2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə47/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   ...   39   40   41   42   43   44   45   46   47

- 101 -
 
 
РЕЗЮМЕ 
.                                                                                                                                Aсеф Оруджев 
 
ПЧЕЛОВОДСТВЕННАЯ ХОЗЯЙСТВА: TРАДИЦИИ И BЕРОВАНИЕ 
          
В  статье  рассматриваются  формирование  с  древних  времён  в  Нахчыванской 
Автономной  Республике  хозяйства  пчеловодства  и  связанные  с  ним  календарные  обычаи, 
традиции и ритуалы. Здесь освещаются вопросы разведения рой, страза сотов и т.д. Даются 
всестороние  сведения  о  переселении  пчёл  по  местным  особенностям.  В  связи  с  этим  были 
проведены сравнительные анализы с другими регионами Азербайджана. 
 
Bu  iş  Azərbaycan  Respublikasının  prezidenti  yanında  Elmin  İnkişaf  Fondunun  maliyyə 
yardımı ilə yerinə yetirilmişdir. Qrand № EİS – KETL – 2 - 2 – 2015 - 1(25) – 56/47/5 
 
 


- 102 -
 
 
ELŞAD ƏLİYEV 
Naxçıvan MR Kənd Təsərrüfatı Naziri 
ktn@nakhchivan.az 
 
ARIÇILIĞIN YEM  BAZASININ YAXŞILAŞDIRILMA YOLLARI 
 
Açar sözləri: Kənd Təsərrüfatı, Arıçılıq, damazlıq işi, ekologiya, məhsullar 
Key word: Aqriculture, Apiculture, prebred work, ekology harvest (produkt) 
Ключевые слова: Селско хозяйство, пчеловодство, продукции, екология 
Hörmətli konfrans iştirakçıları: 
Muxtar  respublikada  qədim  və  çox  əhəmiyyətli  təsərrüfat  sahəsi  olan  arıçılığa  göstərilən 
dövlət  qayğısı  nəticəsində  bu  sahə  yüksək  inkişaf  mərhələsinə  qədəm  qoymuş,  arıçılıqla  məşğul 
olmaq  istəyən  sahibkarlıq  subyektlərinin  sayı  ildən-ilə  artmışdır.  Son  7  ildə  Banklar  tərəfindən 
arıçılıqla  məşğul  olan    sahibkarlıq  subyektlərinə  3  milyon  350  min  manat  həcmində  kreditlər 
verilmiş,  balın  emalı  və  qablaşdırılması  ilə  məşğul  olan  5  istehsal  müəssisəsi  yaradılmışdır. 
Respublikada arıçılığın inkişafı sahəsində görülmüş tədbirlər nəticəsində, arı ailələrinin sayı 2000-ci 
ildə 12 min 407 olduğu halda, 01 yanvar 2017-ci ilə 71 min 537 arı ailəsinədək artmışdır. Bu gün 
muxtar  respublikada  4800-dən  çox  sahibkar  arıçılıqla    (onlardan  577  sahibkarın  20-350  arı  ailəsi 
var) məşğul  olur. Hesablamalar  göstərir ki,  Muxtar Respublikamızda arı  ailəsinin sayını 100   min  
ailəyə çatdırmaq və məhsuldarlığını  artırmaq mümkündür. 
 2016-cı  ildə  muxtar  respublikada  1403  ton  bal  istehsal  edilmiş,  “Arıçılıq  məhsulları  -  bal 
festivalı” keçirilmişdir. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı 
üzrə qəbul edilən Dövlət Proqramı” yerli və ənənəvi arı cinslərinin yetişdirilməsinə, arı ailələrindən 
yüksək  məhsul  götürülməsinə,  xəstəliklərə  qarşı  vaxtında  mübarizə  aparılmasına,  arıçıların  dövlət 
maliyyə  resurslarına  çıxış  imkanlarının    genişləndirilməsinə,  arıçılıq  məhsullarının  ixracına,    yeni 
arıxanaların  yaranmasına, arıçıların sayının artmasına, həm də balın satışına böyük təkan verəcək. 
Dağlıq  və  torpağı  az  olan  ərazilərdə  arıçılığın  inkişafı  əhalinin  məşğulluğunun  təminatına,  eyni 
zamanda əlavə gəlir mənbəyinə şərait yaradacaqdır.
.
 
Naxçıvan  Biznes  Mərkəzində  11  fevral  2017-  ci  ildə    Naxçıvan  Muxtar  Respublikası  Ali 
Məclisinin  Sədri  Vasif  Talıbovun  muxtar  respublikada  fəaliyyət  göstərən  sahibkarlarla  görüşü 
olmuşdur.  
Ali  Məclisin  Sədri  muxtar  respublikada  arıçılıq  üçün  hərtərəfli  şəraitin  olduğunu  nəzərə 
çatdıraraq  arıçılığın  inkişafı  ilə  bağlı  tədbirlərin  bundan  sonra  da  davam  etdirilməsi,  bu  sahədə 
mütərəqqi  üsulların  tətbiqi,  maarifləndirmə  işinin  aparılması,  arıçıların  xarici  ölkələrdə  keçirilən 
konfranslarda iştirakının təmin olunması ilə bağlı tapşırıqlar vermişdir.  
Verilən  tapşırığın  icrası  ilə    bağlı    Naxçıvan  MR  Kənd  Təsərrüfatı  Nazirliyində  tərtib 
olunmuş tədbirlər planına əsasən 07 fevral 2017-ci il tarixdə Culfa rayonunun Yaycı kəndində, 28 
fevral 2017-ci il tarixdə Ordubad rayonunun Sabirkənd kəndində,  28 mart 2017-ci il tarixdə Şərur 
rayonunun Oğlanqala kəndində və 18 aprel 2017-ci il tarixdə Babək rayonunun Babək qəsəbəsində 
Kənd  Təsərrüfatı,  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliklərinin,  Dövlət  Standartlaşdırma, 
Metrologiya  və  patent  üzrə  Dövlət  Komitəsinin, Dövlət  Baytarlıq    Xidmətinin,    AMEA  Naxçıvan 
Bölməsinin    və    “Naxçıvan  Muxtar  Respublikası  Arıçıları”    İctimai  Birliyinin  nümayəndələrinin 
iştirakları ilə maarifləndirici müşavirə keçirilməklə, Kənd Təsərrüfatı Nazirli əməkdaşları tərəfindən 
hazırlanmış yaddaş kitabçaları sahibkarlara paylanmışdır. 
Arıçılarla  müşavirələrin  keçirilməsində  məqsəd  həm  də  onların  bilgilərini  bir-biriləri  ilə 
paylaşmaları,  xarici  təcrübələri  ölkəyə  gətirməklə  arıçılıqda  yeni  innovativ  metodlarların  tətbiqi, 
həvəskar arıçılıqdan  peşəkar arıçılığa keçidi təmin etməkdir. 
Məlum  olduğu  kimi  arıçılıq  iqtisadi  cəhətdən  yüksək  gəlir  gətirən,  qida  və  müalicəvi 
baxımdan faydalı təsərrüfat sahəsidir. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem 
ehtiyatları bazası bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.  
 Muxtar  respublikada  arıçılığın  inkişafı,  eləcə  də  bu  sahədə  məhsuldarlığın  yüksəldilməsi 
üçün davamlı tədbirlər görülür. Belə ki, arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, 


- 103 -
 
 
arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi keyfiyyətli məhsul istehsalına və 
bazarın yerli istehsal hesabına təmin olunmasına şərait yaratmışdır. 
Arıçılığın  ətraf  mühiti  yaxşılaşdırma  və  qiymətli  qida  məhsulu  mənbəyi  kimi  geniş 
imkanları dünya ölkələri tərəfindən qəbul edilmişdir.  
Son onilliklərdə Muxtar Respublikanın əksər alp və subalp çəmənlikləri ərazilərində otarma 
normalarına əməl olunması ilə əlaqədar əhəmiyyətli dərəcədə  
münbit torpaq qatı və bitki örtüyü sahələrinin yaxşılaşması, eroziya proseslərinin qarşısının alınması 
dağ balı istehsalının artmasına səbəb olmuşdur. 
 Meşələrdə
 
və kənd ərazilərində bol nektar- çiçək tozu verən ağacların və kolların (yemişan, 
böyürtkən,  akasiya,  söyüd  və  s.)    qırılmasının  qarşısının  alınması  meşələrdən  götürülən  arıçılıq 
məhsullarının ildən-ilə artması ilə nəticələnmişdir. 
Meşə ərazilərində bitən ağac və kolların  nektar verimi aşağıdakı kimidir. 
Yemişan-  Meyvəsi  yeyilir.  Çiçəkləmə  müddəti  15-18  gündür,  çiçəklərin  ömrü  isə    2-3 
gündür.  Yemişan  ən  yaxşı  bal  verən  bitkidir.  Bir  hektar  yemişan  sahəsindən  arılar  58  kq-a  qədər 
nektar toplayırlar. Nektarın tərkibində 77,4% şəkər var, Şəkərin tərkibinin 63.3% saxaroza, 0,76%-i 
isə  qlikoza və fruktozadır. 
Böyürtkən-  Muxtar Respublika  ərazisində   əsasən  dağ   ətəklərində  geniş  yayılıb. Meyvəsi 
yeyilir,  vitaminlərlə  zəngin,  yağlı  olmasına,  daha  çox  bal  verməsinə  görə  xüsusi  əhəmiyyətə 
malikdir. Çiçəkləmə müddəti 25-35 gündür, çiçəklərin ömrü isə  2-3 gündür. Böyürtkən kol bitkiləri 
içərisində  birinci  dərəcəli  balverən  və  çiçək  tozu  verən  bitkilərdəndir.  Bir  hektar  böyürtkən 
sahəsindən arılar 100 kq-a qədər nektar toplayırlar. 
Akasiya- Çiçəkləmə müddəti 2-3 həftədir,  çiçəklərin ömrü isə 3-4 gündür, arılar bir ağacdan 
8 kq bal toplayır. 
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, Akademik Taryel Talıbovun 
araşdırmalarının nəticəsinə görə Muxtar Respublikada 118 fəsiləyə daxil olan 880 cinsdə cəmləşən 
2963 növə qədər ali bitki vardır. Bu bitkilər içərisində 400 növdən çox balverən bitkilər mövcuddur. 
Hesablamalara  görə  yonca  bitkisinin  1  hektarından  270-300  kq,  xaşa  bitkisinin  1  hektarından  120 
kq  bal  götürmək  mümkündür.  Arıçılıqla  məşğul  olan  sahibkarlar  yonca  və  xaşa  bitkisinin  əkinini 
genişləndirməklə, bitkilərin çiçəkləmə fazasında, sahibkarlar  arı ailələrini çiçək bol olan ərazilərə 
köçürməklə, hər arı ailəsindən, daha çox bal götürmüş olarlar. 
 Təcrübə göstərir ki, Muxtar Respublikanın arıçılıq üzrə mövcud yem ehtiyatlarının artması 
bu şəkildə davam edərsə, arıçılıqda yüksək məhsuldarlıq, stabil  
arıçılıq məhsulları istehsalı artacaq və bu da sonda arıçılıq sahəsinə olan marağın  artmasına səbəb 
olacaq. 
Yuxarıda göstərilən proseslərin dinamikası onu göstərir ki, arıçılıqla bərabər, həm də ekoloji 
tarazlığın  qorunması  istiqamətində  də  mühüm  nailiyyətlər  əldə  olmuşdur.  Muxtar  respublikada 
ekologiyanın  mühafizəsi  sahəsində  görülən  tədbirlərin  davamı  olaraq    ilin  yaz  və  payız  aylarında 
keçirilən  yaşıllaşdırma  tədbirləri  çərçivəsində  meşəsalma  və  meşəbərpa    işləri  görülmüş,    xeyli  
ağac və gül kolları  əkilmişdir.  
Bildiyimiz kimi, arıçılıq yeganə təsərrüfatdır ki, artırılmasında və genişləndirilməsində ətraf 
mühitə  mənfi  təsir  göstərmir,  normadan  artıq  yüklənmə  baxımından  isə  heç  bir  məhdudiyyətə 
ehtiyac yoxdur və bu sahə nə qədər genişlənərsə  ətraf  mühitin  sağlamlaşması  üçün  daha  xeyirli  
olur. 
Arıçılığın inkişafı sahəsində, bölgədə  arıçılıq məhsulları istehsalının bolluğuna,   ticarətin 
genişlənməsinə və  ekoloji sağlamlıq cəhətdən əlverişli  alternativ iş yerlərinin yaradılmasına şərait 
yaranar. 
  
Kənd ərazisində və turist marşurutları üzərində qədimdə istifadə olunan arı səbətlərində arı 
saxlanmasını  turistlərə  və  istirahətə  gəlmiş  vətəndaşlara  nümayiş  etdirmək  və  istehsal  olunan 
ekoloji təmiz arıçılıq məhsullarının ticarətini təşkili  arıçılığın rentabelliliyini artırmış olar.  
 Arı  ailələrinin  sayının  artırılması  entomofil  bitkilərin  yüksək  səviyyədə  tozlandırılmasına, 
bitkiçiliyin,  toxumçuluğun,  meyvəçiliyin,  ərazinin  təbii  özünübərpa    imkanlarının  artmasına  və 
biomüxtəlifliyin qorunmasına səbəb olar. 


- 104 -
 
 
Arıçılarımız  nektar və çiçək tozu verən bitkilərin əkinlərinə maksimum səy göstərməli, bu 
istiqamətdə olan layihələrin həyata keçirilməsində yaxından iştirak etməlidirlər. 
Arıçılığın    yem  bazasını  yaxşılaşdırmaq  üçün  elə  bitkilər  əkilməlidir  ki,  ondan  heyvanlar 
üçün yem, quşlar üçün dən, sənaye üçün xammal almaq mümkün olsun. 
Bu tələblərə günəbaxan, yonca və xaşa bitkisi daha çox cavab verir. 
Günəbaxan-  çiçəkləmə  dövrü  20-30  gündür,  arılar  bu  bitkinin  hər  hektarından  40  kq  bal 
toplayır. Günəbaxan bitkisinin cecəsindən heyvan yemi, yarpaq və gövdəsindən silos kimi istifadə 
olunur. Toxumunun tərkibində 55% yağ vardır. 
Xaşa-  balverən  yaxşı  yem  bitkisidir.  Çiçəkləmə  dövrü  25-30  gündür,  bu  bitkinin  hər 
hektarından  arılar  120    kq  bal  toplayır.  Xaşa  sahəsini  arılarla  tozlandırdıqda    məhsuldarlıq  hər 
hektardan 7-8 sentner çox toxum verir. Bu bitkinin 1 hektar sahəsinin tozlandırılması üçün 1-2 arı 
ailəsi tələbatı ödəyir. 
Yonca çiçək tozu və bal  verən  yaxşı  yem  bitkisidir. Çiçəkləmə  dövrü 60 gündür, çiçəyin 
ömrü 2-3 gündür, bu bitkinin hər hektarından arılar 270-300  kq bal toplayır. Bu bitkinin 1 hektar 
sahəsinin tozlandırılması üçün 1-2 arı ailəsi bəs edir.  
Muxtar  Respublikamızda  əlverişli  təbii-iqlim  şəraiti,  zəngin  yem  ehtiyatları  bazası  və 
qiymətli cinslərə malik arı genofondu, bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. 
Son onilliklərdə arıçılıqda müasir texnologiyaların tətbiqi  ilə  arıçılığın  əsas istiqamətləri: 
arı ailələrinin sayının artırılması,  arıçılıqda maddi-texniki bazanın  təkmilləşdirilməsi,  damazlıq və 
ana  arı  yetişdirilməsinin  təşkili,  köçəri  arıçılığın  inkişafı,  xəstəliklərlə  mübarizə,  arıçılıq 
məhsullarının  istehsalı,  tədarükü,  emalı,  qablaşdırılması,  marketinqi  və  bitkilərin  tozlanması  üzrə 
ciddi uğurlar qazanmış və nəticədə arıçılıq kənd təsərrüfatınını  gəlirli və daha perspektivli sahəsinə 
çevrilmişdir.  
Arıların  entomofil  bitkilərin  çarpaz  tozlanmasında  rolu  olduqca  böyükdür.  Məhşur  alim 
Albert Eynşteyn arıların bu fəaliyyətinə yüksək qiymət verərək demişdir: “Əgər arılar tamam məhv 
olarsa  4  ildən  sonra  insanları  yer  üzündə  dəhşətli  aclıq  bürüyər”.  Alimlərin  hesablamalarına  görə 
arılar bitkiləri tozlandırmaqla verdiyi xeyir onun öz məhsullarının dəyərindən 20 dəfədən çoxdur. 
Ona  görə  də  hər  il  dəyəri  milyon  manatlarla  ölçülən  və  heç  bir  xərc  çəkilmədən  Muxtar 
Respublikamızın zəngin florası tərəfindən yaradılan min tonlarla nektar və çiçək tozunun əhalimizin 
rifahı  naminə  tədarük  edilməsinə  nail  olmaq  üçün  arı  ailələrinin  çiçək  bol  olan  ərazilərə 
köçürülməsinin böyük əhəmiyyəti vardır. 
 Köçürmələrlə Muxtar Respublikamızda ciçək-nektar etiyatlarından səmərəli istifadəyə nail 
olunur,  əmtəəlik  bal  istehsalının  artırılması  təmin  edilir,  arı  ailələrinin  kimyəvi  zəhərlənmə 
təhlükələri  azalır,  ekoloji  təmiz  arıçılıq  məhsullarının  istehsalına  nail  olunur  və  ən  başlıcası 
arıxanalar sağlamlaşır. 
Arıxanalarda  cavan  arı  analarının  olması  məhsuldarlığı  artıran  faktorlardan  biridir. 
Arıçılıqda,  məhsuldarlığın  artırılmasında  vacib  mənbələrdən  biri  də  damazlıq  işinin  düzgün 
təşkilidir.  Sarı  Qafqaz  arı  cinsinin  Naxçıvan  populyasiyasının    cins  qarışığı  olmadan 
yetişdirilməsinə  ciddi fikir verilməlidir.  
Bu sahədə irəlləyişə nail olmaq üçün beş prioritet istiqamət üzrə tədbirlər həyata keçirilir.  
Birinci  -  həm  daxili,  həm  də  xarici  bazarlarda  rəqabətqabiliyyətli  arıçılıq  məhsulları  üzrə 
istehsal potensialının  gücləndirilməsinə nail olmaq.  
Ikinci  -  idxalı  əvəz  etmək  potensialı  olan  arıçılıq  məhsulları  istehsalının  artırılması 
istiqamətində təbirlər həyata keçirmək, təşviqat işlərini  gücləndirmək.  
         Üçüncü -  arıçılıqda fermer tərəfdaşlığının formalaşdırılması və kooperasiyaların   yaradılması  
istiqamətində davamlı  tədbirlər  həyata keçirmək.  
Dördüncü  -  kompleks  layihələrin  həyata  keçirilməsi  üçün  dövlət–özəl  tərəfdaşlığının 
inkişafını  dəyərləndirmək və bu sahədə tədbirlər həyata keçirmək .   
Beşinci - qarşıdakı illərdə arıçılığın inkişafı üçün əlverişli, iqtisadi və informasiya mühitinin 
yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirmək.   
Bu da sonda  Muxtar respublikada arı ailələrinin sayının və arıçılıq məhsullarının artmasına, 
bazarlarda ekoloji baxımdan təmiz və ucuz məhsulların  bolluğuna səbəb olacaqdır.  


- 105 -
 
 
Arıçı  sahibkarlar  bilməlidir  ki,  arıçılıq  yeganə  təsərrüfat  sahəsidir  ki,  artırılmasında  və 
genışləndirilməsində ətraf mühitə mənfi təsir göstərmir, normadan artıq yüklənmə baxımından isə 
heç  bir  məhdudiyyət  yoxdur  və  bu  sahə  nə  qədər  genişlənərsə  ətraf  mühitin  sağlamlaşması  üçün 
daha xeyirli olar. 
Bu  sahəyə    Muxtar  Respublika  rəhbərliyi  daim  qayğı  göstərərək  diqqətdə  saxlayır.  Dövlət 
tərəfindən  arıçı  sahibkarlara  verilən  kreditlər,  pulsuz  dərman  vasitələri  və  yaradılan  şərait  sahənin 
inkişafına müsbət təsir göstərmişdir. 
Sonda arıçılığın inkişafına qayğı göstərdiyinə görə Muxtar Respublika Ali Məclisinin Sədri  
Vasif Talıbova minnətdarlığımızı bildirir və konfransın işinə uğurlar arzulayıram. 
Diqqətinizə görə sağ olun! 
                   
 
 
 
 


- 106 -
 
 
MÜNDƏRİCAT 
I BÖLMƏ.  BAŞLICA  ARI  XƏSTƏLİKLƏRİ VƏ ONLARA QARŞI  MÜBARİZƏ 
TƏDBİRLƏRİ 
 
1.
 
Saleh Məhərrəmov. Arı xəstəlikləri və parazitləri, onlarla mübarizə formaları......................3 
2.
 
Mükremin Özkan Arslan. Qars bölgəsinin başlıca arı xəstəlikləri və onlara qarşı  
        mübarizə tədbirləri....................................................................................................................5 
3.
 
Duygu Sönmez,  Ahmet Dodoloğlu, Berna Steinman Emsen.  Thymol ve thymol aktif 
maddeli ürünlerin arı akarına (Varroa Destructor Anderson&Trueman) karşı etkisi................7  
4.    Həbib Hüseynov, Yunis Rüstəmli. Naxçıvan Muxtar Respublikası şəraitində bal arısının nozema 
paraziti ilə (Nosema apis Z.)  yoluxlamasının ailənin gücü və ilin fəsildən asılılığı..........................12 
5.    Mahir Məhərrəmov, Akif Bayramov. Naxçıvan Muxtar Respublikasında bal arılarının 
düşmənləri və onlara qarşı mübarizə tədbirləri.........................................................................17 
6.    Vəli Novruzov. Bal arısının kolibakteriozu və ona qarşı mübarizə tədbirləri..........................23  
7.    Afət Süleymanova,  Qulamhüseyn Sultanlı. Arıların akarapidozuna qarşı müalicə-
profilaktika tədbirlərinin işlənilməsi..........................................................................................27 
8.    Firuzə Gülalıyeva, AvtandilYusifov. Bal arılarının salmonellyoz xəstəliyinin laborator 
heyvanlarında  patogenliyinin öyrənilməsi və müalicə-profilaktikasının  
       təkmilləşdirilməsi.....................................................................................................................................32 
9.    Amaliya Həsənova, Yavər Məmmədov, Aliyə Rüstəmova. Arıların parazitar və infeksion 
xəstəlikləri, onlara qarşı mübarizə tədbirləri.............................................................................35  
10.    Ağanisə Səfərova, Avtandil Yusifov. Azərbaycanda arıların septisemiya xəstəliyinin 
epizootoloji vəziyyəti və mübarizə  tədbirlərinin təkmilləşdirilməsi........................................39 
11.   Saleh Məhərrəmov, Sevilə Rüstəmova, İlham Əzimov. Bal arılarının aspergillyozu.........42  
12.   Mətanət Məmmədova. Qoyunların trixosefalyozunda natrium hipoxloritin  sınaqdan  
keçirilməsi.................................................................................................................................45 
 
II BÖLMƏ. ARI YETİŞDİRMƏ VƏ DAMAZLIQ PROBLEMLƏRİ 
 
13.   Əli Tahirov. Naxçıvan Muxtar Respublikasında paket arıçılığının tətbiqinin əsasları...........49 
14.  İsa İsrafilov. Azərbaycan Dövlət Aqrar Universitetində arıçılığın inkişafı.............................55 
15.   Mahir Murat Cengiz, Kadir Önk, Ferat Genç, Mehmet Sarı. Bal arısı (Apis Mellifera L.) 
kolonilerinde populasyon kontrolü ile verimliliği artırmaya  yönelik uygulamalar................58 
16.   Allahverdi Seyidov, Əli Allahverdiyev. Arçılığın inkişafına dair .........................................65 
17.   Elnur Əhmədov,  Firuzə Salmanov, Bahar Şükürova. Azərbaycanda ana arıların süni 
mayalandırılması perspektivlərinə dair.....................................................................................67 
18.  
Natiq Məmmədov

Əsas gəlir dövründə ana arinin yumurta qoymasinin məhdudlaşdirilmasi..71
 
19.  
İsa Yılmaz

Bal arısı yetiştiriciliğinde verimi etkileyen faktörler..............................................74 
 
III BÖLMƏ.  MÜASİR METODLARLA  ARIÇILIQ  MƏHSULLARININ İSTEHSALI VƏ 
ARIÇILIĞIN YEM BAZASI 
 
20.
 
Rauf Sultanov. Azərbaycan balin əsas texniki göstəriciləri...................................................77 
21.
 
Elsevər Əsədov. Azərbaycanda arı ailələrində istehsal olunan vərəmumun bəzi keyfiyyət 
göstəriciləri..............................................................................................................................80 
22.   Əyyub Abdullayev. Müasir metodlarla  arıçılıq məhsullarının istehsalı.................................85  
23.   ZülfiyyəSalayeva. Söyüdkimilər (salicaceae mirb.) fəsiləsinin nektarlı bitkiləri...................89 
24.   Mehriban Əlizadə, Gülnarə Hacıyeva. Gəncə-Qazax bölgəsində bal verən bitkilərin çiçək 
tozunun  öyrənilməsinə dair.....................................................................................................92 
25.   Şəfa Məhərrəmova. Arı südü və onun əhəmiyyəti haqqında...................................................95  
26.   Asəf Orucov. Arıçılıq təsərrüfatları: adətlər və inanclar........................................................98      
27.   Elşad Əliyev. Arıçılığın yem bazasının yaxşılaşdırılma yolları.............................................102 


- 107 -
 
 
 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə