2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


-Materiyanın fəlsəfi anlamı



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə7/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   2   3   4   5   6   7   8   9   10   ...   108
Fəlsəfə imtahan sualları konspekti

5-Materiyanın fəlsəfi anlamı 
 
Son dərəcə  ümumi  mücərrədlik kimi  çıxış edən varlıq kateqoriyası  mövcudluq  əlamətlərinə 
görə  ən  müxtəlif  hadisələri,  predmetləri  və  prosesləri  –  təbiət  obyektlərini,  onların  xassələrini, 
əlaqə  və  münasibətlərini,  insan  kollektivlərini  və  ayrı-ayrı  adamları,  sosial  institutları,  insan 
şüurunun  vəziyyətini  və  s.  özündə–  birləşdirir.  Bütün  mövcud  olanlar  –  bizim  də  məxsus 
olduğumuz dünyadır. 
Varlığın  əsas sahələrini (təbiət, cəmiyyət, şüur) ayırmaqla biz qeyri-iradi olaraqbelə güman 
edirik  ki,  bu  sahəyə  daxil  olan  müxtəlif  hadisələr  proseslər  bəzi  ən  ümumi  əsaslarla  birləşirlər. 
Bununla belə bir sual yaranır: bu sahələri birləşdirən nəisə ümumi bir şey varmı, dünyanın sonsuz 
müxtəlifliyi haqqında danışmaq olarmı? 
Belə vəhdət ideyası bütün mövcud olanların ən ümumi əsası haqqında baxışlara gətirib çıxarır 
– bunu ifadə etmək üçün fəlsəfədə substansiya kateqoriyası (substantia latın sözü olub  - əsasda 
olan şey deməkdir) işlənib hazırlanmışdır. 
Substansiya
 konkret şeylərin, hadisələrin, proseslərin 
müxtəlifliyinin daxili vəhdətini ifadə edir – şeylər, hadisələr proseslər onun vasitəsi ilə və onunla 
mövcuddurlar. 
Biz substansiyadan çıxış edərək dünyanın vəhdətini izah edən təlim 
monizm 
fəlsəfəsinə aiddir. 
Ancaq  substansiyanın  anlaşlımanın  özü  müxtəlif  ola  bilər:  substansiya  kimi  materiya  və  ruhu 
düşünmək  olar.  Buna  uyğun  olaraq  materialist  monizmi  (məsələn,  Fales,  Heraklit,  Spinozanın 
təlimləri)  və  idealist  monizmi  (məsələn  Platonun,  Hegelin  fəlsəfəsi)  fərqləndirmək  lazımdır. 
Monizmin  əksi  kimi  dünyanın 
dualist
  şərhi  dayanır  –  bu  şərhə  görə  dünya  mövcud  olan  iki 
başlanğıcdan  –  maddi  və  ideal  –  yaranmışdır. Maddi olan cisim  – predmet reallığının sahəsini, 
ideal isə ruhlar sahəsini özündə birləşdirir. 
Marksizim-leninizm  fəlsəfəsi  ənənəvi  fəlsəfi  materialist  monizm  ənənələrini  davam 
etdirmişdir – bu o deməkdir ki, o varlığın müxtəlifliyinə bütün təzahürləri ilə birlikdə
 maddi vəhdət 
nöqteyi- nəzərindən yanaşmışdır. Şüur isə substansiya kimi yox, materiyanın quruluşunun yalnız 


 
12 
ali formasına xas olan materiyanın xüsusi xassəsi kimi başa düşülür. Strukturluq hərəkət, məkan 
və zaman materiyanın atributları kimi verilir  –bunlar materiyanın xassələridir, onlarsız materiya 
mövcud ola bilməz. Bununla belə bu xassələr materiyadan ayrı ola bilməzlər. 
Yaşadığımız və bir hissəsi olduğumuz dünya 
maddi  aləmdir
  – o müxtəlif predmetlərdən və 
proseslərdən təşkil olunmuşdur, onlar bir – birinə çevrilir, yaranır və yox olur, şüurumuzda 
inikas 
olunur, ondan asılı olmayaraq mövcuddur. Bu predmetlərdən heç biri ayrıca götürülmüş şəkildə 
materiya  ilə  eyniləşdirilə  bilməz,  lakin  onların,  əlaqələri  də  daxil  olmaqla  müxtəlifliyi  maddi 
gerşəkliyi təşkil edirlər. 
Materializmin  ilkin  mərhələlərində  materiya  şeylərlə  yanaşı  mövcud  olan,  konkret  şeylərin 
yarandığı  və  yox  olduğu  bəzi  cisimlər  kimi  qəbul  olunurdu.  Dialektikmaterializm  materiyanın 
substansiallığı haqqında başqa baxışları inkişaf etdirən – ona vahid maddi aləmin sonsuz inkişaf 
edən müxtəlifliyi kimi baxmağa başladı. Bu nöqteyi-nəzərdən materiya konkret obyektlərlə yanaşı 
deyil, yalnız onların müxtəlifliyi, onlar vasitəsi ilə mövcuddur.  
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə