2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə74/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   70   71   72   73   74   75   76   77   ...   108
Fəlsəfə imtahan sualları konspekti

  ekzistensializm 
fəlsəfəsini 
yaratmışlar.  Ekzistensializmin  banisi,  XIX  əsrin  birinci  yarısında  yaşamış  danimarkalı  mistik 
filosof S.Kyerkeqorun (1813– 1855) təlimindən istifadə edən alman filosofu Haydeggerdir (1889– 
1976). 
Ekzistensialistlərin irəli sürdükləri ən ümumi problem– həyatın mənası, insanın dünyada yeri 
və  onun  özünə  həyat  yolu  seçməsi  məsələsindən  ibarətdir.  Bu  köhnə  problem  həmişə  xüsusi 
əhəmiyyətə  malik  olmuşdur.  Deməli,  ekzistensialistlər  zəmanəmizin  ən  kəskin  məsələlərindən 
birinə toxunmuşlar. 
Bu fəlsəfənin tərəfdarları onu, ümumiyyətlə, varlıq haqqında təlim kimi verirlər. Əslində isə 
həmin fəlsəfəni yalnız insan şəxsiyyətinin «mövcudluğunu» təhlil etməyə müncər edirlər (latınca: 
ekzistensiya sözü «mövcudluq» deməkdir). Bəzi ekzistensialistlərin «o dünya» haqqında, başqa 
sözlə  desək,  allah  haqqında  yeritdikləri  mühakimə  hesaba  alınmazsa,  ekzistensialistlər  üçün 
yeganə reallıq şəxsi  mövcudluqdan, «mən  mövcudam»  idrakından  ibarətdir. Onlar  insanı əhatə 
edən aləmi sirli, insan zəkasının dərk edə bilməyəcəyi və məntiqi təfəkkürə uyğun gəlməyən bir 
aləm kimi təsvir edirlər. Haydegger deyir ki, aləm ona görə mövcuddur ki, mövcudluq vardır. «Heç 
bir mövcudluq olmazsa, aləm də mövcud ola bilməz». 
 
Neotomizm 
Avkinalı Fomanın ideyalarını inkişaf etdirən dini–fəlsəfi təlimdir. Neotomizm 
XX əsdə daha sürətlə yayılmış və hazırda da böyük və nüfuzlu cərəyan olaraq qalmaqdadır. Onun 
tərəfdarları təkidlə qeyd edirlər ki, «yalnız din nicat verə bilər», ən kəskin ictimai suallara yeganə 
cavab  bundan  ibarətdir  ki,  «xristianlıq  ruhu  həyatımıza  daha  təsirli  nüfuz  etməlidir».  Əslində 
Neotomizm orta əsr sxolastı Akvinalı Fomanın Vatikan tərəfindən katolik kilsəsinin rəsmi fəlsəfəsi 
kimi qəbul edilən təliminin yeniləşdirilmiş variantından ibarətdir. Neotomistlər təliminin ən ümdə 
əsası  bundan  ibartdir ki, allah aləmin  xaliqi və külli–  ixtiyar sahibidir. Neotomistlərin  fikrincə, 
təbiət «ilahi ideyaların tətbiqi», tarix isə «ilahi planın həyata keçirilməsidir». Onlara görə, həqiqəti 
dərk etmək üçün üç forma vardır: elm, fəlsəfə və din. Bu formaların ən aşağısı elmdir. Onlara görə, 
elmin verdiyi bilik mötəbər deyildir və yalnız cismani qılafla məhduddur ki, həmin qılaf da aləmin 
həqiqi mənəvi mahiyyətini gizlədir, bu mahiyyətə elm nüfuz edə bilmir və bunu qismən fəlsəfə, 
yaxud metafizika kəşf edə bilər. Elmdən fərqli olaraq fəlsəfə aləmin mövcudluğunun ilk səbəbi 


 
68 
məsələsini  irəli  sürür və  belə  bir  nəticəyə gəlir ki, bu  ilk səbəb ali  mənəvi  başlanğıcdır,  yaxud 
aləmi yaradan allahdır. Neotomistlərin təliminə görə, ali həqiqət yalnız vəhy və dini iman yolu ilə 
dərk edilir ki, elm və fəlsəfə də özünün dünyagörüşü əhəmiyyəti olan bütün prinsipial nəticələrini 
bu dini imanla uzlaşdırmalıdır. 
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə