№2 Humanitar elml



Yüklə 233,71 Kb.
Pdf görüntüsü
tarix07.08.2018
ölçüsü233,71 Kb.
#61019


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2014 

 

 

 

 

 

YUBİLEY

 

 

 

 

AZ

ƏRBAYCAN ŞƏRQŞÜNASLIĞININ ƏBƏDİYAŞAR SİMASI – 

PROFESSOR A

İDA İMANQULİYEVA - 75 

 

 

 

 

 

 

 

2014-cü  il  z



əngin  ənənələrə  malik  Azərbaycan  şərqşünaslığının  ən  gör-

k

əmli  və  ən  parlaq  nümayəndələrindən  biri,  filologiya  elmləri  doktoru,  pro-



fessor Aida 

İmanquliyevanın 75 illik yubileyi ilə əlamətdardır. Onun adı təkcə 

Az

ərbaycanda  deyil,  əski  Sovet  İttifaqında  və  beynəlxalq  miqyasda  tanınmış 



akademikl

ər  Əbdülkərim  Əlizadə,  Ziya  Bünyadov,  professorlar  Mübariz  Əli-

zad

ə, Rüstəm Əliyev, Ələsgər Məmmədov, Rəhim Sultanov, Qəzənfər Əliyev 



kimi nüfuzlu aliml

ərlə birlikdə çəkilir. 

229 



Aida 

xanım 1939-cu il oktyabr ayının 10-da jurnalistikamızın patriarx-

larından  sayılan,  uzun  müddət  «Bakı»  və  «Baku»  qəzetlərinin  baş  redaktoru 

olmuş,  unudulmaz  pedaqoq,  əməkdar  elm  xadimi  Nəsir  İmanquliyevin  ailə-

sind

ə dünyaya göz açmışdır. 



Uşaqlığından biliyə, savada can atması onun 1957-ci ildə orta məktəbi 

qızıl  medalla  bitirməsi  ilə  nəticələnmişdi. 1962-ci  ildə  Şərqşünaslıq  fakültə-

sinin ilk 

ərəbşünas məzunlarından biri  olan bu gənc xanım dərhal elm aləminə 

q

ədəm qoyur və 27 yaşında (1966) Moskvada SSRİ EA Şərqşünaslıq İnstitu-



tunda namiz

ədlik dissertasiyasını müdafiə edir. Həmin ildən o, Azərbaycan EA 

Şərqşünaslıq  İnstitutunda  işə  başlamış  və  tezliklə  orada  ərəb  filologiyası  şö-

b

əsinin müdiri, elmi işlər üzrə direktor müavini, nəhayət, 1991-ci ildən ömrü-



nün son günl

ərinədək direktor vəzifələrində çalışmışdır. 

1989-cu  ild

ə Aida İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasi-

yasını  müvəffəqiyyətlə  müdafiə  edərək,  ilk  azərbaycanlı  qadın-ərəbşünas 

elml


ər doktoru olmuş və sonra professor adı almışdır. 

Aida 


xanımın  elmi  fəaliyyəti  əsasən  yeni  ərəb  ədəbiyyatının  bir  qolu 

kimi  m


əhcər  ədəbiyyatı,  yəni  XIX  əsrin  sonunda  Suriya  və  Livandakı  çətin 

h

əyat  şəraitinə  və  siyasi  vəziyyətə  görə  Amerikaya  kütləvi  mühacirət  etmiş 



əhali  arasındakı  ədib  və  şairlərin  bədii  irsi  ilə  bağlıdır.  Dünya  şərqşü-

naslarından birinci dəfə bu mövzuya qısa oçerklərlə məşhur rus alimi akademik 

Kraçkovski 

toxunmuş,  sonralar  Dolinina,  Ode-Vasilyeva,  Kuteliya,  Markov, 

Levin,  Tazetdinova,  Muminov  v

ə Bilık «Suriya-Amerika məktəbi»nin banilə-

rind

ən  Cübran  Xəlil  Cübran,  Əmin  ər-Reyhani  və  Mixail  Nuaymə  yaradıcı-



lığının ayrı-ayrı sahələrinə tədqiqat işləri və dissertasiyalar həsr etmişlər. 

Ərəb ölkələrində də  bu qəbildən əsərlər nəşr olunmuşdur.  Lakin  Aida 

xanımın göstərdiyi kimi onların əksəriyyəti faktların sadalanması və icmaldan 

ibar


ətdir.  Müəyyən  dərəcədə  Ehsan  Abbas  və  Məhəmməd  Yusif  Nəcminin 

«

Ərəb poeziyası mühacirətdə» kitabı maraq doğurur. 



Q

ərbi Avropa ərəbşünaslığında nə «Suriya – Amerika məktəbi», nə də 

onun 

aparıcı şəxsiyyətləri haqqında xüsusi tədqiqatlar mövcud deyildir. 



Görk

əmli şərqşünasımız məhcər ədəbiyyatını sistemli şəkildə bir toplu 

kimi d

ərindən öyrənərək, onun qabaqcıl nümayəndələrinin maarifçilikdən Av-



ropa  romantizmi, Amerika  transsendentalizmi  v

ə  rus  tənqidi  realizminə  üz 

tutduql

arını  elmi  şəkildə  sübuta  yetirmiş,  gələcək  araşdırmalar  üçün  yeni 



üfüql

ər açmışdır.   

Mühacir 

ərəb  yazarları  külli  miqdarda  bədii  əsərlər  yaratmış,  mətbuat 

orqanları və ədəbi cəmiyyətlər təşkil etmişlər. Professor Aida İmanquliyevanın 

1975-ci  ild

ə  Moskvada  buraxılmış  ilk  monoqrafiyasında  məhz  həmin  cəmiy-

y

ətlərdən  «Qələmlər  birliyi»  və  onun  ən  tanınmış  üzvlərindən biri  Mixail 



Nuaym

ədən bəhs olunur. 

Alimin  növb

əti  kitabında  məhcər  ədəbiyyatının  başqa  məşhur  nüma-

y

əndəsi – Cübran Xəlil  Cübranın  yaradıcılığı  işıqlandırılır. Aida xanımın son 



əsəri  «Yeni  ərəb  ədəbiyyatının  korifeyləri»  adlanır.  Bu  monumental  tədqiqat 

230 



işində müəllif ərəb məhcər ədəbiyyatının ümumi xarakteristikasını, onun gör-

k

əmli təmsilçiləri – Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nuaymə və 



dig

ərlərinin bədii irsini zərgər gözü ilə nəzərdən keçirərək, dünyanın müxtəlif 

ədəbi  cərəyan  və  üslublarının  yeni  ərəb  ədəbiyyatına  təsirini  aşkara  çıxar-

mışdır. 


Bel

ə bir qənaətə gəlmək üçün böyük zəhmət və erudisiya tələb olunur-

du. Alim 

yalnız  «Suriya-Amerika  məktəbi»nin  ədib  və  şairlərinin  əsərlərini  

n

əinki dərindən təhlil etmiş, eyni zamanda onları Amerika romantikləri Emer-



son,  Toro,  Uitmenin, 

avropalılar Bayron,  Hüqo, Şelli,  Bleyk,  Nitşe və  başqa-

larının, həmçinin Belinski, Tolstoy, Turgenev, Çexov və digərlərinin yaradıcı-

lıqları ilə müqayisəli şəkildə vermişdir.  

Aida 

xanım mühacir yazıçıların istifadə etdikləri, ərəb ədəbiyyatı üçün 



yeni  olan  janrlar  –  etüd,  oçerk,  esse  v

ə  novellalar,  xüsusilə  mənsur  şeirlər 

haqqında maraqlı fikirlər söyləmişdir.  

C

əsarətlə demək olar ki, alimin üç kitabı və 70-dən çox məqalələrinin 



əksəriyyəti əslində ədəbiyyat nəzəriyyəsini öyrənənlər üçün də çox dəyərlidir.  

T

əsadüfi deyil ki, Aida xanımın rus dilində Moskvanın  «Elm» nəşriy-



yatında işıq üzü görmüş rus dilində olan «Yeni ərəb ədəbiyyatı korifeyləri» adlı 

monoqrafiyası  sonralar  Azərbaycan,  türk,  ingilis,  gürcü  və  İSESKO  xətti  ilə 

ərəb  dillərinə  tərcümə  olunmuşdur.  Əsərin  ərəb  aləmində  böyük  rəğbətlə 

qarşılanması xüsusilə qeyd edilməlidir. 

Aida 

xanımın elmi fəaliyyəti yalnız ABŞ və əsasən Nyu-York şəhərində 



meydana  g

əlmiş məhcər ədəbiyyatı ilə məhdudlaşmır. O, cənubi Amerikaya –  

Braziliya  v

ə  Argentinaya  köçmüş  ərəb  yazarlarını  da  diqqətdən  kənarda 

qoymamış, orada yaradılmış ədəbi cəmiyyətlər və onların üzvləri haqqında bir 

sıra elmi  məqalələr qələmə almışdır.  Alim şərqşünaslığımızda  ilk dəfə həmin 

t

əşkilatlardan «Rifaq əl-Məərri» və «Əndəlis cəmiyyəti»nin işini hərtərəfli şərh 



etmiş,  şair  və  ədiblərdən  İlyas  Fərhad,  Mişel  Məluf,  əş-Şair  əl-Qərəvi,  Fauzi 

M

əluf, Tofiq Daun, Həbib Məsud, Corc Həssun və onlarla digərlərinə məxsus 



əsərlərin  təhlilindən  sonra  Şimali  Amerika  məhcər  ədəbiyyatından  fərqli  ola-

raq, 


onların  təqlidçiliyə,  mühafizəkarlığa  daha  çox  üstünlük  verdiklərini  üzə 

çıxarmışdır. 

Professor  Aida 

İmanquliyeva  müasir  ərəb  ədəbiyyatının  tanınmış  nü-

may

əndələrinə  də  oçerklər  həsr  etmiş,  onların  yaradıcılıq  xüsusiyyətləri  haq-



qında  Azərbaycan  oxucularına  dəyərli  məlumatlar  çatdırmışdır.  Bunların  ara-

sında  mütərəqqi  Livan  şairi  Mişel  Süleyman,  İraqın  poeziya  ustadları  Cəmil 

Sidqi 

əz-Zəhavi, Məruf ər-Rusafi, Məhəmməd Mehdi əl-Cavahiri, Məhəmməd 



Saleh  B

əhrul-Ulum, o dövrün nisbətən gənc yazarları Bulənd əl-Heydəri, Əb-

dül-Vahab 

əl-Bəyati, Zun-nun Əyyub, Edmon Sabri, Qaib Fərman və başqaları 

vardır. 

Əsas  tədqiqat  obyekti  yeni  ərəb  ədəbiyyatı  olsa  da, Aida  xanım  iki 

böyük  h

əcmli  məqaləsində  («İspaniyada  ərəb  ədəbiyyatının  yaranması  və 

inkişafı  tarixinə  dair», «Ərəb  Əndəlis  ədəbiyyatının  bəzi  xüsusiyyətləri 

231 



haqqında (X-XI əsrlər)») orta əsrlərə müraciət etmişdir. Belə ki, xilafət orduları 

710-cu  ild

ən  İspaniya  torpaqlarının  işğalına  başlamış, 750-ci  ildə  Abbasilər 

t

ərəfindən  devrildikdən  sonra  Əməvilər  sülaləsi  orada  hakimiyyətlərini  möh-



k

əmlətmiş,  Qərbdə  ərəb  ədəbiyyatı  və  mədəniyyətinin  təməlini  qoymuşdur. 

əllif  Əndəlis  dövlətinin  tarixinə  dair  çox  maraqlı  faktlar  sadalamış,  orada 



ədib  və  şairlərin  yaradıcılığını  konkret  şərh  etmişdir. Alim  İbn  abd  Rabbihi 

(860-940), 

İbn Hani (937-973) İbn Şuheydə (992-1035), İbn Həzm (994-1063), 

İbn Zeydun (1003-1071), İbn Həmdis (1055-1132), İbn Xəfacə (1058-1138) və 

Əbu Bəkr ibn Kuzmanın (1080-1160) poeziya nümunələrini araşdıraraq, məd-

hiyy


ə, mərsiyə, nəsib və digər janrlarla yanaşı, vəsfin daha geniş vüsət aldığını 

vurğulayır,  ərəb  ədəbi  mühitinin  nəinki  yerli  İspaniya,  hətta  başqa  qonşu 

dövl

ətlərin ədəbiyyatına təsirini də  izləyir.  Eyni  zamanda  ispan şeirinin təsiri 



altında Şərq üçün yeni olan muvaşşah forması da meydana çıxır ki, onun ərəb 

dilind


ə  yaradıcısı  İbn  Kuzman  sayılır.  Tədqiqatçı  muvaşşahın  strukturunu, 

qafiy


ə sistemini ustalıqla açıqlayır. XIII əsrdən sonra bu formanın yerini yeni 

janr – z


əcəl xalq nəğməsi tutur. 

Professor  Aida 

İmanquliyeva  Əndəlis  nəsrindən  İbn  Abd  Rabbihinin 

«

əl-İqd  əl-fərid» («Nadir  boyunbağı»),  İbn  Bəssamın  «əz-Zəxira  fi  məhasin 



əhli-l-Cəzira» («əl-Cəzirə əhlinin gözəlliyinə dair xəzinə») və İbn Şuheydənin 

«

ət-Tavabi  va-z-zavabi» («Tövbələr  və  tufanlar»)  əsərlərini  misal  gətirir. 



əllif  xüsusən  İbn  Abd  Rabbihinin  antologiyasını  ərəb  ədəbiyyatının  ən 

mühüm  m

ənbələrindən hesab edərək, onun quruluşu və məzmunundan söhbət 

açır.  

 

Ümumiyy



ətlə,  görkəmli  şərqşünasımızın  elmi  yaradıcılıq  politrası  çox 

r

əngarəng və genişdir. Burada onun məqalələrindən bir neçəsinin adını çəkmək 



kifay

ətdir: «Qorki  və  ərəb  Şərqi», «Ərəb  ədəbiyyatında  qadın  azadlığı  prob-

leml

əri», «Fələstin  problemi  və  müasir  ərəb  ədəbiyyatı», «Ədəbiyyatımızın 



q

ədim kökləri», «Novruz Şərq ölkələrində» və s. 

 

Alim  Az


ərbaycan  –  ərəb,  rus  –  ərəb,  Qərb  –  Şərq  ədəbi  –  mədəni 

əlaqələri haqqında da silsilə yazılar dərc etdirmişdir. 

 

Aida 


xanımın tərcüməçilik fəaliyyəti barədə ayrıca danışılmalıdır. Ərəb 

dilind


ən çevirdiyi Mixail Nuaymə (Livan), Suheyl İdris (Livan), Mahmud əz-

Zahir (


İraq), Sahib Camal (İraq), Məhəmməd Dib (Əlcəzair) və Məcid Zeyyib 

Ğənəmənin  (İordaniya)  hekayə  və  novellaları  onun  istedadlı  qələm  ustası 

olmasına  dəlalət  edir. Azərbaycan  mətnlərinin  orijinallara  tam  uyğunluğunu 

saxlamaqla, Aida 

xanım dilimizin bədii ifadə vasitələrindən və incəliklərindən 

m

əharətlə faydalanmışdır . 



Alim 

şərq  filologiyası  sahəsində  bir  çox  elmi  əsərlərin  və  topluların 

redaktoru 

olmuş, ərəb hekayə və şeirlərinin Azərbaycan dilinə tərcümələrindən 

ibar

ət kitabların nəşrini təşkil etmiş, onlara geniş ön söz yazmışdır. 



Prof.A.N.

İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini  yaxın  və uzaq 

xarici  ölk

ələrdə  (Moskva,  Kiyev,  Poltava,  Sankt-Peterbuq,  Hamburq  və  s.) 

l

əyaqətlə tanıtmışdır. 



232 


Alim  elmi-t

əşkilati  fəaliyyətində  ərəbşünas  kadrların  hazırlanmasını 

diqq

ət mərkəzində saxlamışdır. Onun rəhbəri olduğu «Ərəb filologiyası» şöbə-



sind

ə qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilmişdir.  

Professor  Aida 

İmanquliyeva  Ümumittifaq  Şərqşünaslar  Cəmiyyətinin 

R

əyasət  Heyətinin,  Şərq  ədəbiyyatlarının  tədqiqi  üzrə  Ümumittifaq  Koor-



dinasiya 

Şurasının və Yazıçılar Birliyinin üzvü seçilmişdir. 

Elmi  v

ə ictimai vəzifələrinin çoxluğuna baxmayaraq, Aida xanım doğ-



ma 

Şərqşünaslıq  fakültəsini  unutmamış,  uzun  illər  «Ərəb  ədəbiyyatı  tarixi» 

f

ənnindən  yüksək  səviyyədə  mühazirələr  oxumuş,  yeni  ərəbşünaslar  nəslinin 



yetişməsində səmərəli xidmət göstərmişdir. 

A

mansız ölüm professor Aida İmanquliyevanı  aramızdan çox tez - 19 



sentyabr 1992-ci ild

ə apardı. Əgər o, heç olmasa, bir neçə onillik də yaşasaydı, 

n

ə qədər dəyərli tədqiqatlar nəşr etdirər, özünün böyük gənc ərəbşünaslar mək-



t

əbini yaradardı. Yalnız bir məqamla təsəlli tapmaq mümkündür – Aida xanı-

mın  yadigar  qoyduğu  əsərlər  də  kifayətdir  ki,  onun  adı  elmimiz,  xüsusilə 

şərqşünaslığımız tarixində böyük hərflərlə yazılsın.  

 

Akademik Vasim M

əmmədəliyev 

BDU 

İlahiyyat fakültəsinin dekanı, 

Ərəb filologiyası kafedrasının müdiri 

 

Dosent Elxan 

Əzizov 

BDU 

Şərqşünaslıq fakültəsinin dekanı 

 

 



233 

Document Outline


Yüklə 233,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə