2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə62/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   58   59   60   61   62   63   64   65   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Mirzə  Fətəli  Axundov
  Kainatda  qarşılıqlı  əlaqənin,  asılılığın,  səbəb  və  nəticənin, 
hissə  ilə tamın  vəhdətini qeyd edir, hərəkəti  yalnız  yerdəyişmə  və kəmiyyət dəyişiklikləri kimi 
qəbul etmişdir-zaman daxilində kəmiyyət dəyişikliklərin dairəvi hərəkət daxilində baş verməsini 
söyləmişdir. Başqa sözlə desək, Axundov  yüksələn xətt üzrə inkişaf ideyasını qəbul etməmişdir. 
Mütəfəkkirin fəlsəfi əsərlərində materializm və rasionalizmin şərhi, onların müdafiəsi idealizm, 
ilahiyyat və aqnostisizm prinsiplərinin tənqidi  ilə paralel aparılmışdır.  Axundova  görə, Kainat 
əsasında  ayrı-ayrı  hissəciklərdən,  atomlardan  ibarət  maddi  substansiya  dayanır-bu  maddi 
substansiya əvvəli və sonu olmayan kamil, bütöv və vahid bir varlıqdır. Zaman və məkan bu maddi 
substansiyanın  zəruri  atributlarıdır. Maddi  varlıq  daim  hərəkətdədir,  özünə  xas  olan 
qanunauyğunluğa  əsaslanır  və  onların  mövcudluğu  dünyanın  əsasını  təşkil  edir.  Axundov  həm 
yaradan,  həm  də  yaradılan  Kainatın,    maddi  varlığın  dərk  olunmasını-insan  hissləri,  əqli  və 
müxtəlif elmlər vasitəsilə dərkini qəbul edirdi. Mütəfəkkirin dünyagörüşündə həm dialektika, həm 
də mexanistik baxışlar birgə mövcud olmuşdur.  
M.F.Axundovun fəlsəfi  yaradıcılığının  ideya  mənbələrinin  əsasını  həm  qabaqcıl  rus,  həm 
Şərq, həm də Avropa fəlsəfəsi və mədəniyyəti təşkil etmişdir. Axundov müsəlman Şərq fəlsəfəsi 
vasitəsilə qədim yunan fəlsəfəsini və Roma mədəniyyətini öyrənmiş və onlara  öz münasibətini 
bildirmişdir.  Onun  fikrincə,  fəlsəfənin  qarşısında  dayanan  əsas  vəzifələrdən  biri  real  faktlara 
əsaslanaraq insan zəkasının rolunu yüksəltməkdir.  Axundovun baxışlarına görə dünya öz təbiəti 
etibarı ilə maddidir-bizi əhatə edən təbiətin müxtəlif predmet və prosesləri vahid və hər şeyi əhatə 
edən maddi substansiyanın müxtəlif təzahürlərindən ibarətdir.  Ruhun ölməzliyi ideyasını qəbul 
etməyən  Axundovun  fikrincə,  həm  şüur,  həm  də  ruh  materiyadan  asılıdır,  materiyanın 
məhsullarıdır.  
 
M.F.Axundovun  fəlsəfi  dünyagörüşünün  formalaşmasına  qədim  və  orta  əsr  Şərq  və 
Azərbaycan  fəlsəfəsinin,  Qərbi  Avropa  filosoflarının,  xüsusilə  Spinoza,  Holbax,  Feyerbaxın, 
XVIII əsrin digər fransız maarifçiləri və rus inqilabçı-demokratlarının təsiri olmuşdur. Axundovun 
fəlsəfi  baxışları,  maarifçi  ideyaları  ortodokosal  islamın  ideoloji  əsasları  sayılan  sxolastika  və 
mistikanın  hələ  də  güclü  olduğu  bir  mühitdə  formalaşıb  inkişaf  etmişdir.  Əsərlərində  dini 
fanatizmi, cəmiyyətdəki  despotizmi, teologiyanı tənqid edən Axundov dünyaya elmi materialist 
yanaşmanı  əsaslandırmağa  çalışmışdır-“Kəmalüddövlə  məktubları”,  “Hakimi-ingilis  Yuma 
cavab”, “Mollayi-Ruminin və onun təsnifinin cavabında”, “Aldanmış kəvakib”, “Con Stüart milli 
azadlıq haqqında”, “Babilik əqidələri” və digər fəlsəfi  əsərləri və məqalələrini bu məqsədə xidmət 
etmişdir. 
 
Azərbaycanın  maarifçi  filosofu  Axundov  xalqın  iqtisadi-mədəni  həyatında  mövcud  olan 
problemləri  yaxşı duyur,  xalqların tərəqqisinə  çalışır,  bərabərliyi  insan  tərəqqisinin  özülü hesab 
edirdi.  Axundov  mənəvi,  milli  və  ictimai  bərabərlik  ideyalarını  dialektik  vəhdətdə  və  qarşılıqlı 


 
61 
əlaqədə təhlil edir, azadlıq və hüquq, hakimiyyət və maarif problemini həm fərd, şəxsiyyət, həm 
də  cəmiyyət  və  xalq  miqyasında  irəli  sürürdü.  Şərqdə  dinin  tüğyan  etdiyi,  fikir  və  düşüncənin 
buxovlandığı,  plüralizminin  olmadığı  qaranlıq  mədəniyyətində  Axundov  ilk  dəfə  olaraq 
sekulyarlaşma sözünü tələffüz etmiş, dinin siyasətdən ayrı olmasının  zəruriliyini qeyd edmiş,  öz 
nəzərlərini  konstitusiya  quruluşunun  təsdiqləndiyi  Avropa  ölkələrinə  istiqamətləndirmişdir. 
Axundov  Şərqin  müsəlman  mütəfəkkirləri  arasında  ilk  olaraq  konstitusionalizm  ideyalarını 
dəstəkləyən mütəfəkkir olmuşdur. Axundov öz xalqını savadlı görmək istəyirdi-bu baxımdan, ilk 
növbədə, Azərbaycan xalqı tərəfindən yeni əlifbanın, latın əlifbasının  qəbul edilməsini vacibliyini 
xüsusi vurğulayırdı.  Axundov əlifba islahatını elmi cəhətdən əsaslandırmış, praktiki olaraq, yeni 
əlifbanın  qəbul  edilməsi  uğrunda-Şərqdəki  mədəni  inqilab  uğrunda  mübarizə  aparmışdır. 
Axundovun  dünyagörüşü  Şərq  fəlsəfəsi  ilə  yanaşı,  XVII-XVIII  əsrlər  Avropa  materialistlərinin 
baxışları  əsasında  formalaşmışdır-o  kəskin  şəkildə  Qərb  idealizminin,  təsəvvüfün,  Şərq 
aristotelçiliyinin,  babilər  məzhəbinin  mistik  nəzəriyyələrinə  qarşı  çıxırdı.  Axundov  məşhur  altı 
komediyasını  yaratmaqla  yalnız  Azərbaycan  ədəbiyyatında  deyil,  bütövlükdə  Balkanlardan 
Hindistana  qədərki  türk-müsəlman  dünyasında  dramaturgiyanın  əsasını  qoymuşdur-Azərbaycan 
teatrı onun ölməz komediyaları zəminində yaranmışdır.  
 
Azərbaycanın  materialist  filosif-mütəfəkkiri,  maarifçi-demokratı,    təbiətşünas-darvinçi 
alimi,  istedadlı  publisisti,  qadın  təhsilinin  ilk  carçılarından  biri  olan 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə