2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə3/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   2   3   4   5   6   7   8   9   ...   108
Fəlsəfə imtahan sualları konspekti

2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və 
tipləri 
 
Fəlsəfə  insan  biliyinin,  mənəvi  mədəniyyətin  ən  qədim  sahələrindən  biridir.  Mükəmməl 
dünyagörüşü, dünyanın dərk etməyin xüsusi forması, varlığın  ümumi prinsiplərinə dair baxışlar 
sistemi olan fəlsəfə, həm də ən yaxşı nəzəri təfəkkür məktəbidir. Dünyanın mahiyyətini, həyatın 
mə'nasını məntiqi cəhətdən səmərəli yolla anlamaq tələbatından doğan fəlsəfə, təxminən iki min 
beş yüz il bundan əvvəl Qədim Şərqdə – Misirdə, Babilistanda, Çində, Hindistanda,Azərbaycanda 
təşəkkül tapmış, e.ə. YII – YI əsrlərdə Antik Yunanıstanda klassik forma kəsb etmişdir. İlk dəfə 
“fəlsəfə” sözünü yunan mütəfəkkiri Pifaqor (e.ə.YI əsr) işləmiş və özünü filosof adlandırmışdır. 
Bu  sözü  o,  müdriklərə  və  düzgün  həyat  tərzi  keçirən  insanlara  aid  etmişdir.  Lakin  bu  sözün 
mənasını  ilk  dəfə  Platon(e.ə.428-348-ci  illər)  və  Aristotel  (e.ə.384-322-ci  illər)  dərindən  təhlil 
etmişlər. Fəlsəfəni xüsusi bir elm kimi ilk dəfə fərqləndirən Platon olmuşdur. «Fəlsəfə» sözü yunan 
mənşəli olub, “hikmətə”(sofiya) “məhəbbət” (fileo) deməkdir. 
Fəlsəfənin  başlıca  mə'nası  əsasən  dünyagörüşü  məsələlərinin  qoyuluşunda  və  onlara  dair 
cavabların axtarılmasındadır. Dünyagörüşünə daxil olan mənəvi törəmələrdən biri olan fəlsəfənin 
mənşəyi  və  mahiyyətini,  predmet  və  funksiyalarını  bilmək  üçün  dünyagörüşünün  özünün  nə 
olmasını aydınlaşdırmaq lazımdır. 
  Dünyagörüşü insanm gerçəkliyə münasibətini əks etdirən və onun fəaliyyətini tənzim edən 
ümumiləşmiş sosial-mənəvi, elmi, siyasi prinsip, norma və baxışların məcmusudur. 
Dünyagörüşü  -  insanı  əhatə  edən  dünya  haqqında,  insanın  özünə,  təbiətə  və  cəmiyyətə 
münasibəti,  onun  özünün  dünyada  yeri  və  mövqeyi  haqqında  ümumiləşmiş  görüşlər,  ideallar, 
baxış,  inam  və  prinsiplər  sistemidir.  Dünyagörüşü  -  fərdin,  sosial  qrupun,  sinfin,  bütövlükdə 
cəmiyyətin  gerçəkliyə  münasibəti  və  fəaliyyət  istiqamətini  müəyyən  edən  baxışlardır,  ideya  və 
normalardır. Başqa sözlə, dünyagörüşü – insanlarda dünyanın quruluşu və orada insanın yeri və 
roluna aid biliklərin, baxışların, əqidə və idealların məcmusudur.  
Dünyagörüşü - təbiət, cəmiyyət və təfəkkürün hadisə və proseslərı, inkişaf və hərəkətverici 
qüvvələri haqqında ümumiləşmiş elmi, fəlsəfi, siyasi, dini, ateist, əxlaqi, estetik  və s. baxışların 
ifadəsidir. Dünyagörüşünün predmetində  insan durur. Dünyagörüşünün  mahiyyətini aydın  başa 
düşmək üçün onun obyektini və predmetini fərqləndirmək lazımdır. Dünyagörüşünün obyektini 
bütövlükdə  dünya,  varlıq  təşkil  edir.  Onun  predmetini  isə  təbiət  ilə  insan  aləminin  qarşılıqlı 
münasibəti və həmin münasibətlərdən yaranan ideya və baxışların sistemi təşkil edir.  
Dünyagörüşün strukturu zəngin və mürəkkəbdir. Gerçəkliyin mənimsənilməsi səviyyəsinə, 
elmi əsaslandırılması dərəcəsinə uyğun olaraq dünyagörüşün iki səviyyəsi vardır:  
1)  Dünyagörüşünün  adi  şüur  səviyyəsinə  uyğun  gələn  sağlam  düşüncə,  hissi-obrazlı 
təfəkkürə, mifoloji təsəvvürlərə və gündəlik təcrübi biliyə əsaslanan  empirik-kütləvi (və ya adi-
gündəlik) səviyyəsi. Bu səviyyədə dünyagörüşü üçün tərəddüdlər, inamsızlıq və s. xasdır.  
2) Elmi-nəzəri dünyagörüşü səviyyəsi. Dünyanın həqiqi təbii-elmi mənzərəsinə və fəlsəfəyə 
istinad edən dünyagörüşü məhz elmi-nəzəri dünyagörüşü səviyyəsinə misal ola bilər. 
 
  Dünyanıqavrama  isə  predmet  və  hadısəni  hissi  bütöv  halında  qavrama  mərhələsidir, 
gerçəklik haqqında qavranılan baxışlar, hisslər və təsəvvürlərin məcmusudur, dünyanı dərketməyə 
aparan yoldur. Deməli, hisslər və əhval-ruhiyyə səviyyəsində dünyagörüşün emosional-psixoloji 
cəhətini  dünyaduyumu,  gerçəkliym  hissi-bütövünün  əyanı  təsəvvürlər  əsasında  hissi-obrazlı 


 

qavranılmasını isə dünyanıqavrama təşkil edir. Məhz duyma və qavramanın nəticəsində alınmış 
informasiyaların təhlili, ümumiləşdirilməsi yolu ilə anlayışlar, mühakimələr, əqli nəticələr, ümumi 
nəzəri baxışlar yaradılır, dünyagörüşün ıdraki-intellektual səviyyəsi olan dünyanıanlaına baş verir. 
Dünyagörüşdə hər üç ünsür - dünyaduyumu, dünyanıqavrama, dünyanıanlama vəhdət təşkil edir. 
Dünyagörüşün struktur komponentləri sırasında fəaliyyət (qiymətləndirmə) də mühüm yer 
tutur.  Dünyagörüşü  ancaq  insan  fəaliyyəti  ilə  öz  prinsip  və  ideyalarını  maddiləşdirir,  həyata 
keçirir. Məhz  fəaliyyət prosesində dünyagörüşün bəşəri  sərvətlərə (dəyərlərə) və sosial-mənəvi 
məqsədlərə uyğunluğu təmin olunur.  
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə