblərin  azlığı  və 

xəstələrin  çoxluğu  keçmişdə  görülməyən  yeni  xəstəliklərin  çıxmasına 

səbəb oldu. Bunu da bil ki, musiqinin qəlbi münafiqliklə boyaması, əkinin 

su ilə  yetişməsi  kimi  münafiqliyin qəlbdə yetişməsinin bir çox özəllikləri 

vardır.  Bu  özəlliklərdən  bəziləri:  Musiqi  qəlbi  əyləndirir  və  Quranı 

qavramaqdan,  onun  üzərində  düşünməkdən,  Quranda  olan  hökmlərə 

lazımınca  əməl  etməkdən  yayındırır.  Şünhəsiz  ki,  Quran  və  musiqi 

əbədiyyən  qəlbdə  bir arada  ola  bilməzlər. Çünki  Quran  havaya  (faydasız 

şeylərə)  uymağı  qadağan  edir.  Quran  iffəti,  nəfslərin  şəhvət  və 

arzularından  uzaq  olmağı,  azğınlıq  yollarından  uzaqlaşmağı  əmr  edər, 

şeytanın  addımlarının  ardıyca  getməyi  qadağan  edərkən,  musiqi  bütün 

bunların əksini əmr edər və bunları gözəl göstərir. Nəfslərdə azğın arzuları 

hərəkətə  gətirir.  Gizli  olanlarını  hərəkətə  gətirir.  Sakit  duranlarını 

coşdurur, nəfsi çirkin olan hər bir şeyə doğru təhrik edər. Hər gözəl qadına 

və  ya  kişiyə  yaxınlaşmağa  meyl  etdirər.  Musiqi  və  şərab  eyni  südü 

əmmişlər.  Hər  ikisi  də  çirkinliklərə,  arzuları  oyandırmaqda  birbirilə 

yarışırlar.  Şübhəsiz  musiqi  içkinin  əksi,  süd  qardaşı,  onun  vəkili,  onun 

müttəfiqi,  onun  sirdaşı,  onun  yoldaşıdır.  Şeytan  bu  ikisi  arasında 

pozulmayan  bir  qardaşlıq  bağı  qurmuşdur.  Musiqi  qəlbin  cəsusu,  ondakı 

mərdliyi  oğurlayan,  ağlın  qurdudur.  Qəlblərin  dərinliklərinə  nüfuz  edər, 

qəlbdəki  gizlilikləri  kəşf  edər.  Qəlbdə  olan  hava,  şəhvət,  həyasızlıq, 

məntiqsizlik,  axmaqlıq  kimi  halları  hərəkətə  gətirir.  Bir  kimsəni  ağır 

təbiətli,  gözəl  əxlaqlı,  imanlı  olduğunu,  üzərində  İslamın  cizgiləri  və 

Quranın  şirinliyinin  əlamətlərini  daşıdığını  görürsən.  Eyni  adam  musiqi 

dinləyib,  ona  meyl  etdiyi  təqdirdə  ağlının  azalması,  həyasının  getməsi, 

mərdliyinin  yox  olması,  gözəl  sifətlərin  ondan  getməsi,  şeytanın  onun 

halına  sevindiyini,  imanının  isə  Allaha  şikayət  etməsi,  Quran  oxumağın 

ona ağır gəlməsi, artıq o, kimsə musiqi dinləməkdən əvvəl çirkin gördüyü 

şeyləri  gözəl  görməyə  başlayıb,  ağır  təbiətlikdən  və  əxlaqdan,  çox 

danışmağa,  yalan  söyləməyə,  təkəbbürlənməyə,  barmaqlarını  çırtlamağa, 

başını  sağa-sola  əyməyə,  çiyinlərini  sallamağa,  ayaqlarını  yerə,  əllərini 

qadınlar  kimi  çırpar,  cuşa  gəldikdə  isə  öküzdən  daha  betər  olar.  Kimi 

zaman  kədərli  kimi  ah  çəkər,  kimi  zaman  da  dəlilər  kimi  fəryad  edər. 

Ariflər  deyirlər  ki:  «Musiqi  dinləmək  kimisində  münafiqliyi,  kimisində 

inadkarlığı,  kimisində  yalançılığı,  kimisində  həyasızlığı,  kimilərində  də 



 

29 


axmaqlığı  yetişdirir»

107


.  İbn  Qeyyim 



  rahmətullahi  aleyhi  -  deyir  ki: 

«Arif insan səbəbləri götürən, nəticələri fikirləşən, məqsədləri və sonunda 

yetişəcəyi  nöqtə  üzərində  düşünən  kimsədir.  Haramlara  götürən  yolları 

bağlamaqda  şəriətin  məqsədlərini  bilən  bir  kimsə  bu  şəkildə  musiqi 

dinləməyin haram olduğunu qəti qəbul edər. Çünki yad bir qadına baxmaq 

və səsini dinləmək, harama gedən yolu bağlamaq üçün haramdır.  

Şəriətin haram etdikləri iki qimdir: 1 – Bir qismi içində olan pisliklərə 

görə haramdır. 2 – Bir qismi də pislik olan bir şeyə aparan yol olduğundan 

haram edilmişdir.  

Haram  olan  bu  xüsusa  baxar  və  nəyə  səbəb  olduğuna  baxmayan  bir 

kimsə  bunun  nə  üçün  haram  edildiyini  başa  düşməkdə  çətinlik  çəkər  və 

belə  deyər:  Gözəl  bir  surətə  baxmaqda  nə  kimi  bir  pislik,  günah  vardır? 

Cuşa gətirən  və bir alət ilə icra edilən bir səsdə, gözəl bir səslə söylənən 

vəzinli  bir  sözü  dinləməkdə  nə  kimi  bir  pislik  vardır?  Belə  deyənə  bu 

şəkildə  cavab  verilir:  «Surətlərə  bu  şəkildə  baxmağın  və  cuşa  gətirən  bu 

çalğıları  dinləməyin  haram  edilməsi  şəriətin  əksiksiz  və  mükəmməl 

olduğunu, onu ümmətin xeyirini səmimi olaraq istədiyini göstərməkdədir. 

Əgər pislikləri haram etməklə bərabər onlara aparan yolları mubah etsəydi 

bu  ağla  sığmaz  olardı.  (Necə  ola  bilər  ki,  bir  şey  haram  olsun  lakin  ona 

aparan  yollar  isə  mubah)…  Harama  götürən  bir  yol  olduğu  üçün  bu  yolu 

bağlamaq məqsədilə qadağan edilmişdir. Bu da onun hikməti, rəhməti və 

qullarını  qoruması,  onları  pisliklərdən  və  pisliklərə  aparan  yol  və 

vasitələrdən  himayə  etməsinin  bir  göstəricisidir.  Ağlı  başında  və  həqiqəti 

bilən bir kimsə  musiqi  və  musiqi alətlərinin  Allahın  və Rəsulunun  haram 

etdiyi  şeylərə  götürəcəyini  bilir.  Əgər  onun  səbəb  olduğu  pisliklər 

baxmanın  səbəb  olduğu  pisliklərdən  çox  olmasa  da,  aşağı  da  deyildir. 

Musiqi çox vaxt içkinin səbəb olduğu pisliklərdən də artığına səbəb olur. 

Çünki  içkinin  sərxoşluğundan  kişi  tez  ayılır.  Lakin  musiqi  dinləməkdən 

sərxoş olan kimsə yalnız həlak olanlar arasında ayılır»

108

.  


2.  Mübah  Olan  Musiqi 

  Bu  səsi  yüksəldərək,  əyləncə  və  musiqi 



alətləri  olmadan  mahnı  (şer)  söyləməkdir.  Lakin  bu  şərtlərin  yerinə 

yetrilməsi  mühümdür.  Sözlərdə  Allaha  şərik  qoşmaq,  küfr  sözlər 

olmamalı,  əxlaqsızlıq,  müsəlmanları  pisləmək,  yad  qadınları  tərif  etmək, 

içkilərdən bəhs etmək və s. boş və faydasız sözlər olmamalıdır. Həmçinin 

qadınların yad kişilərin yanında mahnı söyləmələri, Allahı zikr etməkdən 

və  fərz  ibadətlərdən  yayındırmamalı  və  etdiyi  ilə  məşhur  olmamaq  üçün 

                                                        

107


 «İğəsətul Ləhfan» 1/248.  

108


 Məsələtus Səma 167-168.  


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə