2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


-Təbiət fəlsəfi düşüncənin predmetidir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə14/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   10   11   12   13   14   15   16   17   ...   108
Fəlsəfə imtahan sualları konspekti

2-Təbiət fəlsəfi düşüncənin predmetidir 
 
Təbiət fəlsəfi düşüncənin predmeti kimi sosial fəlsəfənin ən aktual problemlərindən biridir. 
«Təbiət»  anlayışı  ən  geniş  anlayışlardandır.  Təbiətin  hadisələri  və  obyektləri  -  bu  həm  uzaq 
ulduzların işığı, həm ən xırda elementar hissəciklərin qarşılıqlı şəkildə bir-birinə keçməsi, həm də 


 
22 
geniş  okeanlar  və  ona  söykənən  meşələr  və  çəmənliklər,  böyük  çaylardır.  Bu  həm  də  Yer 
üzərindəki  həyatın  sonsuz  müxtəlifliyidir.  «Təbiət»  anlayışına  bütün  mövcudluq,  bütün  Kainat 
daxildir və bu mənada o materiya anlayışına yaxındır: demək olar ki, təbiət elə materiyadır, onun 
formalarmın bütün müxtəlifliyi ilə birlikdə götürülən materiyadır. Lakin çox vaxt bu anlayış daha 
məhdud  və  nıüəyyən  mənada  işlədilir  və  insan  və  bəşəriyyətin  mövcudluğunun  təbii  şəraitinin 
məcmusu  kimi  qəbul  olunur.  Təbiətin  öyrənilməsi  onun  cəmiyyətlə  qarşılıqlı  münasibəti 
aspektində aparılır. Hələ bir neçə onilliklər əvvəl onlar arasındakı real qarşılıqlı əlaqə çox vaxt bir 
tərəfli xarakter daşıyırdı. Bəşəriyyət yalnız təbiətdən götürür, onun ehtiyatlarını istismar edir və 
belə hesab edirdi ki, təbii zənginlik sonsuz və əbədidir. Ən yaxşı halda bu qarşılıqlı  əlaqə poetik 
xarakter daşıyırdı:insan təbiət gözəlliyindən zövq alır, ona qarşı hörmət və məhəbbətlə yanaşmağa 
çağırışdan uzağa getmirdi. Bütövlükdə  isə  bəşəriyyət emosional  çağırışdan uzağa getməmişdir. 
Cəmiyyətin mövcud olması və inkişafı üçün təbiətin nə dərəcədə əhəmiyyət kəsb etməsini anlamaq 
hələ formalaşmamışdır. Bu gün cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsi problemi sırf nəzəri məsələ 
səviyyəsini  keçmiş,  gündəlik,  lıəlli  tələb  olunan  problem  səviyyəsinə  gəlib  çatmışdır  və  bu 
problemin həllindən bəşəriyyətin gələcəyi asılıdır.  
Hər hansı anlayışın  mənasını daha  yaxşı anlamaq üçün bu anlayışı ona  əks olan anlayışla 
birlikdə  təhlil  etmək  lazımdır. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə