2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix19.11.2017
ölçüsü0,82 Mb.
#11146
1   2   3   4   5   6   7   8   9   ...   31

 

10 


böyüklərindən olan  dörd  kişidir ki, qəti olaraq Ləhvəl  Hədisin  (mənasız, 

oyun-oyuncaq  sözlərin)  musiqi  olduğu  görüşündədirlər.  Səhabənin 

təfsirinin  mötəbər olduğu üsulda qəbul  edilən şeylərdəndir. Səhabələr hər 

hansı  bir  təfsirdə  icma  edərlərsə,  onların  icması  dəlil  olur.  Səhabə  və 

tabiin Ləhvəl Hədisin (mənasız, oyun-oyuncaq sözlərin) təfsirinin Musiqi 

olduğunda  icma  etmişlər.  Bu  görüşdə  olduqlarını  bildirən  bəzi  Tabiinlər: 

Mucahid,  İkrimə,  Məhkul,  İbrahim  ən-Nəhai,  Ata  əl-Xorasani,  Həsənul 

Bəsri,  Said  b.  Cubeyr,  Qatadə  b.  Dəamə,  Meymun  b.  Mihran,  Həbib  b. 

Əbi  Sabit,  Amr  b.  Şueyb,  Said  b.  Museyyib,  Abdulməlik  b.  Cureyh  – 

Allah Onlara Rəhmət Etsin – bu ayədəki Ləhvəl Hədisin (mənasız, oyun-

oyuncaq sözlərin) musiqi deyə təfsir etmişlər

14

.  AbdurRahman  əs-Sədii  – 



rahmətullahi  aleyhi  –

 

deyir  ki:  “Bu  ayə  özündə  bi  çox  qadağan  olunmuş 

ifadələri əhatə edir. Boş-boğazlıq (naqqallıq, lağlağılıq), yalan, cəfəngiyat, 

qeybət, böhtan, təhqir, lənət, nə bu dünyada nə də axirətdə heç bir faydası 

olmayan şeytanın musiqisi və musiqi alətləri”

15

.  



əl-Albani 



  rahmətullahi  aleyhi 



 

«İslam  Fiqhində  Çalğı  Alətləri» 

kitabında deyir ki: «Sapdırmaq 

 sözünün əvvəlində yer alan Ləm hərfini 



əl-Vahidi 



  rahmətullahi  aleyhi  -



 

öz  təfsirində  belə  açıqlayır:  Aqibət 

«Ləm»-idir. Yəni belə bir kimsənin sonda düşəcəyi yer sapmaqdır”. İbnul 

Covzi 




  rahmətullahi  aleyhi  -  deyir  ki:  «Ləm» 

  illət  (səbəb  bildirmək) 



üçün deyildir»

16

. İbn Qeyyim 





 rahmətullahi aleyhi -

 

deyir ki: «Bunu belə 

açıqlaya bilərik – Musiqi və çalğı alətlərini dinləməyə həvəs göstərən bir 

kimsədə  mütləq  elm  və  əməl  etibarıyla  hidayət  yolundan  bir  miqdar 

sapma  vardır.  Quranı  dinləməkdən  bir  az  üz  çevirib,  musiqi  dinləməyə 

yönəlməkdir.  Belə  ki,  əgər  eyni  anda  musiqi  dinləmək  ilə  Quranı 

dinləmək  ilə  qarşı  qarşıya  qalarsa  onu  buraxıb  musiqiyə  yönələr.  Quranı 

dinləmək  isə  ona  ağır  gələr.  Hətta  Quran  oxuyanı  susdurmaq  həddinə  də 

çata  bilər  və  Quran  oxuyanın  oxumasının  uzun  olduğunu  gördükdə 

musiqinin daha da davam etməsini istər». İbn Abbas 



 radıyallahu anhu 



 

deyir  ki:  «Dəf  haramdır,  çalğı  alətləri  haramdır,  qaval  (davul)  haramdır, 

zurna  haramdır»

17

.  İbn  Həcər 





  rahmətullahi  aleyhi 



 

müəllimi  İbn 

Muvakkin 



  rahmətullahi  aleyhi 



 

bu  ayəyə  əsaslanaraq  deyir  ki: 

“Oxumaq  və  Musiqini  dinləmək  qadağan  olunmuş  əməllərrdəndir.  Hətta 

musiqi alətlərilə müşayət olunmasa da belə”

18

.  



                                                        

14

 Təbəri 21356, 7/249, İbn Kəsir “Təfsir” 3/442.  



15

 “Təfsir” 337, Şovkani “Fəthul Qədir”.  

16

 «Zadul Məsir» 6/317.  



17

 Beyhəqi «Sunnənul Kubra» 10/222.  

18

 “Feyzul Qadir” 6/128. 




 

11 


«Onlardan  kimi  bacarsan  səsinlə  yerindən  oynat».  (əl-İsra  64). 

Mücahid 




  rahmətullahi  aleyhi  -

 

deyir  ki:  «İblisin  səsi  –  musiqi,  tütək, 



Ləhv 

 əyləncə və batildir»



19

. Dəhhaq b. Muzahim 



 rahmətullahi aleyhi -

 

deyir  ki:  «O,  tütəyin  səsidir»

20

.  əş-Şabi 





  rahmətullahi  aleyhi  -

 

deyir  ki: 

«Suyun  bitkiləri  böyüdüb  yetişdirdiyi  kimi  musiqi  də  qəlbdə  münafiqliyi 

yetişdirir.  Şübhəsiz  zikr  də  suyun  əkini  yetişdirdiyi  kimi  qəlbdə  imanı 

yetişdirir»

21

.  



«İndi  siz  bu  kəlama  təəccübmü  edirsiniz?  Həm  də  gülürsünüz,  heç 

ağlamırsınız!  Qəflət  içində  qalıb  oynayır,  əylənirsiniz».  (ən-Nəcm  59-

61). İbn Abbas 



 radıyallahu anhu 



 deyir ki: «Və Əntum Samidun – bu 

musiqidir.  Onlar  Quranı  dinlədikdə  musiqi  söyləyər  və  oynayardılar.  Bu 

Yəmənlilərin ləhçəsidir. Usmud  Lənə 

 bizə  mahnı oxu deməkdir»



22

. Bir 


nəfər İbn Abbas 



 radıyallahu anhu 



 ya deyir ki: «Musiqi haqda görüşün 

nədir?  O,  halaldır,  yoxsa  haram?».  İbn  Abbas:  «Mən  yalnız  Allahın 

kitabında  haram  olana,  haram  olduğunu  söyləyirəm»  dedi.  Adam:  «O, 

zaman  halaldır?»  dedi.  İbn  Abbas:  «Bunu  da  söyləmirəm»  dedi  və  əlavə 

olaraq:  «Qiyamət  günü  gəldikdə,  haqq  ilə  batili  gördükdə  musiqi  harada 

olur?».  Adam:  «O,  batil  arasında  olur»  dedi.  İbn  Abbas:  «Get,  fətvanı 

özün verdin» dedi

23

.  



«Onların  Beytulhəramdakı  namazı  fit  verib  əl  çalmaqdan  başqa  bir 

şey  deyildir.  Etdiyiniz  küfrə  görə  indi  dadın  əzabı».  (əl-Ənfal  35).  İbn 

Qeyyim 




  radıyallahu  anhu 



  deyir  ki:  «İbn  Abbas,  İbn  Ömər,  Atiyyə, 

Mucahid,  əd-Dahhaq,  Həsən  və  Qatadə 



  Allah  onlardan  razı  olsun 



 

ayədə  keçən  Muka 

  fit  çalmaq,  Tasdiyə 





  əl  çalmaq  mənasına  gəldiyini 

söyləmişlər. İbn Abbas 



 radıyallahu anhu 



 deyir ki: “Qureyş Beytullahı 

çılpaq  olaraq  təvaf  edir,  fit  verib  əl  çalırdılar».  Mucahid 



  radıyallahu 



anhu 



  deyir  ki:  «Təvafda  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 



  in 

qarşısına çıxaraq təvaf və namazını pozmaq üçün fit verib, əl çalırdılar. Əl 

çalanlar, qamış və tütək, bənzəri şeylərə üfürərək səs çıxaranlar da bunlara 

bənzəyirlər.  Bu  sadəcə  görünüşdə  bir  bənzəmə  olsa  da  belə,  onlara 

bənzəməyə çalışdığına görə qınanılır»

24

. Şeyx Əhməd b. Yəhya ən-Nəcmi 



deyir ki: «Allah əl çalan və fit verən Qureyşi pislədi. Allah birisini yalnız 

batil və boş bir davranışdan ötrü pislər. Başa düşülür ki, doğru və ya halal 

                                                        

19

 Durrul Mənsur 5/312, “Təfsir Cəlaleyn” 288.  



20

 Təfsir Qurtubi 10/312, Təbəri 16961.  

21

 İbn Nasr «Qadrus Salah» 151/2.  



22

 Təfsir Təbəri 8/82, 25273, İbn Kəsir 4/300.  

23

 İbn Qeyyim «İğasətul Lehfan» 1/272.  



24

 İbn Qeyyim «İğasətul Lehfan» 2/274-275.  




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə