2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix19.11.2017
ölçüsü0,82 Mb.
#11146
1   2   3   4   5   6   7   8   9   ...   31

 

soruşsa  ki:  «Sənin  həyatda  idealın  kimidir?  Kimə  oxşamaq  istəyərdin? 



Onun  cavabı  Allahın  Rəsulu  Muhəmməd 



  sallallahu  aleyhi  və  səlləm 

 

olmasın.  Bəli,  Allahın  sevgisini,  razılğını  qazanmağın  yolu  da  budur. 



Müsəlman necə belə bir Rəsulla razı qalmasın. Şəfqətli və mərhəmətli bir 

Rəsulla. Necə ona oxşamağa çalışmasın.  

Ey  müsəlmanları  istehza  edərək  tənə  edənlər!  Allahdan  qorxun, 

həqiqətən  Allahın  cəzası  çox  şiddətlidir.  Siz  müsəlmanları  saqqalına, 

isbalını  (paltarını)  topuqdan  yuxarı  geyindiyinə  görə  istehza  etməklə, 

əslində Allahın Rəsulunu istehza etmiş olursunuz. Çünki bunu bizə o, əmr 

etmişdir.  Allahın  Rəsulunu  istehza  etməklə  isə  Allahı  istehza  etmiş 

olursunuz. Çünki bunu Allah, Rəsuluna əmr etmişdir. Allahı istehza edən 

isə  nə  dünyada,  nə  də  axirətdə  səadətə  çata  bilməz.  «Həqiqətən 

günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. Möminlərin 

yanından  keçərkən  (onları  dolamaq  məqsədi  ilə)  bir-birinə  göz-qaş 

edirdilər.  Ailələrinin  yanına  qayıtdıqda  isə  (onları  doladıqları  üçün) 

kefləri  kök  qayıdardılar.  Möminləri  gördükdə:  «Doğrusu  bunlar  (haqq 

yoldan)  azanlardır!»  deyərdilər.  Halbuki  onlar  möminlərə  nəzarətçi 

göndərilməmişdilər.  Bu  gün  isə  möminlər  kafirlərə  güləcəklər».  (əl-

Mutəffifin  29-34).  «Cənnət  əhli  Cəhənnəm  əhlinə  müraciət  edib:  «Biz 

Rəbbimizin bizə vəd etdiyini (axirət nemətlərini) haqq olaraq gördük. Siz 

də  Rəbbinizin  sizə  vəd  etdiyini  (Cəhənnəm  əzabını)  gerçək  olaraq 

gördünüzmü?»  deyə  soruşacağıq.  Onlar:  «Bəli»  deyə  cavab  verəcəklər. 

Elə  bu  zaman  onların  (hər  iki  dəstənin)  arasında  bir  carçı:  «Allah 

zalimlərə lənət etsin!». (əl-Əraf 44). 

Mömin,  müsəlman  qardaş  və  bacılarıma  nəsihətim  isə  heç  də 

üzülməsinlər,  sıxılmasınlar.  Bizdən  xeyirli  insanlar  da  istehzaya  məruz 

qalmışlar.  Lakin  səbr  etmişlər.  Sizin  məqsəsdiniz  yalnız  Allahı  razı 

salmaq olusun. İnsanları razı salmaq isə sizin işiniz deyildir. Əbu Hureyrə 



  radıyallahu  anhu

  –

 

rəvayət  edir  ki,  Rəsulullah 





  sallallahu  aleyhi  və 

səlləm  -

 

buyurdu:  «Sizdən  hər  hansı  bir  kimsə  məni  uşaqlarından, 



valideyinlərindən  və  cəmi  insanlardan  çox  sevmədikcə  iman  etmiş 

olmaz»


5

.  Bu  hədisi  eşidən  Ömər 

– 

radıyallahu  anhu 

 



deyir  ki:  «Ya 

Rəsulullah!  Sən  mənə  nəfsimdən  başqa  hər  şeydən  sevimlisən!». 

Peyğəmbər:  «Və  Min  Nəfsikə  Yə  Umaru 



  Ya  Ömər!  Nəfsindən  də 

sevimli  olmalıyam!»  deyə  buyurdu.  Ömər:  «Və  Min  Nəfsi 

  Nəfsimdən 



də!»  deyincə  Peyğəmbər:  «Ya  Ömər!  İndi  tamam  oldu».  «Peyğəmbər 

möminlərə  öz  nəfislərindən  də  yaxındır».  (əl-Əhzab  6).  İmam  Şafii 



 

                                                        

5

 Buxari, Müslim, Musnəd 3/207,275,278. 




 



rahmətullahi  aleyhi 



 

deyir  ki:  «İnsanları  razı  salmaq  ağla  sığmayan  bir 

şeydir.  O,  halda  sənin  halını  düzəldən  işə  bax.  Ondan  ayrılma  və  ondan 

başqa  hər  bir  şeyi  də  kənara  burax.  Yaradılmışları  razı  salmaq  nə  sənin 

gücün  dairəsində  olan  bir  şeydir,  nə  də  əmr  olunan  bir  şeydir.  Yaradanı 

razı salmaq isə güc yetrilə bilən və əmr olunan bir xüsusiyyətdir». Aişə 



 

radıyallahu  anhə

 

–  nin  Muaviyə 





  radıyallahu  anhu  –  ya  nəsihət  olaraq 

yazdığı  məktubda  Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm 

 



in  sözlərini 

ona  çatdıraraq  deyir  ki,  Rəsulullah 



  sallallahu  aleyhi  və  səlləm 

 



buyurdu:  «Kim  insanları  qəzəbləndirərək  Allahı  razı  salarsa,  Allah  da 

ondan  razı  olar  və  insanları  da  ondan  razı  edər  (Başqa  rəvayətdə:  Onu 

insanlara  möhtac  etməz).  Kim  də  Allahı  qəzəbləndirərək  insanları  razı 

salmağa  çalışarsa  Allah  da  ona  qəzəblənər  və  insanları  da  onun  üstünə 

qəzəbli olaraq salar (Başqa rəvayətdə: Onun işini insanlara həvalə edər)»

6



Allahdan  əməlimi  onun  üçün  ixlaslı  olmasını,  məndən  qəbul  edib 

onunla  müsəlmanları  faydalandırmasını  diləyirəm.  Əgər  hardasa  xəta 

etmişəmsə  bu  nəfsimdən  və  şeytandandır.  Burada  düzəldilməsi  mühüm 

olan  yerləri  tapdıqdan  sonra  mənə  öyüt-nəsihət  verməkdən  çəkinməyə-

cəyinizi ümid edirəm.  

Güvəndiyim  Allahdır, işlərimi  ona həvalə  edirəm  və  ona arxalanıram. 

Həmd  və  nemət  yalnız  onadır.  Müvəffəqiyyət  bəxş  edən  və  xətalardan 

qoruyan  da  odur.  «Məni  yaradan  və  məni  doğru  yola  yönəldən  Odur! 



Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O 

şəfa  verir. Məni  öldürəcək,  sonra  dirildəcək  də  Odur  və  Qiyamət  günü 

xətamı  bağışlayacağına  ümid  etdiyim  də  Odur!  Ey  Rəbbim!  Mənə 

hikmət  bəxş  et  və  məni  salehlərə  qovuşdur!  Sonra  gələnlər  arasında 

mənə  yaxşı  ad  qismət  et!  Məni  Nəim  Cənnətlərinin  varislərindən  et». 

(əş-Şuəra 78-85). 

Allahın  salat  və  salamı  onun  Peyğəmbəri  Muhəmməd  -  sallallahu 



aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə  və Qiyamətə  qədər 

onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.  

 

BİTİRDİM: MİLADİ 2006-CI İL 22 İYUN 

HİCRİ 1427-Cİ İL CƏMƏDİƏL ƏVVƏL 26 

HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİ OLAN ALLAHA! (YUNUS 10) 

                                                        

6

 Tirmizi,  əl-Albani  «Səhihul  Cəmi»  5886,  İbn  Hibban  276,  əl-Qudamə 



«Musnədu Şihab» 499,500, əl-Humeydi «Musnəd» 266. 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə