2 iyul 2017-ci il, bazar 4



Yüklə 75,95 Kb.
Pdf görüntüsü
tarix04.02.2018
ölçüsü75,95 Kb.
#23754
növüYazı


2 iyul 2017-ci il, bazar

4

 

ˆ

“Zəngəzur” adlı ikicildlik romanı ilə adı ədəbiyyat 



tariximizə yazılan  yazıçı Əyyub Abbasov həmin əsərində hazırda 

əsirlikdə inləyən ulu yurdun adət – ənənələri haqqında da ətraflı 

məlumat var. Kitabda belə bir haşiyə diqqət çəkir: “İndi bizim 

yerlərdə yazdır, çöl, bayır göyərib, ağaclar yarpaqlayıb, çayın, 

bulaqların qıraqlarında yarpızlar baş qaldırıb. Eh, görəsən, mənim 

ev-eşiyim hansı zalıma qismət oldu? Görəsən, qızılgüllərimi qırıb 

tələf etmədilər ki? Biz kəndə qayıtsaq, ermənilər hər kəsin evini, 

torpağını özünə verəcəklərmi? Andranik kökümüzün üstündə od 

qaladı. Allah baisin evini başına uçursun, axı biz ermənilərə nə 

eləmişdik? Niyə məxluqu yerindən, yurdundan elədilər?!”

... Mən hər dəfə bu sətirləri 

oxuduqca təkcə uşaqlığımın, 

gəncliyimin kəndini, insanlarını 

xatırlamıram, o yurdun hər daşı, 

ağacı, çayı, dağı da gözlərim 

önündən çəkilmir. Yazda novruzgü-

lünün ətrini, yayda günortanın ra-

hatlıq gətirən qara kölgəsini, payız-

da bağ-bağçaların bar-bərəkətini, 

qışda şaxtanın iliyə işləyən buz 

nəfəsini, nə illah eləyirəm, unuda 

bilmirəm...  

... Builki yazla yayın qovu-

şuğundakı günlərin birində neçə 

illərdi yağı tapdağında inləyən o 

viranə kəndin Ağdünün hüznlü 

kimsəsizliyini bir daha xəyalımda 

canlandırdım; məhəlləmizə uzanan 

yol – yolağaları, cığırları kol-kos 

basıb. Fərəhli günlərimin şahidi 

olan həyət-bacamız, sanki dərdə 

tab gətirməyib, ot-ələf içində 

itib-batıb… “Bir qarış boyu, yarım 

qarış eni olan, tək-tənha qalan, 

gələni, gedəni görünməyən”, 

ətrafında bir ins-cins gözə 

dəyməyən evimizsə beş addımlıq-

dakı köhnə qəbiristanlığın qara-

matına bürünüb. miskin görkəmilə 

ürək dağlayır…  

… Yadıma keçmişin uzaq-

lardan əks-səda verən söyləməsi 

düşdü:  


... Mən yollara baxaram,  

Yollar əliboş gələr...  

... Düşüncələrimdə həmin 

“əliboş gələn yollar”la geri dönüb 

kəndimizin yazın Novruz  hazırlığı 

günlərinə qayıtdım: Həyət – baca, 

ev-eşik təmizlənir, səliqə – sah-

mana salınır. Əkin yerləri şumla-

nır. Ruzi-bərəkət gətirən adamlar 

torpağa yaşıl naxışlar salır.  

… Uşaqlar çərşənbə axşamı 

Novruz tonqalının üstündən “ağır-

lığım, uğurluğum tökül bu odun 

üstünə...” deyib atdanır, sonra da 

qapı pusur, torba atırlar.  

Tonqalların işığından gündüzə 

dönən həmin axşamda qonaq 

getmirlər, əziz bayramı doğma 

ocaq başında keçirirlər. Obaşdan- 

ala qaranlıqdan isə böyüklü-kiçikli 

hamı bulağa, su üstünə üz tutur, 

nov üstündən atlanıb “diş ağrım, 

baş ağrım, göz ağrım burda qalsın” 

deyir, sonra da evə su gətirir və 

onu evin dörd bir bucağına səpib 

“qoy qurd-quş olmasın” söyləyir.  

Küsülülər barışır, ağrı-acılar 

unudulur. Evlərdə bayram süfrəsi 

bəzənir. Qonum-qonşu bir-birinə 

xeyir-dua verir. Uzaq-uzaq mahal-

lara “səpələnən ” nəvə-nəticələr 

yeddi ilin ayrılığının tilsimini 

qırmaq üçün Novruz bayramına 

tələsirlər... 

* * *  


... Yay da bir göz qırpımında 

özünü yetirir. “Dağların lala vaxtı” 

gəlhagəli başlayır yaylaqların, qo-

yun-quzu sürüləri zirvəsi qarlı dağ-

ların ətəklərinədək yayılır. Yamac-

lardakı gül-çiçəyin ətri adamı məst 

edir. Bulaqların şırıltısı kövrək bir 

mahnını xatırladır...  

Nənəmin tez-tez dilə gətirdiyi 

Aşıq Abbasın “Dağların lala vax-

tıdı” sözləri isə qəlbimi bahar yeli 

kimi sığallayır, ürəyim bir dinclik, 

rahatlıq tapır: 

Budu gəldi bahar fəsli, 

Dağların lala vaxtıdı. 

Açılıbdı qızıl güllər, 

Bülbülün bala vaxtıdı. 

... Sərin mehdən döşlərdəki 

taxıl zəmilərinin, düzənlərdə dizə 

qalxan otların dərya kimi dalğalan-

ması, qayalıqlardan gələn qantəpər, 

kəklikotu qoxusu, ayaq səslərindən 

hürkən kəkliklərin pırıltıyla havaya 

qalxması el-obanın qoyun-quzu 

sürüsünü çöl-bayıra yayan çobanda 

xoş ovqat yaradır, yorğunluğunu 

çıxarır. 

Arpa, Buğda təpələrindən 

yaylaqlara doğru uzanan əriş-arğac 

dağ yollarını yazın ortalarından 

başlayaraq, qoyun sürüləri, at ilxı-

ları, dəvə qatarı tutmur. Qadınlar 

dəvələrin üstündə fərməşlərin 

arasında oturub yun darayır, cəhrə 

qurub, ip əyirirlər. Yaylağa çatana 

qədər xalça-palaz üçün tədarük 

görürlər. İşıqlıdağın ətəklərindəki 

dərələrdən sürünüb qalxan yaz 

dumanının arxasınca güllü-çiçəkli 

yamaclar tərəkəmə köçünə qu-

caq açır. Şükürbəyli, Rəsullu, 

Şahsevənli, Qiyamadınlı, Kür-

mahmudlu, Xəlfəli, Ovşar, Böyük 

Mərcanlı elat camaatı binələrdə 

dinclik tapır.  

Yayın quyruq doğan vədəsində 

isə dəvələr ağzı arana yatırlar... 

Camaat bununla köçün geriyə, 

arana dönmə vaxtının yetişdiyini 

duyub yır-yığışa başlayır, yavaş-

yavaş barxanları bağlayıb arana 

yola salır. Yaşlılar axşam-səhər 

“dağ yeri-duman yeri, yurd yeri-

güman yeri” məsəlini pıçıldayırlar. 

Çobanlar gündə neçə kərə dağlara 

baxıb köks ötürürlər: 



İldırımlar buludların pələngi,  

Paslanacaq mənsiz  

                            şimşək üzəngim.  

Eh, ya qismət, a şəlaləm,  

                                      a gəncim,  

Salamat qal,  

salamat!  

* * *  


… Payız toyları el-obaya 

bəxtəvərlik gətirirdi. Bir-birinin 

ardınca həyətlərdə qurulan mağar-

larda qara zurnada çalınan “Cəngi” 

havasında pəhləvan cüssəli oğullar 

güləşirdilər. Bəzənib-düzənən 

el gözəlləri heydən düşənədək 

oynayırdılar… Bir də görərdin ki, 

“Yaylığı” havası çalınır:  

… Cavan oğlan, ver yaylığı,  

Yaylıq salar ayrılığı...  

… Ötən bahar axşamlarının 

birində bu yaylıq iki istəkli qəlbi 

bir-birinə bağlamışdı. İndi isə 

“ayrılıq salmasın” deyə yaylıq 

oğlandan geri alınır…    

…Payız beləcə gəlirdi, çöl-

çəmənlər payız rənginə boyanırdı. 

Arpa, Buğda təpələrindən üzü 

İşıqlıdağa uzanan kövşən yerləri 

yenidən göyərməyə, sünbül bağla-

mağa qəribsəyirdi…    

Kövşən yerlərindən danışdığım 

bu məqamda, yadıma ocaqlaşmış 

bir məkan – Alməmməd kişinin 

dəyirmanı düşdü… Düz-dünya 

sünbül ətrilə nəfəs alan vədələrdə 

taxıl dolu taylar o dəyirmana 

gətirilər, buradan isə un kisələri 

evlərə daşınardı. Kəndin aşağı ba-

şında təndirlərdə bişirilən çörəyin 

qoxusu yuxarı məhəlləyə gedib 

çatardı. 

Ermənilər o dəyirmanı da da-

ğıtmışdılar. O müqəddəs ocaqdan 

təkcə ora gələn arx, bir də, az qala, 

torpağa qarışmış dəyirman yeri 

qalmışdı... Mən “Çaylar” dediyi-

miz dərin dərədən axan Bazarçayın 

sahilindəki həmin dəyirmanın xara-

balığında - qaralan ocaq yerində 

həmişə qəribə bir hüzn, nisgil 

görürdüm. Bu qəmli düşüncələr 

içində dəyirmana dən gətirdiyimiz 

günləri indi də rənglərinə, isti-

soyuğuna  qədər xatırlayıram. 

Orada dəyirmanın qapısı ağzında 

ocaqda bişən kütün dadını-duzunu, 

ləzzətini indi də unuda bilmirəm...       

...Bu qeydləri etdiyim yay 

gecələrinin birində yuxuda xaraba 

qalmış o dəyirmanı gördüm: 

Alməmməd kişi həmişəki kimi 

dəyirmanın qapısı ağzındakı daşın 

üstündə oturub bura gələnlərin 

yolunu gözləyirdi. 

Dəyirmana gələnsə yoxuydu... 

* * *  


...O payızdan sonra kəndimizin 

yeni bir qışı gələcəkdi. Nənəm “qış 



təqvimi”ni tez-tez təkrarlayacaq, 

havaların necə keçəcəyini 

əvvəlcədən doğru-dürüst bilməsi 

ilə qürrələnəcəkdi: –  Yağışlar 

payızın ortalarından başlayıb, 

aramsız yağsa, ağaclar yarpaqla-

rını aşağıdan töksə, gecələr ayaz, 

gündüzlər dumanlı olsa qış çox sərt 

keçəcək. Gündüzlər əl-üzü ayaz 

kəssə, gecələr duman-çəndən göz-

gözü görməsə havalar yumşalacaq, 

günlərin ağırlığı ürək sıxmayacaq.  

Sonra da dilində el 

şeiriyyətindən bir yozma 

təkrarlanacaqdı: “Gecə ayaz, 

gündüz duman, ilin kürüdür-kürü. 

Gündüz ayaz, gecə duman, ilin 

gülüdür – gülü”.   

Nənəm qış hələ qapını 

kəsdirməmiş “çillə” adətlərindən, 

qırx gün çəkən, çox vaxt ağır, üzü-

cü keçən “böyük çillə”dən, qışın 

ən sərt, çovğunlu, dondurucu çağı 

sayılan “kiçik çillə”dən, Xıdır Nəbi 

bayramından, “boz ay”ın qızarıb-

bozaran həftələrinin cansıxıcılığın-

dan danışmaqdan doymayacaqdı.     

… Çöl-bayırdan əl-ayaq 

yığışanda, evlərdə xalça-kilim 

xanaları qurulardı. Payızın, qışın 

uzun gecələrində xalı, palaz… 

toxunardı… Qız-gəlinin min bir 

zəhməti hesabına başa gələn, sözün 

həqiqi mənasında, sənət əsərləri 

olan bu toxumaların tamamlandığı 

gün o ocağın ən xoşbəxt, bəxtəvər 

çağı olardı; xanaçılar oğul doğan 

gəlinlər, qoyunu əkiz doğan çoban-

lar, inəkləri və camışları yelinləyən 

naxırçı kimi qürurlu gəzərdilər, 

sevinclərini qonum-qonşuyla 

bölüşər, şirinlik paylayardılar...  

Xalçaçılıqdan danışarkən, 

bir məqamı da xüsusi qeyd 

etmək istərdim. Zəngəzurun hər 

bölgəsində, hər kəndində sadə 

əyiricilik və toxuculuq alətləri ilə 

ip əyrilməsi, xalça toxunması adət-

ənənə halını almışdı. Demək olar 

ki, əksər evdə toxucu dəzgah (hana 

və yer hanası) var idi. Hazırlanan 

yun və pambıq iplərdən xalça, 

kilim, palaz, fərməş, xurcun, yun 

şal (parça) və digər məmulatlar 

toxunurdu... 

Qışın qarlı-şaxtalı, ot-ələf  

“dərdli” günləri sona çatanda isə 

torpaq təzədən buğlanardı. Çöl-

çəmən al-qırmızı rəngə boyanardı. 

Baharın yolunu intizarla gözləyən 

bağrı qan lalələr, boynu bükük 

bənövşələr qar altından baş qaldı-

rıb yaz Günəşinə sarı boylanırdı. 

Dərələrdən şırıltıyla axan sular 

düzlərə yayılıb, torpağın yaşıl xalı-

sı olan otlara ruh verirdi.     

Pirani qocalar dağları çənli 

görəndə əsrlərin uzaqlığından 

qopub gələn ulu bir sözü yada 

salırdılar:   



Qışın çəni qar gətirər,  

Yazın çəni bar gətirər. 

* * *  


... 1988-in payızından son-

ra kəndimizin yeni bir qışı da 

gələcəkdi, sonra təzə bir baha-

rını yaşayacaqdıq, çöl-çəmən 

yenidən yaşıllaşacaqdı, ağaclar 

çiçəkləyəcəkdi, bulaqlar zümzümə 

edəcəkdi. Üzü yaya doğru isə elat 

camaatı yenə də dağlara-yaylaqlara 

üz tutacaqdı…         

...O payızdan sonra kəndimizin 

qışı çox ağır, məşəqqətli gəldi. 

Yazı isə gəlmədi ki, gəlmədi...  

...O kənd 1988-dən bəri özünün 

tilsimli qış ömrü yaşayır-yazsız, 

yaysız, payızsız ömrünü...  

* * *  


... Qınanılsam da, deyəcəyəm: 

mən - torpağı tapdalanan, ev-

eşiyi yağmalanan, yurdu talanan, 

arzu-diləyi qarsalanan, ümidi, 

inamı daşlara çırpılan bir Allah 

bəndəsi indi daha yazın gəlişindən 

sevinmirəm. İndi yayın ruzi 

yetirən istisinin həsrətini o qədər 

də çəkmirəm. İndi xatirələrimi 

təzələyən payızdan da heç nə 

ummuram. Qış yaxınlaşdıqca isə 

uzun gecələrin həsrət əzabına 

bürünəcəyimi düşünüb üşünürəm...  

1988-dən “lələsi köçüb viran 

qalan yurdun” yığnaqsız, tək-

tənha, arxa-dayaqsız, toy-düyünsüz 

qaldığını gözlərim önünə gətirib 

korun-korun alışır, pörşələnirəm.  



Vaqif BAYRAMOV,   

 “Xalq qəzeti”  

O dağların lala vaxtı… 

Yağı tapdağında qalan Zəngəzurun adət – ənənələri haqqında qeydlər

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi 

İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 

keçirdiyi müsabiqəyə təqdim edilir.

Şərqdə ilk təcrübə: 

demokratik cümhuriyyətin 

zəngin irsi

99 il bundan əvvəl Şərqdə ilk 

demokratik dövlət meydana gəldi. 

Ancaq onun ömrü uzun sürmədi. 

1920-ci il aprelin 28-də XI Qı-

zıl ordu Azərbaycana daxil oldu. 

Xarici müdaxilə nəticəsində Şərq 

dövlətçiliyinin ən parlaq ulduzu 

söndü. Lakin müdrik Azərbaycan 

xalqı SSRİ tərkibində də inkişaf 

etməyi bacardı. Xüsusilə keçən 

əsrin 70-ci illərində hakimiyyətə 

ulu öndər Heydər Əliyevin gəlməsi 

ilə respublika sürətli inkişaf 

mərhələsinə qədəm qoydu.

Prezident İlham Əliyev bununla 

bağlı demişdir: "Əfsuslar olsun ki, 

Azərbaycan Xalq Cümhuriyyətinin 

ömrü uzun olmadı. İki ildən sonra 

müstəqilliyimiz əlimizdən alınmış-

dır... Ondan sonra 70 il Azərbaycan 

xalqı Sovet İttifaqının tərkibində 

yaşadı. Baxmayaraq ki, müstəqil 

deyildik, Azərbaycan xalqı inki-

şaf edirdi. Xüsusilə 1970-1980-ci 

illərdə ulu öndər Heydər Əliyevin 

rəhbərliyi ilə Azərbaycan sürətlə 

inkişaf etmişdir, həm iqtisadi, həm 

sosial sahədə böyük uğurlar qazan-

mışdır".


Dövlət başçısı ayrıca vurğu-

layıb ki, əgər Azərbaycan Xalq 

Cümhuriyyəti yaşasaydı, indi 

Azərbaycan dünyanın ən inkişaf 

etmiş ölkələri sırasında idi. Bura-

da çox təbii bir məntiq vardır. Və 

o, konkret reallığa əsaslanır. Pre-

zident İlham Əliyev onun səbəbini 

dəqiq ifadə edib. 1993-cü ildən 

başlayaraq, müstəqil Azərbaycan 

regionda heç bir dövlətin keçə 

bilmədiyi inkişaf yolunu qət edib. 

Heydər Əliyev yenidən xalqın 

tələbi ilə hakimiyyətə qayıtdıq-

dan sonra Azərbaycan bütün 

istiqamətlərdə sürətlə inkişaf 

edib. İndi də bu proses dünya üzrə 

çətinliklərin mövcud olmasına 

baxmayaraq, davam edir. Şübhəsiz 

ki, müstəqil dövlətimiz bu yoldan 

heç zaman dönməyəcək, ulu 

öndərin müəyyənləşdirdiyi inkişaf 

yolunu yeni zirvələrə doğru apa-

racaq.


Bu reallıq 1918-ci il ma-

yın 28-də rəsmən elan edilmiş 

Azərbaycan Xalq Cümhuriyyətinin 

tarixi əhəmiyyətini geniş şəkildə 

ortaya qoyur. Hər şeydən əvvəl, 

tam əminlik yaranır ki, Azərbaycan 

xalqı tarixən olduğu kimi, müasir 

mərhələdə də demokratik müstəqil 

dövlət yaratmağa nail olmuşdur. 

Sirr deyil ki, hətta SSRİ dağılandan 

sonra bir sıra respublikalar müstəqil 

dövlət formalaşdıra bilməyiblər. 

Onların sırasında birinci yeri 

Ermənistan tutur.

Rəsmi İrəvanın bəyanatlarına 

baxmayaraq, Ermənistanın müstəqil 

dövlət olduğu qəbul edilmir. Bunu 

hətta erməni alimlər və ekspertlər 

belə etiraf edirlər. Onların əsas işi 

hazırda Ermənistan rəhbərlərini 

kənardan olan tam asılılıqdan qur-

tarmağa təhrik etməkdən ibarətdir. 

Lakin erməni dövlətçiliyi elə bir 

bataqlığa düşüb ki, onun oradan 

xilas olması imkansız görünür. 

Onu vurğulayaq ki, bunun fo-

nunda ABŞ-da yaşayan bir sıra 

erməni alimlər Heydər Əliyevin 

Azərbaycan dövlətçiliyi üçün 

etdiklərini yüksək qiymətləndirirlər. 

Onlar etiraf edirlər ki, Azərbaycan 

rəhbəri müasir şərtlərə tam cavab 

verən müstəqil dövlətçilik kursu 

formalaşdıra bildi.

Deməli, Azərbaycan Xalq 

Cümhuriyyəti qısa müddət yaşa-

sa da, bütün dünyaya bu xalqın 

müstəqil dövlət qurmaq qüdrətinə 

sahib olduğunu təsdiqlədi. Cənubi 

Qafqaza dövlət səviyyəsində 

demokratiyanı gətirən də məhz 

Azərbaycan Xalq Cümhuriyyəti 

oldu. 2 il müddətində bir sıra de-

mokratik islahatlar aparıldı. Ayrıca 

qadınların sosial fəallığını təmin 

etmək işində konkret addımlar 

atıldı. Azərbaycanın inkişaf etmək 

üçün ciddi potensiala malik olduğu-

nu bütün dünya gördü. Lakin bütün 

bunlarla yanaşı, Cümhuriyyətin 

mövcudluğu ilə bağlı bir məqamı 

da xüsusi vurğulamaq lazımdır.



İnkişafa davam: müstəqil 

dövlətçilikdə yeni səhifələr

Bu barədə Prezident İlham 

Əliyev 28 may – Respublika 

Günü münasibətilə təşkil edilmiş 

qəbulda konkret danışıb. Dövlət 

başçısı vurğulayıb ki, sosial-iq-

tisadi, mədəni inkişafla yanaşı, 

təhlükəsizliyin təmini məsələsi 

də Azərbaycan üçün böyük önəm 

daşıyır. Təcrübə göstərir ki, 

təhlükəsizliyin təminində problem 

olanda, ümumiyyətlə, müstəqillik 

qalmır. Ölkə rəhbəri deyib: "Bu gün 

qarşıda duran vəzifələr haqqında 

danışmaq istərdim. Biz gələcək 

illərdə də müsbət dinamikanı sax-

lamalıyıq və əminəm ki, saxlaya-

cağıq. Daxili siyasətə gəldikdə, ilk 

növbədə, Azərbaycanda bundan 

sonra da təhlükəsizlik təmin 

edilməlidir. Deyə bilərəm ki, 

Azərbaycanda daxili risk mənbələri 

mövcud deyil. Mümkün olan risklər 

xaricdə formalaşır. Belə olan halda 

biz ölkəmizi bundan sonra da xarici 

risklərdən qorumalıyıq, həm fiziki 

nöqteyi-nəzərdən, eyni zamanda, 

düzgün siyasət aparmaqla. Biz 

sərhəd mühafizəsini kifayət qədər 

gücləndirmişik və bu istiqamətdə 

əlavə addımlar atılacaqdır".

Kifayət qədər real, dəqiq və 

konkret mövqedir. Çünki müstəqil 

dövlət quruculuğu təcrübəsinə 

əsaslanır. Burada sosial-iqtisadi 

və mədəni sahələrdə islahatlar-

la yanaşı, təhlükəsizliyin təmini 

də vardır. Müstəqil Azərbaycan 

tarixi təcrübəni çox doğru 

qiymətləndirərək, ikinci dəfə 

dövlətin süqut etməsinə imkan 

vermədi. Bu siyasətin memarı ulu 

öndər Heydər Əliyevdir! Məhz bu 

məqamı Prezident İlham Əliyev 

incəliklə vurğulayıb. Dövlət 

başçısı müasir şərtlər daxilində 

cəmiyyətin dayanıqlı inkişafı ilə 

dövlətin təhlükəsizliyinin təmininin 

nisbətini çox doğru vurğulayıb. Ulu 

öndərin yaratdığı inkişaf konsep-

siyasında bu iki vacib element 

mükəmməl şəkildə öz ifadəsini 

tapıb. Bunu təmin etmək isə həm 

böyük diplomatik ustalıq, həm də 

sistemli islahatlar proqramlarını 

həyata keçirməyi tələb edirdi. 

Prezident həmin prosesin əsas 

məqamlarını öz nitqində vurğula-

yıb.

Bu sırada enerji, nəqliyyat, so-



sial sferanın inkişafı, hərbi qüdrətin 

artırılması, xarici siyasətdə yeni 

formatlardan istifadə, sivilizasiya-

lar, mədəniyyətlər və dinlər arasın-

da əməkdaşlığın inkişaf etdirilməsi, 

təhlükəsizlik sahəsində kompleks 

tədbirlərin həyata keçirilməsi, 

nəqliyyat sferasında nəhəng 

layihələrin gerçəkləşdirilməsi, mul-

tikulturalizmin dövlət siyasətinə 

gətirilməsi kimi əhəmiyyətli 

aspektləri qeyd etmək gərəkdir.

Məsələn, Bakı-Tbilisi-Cey-

han, TAP, TANAP, "Cənub qaz 

dəhlizi" layihələrinin reallaşması 

xüsusi əhəmiyyəti olan hadisədir. 

Bakı-Tbilisi-Qars dəmir yolunun 

tikintisi, Şimal-Cənub nəqliyyat 

dəhlizinin qurulması, "Yeni İpək 

Yolu" layihəsi çərçivəsində aparılan 

işlər (deyək ki, böyük potensiala 

malik yeni dəniz limanının inşası 

və s.) həmin bağlılıqda ciddi rolu 

olan hadisələrdir. Bütün bunlara 

görə, Azərbaycan müstəqilliyi ilə 

fəxr edə bilər. Müstəqil dövlət 

quruculuğu sahəsində əldə etdiyi 

nailiyyətləri vurğulaya bilər.

Bəs Ermənistan müstəqillik 

kontekstində nədən danışa bilər? 

Mahiyyətcə heç nədən danı-

şa bilməz. Məsələn, bu il Serj 

Sarkisyan respublika günü ilə 

bağlı etdiyi müraciətdə han-

sı məqamları vurğulayıb? 100 

il bundan əvvəl ermənilərin 

xarici havadarlarının yardımı 

ilə törətdikləri qətlləri azadlıq 

savaşı kimi təqdim etməkdən 

başqa heç bir şey deyə bilməyib 

(bax: Президент в Сардарапате 

принял участие в торжественном 

мероприятии, посвящённом 

Празднику Республики / "pre-

sident.am", 28 may 2017). Onun 

yekun fikrinə diqqət edin: "Müasir 

Ermənistan da müharibə alovun-

dan yaranıb". Bununla da keçən 

əsrdəki Ermənistanın ənənəsinə 

sadiqdir. Bəli, Ermənistan 

mahiyyətcə qırğınların, günahsız 

insanları qətlə yetirmənin, etnik 

təmizləmənin, qonşuların mədəni 

dəyərlərini mənimsəmənin və 

talan etmənin səfində ortaya atılıb. 

Bunlardan başqa, onun hansı 

"müstəqil nailiyyəti" var? Bu 

səbəbdən də S.Sarkisyan kimilərin 

müstəqillikdən danışması rüsvay-

çılıqdır.

Azərbaycan isə müstəqil dövlət 

quruculuğu prosesini qətiyyətlə 

davam etdirir. Bunun bir ildən 

sonra, Respublika Gününün 100 

illik yubileyində bir daha şahidi 

olacağıq, inşaallah!



Newtimes.az

Növbəti mərhələ:

 dövlət 

quruculuğunda yüksələn xətt

Hər bir xalq üçün müstəqillik böyük nemətdir. Yalnız 

müstəqil dövləti olan millətlər müasir mürəkkəb dünyada 

mövcud ola bilir, ləyaqətli həyat sürürlər. Tarixi təcrübə göstərir 

ki, heç də bütün xalqlar öz dövlətlərini müasir tələblərə və 

çağırışlara cavab verən səviyyədə qura bilmirlər. Onlardan 

bəziləri kənar qüvvələrdən asılı olan və müstəqil hərəkət edə 

bilməyən kvazi (yalançı) dövlətlərə çevrilirlər. Həmin ölkələr 

suverenliklərini təmin etmək iqtidarında olmurlar. Buna 

nümunə Cənubi Qafqazda Ermənistandır. Azərbaycan isə keçən 

müddətdə tam müstəqil və sürətlə inkişaf edən, bütün sfera-

larda suverenliyini təmin edən dövlətdir. Ulu öndər Heydər 

Əliyevin əsasını qoyduğu müstəqil dövlət quruculuğu kursu 

öz bəhrəsini verməkdədir. Bununla yanaşı, Azərbaycan Xalq 

Cümhuriyyətinin müstəqil dövlətçilik təcrübəsi qiymətli tarixi 

irsimizdir. 28 May tarixi müqəddəsdir və fəxarət yerimizdir.

Yüklə 75,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə