2 Fövqəladə vəziyyət şəraitində obyektlərin iş dayanıqlılığının əsasları, mahiyyəti və onlara təsir edən amillər



Yüklə 33,85 Kb.
səhifə1/4
tarix31.12.2021
ölçüsü33,85 Kb.
#81599
  1   2   3   4
Fövqəladə vəziyyət şəraitində obyektlərin iş dayanıqlılığının əsasları, mahiyyəti və onlara təsir edən amillər


MÜNDƏRİCAT

Giriş ………………………………………………………………………….

2

  1. Fövqəladə vəziyyət şəraitində obyektlərin iş dayanıqlılığının əsasları, mahiyyəti və onlara təsir edən amillər …………………………………...


3

  1. Mülki müdafiənin mühəndis-texniki tədbirlərinin layihələndirmə normalarının təyinatı və onun tətbiq olunma sahələri …………………


14

Nəticə ………………………………………………………………………...

20

Ədəbiyyat siyahısı ……………………………………………………………

21


GİRİŞ

Sülh dövründəki fövqəladə hallarda – güclü təbii fəlakətlər və istehsalat qəzaları baş verərkən, eləcə də müharibə vaxtı ən vacib müəssisələrdə, təsərrüfatlarda işin dayanıqlılığının (sabitliyinin) təmin edilməsi ölkənin iqtisadiyyatı ilə əlaqədar vacib məsələdir. Bu həmçinin mülki müdafiənin qarşısında duran əsas vəzifələrdən biri sayılır.

Sülh vaxtı, təbii fəlakətlərdən, iri sənaye qəzalarından, fəlakət və başqa səbəblərdən əmələ gələn fövqəladə vəziyyət (FV) məhdud xarakterli olub müəyyən obyekti, şəhəri və regionu əhatə edir. Müharibə vaxtı, kütləvi qırğın silahının və müasir qırğın vasitələrinin təsirindən yaranan FV isə böyük bir ərazini – bütün respublikanı əhatə edə bilər.

Respublikamızın ərazisindəki hər bir obyekt, müxtəlif kortəbii hadisələrin, o cümlədən də bunlardan ən fəlakətlisi olan zəlzələnin təsir dairəsinə düşə bilər. Yalnız onu qeyd edək ki, ölkəmizin ümumən hər yeri 8 baladək, ərazinin ¼ -i qədəri də 9 baladək zəlzələ ehtimallı sahələr sayılır. Yalnız 9 ballıq zonada əhalinin 20%-i, sel təhlükəli rayonlarda isə 5%-dən çoxu yaşayır. Şəhər və rayonlarımızdakı bir çox kimyəvi, yanğın, partlayış qorxulu istehsalatlarda qəza ehtimalı da mövcuddur. Burada biz yaranmış FH-dən asılı olaraq ölkənin müxtəlif sahələrinin və iqtisadiyyat obyektlərinin dayanıqlılıq işini təmin etməyə çalışmalıyıq.

Fövqəladə hallarda sənaye obyektlərində və sahələrində işin dayanıqlılığının artırılması çox vacib olduğu qədər, həm də geniş sahəli və mürəkkəb bir problemdir. Buraya istehsalatların ərazidə düzgün yerləşdirilməsi, əvəzedici istehsalat və müəssisələrin yaradılması, etibarlı maddi-texniki təchizatın, nəqliyyat əlaqələrinin təmin olunması, əlavə yanacaq növünə, digər xammal və texnologiyalara keçmək üçün hazırlıq tədbirlərindən başlamış, obyektlərdə fəhlə və qulluqçuların mühafizə edilməsinə, fəlakət nəticələrinin aradan qaldırılmasınadək müxtəlif işlər aiddir. Bunların bir qisminin hələ obyektlərin layihələşdirilməsi və tikilməsi vaxtı, digərlərinin isə sonradan yerinə yetirilməsi nəzərdə tutulur. Bütün bu tədbirlər səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmiş normativ sənədlərə uyğun olaraq icra edilir.



  1. Yüklə 33,85 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə