2. geomaqnit tədqiqatlar



Yüklə 46,07 Kb.
Pdf görüntüsü
tarix08.10.2017
ölçüsü46,07 Kb.
#3966


 

2. GEOMAQNIT TƏDQIQATLAR 

 

Məqsəd:  

1. Geomaqnit sahə gərginliyi T variasiyalarında seysmoproqnostik     anomalların     aşkar olunması;  

2.    Şəki-Şamaxı  poliqonundakı  seysmogen  zonalarında  elastiki  tektonik  gərginliklərin  məkan-zamana 

görə  paylanmasının  öyrənilməsi.  Qarşıya  qoyulan  məqsədə  uyğun  olaraq,  aşağıdakı  məsələlər  həll 

edilmişdir;   

3.  Geomaqnit  sahə  gərginliyi  vektoru  modulu  T-nin  ortasaatlıq  və  ortasutkalıq  variasiyalarının 

xüsusiyyətlərinin öyrənilməsi;  

4. Maqnit sahə gərginliyi T-nin variasiyalarında anomal dəyişikliklərin aşkarlanması;  

5.  Sahəli  maqnitometriya  məlumatlarına  əsasən  Şəki-Şamaxı  poliqonunun  seysmogen  zonalarında 

vəziyyətin  gərginliyinin  qiymətləndirilməsi. 

 

Geomaqnit stansiyaların cihazlarla təchizatı 



 

Geomaqnit sahə gərginliyi (T) ABŞ-da istehsal olunan “G856 Geometriks” (“Nardaran”, “Ərməki” 

və “İsmayıllı” MVS-ları) və Rusiyada istehsal olunan “MMP-203” (“Nağaraxana”, “Aydınbulaq” MVS-

ları)  proton  maqnitometrilə  qeyd  olunmuşdur.  Maqnitovariasiya  stansiyalarda  quraşdırılmış 

maqnitometrlərin texniki xarakteristikaları cədvəldə göstərilmişdir. 

 

2.1 Stasionar geomaqnit müşahidələr 

 

Geomaqnit sahə gərginliyi (T) sutkanın hər 10 dəqiqəsində bir ölçü (saatda 6 ölçü) qeydə almaqla 



aparılmışdır. Həmin ölçülər sutka ərzində “Aydınbulaq” ( Şəki rayonu ), Nağaraxana (Şamaxı rayonu), 

Ərməki  (Quba  rayonu)  və  Şüvəlan-Nardaran  (Abşeron)  stasionar  stansiyalarında  aparılmışdır.  Bu 

stansiyalara  2008-ci  ilin  sentyabr  ayında  bir  stansiyada  əlavə  olunmuşdur  “İsmayıllı”  stansiyası. 

“Şüvəlan”  stansiyası  seysmiklik  baxımından  nisbətən  “Sabit”  ərazidə  olduğuna  görə  digər  stansiyalarla 

müqayisəli  analizin  aparılması  üçün  “baza”  stansiyası  kimi  qəbul  olunmuşdur.  Sonralar  həmin  ərazidə 

tikinti  işlərinin  qetməsilə  əlaqədar  olaraq  “əngəl”  siqnalları  stansiyanın  normal  göstərişlərinə  mane 

olduğu üçün həmin stansiya Nardarana köçürülmüşdür (20.05.2008) və həmin stansiya “baza” stansiyası 

kimi  qəbul  edilmişdir.  Hesabat  dövründə  geomaqnit  sahə  gərginliyi  modulu  (T)  variasiyalarının  orta 

saatlıq  və  orta  sutkalıq  haqqda  informasiya  daşıyan  geofiziki    stansiyalar  üzrə  məlumat  toplusu 

2.1.1÷2.1.4  cədvəllərində  (əlavəyə  bax  disc  CD),  Tf(t)  qrafikləri  isə  şəkil  2.1.1÷2.1.4-də  göstərilmişdir 

(əlavəyə  bax  disc  CD).  Orta    sutkalıq    variasiyalar    Tf(t),    rəqslərin    böyük    spektrində    təqdim  

olunmuşdur.  Yer  qabığında    infiltrasion    proseslərin    təsiri    nəticəsində  çox    guman    ki,  elektromaqnit  

induksiyası  ilə  birbaşa  bağlı  olan  5±0,5 nTl  amplitudalı  aşağı  tezlikli  hormonik  dəyişmələr  aydın  

izlənilir. Bu “maneə”   dərəcəsi  seysmomaqnit  müşahidələrinin  xətalar  səviyyəsindədir. Aşağıtezlikli  

harmonika  T  gərginlik  sahəsinin  yüksəktezlikli  impulsiv  titrəyişlərilə mürəkkəbləşir  ki,  burada  da  

amplituda  5 nTl-dan  15  nTl  kimi  dəyişir.  Yüksəktezlikli  siqnal  bir neçə  saatdan  1-2  sutkayadək  

dövrlə  itiuclu  formaya  malikdir.  Bu  intensivliyin  “sıçrayışı”  bütün  stansiyalar  üzrə  eyni  vaxtda  

(sinxron)  yayılır  və  bu  da  ionosferdə  baş  verən  elektromaqnit  proseslərlə  bağlıdır.  Bu,  müqayisəli  

analiz  zamanı  xətti  transformasiya  metodu  ilə  tənzimlənərək  dəf  edilir. Müşahidə olunan T gərginlik 

sahə  variasiyalarından  ionosfer  “maneə”  faktorlarının  və  elektromaqnit    induksiyasının  dəf  edilməsi 

məqsədilə  müqayisəli  analiz  metodu  aparılmışdır.  Nəticədə  ∆T(t)=Tm(t)-T

o

(t),  Hansı  ki,Tm(t)–t 



zamanında stansiyalarında (“Aydınbulaq”,”Nagaraxana”,”Ərməki”) müşahidə olunan sahə gər-ginliyinin 

qiyməti,  T

o

(t)-t  zamanda  baza  stansiyası  olan  “Nardaran”  stansiyasında  müşahidə  olunan  sahə 



gərginliyinin 

qiymətidir, 

∆T(t)-t 

zamananında 

poliqondaki 

stansiyalarla 

(“Aydınbulaq”,”Nağaraxana”,”Ərməki”)    baza  stansiyası  (“Nardaran”)  sinxron  ölçülən    sahə  

gərginliklərinin  fərqi  qiymətləridir  (cədvəl 2.1.5÷2.1.7).(əlavəyə bax disc CD). 

Geomaqnit sahə gərginliyinin respublika ərazisində illik artımları müşahidə olunur. Belə ki, 1998-

2008 illər ərzində stansiyalarda artım göstəriciləri hər il 30÷40 nTl təşkil etmişdir (şəkil 2.1.5).  2008-ci 

ildə  poliqon  ərazisində  baş  vermiş  hiss  olunan  zəlzələlərdən  bir  neçəsinin  zəlzələdən  əvvəl  geomaqnit 

sahəsində  anomal  dəyişiklik  şəkilində  özünü  birüzə  vermişdir,  belə  ki,  iyul  ayında  Şamaxı-İsmayillı 

seysmogen zonasında baş vermış zəlzələdən əvvəl seysmomaqnit effekti özünü anomal şəkilində təzahür 

etmişdir,  (şəkil  2.1.6),  həmçinin  dekabr  ayinda,  Pirquluda  baş  vermiş  zəlzələdən  öncə  seysmomaqnit 




effektinin  yaranması  nəticəsində  geomaqnit  gərginliyi  sahəsində  anomal  dəyişiklik  təzahür  olunmuşdur 

(şəkil 2.1.7).                                                                                                                                                              

 

 

Şəkil 2.1.5.  Geomaqnit sahə gərginliyi variasiyalarının stansiyalar üzrə illik artımlar 



 

Şəkil 2.1.6. Şamaxı-İsmaillı seysmogen zonasında zəlzələdən öncə (K=10,0) seysmomaqnit effektinin təzahürü 




 

 

Şəkil 2.1.7. 19.12.2008 tarixdə Pirqulu zəlzələsindən əvvəl SME təzahürü. 



 

 

2.2  Sahəli (diskret) geomaqnit müşahidələr 



 

Seysmomaqnit effekti tədqiqatlarının əsasını izafi (əlavə) gərginliyin təsiri altında qeyri hidrostatik 

sixilma  nəticəsində    dağ  suxurlarının  maqnit  qalıgının    dəyişməsinin  fiziki  mexanizmi  təşkil  edir.  Yer 

qabığının  maqnitoaktiv  qatında  belə  dəyişikliklər  “Seymomaqnit  anomal  effekti  “  kimi  təsvir  edilir 

(SME).  SME      seysmogen  zonalarda  tektonik  gərginliklər  haqqında  məlumat  daşıyan  zəlzələ  ocaqının 

mexanizmindən və onun enerqetik sinfindən birbaşa asılıdır. 

Beləliklə,  diskret  məkan-zaman  geomaqnit  müşahidələr  nəticəsində  aşkar-lanan  geomaqnit  sahə 

gərginliyinin    artım  qradiyenti  poliqondaki  seysmoqen    zonalarda  gərgin  vəziyyət  haqqda  məlumat 

daşıyır. 

Dağ  süxurlarının  maqnit  xüsusiyyətinin  xarici  təsirlərdən  dəyişmə  prosesləri    axını  lazımi  qədər 

zəif  getdiyinə  görə,  zonalarda  gərginlik  artımlarını  (∆T)  əsasən  uzunmüddətli  proqnoz  meyarına  aid 

etmək  olar.  Sahəli  (diskret)  maqnitometrik  müşahidələri  Şəki-Şamaxı  poliqon  ərazilərində  möhkəm 

bərkidilmiş 60 nöqtələr (reper) şəbəkəsinə ayda bir dəfə təkrar yanaşmaq metodu ilə aparılmışdır. Hesabat 

dövründə T-nin 600 ölçü qiyməti alınmışdır. Həmin ölçülərin sinxron fərqlərindən alınan ∆T artımlarının 

hər ay üçün xəritə qrafikləri qurulmuşdur (şəkil2.2.1÷2.2.9). 

Geomaqnit  sahə  gərginliyinin  məkan-zaman  artımının  (∆T)  analizi  onun  seysmik  aktivlikdən 

asılılıq qanuna uyğunluğunu müəyyənləşdirməyə imkan vermişdir. Belə ki, energetik sinifdəki K=10÷12 

olan zəlzələlərin baş verdiyi seysmoqen zonalarda maqnit sahəsi gərginliyinin məkan-zaman artımı qiy-

mətlərinə nisbətən bir tərtib və daha artıq yüksəlir. Bu halda ∆T izoxətlərinin sıxlığı hər km

2

 sahədə 100 



nTl-ya çatır. 

Zəif  seysmikliyin  yəni  K=7÷9  olan  zəlzələlərin  baş verdiyi    zonalarda  geo-maqnit    gərginliyinin  

vahid sahəyə  düşən  artımı 10nTl  km

2

-ə  qədər olur. 



Bu fakt bu və ya digər seysmogen zonada seysmik təhlükəliliyin operativ qiymətləndirilməsinə və 

izafi elastik gərginliyin toplandığı konkret lokal zona üçün seysmik proqnoz verməyə imkan verir. 2008-

ci ilin iyun ayındakı geomaqnit sahə gərginliyinin məkan-zaman artım qradienti xəritəsinin seysmikliklə 



müqayisəsi  aşağıdaki  nəticələr  vermişdir.  Geomaqnit  sahə  gərginliyi  qradienti  (∆T~ƒ(t)  xəritəsi  Şəki, 

İsmayıllı, Şamaxı-Pirqulu və Göyçay rayonları ərazilərində gərgin vəziyyətin olmasına dəlalət edir. 

∆T~ƒ(t) xəritələrindən törənən δ∆T~ƒ(t) xəritələrinin analizində hansı ki, gərginliyin regional fon 

səviyyəsi götürülür, zonaların lokal maksimum gərgin-deformativ vəziyyətinin yalnız  İsmayıllı-Şamaxı 

seysmoqen zonasına mənsub olması aydın şəkildə izlənir (şəkil 2.2.10). Bu nəticələr uyğun olaraq 2008-

ci  ilin  iyun  zəlzələlərinin  episentral  xəritələrilə  tutuşdurduqda,  qeomaqnit  sahəsi  üzrə  2008-ci  ilin 

iyununda  aşkarlanmış  gərgin-deformativ  zonaların    vəziyyəti  həmin  periodda  hiss  olunan  zəlzələlərin 

episentral zonalarılə uyğun olaraq üst-üstə (korelyasiya) düşür. K≥10 hiss olunan zəlzələ iki seysmogen 

zonaların  İsmayıllı  və  Şamaxı  zonalarının  sərhəddində,  Qərbi-Xəzər  eninə  qırılmasında  baş  vermişdir. 

Əsasən bu sahə δ∆T-artım xəritələrindəki gərgin-deformativ vəziyyətə uyğun gəlir (şəkil 2.2.11) .  

 

 

 



Şəkil 2.2.1. Şəki-Şamaxı poliqonu ərazisində geomaqnit sahə gərginliyin 

məkan-zaman ∆ T artımının qrafik xəritəsi (mart 2008) 




 

Şəkil 2.2.2. Şəki-Şamaxı poliqonu ərazisində geomaqnit sahə gərginliyin 

məkan-zaman ∆ T artımının qrafik xəritəsi (aprel 2008) 

 

 



Şəkil 2.2.3. Şəki-Şamaxı poliqonu ərazisində geomaqnit sahə gərginliyin 

məkan-zaman ∆ T artımının qrafik xəritəsi (may 2008) 




 

Şəkil 2.2.4. Şəki-Şamaxı poliqonu ərazisində geomaqnit sahə gərginliyin 

məkan-zaman ∆ T artımının qrafik xəritəsi (iyun 2008) 

 

 



 

 Şəkil 2.2.5. Şəki-Şamaxı poliqonu ərazisində geomaqnit sahə gərginliyin 

məkan-zaman ∆ T artımının qrafik xəritəsi (iyul 2008) 



  

Şəkil 2.2.6. Şəki-Şamaxı poliqonu ərazisində geomaqnit sahə gərginliyin 

məkan-zaman ∆ T artımının qrafik xəritəsi (avqust 2008) 

 

 



 

Şəkil 2.2.7. Şəki-Şamaxı poliqonu ərazisində geomaqnit sahə gərginliyin 

məkan-zaman ∆ T artımının qrafik xəritəsi (sentyabr 2008) 



 

Şəkil 2.2.8. Şəki-Şamaxı poliqonu ərazisində geomaqnit sahə gərginliyin 

məkan-zaman ∆ T artımının qrafik xəritəsi (oktyabr 2008) 

 

 



Şəkil 2.2.9. Şəki-Şamaxı poliqonu ərazisində geomaqnit sahə gərginliyin 

məkan-zaman ∆ T artımının qrafik xəritəsi (noyabr 2008) 




 

Şəkil 2.2.10. Şəki-Şamaxı poliqonu ərazisində 2008-ci ilin iyununda 

 gərginlik qradientı 

 ∆ T-nın artımı. 



 

 

Şəkil 2.2.11. 2008-ci ilin iyun ayındakı zəlzələlərin episentrlərinin xəritəsi  



3.1 Seysmoprognostik geomaqnit işlərin metodikası 

 


Seysmoproqnostik  geomaqnit  müşahidələr  aparılanda  bir  yerdə  cəmləşən  kompleks  metodikalar 

tətbiq olunmuşdur:  

a)

 

poliqondakı  geofiziki  dayaq  stansiyalırında  gərginlik  vektoru  modulu  T-nın  vaxt  variasiyalırının 



stasionar müşahidələri; 

b)

 



poliqon sahəsində geomaqnit sahəsi gərginliyin səlis hissəsinin artımın (∆T) məkan-zamana görə 

müşahidələri. 

Belə yanaşma imkan verir ki, xarici mənbələrdən asılı olan”əngəllərin” təsir faktoru nəzərə alınsın 

(xarici lokal elektromaqnit induksiyalarının eyni olmayan faktoru, infiltrasion prosesler hesabına yaranan 

elektrokinetik effektli və digər “əngəl” mənbələri) hansi ki, geomaqnit sahə gərginliyinin məkan-zaman 

variasiyalarının eyni olmadıqlarını təyin edir. 

Stasionar  müşahidələr  “Aydınbulaq”,  “Nağaraxana”,  “Ərməki”,  “Nardaran”  geofiziki 

stansiyalarında  sutka müddəti qeydiyyat rejimində aparılmışdır. 

Bu  müşahidələrin  əsasında  gərginlik  T-nın  orta  saat,  ortasutka  qiymətləri  tapılmış,  poliqon 

meydanında  onların  axımının  eyniliyi,onların  amplitud-tezlik  xüsusiyyətləri  analiz  edilmiş,  T~f(t) 

qrafikləri  qurulmuşdur.  Sonradan  müqayisəli  analiz  metodu  ilə  T~f  (t)  variasiyalarının  qiymətləi 

hesablanmış  və  ∆T~f  (t)  qrafikləri  qurulmuş,  onların  poliqonda  seysmikliklə  uyğunluğu  müqayisəsi 

aparılmışdır. 

Poliqondakı  sahədə  1

o

-  dən  artıq  olmayan  en  dairəsində  yerləşən  stansiyaların  T~f(t)  –  lərinin 



müqayisəli analizi metodilə sahə gərginliyinin dəyişən hissəsinin oxşar anomalların təmizlənməsi, qeyri 

oxşarları  aşkar  edərək  T  gərginliyinin  seysmikliklə  müqayisəli  analizinin    aparılmasına  və  bununlada  

seysmomagnit effektinin ayrılmasına imkan verir. 

Tədqiqatın  bu  mərhələsində,  seysmogen  zonada  gərgin  vəziyyətin  operativ  analizini  və  orta 

müddətli proqnoz vermək olar. 

c) Hesabat dövründə poliqon sahəsindəki geomaqnit sahə gərginliyinin səlis hissəsindəki məkan-

zaman (diskret) artımları üzrə müşahidələr, poliqonda möhkəm bərkidilmiş ölçü nöqtələrində (reperlərdə) 

ayda bir dəfə ölçü götürməklə aparılmışdır (şəkil 3.1.1). 

Sahəli  (diskret)  işlərinin  emalında  ay-günəş  S

q

  variasiyası  “Nardaran”  g/f  stansiyasının  



məlumatlarına  əsasən  hesablanmışdır. 

T-nin orta saat variasiyalar hesabı “Nardaran” variasiya stansiyasına əsasən aparılmışdır. 

Poliqon  sahəsində  geomaqnit  sahə  gərginliyinin  səlis  hissəsində  məkan-zaman  artımlarının 

qradienti  haqqda  təsəvvür  yaradan  və  Şəki-Şamaxı  poliqonunun  blok  tektonikası  ilə  differensiallaşma 

xüsusiyyətini nəzərə alan δ∆T~f(t) aylıq xəritələr qurulur. 

Bu  metodika  seysmogen  zona  əhatəsində  elastik  enerji  toplanması  səviyyəsinə  aylıq  nəzarət 

aparmağa  imkan  verir  və  poliqonda  geodinamik  vəziyyət  haqqda  uzunmüddətli  proqnoza  çıxarır. 

Axırıncı,  çox  yavaş  gedən  uzunmüddətli  proseslərin  geomaqnit  sahə  gərginliyinin  səlis  hissəsində  öz 

əksini tapır. 

 

 



 

 

 



 

 

 



Yüklə 46,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə