2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə6/31
tarix19.11.2017
ölçüsü0,82 Mb.
#11146
1   2   3   4   5   6   7   8   9   ...   31

 

12 


olsaydı  Allah  onları  bundan  ötrü  pisləməzdi.  Onları  pislədiyinə  görə  bu 

onun haram və batil olduğunu göstərir. Eynilə haqqında hədd, cəza, lənət, 

qəzəb, atəş enən  hər bir şeydə haramdır və böyük günahlardandır. Böyük 

imamlar  belə  söyləmişlər.  Fit  verib  əl  çalmaq  pisləndi  və  bunlar  əzabla 

yan-yana  zikr  edildi.  Bu  onların  haram  olduğunu  ifadə  edər.  Böyüklərə 

hörmət əlaməti və şanlarını yüksəltmək üçün etdikləri alqış (əl çalmaq) da 

haramdır.  Çünki  o,  Allahın  kafirləri  pisləməsinə  səbəb  olan  əməllər-

dəndir»


25



Musiqi  Barəsində  Sünnədə  Keçən  Hədislər  - Musiqni halal  görənlər 

deyirlər  ki:  Sünnədə  Musiqini  haram  olması  barəsində  bir  dənə  də  belə 

səhih  hədis  yoxdur  və  bu  sözlərində  İbn  Həzm  və  İmam  Qazali  –Allah 



Onlardan  Razı  Olsun  -  əsaslanırlar.  Əhli  Sünnə  alimləri  qeyd  edirlər  ki, 

adı çəkilən bu alimlər hədis elimində mötəbər sayılmırlar. İbn Teymiyyə – 



rahmətullahi  aleyhi  -

 

deyir  ki:  “Hədis  elimindən  anlayışı  olmayan  bir 

kimsənin  sözlərinə  etimad  edilməz”.  Həqiqətdə  isə  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  in  Sünnəsində  musiqi  və  musiqi  alətlərinin 

qadağan  olunması  barəsində  bir  çox  hədislər  vardır.  Başlayaq  İmam 

Buxari  –  rahmətullahi  aleyhi  –

 

nin  “Səhih”  əsərində  keçən  hədislə:  Əbu 

Məlik  əl-Əşari  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən zinanı, ipəyi, içkini 

və musiqi alətlərini halal qəbul edən insanlar çıxacaq. Onlardan bir qrupu 

hündür  bir  dağın  kənarında  məskunlaşacaqlar.  Axşamı  onların  sürüsü 

yanlarına  gətiriləcəkdir  və  kasıb  birisi  ehtiyacdan  ötrü  onların  yanına 

gələcəkdir.  Onlar:  Get,  sabah  gələrsən.  Buna  görə  Uca  Allah  gecə  ikən 

dağı  üzərlərinə  endirib  bir  qismini  həlak  edəcəkdir.  Digərlərini  isə 

Qiyamət  gününə  qədər  meymunlara  və  donuzlara  döndərəcəkdir»

26

.  İbni 



Munzir deyir ki: “Məazif – musiqi alətləridir”

27

. Hədisdə keçən Məazif  – 



Cəvamiul kəlim (az kəlimə ilə çox  mənanı ifadə  edən sözlərdəndir). Yəni 

hər  cür  musiqi  və  əyləncə  alətini  əhatə  etməkdədir.  Məazif  –  dəf,  zurna, 

                                                        

25

 Tənhizuş Şəria ən İbahatil Əğanil Halia s. 13.  



26

 Buxari  «Kitabul  Əşribə»  5590,  «Fəthul  Bəri»  10/51,  İbn  Hibban  6754, 

Təbərani  “Kəbir”  3417,  əl-Albani  “Silsilə  Səhih”  1/140,  İbn  Qeyyim  – 

rahmətullahi  aleyhi  -  deyir  ki:  “Hədisin  zəif  olduğunu  İbn  Həzmdən  başqa  heç 

kəs deməyib. O, da musiqi alətlərinin halal olması barəsində olan yalan fikirlərini 

təsdiq  etmək  üçün  bunu  etmişdir...”.  “İğasətul  Ləhfan”  1/259-260  ,  “Təqzib  əs-

Sunnə”  5/271-272.  Həmçinin  İbni  Salah  “Muqəddimə  Ulumul  Hədis”  72,  İbn 

Teymiyyə  “”İstiqamə”  1/294,  Hafiz  əl-İraki  “Muğni  Hamal  əl-Asfar”  2/271,  İbn 

Həcər “Taqliq” 5/22 hədisin səhih olduğunu söyləmişlər. 

27

 “Lisənul Arab” 9/244.  




 

13 


qaval,  gitara  və  s.  çalğı  alətlərinin  adıdır

28

.  Bu  hədis  musiqinin  haram 



olmasını  göstərən  güclü  bir  dəlildir.  Çünki  hədisdə  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Halal  Sayan  Kimsələr».  Əsl 

olaraq  dörd  şeyin  haram  olduğunu  göstərir.  Əgər  halal  olsaydı  belə 

söyləməzdi

29

.  İbn  Qeyyim  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  «Məazif  – 



bütün çalğı alətləridir. Bu xüsusta dilçilər arasında görüş ayrılığı yoxdur. 

Əgər bunlar halal olsaydı, heç bir zaman bunları halal qəbul etdikləri üçün 

onları  qınamaz  və  zinanın  halal  qəbul  edilməsi  ilə  birlikdə  söz  etməzdi. 

Ayrıca  bu  hədisdə  çalğı  alətlərini  halal  qəbul  edənləri  Uca  Allah  yerin 

dibinə  keçirməklə,  onları  meymunlara  və  donuzlara  döndərməklə  təhdit 

etmişdir…»

30

.  İbn  Bazz  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Peyğəmbər  – 



sallallahu  aleyhi  və  səlləm  –  xəbər  vermişdi  ki,  son  zamanlarda 

(ümmətimdən)  içki,  zina,  ipək  və  musiqi  alətlərini  halal  görən  (icazə 

verən)  kimsələr  çıxacaqdır.  Bu  da  Peyğəmbər  –  sallallahu  aleyhi  və 

səlləm  –  in  möcüzələrindəndir  ki,  artıq  baş  vermişdir.  Bu  hədis  musiqi 

alətlərinin qadağan olunması və həmçinin də buna icazə verənləri pisləyən 

açıq-aydın  dəlildir,  necə  ki,  içki  və  zinanı  icazə  verənləri  pislədiyi  kimi. 

Ayə və hədislər mahnı və musiqidən (insanı) çəkindirir. Bir kimsə - Allah 

musiqi və musiqi alətlərinin icazə vermişdir deyərsə artıq yalan və böhtan 

atmış sayılır...”

31

.  


Səhl  b.  Səd  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 

sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Qiyamətə  yaxın  pozğunluq,  iflas 

və  çirkinlik  baş  alıb  gedəcəkdir».  Biz:  «Ey  Allahın  Rəsulu!  Bu  nə  vaxt 

olacaqdır?»  deyə  soruşduq.  O:  «Musiqi  alətlərinin  və  qadın 

müğənnilərinin çoxaldığı vaxt!» deyə buyurdu

32

. Ənəs b. Məlik, İmran b. 



Huseyn  -  radıyallahu  anhum  –  rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu 

aleyhi  və  səlləm  –  buyurdu:  «Bu  ümmətin  içərisində  yerə  batırılma  (yəni 

zəlzələ),  göydən  daş  yağma  və  surət  dəyişməsi  (heyvana  çevrilmə) 

olacaqdır.  Səhabələr:  «Nə  zaman  Ey  Allahın  Rəsulu?»  deyə  soruşdular. 

Nə  vaxt  ki,  içki  içiləcək,  qadın  müğənnilər  (cariyələr)  və  musiqi  alətləri 

(Ud)

33

 zühur  edəcəkdir»



34

.  Əbu  Məlik  əl-Əşari  -  radıyallahu  anhu  – 

                                                        

28

 İmam Zəhəbi «Siyeru Alamin Nubəla» 21/158, «Təzkiratul Huffəz» 2/1337.  



29

 İbn  Həcər  «Fəthul  Bəri»  10/55,  «Məcmuul  Fətava»  11/535,  “Fəthul  Qadir” 

5/204.  

30

 «İğasətul Ləhfan» 1/256,260,261.  



31

 “Məcmuul Fətava” 3/423-424.  

32

 İbn Məcə, əl-Albani “Səhihul Cəmi” 3665.  



33

 Bərabit  –  Uda  bənzəyən (simli  alət)  bir  çalğı alətidir.  Buna  səbəb  bunu  çalan 

kimsənin  bu  aləti  köksünün  üzərinə  qoymasıdır.  Köks  də  Bər  deməkdir.  Əli  b. 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə