2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə6/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   2   3   4   5   6   7   8   9   ...   108
Fəlsəfə imtahan sualları konspekti

varlığın formaları
 bir– birilə sıx surətdə qarşılıqlı əlaqədədir. Varlığın həmin 
kateqoriyaları haqqında bir az ətraflı danışsaq görərik ki, ən ümumi– real şeylərin obyektiv 
surətdə mövcud olan ümumiliyi onların xassələrinin, əlamətlərinin və cəhətlərinin vəhdətində 
ifadə olunur. Təkcə (və ya ayrıca) dedikdə, təbiətdəki və cəmiyyətdəki şeylər, vaqiələr, proseslər, 
hadisələr nəzərdə tutulur. Müəyyən ümumiliklə birləşmiş olan başqa, daha ümumi bir qrupa 
nisbətən götürülən bütöv bir qrup şeylər, hadisələr də təkcə kimi çıxış edə bilər. Ən ümumi və 
təkcə kateqoriyaları ilə yanaşı olaraq elm xüsusi anlayışını da yaratmışdır ki, bu da təkcə ilə ən 
ümumi arasında sanki bağlayıcı bir halqadır. Xüsusi, təkcəyə nisbətən, ən ümumidir, ən 
ümumiyə nisbətən isə təkcədir. Məsələn, buğda təkcədir, taxıl xüsusidir, bitki ən ümumidir. 
Xüsusi olmaq etibarilə taxıl buğdaya nisbətən ən ümumidir və bitkiyə nisbətən təkcədir. 
Ən ümumi və onun təkcəyə münasibəti müxtəlif fəlsəfi cərəyanlar tərəfindən müxtəlif surətdə 
izah olunur. Obyektiv idealizm ən ümumini mütləqləşdirib deyir: ən ümumi təkcədən qabaqdır 
və onu yaradır. Məsələn, Hegel yazırdı: «Ən ümumi, təkcənin əsası və zəminidir, kökü və 
substansiyasıdır». Hegelə görə, ümumiyyətlə meyvə və ümumiyyətlə mineral təkcə meyvələrdən 


 

və mineralardan asılı olmayaraq və onlardan qabaq mövcuddur. 
Bəzi filosoflar isə, bunun əksinə olaraq, ən ümuminin obyektivliyini inkar edir və yalnız təkcənin 
real mövcud olduğunu qəbul edirdilər. Ən ümumi düşünən insanın fəaliyyət nəticəsi kimi götü-
rülür. Məsələn, C.Lokk yazırdı: «Ümumi və universal—şeylərin gerçək mövcudluğuna daxil 
deyildir, bunu zəka özü işlətmək üçün ixtira edib yaratmışdır və bu ancaq işarələrə, sözlərə və ya 
ideyalara aiddir». Ən ümumi həqiqətdə mövcud olmayanı və heç bir zaman baş verməyəni ifadə 
edir. Bu nöqteyi– nəzəri fenomenalistlər və pozitivistlər irəli sürürdülər. 
İstər obyektiv idealizm, istərsə də fenomenalizm və pozitivizm ən ümumini təkcədən 
metafizikcəsinə ayırır ki, bu da ya ən ümuminin yaradıcılıq gücü və qüdrəti haqqında mistik bir 
təsəvvürə, ya da ən ümumini (o cümlədən təbiət və cəmiyyətin qaunauyğunluqlarını da) insan 
şüurunun yaradıcılıq nəticəsi kimi götürən subyektiv idealizm baxışına gətirib çıxarır. 
Dialektik təlimlər isə istər təkcənin, istərsə də ən ümuminin obyektivliyini qəbul etməyə 
əsaslanır, həm də onlar real surətdə ancaq bir– birilə qırılmaz əlaqədə mövcuddur. 
Konkret misallarla yuxarıda danışdığımız kateqoriyaları bir də belə müəyyənləşdirə bilərik. Ən 
ümumi bütövlükdə dünyadır, yəni kosmos, təbiət, insan və onun fəaliyyətinin 
nəticələridir; təkcə– ayrıca götürülmüş insan, heyvan, bitkidir; xüsusi– heyvanların, bitkilərin, 
sosial siniflərin və adamlar qrupunun müxtəlif nümayəndələridir. 
Yuxarıda dediklərimizi nəzərə almaqla insanın varlıq formalarını aşağıdakı kimi göstərmək olar. 
– maddi hadisələrin, şeylərin, proseslərin varlığı. Bunları da, öz növbəsində, müxtəlif 
rəngarəngliyi ilə təbii varlığa və insanın yaratdığı maddi varlığa bölmək olar. 
– insanın maddi varlığının rahat təhlili üçün insanın təbiətin bir hissəsi kimi cismani 
mövcudluğuna və insanın düşünən varlıq kimi, eyni zamanda sosial-tarixi varlıq kimi, iki hissəyə 
bölmək olar. 
– mənəvi varlıq isə fərdləşmiş mənəvilik ilə ümümbəşəri mənəviliyi özündə birləşdirir. 
Bizim indi təhlilə cəlb etdiyimiz varlıq növlərindən başqa sosial varlıq, yaxud cəmiyyətin varlığı 
növləri də vardır ki, buna da biz cəmiyyət haqqında təlimi təhlil edərkən yenidən qayıdacağıq. 
Təbii varlığı izah etməyə keçməzdən əvvəl qeyd etməliyik ki, varlığın birinci və vacib forması 
olan təbii varlıq haqqında olan insan biliyi insanın praktiki və əqli fəaliyyətinin bütün 
təcrübəsinə, mədəni bəşəriyyətin bütün mövcudluğu dövründə tətbiqi və nəzəri elmlərin 
toplanmış, ümumiləşdirilmiş çoxsaylı faktlarına və arqumentlərinə əsaslanır. Bütün əldə edilən 
nəticələr isə müasir elm tərəfindən təsdiq edilir. Təbii (təbiət) varlıq maddiləşmiş, daha dəqiq 
desək, təbiətin görünən, hiss edilən, toxunulan, və s. vəziyyətidir ki, bu da insandan əvvəl 
mövcud olmuş, indi mövcuddur və gələcəkdə də mövcud olacaqdır. Bu varlıq formasının ən 
səciyyəvi xüsusiyyəti onun obyektivliyi və digər varlıq formalarına nisbətən birinciliyidir. 
Təbiətin obyektivliyi və ilkinliyi (birinciliyi) xarakteri onunla sübut olunur ki, təbiət insanın 
təzahüründən milyardlarla il əvvəl yaranıb, mövcud olmuşdur. Deməli, onun mövcudluğu insan 
şüurunun mövcud olub– olmamasından asılı deyildir. Bundan əlavə, məlum olduğu kimi, insanın 
özü müəyyən inkişaf mərhələlərində onun özünün məhsuludur. Təbii varlığın mühüm 
keyfiyyətlərinin sübutu kimi onu da göstərə bilərik ki, min illər bundan əvvəl olduğu kimi, insan 
indi də onun mövcudluğunun əsas parametrləri ilə yenə də təbiətdən, təbiət hadisələrindən asılı 
olaraq qalmaqdadır. Bununla yanaşı, təbiətin obyektivliyi və birinciliyi bir daha o faktlarla sübut 
olunur ki, insanın əqli və fiziki vəziyyəti təbii şəraitdən asılıdır. Əgər təbiətdə o qədər mühüm 
olmayan dəyişikliklər baş verərsə, məsələn, yerdə orta temperaturun bir neçə dərəcə aşağı 


 

salınması, havada oksigenin azaldılması birdən– birə 100 milyonlarla adamın yaşamasını 
çətinləşdirər. Yaxud daha güclü təbii kataliklizmlər baş verərsə, məsələn, planetimizin iri kometa 
və ya digər kosmik cisimlərlə toqquşması bütün bəşəriyyətin varlığını güclü təhlükə altına qoya 
bilər. Nəhayət, təbii, daha dəqiq desək, kosmik varlığın başqa bir keyfiyyəti haqqında 
danışmamaq qeyri– mümkündür. Məlum olduğu kimi, bəşəriyyət özünün mövcudluğu 
prosesində addım– addım, özü də dəhşətli dərəcədə çətinliklərlə təbii aləmin sirlərinə yiyələnə 
bilmişdir. Bu gün də, yəni XXI əsrin əvvəllərində insanı əhatə edən dünyanın səbəb– nəticə 
əlaqələrini izah edən qanunların kəşf edilməsinə, insan əqlinin yaratdığı mükəmməl alət və 
cihazların əldə edilməsinə baxmayaraq yenə də dünya sirrlərlə dolu olaraq qalmaqdadır. İnsan 
intellektinin hələ də qavrayacağı problemlərin sayı– hesabı, demək olar ki, yoxdur. Deməli, 
özünün birinciliyi və obyektivliyinə görə və yaxud universum bütövlükdə insan intellekti, fikri 
tərəfindən tam şəkildə qavranıla bilməyəcəkdir. 
İnsanın yaratdığı, bəzən də «ikinci təbiət» adlandırdığı maddi varlığa gəldikdə isə adamlar 
tərəfindən gündəlik həyatımızda yaradılmış predmet– şeylər dünyasından başqa bir şey deyildir. 
«İkinci təbiət», yaxud «ikinci varlıq» adamların fərdi və xüsusi tələbatlarını ödəməyə xidmət 
edən şeylər dünyası, predmet– məişət və istehsaldır. Qəribə görünsə də deməliyik ki, bu şeylər, 
yəni varlıq bir dəfə insanlar tərəfindən yaradılır, sonralar isə insandan asılı olmayaraq öz 
mövcudluğunu davam etdirir. Bu isə minillər deməkdir. Məsələn, əmək alətləri, hərəkət 
vasitələri ayrı– ayrı adamların məişətdə işlətdiyi şeylərə nisbətən daha tez dəyişilir və təkmil-
ləşir. 
Birinci və ikinci təbiət arasındakı qarşılıqlı münasibətlərdə həlledici rol birinciyə məxsusdur, 
çünki onun iştirakı olmadan «ikinci təbiətin» yaradılması, həm də mövcudluğu qeyri– mümkün-
dür. Bununla yanaşı, son yüz ildə daha çox diqqəti cəlb edən bu olub ki, «ikinci təbiət» birincini 
lokal dağıtmaq qabiliyyətini əldə etmişdir və müasir dövrdə özünü «ekoloji böhran» kimi təqdim 
etməkdədir. Bu isə insanın sosial cəhətdən nəzarətsiz və nəticəsini düşünmədən həyata keçirdiyi 
əməllərinin və fəaliyyətinin qanunauyğun yekunu hesab oluna bilər. Əlbəttə «İkinci təbiət» 
kosmik ölçüdə nəzərdə tutulan birinci təbiəti qətiyyən dağıda bilməz. Lakin planetimiz 
səviyyəsində mövcud olan varlıq məhvedici təsir göstərə bilər. 
Fikrimizi ümumiləşdirib yekun vursaq deyə bilərik ki, birinci təbiət əbədidir. Onsuz dünyanın 
mövcudluğunu təsəvvür etmək olmaz. Bu sistemdə insan keçici hadisədir. İnsanın öz 
mövcudluğunu təmin etməkdən ötrü yaratdığı, əsasında birinci təbiət durduğu «ikinci təbiət» 
ayrı– ayrı adamlara münasibətdə əbədi hesab olunsa da, kosmik zaman baxımından müvəqqəti 
sayılır və tamamilə insanın məkan– zaman varlığından asılı olur. 
Bizi əhatə edən aləmdə ən xırda «elementar» hissəciklərdən başlayaraq nəhəng planetlərə və 
ulduz sistemlərinədək hər şey, dəyişir. canlı orqanizmlərdə daim maddələr mübadiləsi əmələ 
gəlir, həmin orqanizmlər onları əhatə edən mühitin təsirinə cavab verirlər. Yer öz oxu ətrafında 
fırlanır və Günəşin ətrafında hərəkət edir. Günəş və onun ətrafında hərəkət edən bütün planetlərlə 
birlikdə kainatda hərəkət edir. Hər bir cisimdə onu təşkil edən atomlar daim hərəkətdədir. 
Deməli, hərəkət varlığın (materiyanın) təsadüfi vəziyyəti olmayıb, onun ayrılmaz, ən ümumi, 
əbədi xassəsidir, onun mövcudluq üsuludur, onun atributudur. Şeylərin mövcudluğu onların 
məhz özlərinə xas olan hərəkətinin nəticəsidir. Günəş sistemi məhz ona görə spesifik maddi 
obyektdir ki, onu təşkil edən bütün planetlər onların hər birinə xas olan müəyyən bir hərəkətə 
malikdir. 


 
10 
Hərəkətsiz materiya yoxdur və ola da bilməz. Materiya hərəkətdən ayrılmazdır. Başqa sözlə 
desək, hərəkət– materiyanın əbədi formasıdır. Hərəkət dedikdə cisimlərin ancaq məkanca, 
mexaniki yerdəyişməsini deyil, ümumiyyətlə, hər cür dəyişikliyi nəzərdə tutur. 
Dialektik fəlsəfədə 5 hərəkət formasından söhbət gedir. Bunlardan birincisi, mexaniki hərəkət 
formasıdır, cisimlərin bir– birinə nisbətən məkanca yerdəyişməsidir. İkincisi, fizika tərəfindən 
öyrənilən elektromaqnit prosesləri, o cümlədən habelə işıq hadisələri kimi hərəkət formaları 
qrupudur, qarşılıqlı cazibə təsirləridir, atom daxilində və nüvə daxilində olan proseslərin və 
hissəciklərin çevrilməsidir. Üçüncüsü, kimyəvi hərəkət formasıdır (kimyəvi proseslər-
dir). Dördüncüsü, bioloji hərəkət formasıdır (üzvi həyatdır). Beşincisi, ictimai hərəkət 
formasıdır (ictimai proseslərdir, bəşər cəmiyyətinin tarixidir). 
Materiyanın varlıq formalarından olan məkan və zamanın özünəməxsus yeri vardır. 
Biz hər hansı bir obyekti götürsək, o, həmişə bu və ya başqa ölçüyə malikdir, o, ya uzundur, ya 
qısa, ya enlidir, ya ensiz, ya ucadır, ya alçaq. Uzunluq, en və hündürlük ölçüsü olmayan, bu və 
ya başqa həcmə malik olmayan bir şey mövcud deyildir. Bizi əhatə edən aləmdəki şeylərin hər 
biri başqa şeylər içərisindədir, bu və ya başqa yerdədir– bəzilərinə yaxındır, bəzilərinə uzaqdır; 
bəzilərindən sağadır; bəzilərindən soladır; bəzilərindən yüksəkdir; bəzilərindən aşağıdadır və s. 
cisimlər ölçüyə malikdir, bu və ya başqa bir yerdədir, bir– birinə nisbətən bu və ya başqa bir cür 
yerləşmişdir, bu və ya başqa bir xarici formaya malikdir– bunların hamısı belə bir faktı ifadə edir 
ki, cisimlər məkan daxilində mövcuddur. Beləliklə, məkan– hərəkətdə olan materiyanın 
mövcudluğunun obyektiv real formsıdır. Məkan anlayışı şeylərin yanaşı mövcudluğunu və bir– 
birindən aralı olmasını, onların ölçüsünü, onların bir– birinə nisbətən yerləşməsini ifadə edir. 
Maddi proseslər nəinki məkanca müxtəlif yerlərdə, habelə biri digərindən tez və ya gec baş verir. 
Proseslər bir– birindən yalnız nə zaman başlanması ilə deyil, habelə nə qədər davam etməsilə də 
fərqlənir. Maddi proseslərin müəyyən ardıcıllıqla (biri digərindən tez və ya gec) baş verməsi, 
proseslərin sürəklik etibarilə fərqlənməsi və bir– birindən fərqli fazalara və ya mərhələlərə malik 
olması,– bütün bunlar o faktı ifadə edir ki, cisimlər zaman daxilində mövcuddur. 
Beləliklə, zaman– hərəkətdə olan materiyanın mövcudluğunun real formasıdır. Maddi 
proseslərin başvermə ardıcıllığı, onların müxtəlif mərhələlərinin aralılığı, onların sürəkliyi, 
onların inkişafı materiyanın həmin mövcudluq formasında ifadə olunur. Təsadüfi deyildir ki, 
köhnə dərsliklərdə göstərilir: «dünyada hərəkətdə olan materiyadan başqa heç bir şey yoxdur və 
hərəkətdə olan materiya ancaq məkan və zaman daxilində hərəkət edə bilər». Məkan və zaman 
bir sıra ümumi xassələrə malik olsalar da, bununla bərabər həm də bir– birindən xeyli fərqlidir. 
Ümumi cəhət, birincisi, budur ki, onlar obyektivdir, şüurdan xaricdə və ondan asılı olmayaraq 
mövcuddur. İkincisi, materiya əbədi mövcud olduğuna görə, məkan və zaman da əbədidir. Onlar 
həmişə olmuşlar, vardır və olacaqdır, zira materiya başqa cür deyil, ancaq məkan və zaman 
hüdudsuz və sonsuzdur. Məkan və zamanın fərqindən danışsaq, F.Engelsin qeyd etdiyi kimi, 
məkan daxilində olmaq– «birinin o biri ilə yanaşı yerləşməsi formasında» mövcud olmaq 
deməkdir, halbuki zaman daxilində olmaq– «birini o birindən» sonra «ardıcıllığı formasında» 
mövcud olmaq deməkdir. Məkanın çox ölçüsü var, zamanın bir ölçüsü var. Zaman geri dönməz, 
zaman bu cəhətdən də məkandan mahiyyətcə fərqlənir. 
Zaman-olduqca geniş həcmə malik olan kateqoriyadır və çoxlu-çoxlu tətbiqi aspektlərə malikdir. 
Ona görə də zamanı xarakterizə etməkdən ötəri bir sıra anlayışlar irəli sürülmüşdür ki, onlar da 
öz növbəsində onun müxtəlif aspektlərini izah edirlər. Bu sivilizasiya və qloballaşma 


 
11 
problemlərini nəzərdən keçirilərkən daha çox nəzərə alınmalıdır. 
Fiziki (obyekti), sosial, subyektiv, bioloji, mifoloji (mifik), sakral, «ox», xətti, nisbi, dünya və s. 
zaman növləri vardır. 
Bu anlayışlar içərisində itib batmamaqdan ötəri onları bir az ətraflı surətdə nəzərdən keçirək. 
1. Fiziki və yaxud empirik zaman. Fəlsəfədə fiziki zaman obyektiv zaman kimi qəbul edilmişdir. 
O fiziki aləmdə baş verən prosesləri qeyd etmək üçün nəzərdə tutulmuşdur. Lakin bu o qədərdə 
asan və sadə deyildir. Prosesləri qeydə almaqdan ötəri efemer zaman vahidi götürülmüşdür. 
Efemer saniyə 1920-ci ilin 0 yanvarında saat 12-də müəyyən edilmiş tropik ilin 
1/31556925,9747 hissəsinə bərbərdir. Efemer zaman-cari zamana bərabərdir. Səma cisimlərini 
vaxt tənliyinin dəyişilməsindən asılı olmayaraq o öz bərabərliyini saxlayır. Mikrodünyanın 
öyrənilməsi vaxtı zaman kəsiyini daha dəqiq müəyyənləşdirməyə zərurət yaranmışdır. Nəticədə 
atom saniyəsi yarandı. 
Beynəlxalq zaman bürosu 20-ci ildə Fransada yaranmışdır. Büro dəqiq vaxtın 
müəyyənləşdirilməsi, qorunması və yayılması ilə məşğul olmuşdur. XX əsrdə fizikada yaranmış 
görünməmiş irələyiş zaman anlayışını çox ölçülü məkanın və nisbi zamanın kordinatlarından biri 
kimi elmi dövriyyəyə gətirilmişdir. 
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə