2 iyun 2018-ci IL, cümə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, amea-nın vitse-prezidenti



Yüklə 275,39 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü275,39 Kb.
#77120


22 iyun 2018-ci il, cümə

2

Moskva Dövlət Universitetinin Bakı filialının 

rektoru, AMEA-nın vitse-prezidenti 

Nərgiz Paşayeva “Birlik ulduzları” 

mükafatı ilə təltif edilib

 

ˆ

İyunun 19-20-də Qazaxıstanın paytaxtı Astanada, 



Qazaxıstan Milli Muzeyində MDB iştirakçısı olan dövlətlərin 

yaradıcı və elmi ziyalılarının “MDB-də dialoq - XXI əsrdə 

humanitar əməkdaşlığın perspektivləri” mövzusunda XIII 

Forumu keçirilib.  

MDB iştirakçısı olan dövlətlərin 

yaradıcı və elmi ziyalılarının Forumu 

Müstəqil Dövlətlər Birliyi məkanında 

ən iri illik humanitar tədbirdir. 

MDB ölkələrinin mədəni, elmi və 

təhsil elitası forumlarda görüşməklə 

birbaşa peşəkar ünsiyyət və təhsil, 

elm, ədəbiyyat, təsviri incəsənət və 

Birlikdə mədəniyyətlərarası qar-

şılıqlı əlaqənin digər sahələrində 

aktual, tələbat duyulan layihələrin 

dəstəklənməsi üçün nadir imkana 

malik olur. 

 Forumda Azərbaycanı geniş 

nümayəndə heyəti təmsil edib. 

Nümayəndə heyətinin tərkibinə 

Moskva Dövlət Universitetinin 

Bakı filialının rektoru, Azərbaycan 

Milli Elmlər Akademiyasının 

vitse-prezidenti, akademik Nərgiz 

Paşayeva, AMEA-nın vitse-pre-

zidenti, M.Nağıyev adına Kataliz 

və Qeyri-üzvi Kimya İnstitutunun 

direktoru, akademik Dilqəm Ta-

ğıyev, Azərbaycan Respublikası 

Prezidenti yanında Dövlət İdarəçilik 

Akademiyasının rektoru, akademik 

Urxan Ələkbərov, Azərbaycan Dövlət 

Akademik Filarmoniyasının direkto-

ru, Azərbaycanın Xalq Artisti Murad 

Adıgözəlzadə, digər elm və incəsənət 

xadimləri daxil idi. 

Forumun açılışında Azərbaycan 

ilə yanaşı, Belarus, Qazaxıstan, 

Rusiya, Moldova, Tacikistan, 

Türkmənistan, Özbəkistan, Uk-

rayna və digər ölkələrdən 200-ə 

yaxın nümayəndə iştirak edib. 

Qazaxıstanın Dövlət katibi Gülşara 

Abdıkalıkova Prezident Nursultan 

Nazarbayevin Forum iştirakçılarına 

təbrik məktubunu oxuyub. Dövlət 

katibi vurğulayıb ki, belə forumlar 

çərçivəsində humanitar əməkdaşlıq 

ölkələr arasında mehriban qonşuluq 

siyasətini daha da möhkəmləndirir.

Rusiya Federasiyası Prezidenti-

nin beynəlxalq mədəni əməkdaşlıq 

üzrə xüsusi nümayəndəsi Mixail 

Şvıdkoy Prezident Vladimir Pu-

tinin Forum iştirakçılarına təbrik 

məktubunu oxuyub və tədbirin işinə 

uğurlar arzulayıb. 

Sonra 2017-ci il üçün “Birlik 

ulduzları” mükafatı laureatlarının 

təltif edilməsi mərasimi keçirilib. 

Laureatlar sırasında M.V.Lomonosov 

adına Moskva Dövlət Universitetinin 

Bakı filialının rektoru, Azərbaycan 

Milli Elmlər Akademiyasının vitse-

prezidenti, professor Nərgiz Paşa-

yeva, görkəmli rusiyalı musiqiçi, alt 

alətində ifaçı, dirijor, məşhur pedaqoq 

və ictimai xadim, SSRİ Xalq Artisti 

Yuri Başmet, Qazax Milli incəsənət 

Universitetinin rektoru, ictimai 

xadim, Qazaxıstan Respublikasının 

Xalq Artisti Ayman Musaxacayeva, 

Moldova Elmlər Akademiyasının 

həqiqi üzvü, Milli Kosmik Texnologi-

yalar Mərkəzinin direktoru, Moldova 

Respublikasının elm və texnika 

sahəsində Dövlət Mükafatı laureatı 

İon Bostan, Qırğızıstan Milli Elmlər 

Akademiyasının Ç.Aytmatov adına 

Dil və Ədəbiyyat İnstitutunun direk-

toru, akademik Abdıldajan Akmatali-

yev, Tacikistan Respublikasının Xalq 

Şairi, Yazıçılar İttifaqının sədri Ko-

sim Nizom, Belarus Respublikasının 

Əməkdar İdman Ustası, Beynəlxalq 

Biatlon Federasiyasının İdmançılar 

Komitəsinin üzvü, dördqat Olimpiya 

çempionu Darya Domraçeva da var.

  M.V.Lomonosov adına Moskva 

Dövlət Universitetinin Bakı filialının 

rektoru, Azərbaycan Milli Elmlər 

Akademiyasının vitse-prezidenti, 

akademik Nərgiz Paşayeva elmi və 

humanitar fəaliyyətinə görə “Birlik 

ulduzları” mükafatını almaq üçün 

səhnəyə dəvət edilib. Professor 

Nərgiz Paşayeva onun fəaliyyətinə 

verilmiş yüksək qiymətə görə Foru-

mun iştirakçılarına və təşkilatçılarına 

minnətdarlığını bildirərək deyib:    

-XIII Humanitar Forumun işti-

rakçılarını ürəkdən salamlayıram.  

Mənə “Birlik ulduzları” mü-

kafatı laureatı olmaq və sizin 

aranızda olmaq xoşbəxtliyi nəsib 

olub. Şadam ki, dostluq tellərini 

möhkəmləndirərək biz müasir dün-

yada bir-biri ilə qarşılıqlı anlaşmanın 

necə vacib olduğunu başa düşürük. 

Hər dəfə bu cür imkan düşəndə 

biz biliklərin, ideyaların, mədəni 

təcrübənin, gələcək planlarımızın 

ümidlərimizin mübadiləsinə 

kömək etməliyik. Məhz bu əbədi 

platformalar bizi hər şeydən daha çox 

əlaqələndirə bilər. 

Bu gün biz dünya mədəni irsinin 

və universal dəyərlərin başı üstünü 

alan yeni, gözlənilməz təhlükələri 

tez-tez hiss edir və görürük. Gəlin 

yada salaq ki, IX, X, XI, XII əsrlər 

müsəlman mədəniyyəti və elminin 

ən parlaq dövrü olub. Lakin Şərqdən 

və Qərbdən  başlanan müharibələr, 

yürüşlər, basqınlar böyük tələfata 

səbəb olub, çox şeyi birdəfəlik məhv 

edib. XV əsrdə Qranadada o dövrün 

böyük sayda sufi şeirləri yandırılıb. 

Hamı başa düşmək və qəbul 

etmək istəyirmi ki, əxlaqi-etik, 

humanitar-mənəvi dəyərlər və 

oriyentirlər olmadan yaradıcılıq, 

ideya azadlığı, elmi fikrin tərəqqisi 

davamlı inkişaf edə bilməz. 

Tarixən yaradıcılıqda həqiqətin 

öz abstrakt, bəzən tam fərdi, bədii 

ifadəsi olur. Elmdə həqiqətə və 

şöhrətə gedən yol uzundur. İllərboyu 

gərgin əmək, axtarışlar, təcrübələr 

olmasa, alimlər, yəqin ki, tanınma-

ğın və elmi uğurun sevincini duya 

bilməzlər. Elmdə həqiqəti aşkar 

etmək azdır, onu dönə-dönə yoxla-

maq, sübut etmək və illüziyalardan 

qorumaq lazımdır. Xatırlayaq ki, 

böyüklər də səhvə yol veriblər. Ptolo-

mey Yerin hərəkətsiz olmasına şübhə 

etmirdi. 

Kopernik, Eynşteyn, Tols-

toy kimi doğulmaq, Nizami kimi 

“Xəmsə” yazmaq, Nəsimi kimi 

yaradıcı ideyalar naminə tərki-dünya 

olmaq hər kəsə nəsib olmur. Lakin 

biz hamımız istəsək də, istəməsək də 

bu böyük insanların – harmoniyanın 

və biliklərin gözəlliyini yaradanların 

bütün bəşəriyyətə qoyub getdikləri o 

böyük nurun bir zərrəsini daşıyırıq. 

Məhz onlar, onların ölməz irsi bizim 

yolumuzda sönməz ulduzlardır. 

Biz isə, öz növbəmizdə, o ulduz-

ların işıqlı yolu ilə getməyə çalışırıq 

və bəzən bu işığı əks etdirməyə ehti-

yatlı cəhdlər edirik. Bununla da Göy 

və Yer arasında öz borcumuzu yerinə 

yetirir və dərk edirik ki, Həqiqətin 

müəllifi yoxdur, çünki müəllif o 

özüdür. 

Əgər biz öz yolumuzda 

müəyyən uğur qazanmışıqsa, onda, 

ilk növbədə, müəllimlərimizə və 

ustadlarımıza, valideynlərimizə, 

doğmalarımıza və yaxınlarımıza, 

həmkarlarımıza borcluyuq. Öz uğur-

larımıza görə məhz onlara borcluyuq. 

Mənə verilmiş yüksək mükafata görə 

səmimi təşəkkürümü bildirirəm. 

Sizin icazənizlə, pul mükafatını 

M.V.Lomonosov adına Moskva 

Dövlət Universitetinin mənim 

rəhbərlik etdiyim Bakı filialının 

tələbələrinin xeyirinə istifadə etmək 

istəyirəm. Mən bu mükafatı bizim ali 

məktəbin ən yaxşı tələbəsinə təqaüd 

üçün ayırmaq niyyətindəyəm.

Bu yaxınlarda Azərbaycanda 

tariximizin ən parlaq səhifələrindən 

birini təntənəli şəkildə qeyd etdik. 

Azərbaycan Xalq Cümhuriyyətinin 

yaradılması gününün yüz illiyini bay-

ram etdi. Azərbaycan xalqı müsəlman 

Şərqində ilk azad və demokratik 

respublika qurub. Azərbaycanlılar 

bir əsr ərzində tarixi kataklizmlərə, 

repressiyalara, edamlara, təqiblərə və 

təhdidlərə rəğmən bu böyük hadisəni 

daim yadda saxlayıb və respublika-

mızın banilərinə, o dövrün böyük 

nümayəndələrinə ehtiram bəsləyiblər. 

Azərbaycan özünün demokratik və 

respublikaçılıq ənənələri ilə həmişə 

fəxr edib və bu gün də fəxr edir. 

Məqsədi ictimai rifaha xidmət 

etmək və humanitar əlaqələri 

möhkəmlətmək olan bu böyük mənalı 

tədbirin bütün təşkilatçılarına bir 

daha təşəkkürümü bildirirəm. Təltif 

edilənlərin hamısını, bizim bütün 

komandamızı təbrik edirəm, sizin 

hər birinizə ruh yüksəkliyi, möhkəm 

cansağlığı və bütün təşəbbüslərinizdə 

uğurlar arzulayıram!

Əl-Fərabinin böyük ömür yolu-

nun başlandığı Qazaxıstan Torpağına, 

bu gözəl Yerdə yaşayan bütün insan-

lara ehtiramla təzim edirəm. Qazaxıs-

tan xalqına xoşbəxtlik arzu edirəm. 

Şərqdə belə bir məsəl var: xoşbəxt 

olmaq istəyirsənsə, ol.

Sağ olun, yeni görüşlərədək!

Qazaxıstanın mədəniyyət və 

idman naziri Arıstanbek Muhamedi-

ulı Forumda çıxış edərək bildirib ki, 

MDB iştirakçısı olan ölkələrin Huma-

nitar Əməkdaşlıq üzrə Dövlətlərarası 

Fondunun keçirdiyi forumlarda 

mədəniyyət, təhsil, elm, informasiya, 

idman və turizm sahələrində ən vacib 

məsələlər müzakirə edilir. Nazir 

MDB çərçivəsində elmi və huma-

nitar əməkdaşlıqda Azərbaycanın 

rolunu xüsusi qeyd edib və akademik 

Nərgiz Paşayevanın bütövlükdə 

dünya elminə, mədəniyyətinə, 

sivilizasiyalararası dialoqun inkişa-

fına verdiyi böyük töhfəyə görə ona 

minnətdarlığını bildirib. O deyib: 

“Azərbaycan Milli Elmlər Akademi-

yasının vitse-prezidenti Nərgiz xanım 

da qlobal miqyaslı şəxsiyyətdir. Biz 

bunu böyük fəxr hissi ilə söyləyirik. 

Nərgiz xanımın “Birlik ulduzları” 

mükafatı ilə təltif olunması bir daha 

təsdiqləyir ki, onun həm Azərbaycan 

elminin, mədəniyyətinin, həm də 

dünya sivilizasiyasının inkişafında 

böyük xidmətləri var. Akademik 

Nərgiz Paşayevanın fəaliyyətini 

qiymətləndirmək bizim üçün böyük 

şərəfdir. Xüsusi olaraq qeyd etmək 

istəyirəm ki, Azərbaycan elmi, 

mədəniyyəti və təhsili yüksək 

səviyyədədir”. 

MDB iştirakçısı olan ölkələrin 

Dövlətlərarası Humanitar 

Əməkdaşlıq Fondunun (DHAF) 

İdarə Heyətinin sədri, Azərbaycan 

Respublikasının Rusiya Federasi-

yasındakı səfiri Polad Bülbüloğlu 

müasir dünyada belə forumların 

keçirilməsinin əhəmiyyətindən danı-

şaraq bildirib ki, ümumi qloballaşma 

və texnologiyaların sürətli inkişafı 

fonunda humanitar əməkdaşlıq 

məsələləri daim diqqət mərkəzində 

olmalıdır. Bu baxımdan birgə mədəni 

layihələrin həyata keçirilməsi 

müntəzəm xarakter alıb. Postsovet 

məkanında humanitar əməkdaşlığın 

miqyasının genişləndirilməsi modeli 

sağlam düşüncəli insanların diqqət 

mərkəzindədir. Diplomat MDB 

iştirakçısı olan ölkələrin yaradıcı və 

elmi ziyalılarının Forumunun həyata 

keçirdiyi layihələr barədə də ətraflı 

məlumat verib.

Azərbaycan nümayəndə 

heyətinin rəhbəri, Azərbaycan Res-

publikası Prezidenti yanında Dövlət 

İdarəçilik Akademiyasının rektoru, 

akademik Urxan Ələkbərov Forumun 

işinə uğurlar arzulayaraq deyib ki, bu 

cür tədbirlər Birlik ölkələri arasında 

elm və təhsil sahəsində əlaqələrin 

inkişafı, təcrübə mübadiləsi üçün 

geniş imkanlar yaradır. O vurğulayıb 

ki, bu baxımdan Astana Forumunu 

elm xadimlərinin, yaradıcı ziyalıların 

ünsiyyət platforması adlandırmaq 

olar.

 

Qeyd edək ki, beynəlxalq 



“Birlik ulduzları” mükafatı 2009-

cu ildə MDB iştirakçısı olan 

ölkələrin Dövlətlərarası Humani-

tar Əməkdaşlıq Fondu tərəfindən 

təsis edilib. Mükafat elm və 

təhsil, mədəniyyət və incəsənət, 

humanitar fəaliyyət sahələrində 

nailiyyətlərə görə hər respublikadan 

bir nümayəndəyə verilir. Laureat-

ların irəli sürülməsi prosesi MDB 

ölkələrindən olan görkəmli alimlərin, 

dövlət və ictimai xadimlərin daxil 

olduğu beynəlxalq münsiflər heyəti 

tərəfindən həyata keçirilir. 

Budəfəki Forum Qazaxıstan 

Mədəniyyət və İdman Nazirli-

yinin və MDB iştirakçısı olan 

ölkələrin Dövlətlərarası Humanitar 

Əməkdaşlıq Fondunun təşkilatı 

dəstəyi ilə keçirilib. 

Astanada keçirilən budəfəki Fo-

rumda Belarus Respublikasının Brest 

şəhəri 2019-cu il üçün MDB-nin 

mədəniyyət paytaxtı elan edilib.



İlahə ƏHMƏDOVA 

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Azərbaycan parlamenti nümayəndə 

heyətinin Çinə səfəri davam edir

 

ˆ

Ümumçin Xalq Nümayəndələri Yığıncağının sədri Li 



Canşunun dəvəti ilə Azərbaycan Respublikası Milli Məclisinin 

sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə 

heyətinin Çin Xalq Respublikasına rəsmi səfəri davam edir.

İyunun 21-də nümayəndə heyəti 

Şərq aləminin nadir tarixi-memarlıq 

və maddi-mədəniyyət abidələrindən 

hesab olunan Böyük Çin səddini 

ziyarət edib. Bildirilib ki, insan 

əli ilə yaradılmış çox heyrətamiz 

möcüzələrdən olan Çin səddinin in-

şası e.ə. III əsrdə başlayıb və bir neçə 

yüz il davam edib. Çinin şərqindən 

qərbinə doğru uzanan Böyük Çin 

səddinin tamaşasına dünyanın 

müxtəlif ölkələrindən hər il  

milyonlarla turist gəlir. 

UNESCO-nun Dünya İrsi siya-

hısına daxil olan Böyük Çin səddi 

ölkənin ən böyük və ən möhtəşəm 

sənət abidəsi olmaqla yanaşı, Çin 

xalqının qürur mənbəyi, habelə 

ölkənin tarixi rəmzi hesab edilir.



Şahin CƏFƏROV, 

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Əlcəzair ilə ilk dövlətlərarası 

müqavilə imzalanıb

Azərbaycan Respublikası-

nın Prezidenti İlham Əliyevin 

rəhbərliyi ilə ölkədə aparılan 

hərtərəfli islahatlar çərçivəsində 

Ədliyyə Nazirliyi tərəfindən 

mütərəqqi beynəlxalq təcrübəyə bö-

yük əhəmiyyət verilir, bu məqsədlə 

bir çox xarici dövlətlərin Ədliyyə 

nazirlikləri ilə səmərəli ikitərəfli 

əlaqələr qurulub. 

Ötən il respublikamızın ədliyyə 

nazirinin Əlcəzair Xalq Demok-

ratik Respublikasına səfəri zama-

nı Ədliyyə nazirlikləri arasında 

əməkdaşlıq haqqında Anlaşma Me-

morandumunun imzalanması iki ölkə 

arasında bağlanmış ilk sənəd olmaqla 

ikitərəfli münasibətlərin inkişafına 

təkan verib. Eyni zamanda, ekstra-

disiya haqqında müqavilə layihəsi 

hazırlanaraq razılaşdırılıb və Əlcəzair 

Ədliyyə Nazirliyi nümayəndə 

heyətinin cari ilin əvvəlində ölkəmizə 

səfəri zamanı paraflanıb.

Ədliyyə Nazirliyinin mətbuat 

xidmətindən AZƏRTAC-a bildiriblər 

ki, həmin sənədin imzalanması 

məqsədilə Əlcəzair Xalq Demokra-

tik Respublikasının ədliyyə naziri 

Tayeb Louh nümayəndə heyəti ilə 

Azərbaycana rəsmi səfərə gəlib. 

İyunun 21-də Əlcəzair 

nümayəndə heyəti əvvəlcə Fəxri 

xiyabanda ulu öndər Heydər Əliyevin 

əziz xatirəsini yad edərək məzarı 

önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, aka-

demik Zərifə xanım Əliyevanın da 

xatirəsi anılaraq, məzarı üzərinə tər 

çiçəklər düzülüb. 

Qonaqlar, həmçinin Şəhidlər 

xiyabanında ölkəmizin müstəqilliyi 

və ərazi bütövlüyü uğrunda həlak 

olmuş həmvətənlərimizin məzarlarını 

ziyarət edərək “Əbədi məşəl” 

abidəsinin önünə əklil qoyublar.

Sonra Ədliyyə Nazirliyində 

respublikamızın ədliyyə naziri Fikrət 

Məmmədovun və Əlcəzairin ədliyyə 

naziri Tayeb Louhun görüşü keçirilib.

Azərbaycan və Əlcəzair arasında 

əlaqələrin inkişaf etdirilməsində hər 

iki ölkənin dövlət başçıları İlham 

Əliyevin və Əbdüləziz Buteflika-

nın siyasi iradəsini qeyd edən nazir 

F.Məmmədov “İslam Həmrəyliyi 

İli” elan olunmuş 2017-ci ildə 

Əlcəzairə səfərini və keçirilmiş rəsmi 

görüşləri məmnunluqla xatırladıb, 

nazirliklərarası Anlaşma Memo-

randumunun qarşılıqlı fəaliyyətin 

genişləndirilməsində yeni səhifə 

açdığını söyləyib, hazırkı səfərin 

ölkələrimiz arasında əlaqələrin 

dərinləşməsinə əlavə təkan olacağına 

əminliyini ifadə edib.

Nazir respublikamızın 

müstəqillik illərində keçdiyi 

inkişaf yolundan bəhs edərək 

ümummilli lider Heydər Əliyevin 

müstəsna xidmətlərini vurğulayıb, 

ölkə Prezidenti İlham Əliyevin 

rəhbərliyi ilə qazanılan nailiyyətlər, 

ədliyyə və məhkəmə sisteminin 

müasirləşdirilməsi üzrə həyata 

keçirilən tədbirlər barədə məlumat 

verib.


Azərbaycana ilk dəfə səfər 

etməsindən məmnunluğunu ifadə 

edən Tayeb Louh ölkələrimiz 

arasındakı tarixi əlaqələrin 

genişləndirilməsinə dövlət başçı-

larının xüsusi önəm verdiyini, hər 

iki ölkənin Ədliyyə nazirliklərinin 

bu istiqamətdə səylə çalışdığını 

vurğulayıb, imzalanmış Anlaşma 

Memorandumunun hüquqi sahədə 

əməkdaşlığın dərinləşməsinə xidmət 

etdiyini bildirib. 

Qonaq, həmçinin 

Azərbaycanda ədliyyə sisteminin 

müasirləşdirilməsi, innovasiyala-

rın tətbiqi sahəsində əldə olunan 

nailiyyətləri təqdir edib, səfər zamanı 

Azərbaycan brendi olan “ASAN 

xidmət” mərkəzləri ilə tanışlıqdan 

heyranlığını ifadə edib, ASAN-

ın göstərdiyi xidmətləri maraqla 

qarşılayaraq bu sahədə təcrübəmizlə 

daha yaxından tanış olmaq barədə 

istəklərini bildirib.

Əlcəzairli nazir qarşılıqlı 

fəaliyyətin və təcrübə mübadiləsinin 

əhəmiyyətini qeyd edib, səmimi 

qonaqpərvərliyə və səfərin yüksək 

səviyyədə təşkil olunmasına görə 

minnətdarlığını bildirib.

Sonra Azərbaycan və Əlcəzair 

arasında ekstradisiya haqqında 

müqavilə imzalanıb. 

Mərasimdə bəyanatlarla çı-

xış edən nazirlər qeyd ediblər ki, 

imzalanan bu mühüm sənəd ilk 

dövlətlərarası müqavilə olmaqla 

cinayət əməli törətmiş şəxslərin 

təslim edilməsi sahəsində qarşılıqlı 

fəaliyyətin həyata keçirilməsinə

ölkələrimizin ədliyyə və məhkəmə 

orqanları arasında əlaqələrin 

möhkəmlənməsinə xidmət edəcək, 

cinayətkarlığa qarşı mübarizəyə töhfə 

verəcək.  

Qonaqlar nazirlikdə bu il 100 

illiyi qeyd olunan Azərbaycan 

Ədliyyəsinin tarixi muzeyi ilə tanış 

olub, nümayəndə heyətinə müasir 

ədliyyə fəaliyyətinə və məhkəmə-

hüquq islahatlarına dair, həmçinin 

iki ölkə arasında hüquqi əlaqələri, 

habelə Ermənistan-Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsi ilə 

bağlı məlumatları əks etdirən xüsusi 

jurnallar və əyani vəsaitlər təqdim 

edilib.

Tədbirin yekununda KİV 



nümayəndələrinə müsahibə verilib.

Həmin gün əlcəzairli nazirin 

Azərbaycan Respublikasının Baş 

naziri ilə, həmçinin Milli Məclisdə və 

Baş Prokurorluqda görüşləri olub.

Səfər zamanı Konstitusiya və Ali 

məhkəmələrdə də rəsmi görüşlərin 

keçirilməsi, Əlcəzair ədliyyə naziri-

nin hakimlər, hakimliyə namizədlər, 

ədliyyə işçiləri, vəkillər və proku-

rorluq əməkdaşları üçün mühazirəsi, 

eləcə də nümayəndə heyətinin müasir 

məhkəmə infrastrukturu və elektron 

məhkəmə sisteminin tətbiqi, habelə 

paytaxtın mədəni və tarixi abidələri 

ilə tanışlığı nəzərdə tutulur.



AZƏRTAC

Yüklə 275,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə