2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə14/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

- 31 -
 
 
ƏDƏBİYYAT 
1.
 
Sultanlı Q.H. Başlıca arı xəstəliklərinin diaqnostikasına dair metodik vəsait. Bakı 2011 
2.
 
İbrahimov R.P. Arı xəstəlikləri  və  ziyanvericiləri. Bakı 2008. Səh.62-67 
3.
 
Gülalıyeva  F.R,    Şahmarov    Ə.T.      Azərbaycanın    cənub    bölgəsində    bal  arılarının  bəzi 
infeksiyon  və  invaziyon  xəstəliklərinin  yayılması  onlara  qarşı  mübarizə  tədbirlərinin  işlənməsi. 
Bakı 2016.  Elmi əsərlər məcmuəsi, BETİ-nin 115 illik yublileyinə həsr olunmuş beynəlxaq elmi 
konfrans. cild 34.   səh 121-124 
4.
 
Nəcəfov N.İ.  “ Arıçılıq haqqında”  Bakı 2015 səh. 94-97 
5.
 
Тробов  О.Ф.  Смирнов  А.М,    Попов  Е.  Г  Болезни  и  вредители  медоноснох  пчел. 
Справочник Агропроиздат 1987.  с 335 
ABSTRACT 
 
DEVELOPMENT OF THERAPEUTIC AND PROPHYLACTIC MEASURES AGAINST 
ACARAPIDOSIS OF  BEES 
               
               2008-2015 years we studied the epizootic situation in the beekeeping farms of Azerbaijan. 
As  a  result  of  the  research,  infection  of  bees  with  acarapidosis  was  revealed,  which  causes 
significant  damage  to  beekeeping.  With  the  aim  of  improving  the  economy  from  acarapidosis, 
therapeutic and preventive measures were carried out. A number of acaracides were tested. Efficient 
drugs  Akarasan  (86.7-88.5%),    Fumisan    (78.7%),  Tanis  (71.5%)  were  introduced  in  beekeeping 
farms. 
 
РЕЗЮМЕ 
 
РАЗРАБОТКА ЛЕЧЕБНО-ПРОФИЛАКТИЧЕСКИХ МЕРОПРИЯТИЙ ПРОТИВ 
АКАРАПИДОЗА ПЧЕЛ 
      
2008-2015 гг. нами была изучена эпизоотологическая ситуация в пчеловодческих хозяйствах 
Азербайджана. В результате исследований была выявлена зараженность пчел акарапидозом 
который приносит значительный  ущерб пчеловодству. С целью оздоровления хозяйства от 
акарапидоза  были  проведены  лечебно-профилактические  мероприятия.  Испытаны  ряд 
акарацидов.  Отличающиeся  высокой  эффективностью  препараты  Акарасан  (86,7-88,5  %), 
Фумисан (78,7 %), Танис (71,5 %) были внедрены в пчеловодческих хозяйствах. 
 
 
          
 
 


- 32 -
 
 
UOT 638.1 
                                                                                                         FİRUZƏ GÜLALIYEVA  
                                                                                                                       AVTANDİL YUSIFOV  
                                                                                               Baytarlıq Elmi-Tədqiqat İnstitutu 
 
BAL ARILARININ SALMONELLYOZ XƏSRƏLİYİNİN  LABORATOR 
HEYVANLARINDA PATOGENLİYİNİN ÖYRƏNİLMƏSİ VƏ MÜALİCƏ-
PROFİLAKTİKASININ TƏKMİLLƏŞDİRİLMƏSİ 
 
Açar sözlər: Salmonellyoz, müalicə, pozitiv serum, antibiotik 
Key words: salmonellosis, treatment, parasitic serum, antibiotics. 
Ключевые слова: сальмонеллёз, лечение, позитивная сыворотка, антибиотики. 
Salmonellyoz  salmonell  növündən  olan  Sal.thyphimurium,  Sal.pullorum,  Sal.gallinarum 
bakteriyaları  tərəfindən  törədilən    xəstəlikdir.  Salmonell  növundən  olan  bakteriyalar 
Enterobacteriacea ailəsinə  mənsubdur. Bu ailəyə  aid  olan bütün  mikroblar qrammənfi, spor  əmələ 
gətirməyən, cox hissəsi peretrixal qamçilarla hərəkətli və çöp şəkilli bakteriyalardir. Onlar adi qida 
mühitlərində  yaxşi  boy  verir,  qlükozanı  fermentləşdirib  qaz  əmələ  gətirən  və  gətirməyən  hala 
çevirir, nitrat və nitritləri bərpa edir. Kaufmanın təsnifatina görə (1954) biokimyəvi xassələrinə görə 
bu  ailədən  olan  bakteriyalar  escherichia,  klebsiella,  cloaca,  hafina,  salmonella,  arizona,  shigella, 
protcus  və  providencia  növünə  aiddir.  Geniş  variobil  xarakterik  xassəyə  malik  Enterobacteriaceae 
ailəsindən olan növü orqanizmdən kənarda, o cümlədən suda və qida maddələrində aşkar edilmişdir. 
Salmonellalar  meyvə  və  tərəvəzdə  uzun  muddət  həyat  fəaliyyətini  saxlaya  bilir.  Mikrobioloq 
İ.L.Serbinov (1925) arıların bakterial xəstəliklərini öyrənməklə məşğul olmuşdur. Belə ki, 1915 - ci 
ildə  o  muxtəlif    bağırsaq  çöpləri  Ecsh  və  Protes  tərəfindən  arılarda  bakterial  xəstəliklərin 
törədilməsi  barədə  məlumat  vermişdir.  Lakin  onun  bu  barədəki  işləri  dünya  ədəbiyyatında 
lazımınca  qiymətləndirilməmişdir.  Paratif  törədicisinin  morfologiyasının  təsviri  L.Bar  tərəfindən 
verilmişdir  (1919  -1920).  O,  ayırdığı  xəstəlik  törədicisini  paratif  qrupuna  aid  edib  Bac.  Paratypti 
alvei, xəstəliyi isə bal arılarının paratif xəstəliyi adlandırılmışdır (L. Bar.1926). E.İ.Skpınikə (1949) 
görə  arıların  paratifi  arıxanaların  bu  xəstəliyə  qeyri-sağlam  olan  kənd  təsərrüfatı  heyvanlarının 
saxlandığı  ərazilərdə  daha  çox  təsadüf  edilir.  Müəllif  tələf  olmuş  arılardan  Sal.gallinarum 
kulturasını  ayırmışdır.  A.M.Smirnov    arıların  salmonellyozunun  törədicisinə  Sal.pullorum
Sal.typhimurium,  Sal.galinarum,  Sal.enteritidis,  Sal.suis-i  aid  etmişdir.  Salmonellalar  böyük 
epidemoloji və epizootoloji xarakterə malikdir.  
Salmonellyozun 
müalicəsində 
sintomitsin, 
streptomitsin, tetrasiklin, penisilin, norsulfazol və biomitsin  daha effektiv təsir göstərmişdir. Y. S. 
Kulikov 1964, 1965), Q.F.Buxarov (1971) və b.  
Paratifin coğrafi cəhətdən respublikada geniş yayıldığını və arıçılığa vurduğu  ziyanı, bu xəstəliyin 
Azərbaycanda öyrənilmədiyini nəzərə alaraq tədqiqatlar aparılmışdır. 
TƏDQİQATIN MATERİAL VƏ METODLARI 
Elmi  tədqiqat  işi  balıq  və  arı  xəstəlikləri  və  heyvanların  infeksion  xəstəliklərini  öyrənən 
laboratoriyalarda    aparılmışdır.  İşin  icrasında  qəbul  olunmuş  son  metodlarından  istifadə 
olunmuşdur.  
Masallı,  Lənkəran, Biləsuvar, Şəki və Zaqatala rayonlarında fərdi arıçılıq təsərrüfatlarından xəstə 
və  ölmüş  sürfələr  olan  şandan  10x15  sm  ölçüdə  kəsib  heç  bir  materiala  bükmədən  taxta  yaxud 
karton  qutuya  qoyularaq  və    qapağı  bərkidilərək  nümunələr  götrülmüşdür.  Eyni  zamanda    yaşlı 
ariların xəstəliyi zamanı  hər arı ailəsindən 50 ədəd diri və ya təzə ölmüş arı, tələf olmuş  ailədən  
ölmüş arıların üst qatından 50 arı və şanın bal və güləm olan hissəsindən 10 x15 sm ölçüdə kəsib 
qutuda  laboratoriyada  müayinələr  aparılmışdır.  Canlı,  xəstə  və  ölmüş  arının  döş  əzələlərindən, 
bağırsağından,  hemolimfa  (qan  limfası)  və  arı  zəhərindən,    həmçinin  açıq  və  örtülü  qovuq 
sürfələrindən  (işçi  və  erkək  arı  sürfələrindən)  steril  su  əlavə  etməklə  suspenziya  hazırlandmışdır. 
Sonra  alinmış  suspenziyalardan  ƏPB,  ƏPA,  Bismut  sulfat  aqar,  Endo,  QQA    qida  mühitlərinə 
əkmələr  aparılmışdır.  Əkmələr  termostatda  +37  C  temperaturda  3-5  gün  inkubasiya  edilmişdir.
 
Həmçinin  götürülmüş  15-20  qr  bal  nümunəsi  steril  suda  həll  edilərək,  iki  dəfə  sentrifuqadan  15 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə