2 Naxçıvan Dövlət Universiteti



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə5/47
tarix12.10.2018
ölçüsü1,87 Mb.
#73413
1   2   3   4   5   6   7   8   9   ...   47

- 11 -
 
 
KAYNAKLAR 
 
1. Shimanuki, H., Knox D.A., Furgala B., Caron D.M. and Williams J.L., 1992. Diseases and pest 
of honey bee. In Graham, J.M., (Ed), The hive and the honey bee. Dadant & Sons, 1083-1152 p, 
Hamilton, Illinois, USA. 
2.  Anonymous,  2000.  Mid-Atlantic  Apicultural  Research  &  Extension  Consortium.  501  ASI 
Building, University Park, PA, Publication 4.7. 
3. Duncan, D.B., 1995. Multiple range and multiple F tests. Biometrics, 11, 1-42. 
4. Goodwin, M., Eaton V.C., 2001. Control of varroa. A guide for New Zealand beekeepers. New 
Zealand Ministry of Agriculture and Forestry, http://www.nzfsa.govt.nz (10.10.2007). 
5.Gregorc, A. and Planinc I., 2004. Dynamics of falling varroa mites in honeybee (Apis mellifera
colonies following oxalic acid treatments. Acta. Vet. Brno., 73 (3), 385-391. 
 
 
ABSTRACT 
 
EFFICACY OF THYMOL AND THYMOL ACTIVE INGREDIENT PRODUCTS 
AGAINST OF PARASITIC MITE (Varroa destructor Anderson&Trueman) 
 
Effects  of  powdered  thymol,  Thymovar  and  Apiguard  for  the  control  of  the  honey  bee 
parasitic mite Varroa destructor and colony growth parameters were evaluated in this research. The 
best  results  were  obtained  with  powdered  thymol  (92.03%)  and  in  Thymovar  (83.60%).  The 
efficacy of Apiguard was 76.08%.  
Applications  of  powdered  thymol  and  thymol  active  ingredient  products  used  in  this  research  did 
not show any negative effects on the brood area and bee populations. 
 
 
 
 
 
 


- 12 -
 
 
HƏBİB HÜSEYNOV 
hebib huseynov.1972@mail.ru 
 
             YUNİS RÜSTƏMLİ 
 
yunis.r@mail.ru 
                                                                                           Naxçıvan Dövlət Universiteti 
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ŞƏRAİTİNDƏ BAL ARILARININ NOZEMA 
(NOSEMA APİS Z.) PARAZİTİ İLƏ YOLUXMA DƏRƏCƏSİNİN AİLƏNİN GÜCÜNDƏN 
VƏ İLİN FƏSLİNDƏN ASILILIĞI 
 
Açar sözlərnozematoz, arı, bal, məhsuldarlıq, Naxçıvan 
Key words:  nozematoses, bee, honey, productivity, Nakhchivan  
Ключевые слова: нозематоз, пчела, мёд, продуктивность, Нахчыван 
                  Mikrosporidilər  (Mikrospora)  təbiətdə  geniş  yayılmış  və  heyvanlar  arasında  xəstəlik 
törədən  parazitlərdir.  Əsasən  həşərat,  xüsusən  də  ictimai  həyat  sürən  onurğasız  heyvanların 
parazitləri  olduğundan  ipəkçilik  və  arıçılığa  ciddi  iqtisadi  zərər  vururlar.  Bağırsaq  parazitləri  olan 
mikrosporidilər dar bir ərazidə saxlanılan arı ailəsində tez bir zamanda yayılaraq nozematoza səbəb 
olurlar. 
Nozematoz dünyada və respublikamızda geniş  yayılmış və iqtisadi cəhətdən arıçılığa ziyan 
vuran Nosema apis  paraziti  tərəfindən törədilir.  Xəstəlik  əsasən  yaz aylarında özünü büruzə  verir. 
Yaya  doğru  havaların  istiləşməsi  ilə  əlaqədar  olaraq  nozema  sporları  inkişaf  edə  bilmir.  Xəstəlik 
əsasən yuxarı dağlıq zonalarında qışın uzun sürməsi ilə daha ağır keçir. Bu zaman yoluxan arıların 
75  %-i  tələf  olur  [2].    Xəstəliyə  tutulmuş  arıların  qarnı  şişkinləşir,  qanadları  titrəyir,  uçma 
qabiliyyəti zəifləyir, onlar sürünə-sürünə hərəkət edir və iflic olurlar. Bu xəstəliyə el arasında ishal 
xəstəliyi  də  deyilir.  Arılar  ifrazatları  ilə  pətəyin  içəri  divarını,  arakəsmə  və  çərçivələrin  üzərini 
çirkləndirirlər.  R.L.Sultanov  nozematozun  respublikanın  bütün  arıxanalarında  yaşlı  arıların  geniş 
yayılmış  invazion  xəstəliyi olduğunu bildirir [3]. Bu xəstəlik ilin  mövsümündən də asılıdır.  Buna 
bəzən  yaz  mövsümü  xəstəliyi  də  deyilir.  T.M.Yefimenko  yaz  dövründə  arıxanalarda  arıların 
əksəriyyətinin bu xəstəliyə tutulduğunu qeyd edir [5]. V.Ştexe bu xəstəliyin intensivliyinin havanın 
hərarətindən və rütubətliyindən asılı olduğu haqda məlumat verir [6]. 
            R.L.Sultanov,  Q.Q.Əliyev  göstərirlər  ki,  arı  ailələri  dağətəyi  bölgələrdə  daha  səmərəli 
qışlayır, az yem məsarif edir, arı itkisi az olur, yazda yaxşı inkişaf edir. Bu xəstəliyin başlanması 
vaxtı,  müddəti  və  dərəcəsi  arı  ailələrinin  vəziyyətindən  asılı  olduğu  kimi  həm  də  arıxananın 
yerləşdiyi coğrafi şəraitdən çox asılıdır .         
Bozdağ  Qafqaz  və  Sarı  Qafqaz  arı  cinsləri  də  bir  çox  üstün  cəhətlərə  malik  olmalarına 
baxmayaraq bu xəstəliyə daha çox həssasdırlar.  
 
Yoluxma  zamanı  törədicinin  sporları  sürətlə  çoxalmağa  başlayır.  Arıların  bağırsaqları 
dolduqdan sonra, onlar hemolimfaya (qana) daxil olur və onun axını ilə digər orqanlara da keçərək 
onları yoluxdururlar [4].  
 
1996-cı  ildə  Şərq  bal  arılarında  Apis  cereana-da  nozematoza  bənzər  bir  xəstəlik  müşahidə 
edilmiş, buna da Nosema cereanae adı verilmişdir. Əvvəllər bu parazitin yalnız Şərq bal arılarında 
xəstəlik  törətdiyi  güman  edilirdi.  Lakin  2005-ci  ildə  çinli  alimlər  Nosema  cereanae-yə  Avropa 
arılarının  da  yoluxduğunu  müşahidə  etmişlər.  2000-ci  ildə  ilk  dəfə  Madrid  Universiteti  baytarlıq 
bölümündə  Nosema  cereanae-nin  Avropa  arılarında  parazitlik  etdiyi  göstərilmişdir.  İspaniyada 
Nosema  cereanae-dən  ölümlər  2000-ci  ildə  10  %  olmuşsa,  2004-cü  ildə  88  %-ə  çatmışdır.  Bu  iki 
törədici,  yəni  Nosema  apis  və  Nosema    cereanae  bir-birindən  molekulyar  genetik  metodlarla 
ayrılaraq öyrənilir [1].   
Tədqiqat  Naxçıvan  MR-in  müxtəlif  bölgələrində  məskunlaşmış  arıxanalarda  qışlamadan 
sonra  erkən  yazda  arı  ailələrinin  nozemalarla  yoluxma  dərəcəsinin  ailənin  gücü  və  ilin  fəslindən 
asılılığını müəyyənləşdirmək məqsədilə aparılmışdır. 
Material və metodika 
Arı  ailələrində  Nosema  apis  Z.  paraziti  ilə  yoluxma  dərəcəsinin  ailənin  gücü  və  ilin 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə