2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix19.11.2017
ölçüsü0,82 Mb.
#11146
1   2   3   4   5   6   7   8   9   ...   31

 

(iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapmaqdır), hər bir zəlalət 



isə oddadır

2



«Ey  Rəbbim!  köksümü  açıb  genişlət,  işimi  yüngülləşdir,  dilimdəki 

düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25



28).  

Möhtərəm  müsəlman  qardaş  və  bacılarım!  İlk  öncə  hamınızı  Allahın 

salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah - sallallahu aleyhi 



və  səlləm 

 



in  yoluna  (Sünnəsinə)  uyaraq  öz  risaləmi  «Bismilləh»  ilə 

başlayıram.  Çünkü  Allah  Rəsulu  -  sallallahu  aleyhi  və  səlləm  -  də  öz 

məktublarını  «Bismilləh»  ilə  başlamış  və  buyurmuşdu:  «Hər  mühüm  bir 

işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir»

3

.  


Uca  və  Böyük  olan  Allah 



  subhənəhu  və  təalə 

  nin  izni  ilə  Əhli 



Sünnə  Vəl  Cəmaat,  Sələfi  Salihin  əqidəsi  ilə  bağlı  olan  mövzuları 

toplamağa davam  edirik. Bu risaləmizdə qısa da olsa lakin ətraflı şəkildə 

Musiqi, Saqqal və İsbalın hökmü, İslamda onların yeri haqqında məlumat 

verəcəyik.  Nə  üçün  məhs  bu  üç  mövzu  seçildi?  Çünki  bu  üç  mövzu 

ətrafında  daha  çox  suallar  yarandığına  görə,  insanları  bu  üç  məsələ  daha 

çox maraqlandırdığına görə bu mövzulara toxunmağı qərara aldım.  

Sual verirlər ki: Musiqi nə üçün haramdır? Qurani Kərimdə musiqinin 

qadağan  olunması  barəsində  heç  bir  dəlil  yoxdur?  Kimisi:  Mən  özündən 

çıxardan, insanı coşduran musiqilərə qulaq asmıram. Qulaq asdığım həzin 

musiqilərdiki  bunlar  da  mənim  Allaha  olan  imanımı  (sevgimi)  artırır? 

Kimisi:  Saqqal  zəmanəmizə  uyğun  deyildir,  bu  çirkinlikdir,  o  vaxtlar  üz 

qırxmaq  üçün  alətlər  olmadığından  insanlar  saqqal  saxlayardılar.  Kimisi: 

İbadət  etməyinə  baxmayaraq  saqqalını  qırxır  ki,  bu  onun  dəvətinə 

ziyandır. Kimisi: İşinəmi görən, yoxsa ruzisinin azalmasındanmı qorxaraq 

                                                        

2

 Hədisin  Ikinci  Hissəsini  –  Müslim  «Şərhu  Nəvəvi»  6/153-156,  Əhməd 



3/319,371, Nəsəi 3/188-189, Beyhəqi «Sünnənul Kubra» 3/214 Cabir b. Abdullah 

- radıyallahu anhu  – yolu ilə. Bu ləfz Nəsainin ləfzidir. Hədisi Əhməd 3/371 və 

Müslim:  «Sözlərin  ən  doğrusu»  ləfzi  yerinə:  «Sözlərin  ən  xeyirlisi»  ləfziylə 

rəvayət  edilmişdir.  İmam  Əhmədin  digər  rəvayətlərində  isə  3/319:  «Sözlərin  ən 

gözəli» şəkilindədir. Müslim: «Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) 

bidətdir» ləfzi  yerinə: «Hər  bir  bidət  bir  zəlalətdir (sapıqlıqdır)»  ləfziylə ravayət 

etmişdir.  Hədisin  sonunda  olan:  «Hər  bir  zəlalət  isə  oddadır»  ləfzini  zikr 

etməmişdir. Bu beş səhabədən başqa hədsi: Aişə - radıyallahu anhə –, Səhl b. Sad 

-  radıyallahu  anhu  –  mərfu  olaraq.  Hədis  səhihdir.  Muhəddis  Muhəmməd 

Nəsrəddin əl-Albani –  rahmətullahi  aleyhi  – hədisin bütün rəvayətlərini bir yerə 

toplayaraq «Xutbətul Həcə» isimli bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa 

bilərlər.  Ayrıca  bax:  əl-Albani  «Muxtəsər  Səhih  Müslim»  409,  «Mişkətul 

Məsabih» 3149,5860.  

3

 Əbu Davud. 




 

saqqalı tərk edir. Bu və buna bənzər suallar çox olur. İnşəallah risaləmizdə 



bu məsələlərə cavab veriləcəkdir. 

Qısaca  olaraq  onu  demək  istəyirəm  ki,  Allah 



  subhənəhu  və  təalə 

 



Qurani Kərimdə buyurur ki: «Peyğəmbər sizə nə verirsə onu da götürün, 

nəyi  qadağan  edirsə  ondan  əl  çəkin.  Allahdan  qorxun.  Həqiqətən 

Allahın  cəzası  çox  şiddətlidir».  (əl-Həşr  7).

 

Artıq  Allahın  Rəsulu 



 

sallallahu  aleyhi  və  səlləm  -  bizlərə  saqqal  saxlamaq  və  isbalı  (paltarı) 

topuqdan yuxarı geyinmək kimi sünnəni əmanət olaraq qoymuş, musiqi və 

musiqiyə  qulaq  asmaqdan  isə  bizləri  çəkindirmişdir.  Əbu  Hureyrə, 

AbdurRahmən b. Saxr - radıyallahu anhu 

 rəvayət  edir ki, Peyğəmbər 





 

sallallahu  aleyhi  və  səlləm  -  in  belə  buyurduğunu  eşitdim:  «Sizə  nəyi 

qadağan  edirəmsə  ondan  uzaq  olun,  nəyi  sizə  əmr  etmişəmsə  ondan 

bacardığınız  qədər  istifadə  edin.  Şübhə  yox  ki,  sizdən  əvvəlki  ummətləri 

çox sual vermələri və peyğəmbərlərinə müxalif olmaları məhv etdi»

4



Artıq  Allahın  Rəsulu 





  sallallahu  aleyhi  və  səlləm  -  bizlərə  xəbər 

vermişdir  ki,  onun  sünnəsinə  (saqqal  saxlamaq,  isbalı  (paltarı)  topuqdan 

yuxarı  geyinmək  və  s.)  kimi  əmrlərini  yerinə  yetirmək  əldə  yanar  közü 

saxlamaqdan daha çətin olacaqdır. Günümüzdəki hər bir müsəlman bəndə 

Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm  -  in  bu  sözlərinin  nə  qədər 

həqiqət  olduğunu  bilməkdədir.  Əxlaqsızlığın,  fahiş  işlərin  baş  alıb 

getməsinə baxmayaraq onlara - Gözüm Üstə Yerim Var - deyən də yoxdur. 

Lakin  Allahın  Rəsulunu 



  sallallahu  aleyhi  və  səlləm  -  i  sevən,  ona 

oturuşunda,  duruşunda,  yerişində  hər  bir  işində,  əməlində  oxşamağa 

(bənzəməyə)  çalışan  bəndəyə  istehza  edib  tənə  vuranlarda  vardır. 



«(Dalda)  qeybət  edib  (üzdə)  tənə  vuran  hər  kəsin  vay  halına».  (əl-

Huməzə 1).  

Cəmiyyətdə  (insanlar)  arasında  belə  bir  sual  mövcuddur  ki:  Sizin 

həyatda  idealınız  kimdir?  Kimə  oxşamaq  istəyərdiniz?  Bu  suala  müxtəlif 

cavablar olur. Kimisi deyir ki: «Mən filan müğənniyə oxşamaq istəyirəm 

və  həyatda  idealım  da  odur.  Görürsən  ki,  onun  kimi  bəzənir  düzənir. 

Kimisi də: «Mən filan idmançıya oxşamaq istəyirəm və bu yolda ömrünü 

sərf  edir  ki,  onun  kimi  olsun».  Mən  heç  bir  şəkk-şübhə  etmirəm  ki, 

sizlərdən  hər  hansı  bir  kimsə  Allahı  və  Rəsulunu  sevən  bir  qulundan 

                                                        

4

 Buxari 7288, Müslim 1337 – Bu hədisin əvvəli belədir: Peyğəmbər – sallallahu 



aleyhi  və  səlləm  –  buyurdu:  «Ey  insanlar!  Allah  üzərinizə  Həcc  etməyi  fərz 

qıldım, artıq siz də Həcc edin». Bir nəfər: «Ey Allahın Rəsulu, hər il Həcc edək?» 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  susdu.  Həmin  şəxs  sualını  bir  neçə 

dəfə  təkrarladı.  Peyğəmbər:  «Əgər  mən hə  desəm,  sizə hər  il  Həcc  etmək  vacib 

olardı. Sizin də buna gücünüz çatmazdı…». 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə